Cm.ax06202019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Öz evində ...

Hər fərdi-bəşər edər imrar, öz evində

Əmniyyəti nisbət özünə var, öz evində
Qanuni-təbiətdir, nizami-mədənidir
Asudə yaşar müslimü-küffar, öz evində
Kanuni-fərağətdi hərif əhlinə söz yox
Heç kəs edə bilməz birini xar, öz evində
Rahət yata hətta gərək hər quş yuvasında
Pərrəndələrə yetmiyə azar, öz evində
Ey piri-xerəd! Var bu suala nə cavabın:
Zəhra nə səbəb oldu giriftar, öz evində?
Bir Fatimə ki miyveyi-qəlbidi Rəsulə
Dözməzdi ola zərrə diləfkar, öz evində
Baxdıqca Peyəmbər ona balidələnərdi
İylərdi gülün Əhmədi Muxtar, öz evində
Fərmayiş edərdi: Məni Zəhra ata səslə!
Şad olsun atan, məfxəri-əbrar, öz evində
Bir Fatimə ki, bəzli çox idi füqərayə
Etməzdi doyunca özü iftar, öz evində
Bir Fatimə ki, aşiq idi sövmü-səlatə
Eylərdi münacati-səzavar, öz evində
Bir Zəhra ki, nazil olub şəninə “Kövsər”
İncitdi onu firqeyi-əşrar, öz evində
Şeyxeyni xilafət nə qədər kəc yola çəkdi
Zəhrayə günü eylədilər tar, öz evində
Əndişə qələt olsa, bəşər fərdidi mütləq!
Nahaq yerə əxyarı edər zar, öz evində
Yandırdı Ömər babi-hümayuni-Əlini
Şəhbanuyi-islam görüb nar, öz evində
Odlandı qapı Saniyə “əl çək!” dedi, məndən,
Zəhra ilə gəl eyləmə peykar, öz evində
Qardaşsızam, incitmə atam tazə ölübdü
Qoy Fatiməni olsun əzadar, öz evində
Hər bir üzə bu dərgəhi-valadı açılmaz
Fikr et kimə gör eylirsən ixtar, öz evində
Fikr eylirsən olmaya köməksizdi əmoğlum?!
Zəhra tək ona vardı tərəfdar, öz evində
Biz istəmirik əmri-xilafət sizin olsun
Qoy rahət ola İtrəti-əthar, öz evində
Ta var nəfəsim bu qapını bir kəs açammaz
Getsin otusun qövmi-təbəhkar, öz evində
Ahularımı evdə mələşdirmə, həya et!
Dörd xırda balam qorxudan ağlar, öz evində
Baxmadı sözə Sani nə bildi onu etdi,
Həqqin elədi həqqini inkar, öz evində
Bir zur vurub qəhrilə yanmış qapı sındı
Zəhra əcəlin gördü pədidar, öz evində
Bimarə ki təkyə eləmişdi elə qaldı
Saldı onu candan dərü-divar, öz evində
Mismar aman vermədi Zəhra gec ölərdi
Dəldi sinəsin ox kimi mismar, öz evində
Sındı sədəfi-Tahirə dürrü yerə düşdü
Oldu əcəl ol dürrə xəridar, öz evində
Fizzə elə səsləndi Əli çıxdı otaqdan
Gördü yıxılıb dilbəri-dildar, öz evində
Nə cayi məzəmmət var Əlidə çətin işdi
Öz məhrəmini çün vurub əğyar, öz evində
Ey vay dedi Allah anasız qaldı uşaqlar
Bu dörd balama kimdi pərəstar, öz evində
Oğlanlarımın, qızlarımın göz yaşı axmaz:
Dildən düşənim eyləsə qoftar, öz evində
Qəşş eyləyib hökmən, səsimə səs verə bilmir
Bihuş eliyib yarımı əğyar, öz evində
Gəlsə dilə, səslənsə “əmoğlu” qəmim olmaz
Billəm ki, Əlinin köməyi var, öz evində
Hasil, işi təqdiri-qəza bir yerə çəkdi
Durdu ayağa Fatimə naçar, öz evində
Gördü ki, Əlini baş açıq qolları bağlı
Çox qüssəlidir Heydəri Kərrar, öz evində
Miri hərəmin Sani çəkir, məscidə sarı
Şəhbazə açır şəbpərə minqar, öz evində
Tutdu iki əlli şəhi dinin ətəyindən
Qəhr eylədi məhbubeyi-Qəhhar, öz evində
Sani dilə gəldi dedi: Qonfuz nə durubsan?!
Zəhra necə gör eyliyir isar, öz evində
Fövrən o dəli qəmçisini açdı belindən
Vurdu gülü-Tahanı o qəddar, öz evində
Taqətsiz oldu Bətulin qolu əl çəkdi Əlidən
Zərbət yetişən vəqtidə təkrar, öz evində
Siddiqeyi-Kübra yıxılıb səhni-səradə
Qalmadı şəhi Kövsərə qəmxar, öz evində
Gəldi balalar Fatiməni aldı arayə
Zeynəb elədi Fizzəni ehzar, öz evində
Qolu bağlı atanın fikrinə qalmış
Kim gəldi ona oldu tərəfdar, öz evində
Çarə yenə qalmış anama bizdə nə çarə
Bir çarə tapa olmasa bimar, öz evində

Tərcümə olunmuş kitabların elektron versiyasından əxz olunub.

Nəzərinizs  

0 #2 Anar, sənin söykəndiyin saytın materiali yalandıMüslüm 2012-05-16 15:59
Təəccübldüdü! İslam dinini öz təqdimatında türkdilli xalqlara təbliğ etmək istəyən İstanbul türkcəsi ilə yayımlanan saytlar, bəzi qardaşlarmız üçün sanki “Quran” kitabı kimi etibarlıdı. Unutmaq lazım deyil ki, saytda verilən dini material, fakt və arqumentlərə söykənmirsə o, sadəcə xəyaldır.Elə bu sayt da istisna deyil. Həqiqət axtarşında olan şəxs, dini materialın hansı kitabdan götürüldüyünü sonunadək araşdırmalı, ya da susmalıdır.
Elimizdə belə bir məsələ var: Bilənə də canım qurban, biməyənə də! Dad, yarımçığın əlindən!
Yarımçıq və qısa düşüncələrlə kifayətlənməyin , cənablar!
Hansı əsrdə yaşayırıq?! Hər şeyi araşdırmaq üçün bu gün daha əlverişli şərait var. İndiyədək bir əhli-sünnəni görmədim ki sonadək təhqiq etsin. Hamı mövzunu yarıda qoyub qaçır. Bir saytın adresini copyalayıb “qapının sındırlıması yalandı” demək, ən azı savadlı şəxsin donuna biçilməyib. Şübhəsiz ki sadəlövh gənclərimizin diqqətini bəzi saytların “təm-təraqlı” görünüşü cəlb edə bilər. Bir məsələni də nəzərdən qaçırmaq lazım deyil ki,yəhudilər bir sayt açıb İstanbul türkcəsilə “Quran yalandır” yazsalar, bunca tarixi faktları və həqiqətləri kənara qoymalı, onların sözünümü qəbul etməliyik?!
Qapının yandırılması haqqında dəqiq faktlar, maraqlısı budur ki, daha çox Türkiyəli əhli-sünnə qardaşlarımızın etiqad bəslədiyi alimlərin kitablarında açıq-aşkar yazılıb. Ondan da maraqlısı budur ki, belə mövzulara aid nəsə söz demək istəyən şəxslər, ümumiyyətlə öz alimlərinin kitablarnı ya qəbul etmək istəmir, ya da heç oxumurlar!
-1 #1 Qapi hadisesi yalandianar 2012-05-13 13:22
http://www.youtube.com/watch?v=cp21_refqGw&feature=share%27%2C%29&fb_source=message

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə