Cm.ax04182024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Hədİs Məqalə Din və nikah

Din və nikah

 
 
Peyğəmbər (s) buyurur: «Haqqın rəhməti dörd yerdə insana tərəf üz tutur:
Yağış yağarkən, övlad məhəbbətlə atanın üzünə baxarkən, Kəbə evinin qapısı açılarkən və iki nəfərin bir-biri ilə ailə qurub yeni həyata qədəm qoyduqları zaman»;
«Ailə qurun, (subay) gənc qız və oğlanlarınızı evləndirin. Müsəlmanın xoşbəxtlik nişanələrindən biri budur ki, bir qadının ailə qurmasının xərcini öz öhdəsinə götürsün. İslamda Allah yanında nikah vasitəsi ilə abadlaşan ev qədər sevimli bir şey yoxdur»;
«Subay kişilərinizi evləndirin ki, Allah əxlaqlarını gözəlləşdirsin, ruzilərini çoxaltsın və igidliklərini artırsın»; «İzdivac mənim sünnəmdir. Mənim sünnəmdən üz döndərən şəxs məndən deyil»;
«İzdivac edən hər bir şəxs dinin yarısını qazanmışdır. Qalan digər hissəsi üçün də təqvaya riayət etsin».
İmam Sadiq (ə) buyurmuşdur: «Atam həzrət Baqir (ə) yanına gələn bir kişidən soruşdu: «Ailəlisənmi?». Kişi «yox»-deyə cavab verdi. Atam dedi: «İstəmirəm dünya və onda olanlar mənim olsun, amma bircə gecə həyat yoldaşımsız sübh edim». Sonra atam sözünü davam etdirərək buyurdu: «Ailəli adamın iki rəkət namazı, subay adamın gecə ibadət edib, gündüz oruc tutmasından yaxşıdır».
Sonra atam həmin şəxsə 7 dinar verib buyurdu: «Bu pulla ailə qurmaq üçün bütün imkanları yarat. Çünki Peyğəmbər (s) buyurmuşdur: «Ailə qurmaq ruzinin artmasına bais olur».
Rəsuli-əkrəm (s) buyurur: «Ey cavanlar! Hansınızın imkanı varsa, evlənsin. Bu işlə gözləriniz qadınlara baxmaz və günahdan qorunarsınız»;
«İslamda Allah yanında heç bir iş izdivac qədər sevimli deyil»;
«İzdivac edən hər bir şəxs səadətin yarısını əldə etmişdir»;
«Şeytan cavanlığının əvvəllərində evlənən şəxsi görüb, «dininin üçdə iki hissəsini mənim əlimdən qurtardı»-deyə fəryad edir. Ona görə də, Allah bəndəsi dininin üçdə birini qorumaq üçün təqvaya riayət etsin».
 
 
Yazının tərtibində tərcümə olunmuş kitabların elektorn versiyasından istifadə olunub.

Nəzərinizs  

+1 #1 SAlamLeman 2013-05-09 20:00
salam.menim niwanliyam.niwa nlimla kebinim var,kebinden sonra hicaba kecdim.ama indi niwanlim esgerdi.mene indiye qeder toxunmayib.biz toyu gozlemekle gunah qazanirig?suali mi cavablandirsaz sevinerem.sagol un.Allaha emanet olun..

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə