Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) Həzrət Məhəmməd (s) Məqalələr “Heç kəs mənim kimi əzab-əziyyətə məruz qalmayıb"

“Heç kəs mənim kimi əzab-əziyyətə məruz qalmayıb"

Peyğəmbəri Əkrəm (səlləllahu ələyhi və alihi) buyurub: “Heç kəs mənim kimi əzab-əziyyətə məruz qalmayıb.”

Peyğəmbərlər içində bizim peyğəmbərimiz hamısından artıq həm cismi, həm də ruhi əzab-əziyyətlərə məruz qalmışdır. Bəni-üməyyə qəbiləsinin, Qüreyş kafirlərinin o Həzrətə verdiyi əzablar, özündən sonra bəzi üzdəniraq müsəlmanlar o Həzrətin adı ilə o qədər cinayətlər törətmişlər ki, qələm onları yazmaqdan həya edir. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in həyatının son anlarında Həzrət buyurdu ki, mənə kağız-qələm gətirin, bir vəsiyyət yazım ki, məndən sonra zəlalətə düşməyəsiniz. Ömər hiss etdi ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) özündən sonrakı xəlifəni (Həzrət Əli əleyhis-salamı) yazılı olaraq xalqa tanıtdırmaq istəyir, ona görə də həyasızcasına dedi. Bu kiişi sayaqlayır! Nəuzu billah! Hələ Həzrətin cənazəsinə qüsl verilməmişdi ki, 4 nəfərin vasitəsi ilə Əbubəkri xəlifə seçdilər, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in Qədir-Xumdakı vəsiyyətini ayaq altına saldılar. Çox keçmədi ki, o Həzrətin Quran ayəsi əsasında qızı Fatimə salamullahi əleyhaya verdiyi “Fədək” bağını ondan aldılar. Əbubəkrin zorakılıq hakimiyyətinə etiraz edib Fatimə əleyha-salamın evində oturanları aparmaq məqsədi ilə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qapısını yandırdılar, qızını şəhadətə yetirdilər. O Həzrətin vəfatından sonra Ömər qılıncını siyirib dedi ki, hər kəs Peyğəmbərdən hədis nəql etsə, boynu vurulacaq. Bizə Allahın Kitabı kifayətdir! Amma əməl olunmayan yeganə şey elə Allahın Kitabı oldu. Çünki, mübarək “Bəqərə surəsinin 247-ci ayəsində Bəni İsrail tayfasının Həzrət Musa (əleyhis-salam)-dan, cihad etmələri üçün padşah seçməsini istədilər. Həzrət Musa (əleyhis-salam) da dedi ki, Allah sizin üçün Talutu padşah seçdi. Dərhal etiraz edib dedilər ki, hardan onun üçün padşahlıq ola bilər, halbuki, ona mal-dövlət verilməyil və biz padşahlığa ondan da artıq layiqik?! Həzrət Musa buyurdu ki, Allah onu sizin aranızdan padşah seçib və ona elm və cismdə vüs”ət əta etmişdir. Deməli, xalqa hakimiyyətdə əsas şey elm və qüvvətdir. Bunun da hər ikisi xəlifələr arasında yalnız Həzrət Əli (əleyhis-salam)-da hamıdan artıq idi. Beləliklə, uzun illər o Həzrətdən hədis nəql etmək qadağan olundu, özlərindən hədislər uydurub Əbubəkr və Ömərin nalayiq əməllərinə bəraət qazandırmaq üçün Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in məqamını alçaldırdılar. Bu məqsədlə o Həzrətin atası Əbdüllaha iftiralar deyir, əmisi və din yolunda bütün var-yoxunu verərək Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) canla-başla müdafiə edən Əbutalib əleyhis-salamı nəuzu billah kafir hesab edirdilər! “Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) elminin qapısı” olan Həzrət Əli (əleyhis-salam)ı kənara vurur, öz ağıllarına gələn fətvaları verirlər. Peyğəmbərin “behişt cavanlarının ağası” adlandırdığı İmam Həsən və İmam Hüseyn əleyhiməssalamı zülm ilə qətlə yetirir, atası bəlli olmayan Müaviyəni, Yezidi Peyğəmbərin xəlifəssi hesab edirdilər. İtaətləri vacib olan Əhli-beyti sülaləsinin hər birini qətlə yetirir, Allah düşmənlərini isə öpüb gözləri üstünə qoyurlar və s. Bu və bunun kimi minlərlə əzab-əziyyətə, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in ruhunu sarsıdan işgəncələrə hansı bir şəxs dünyada tab gətirə bilər?
***
Sənəma, sənin cəmalın, “kəşəfət düca” deyilmi?
Həbiba, sənin kəmalın, “bələğəl-ula” deyilmi?
İki bərqozidə adın, sənin ey həbibi-Rəhman
Biri Əhmədi Mühəmməd, biri Müstəfa deyilmi?
O Əhəddi, sən də Əhməd, götürülsə “mim” adından,
Aradan hicab açılsa, bir adın Xuda deyilmi?
Sifəti-kəmali-məhmud, yığışıb Mühəmməd üzrə
Nə əcəb “həbib”ü-”məhbub” iki aşina deyilmi?
Nə dil ilə bu cəmalı, bu kəmalı vəsf edim mən?
Belə sərvi qəddi rəna sən üçün səza deyilmi?
İki gözlərin qarası, fələki nücuma dair
Səqəleyni insi-cinnə ələmül-hüda deyilmi?
Üfiqi cəbini alun iki nuri həqqə mətlə
Birisi ziyayi vəş-şəms, biri vəz-züha deyilmi
İki qaşların arası, şəbi Qədrə qabə qovseyn,
Biri qafi Qul huvəllah, biri “qul kəfa” deyilmi?
İki ləblərin dəmindən axar abi hövzi Kövsər,
Biri nəbati şəkkər, birisi səfa deilmi?
İki şüddə dürri dəndan sədəfi dəhəndə qəltan,
Düzülüb çü dürri rəxşan, dürrü-pürbəha deyilmi?
O gül üzdə xali əsvəd, həcəri səvadi Kəbə
Bu qara üzümü sürtüm, gözümə ziya deyilmi?
Dolanıb təvafi qılsam başuva, dəxi nə lazım
Mənə Kəbənin təvafı məgər iftixar deyilmi?
Başımı qoyum ayağın tozuna, gəlim fədaya
Kəsiləm yolunda qurban, sənə can fəda deyilmi?
Məhi tələti cəmalun, üfüqi ziyayi Həqdən,
Verir aləmə “Şüai”, əcəb incila deyilmi?
 
Yazının tərtibində tərcümə olunmuş kitabların elekton versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə