Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şeir Hüseyn!

Hüseyn!

Mən bilirəm ki, şadisən, qərqi-bəliyyəsən Hüseyn
 
Xətmi-Rəsulidən mənə töhfə hədiyyəsən Hüseyn
Nəfsi-zəkiyyəsən Hüseyn, əbdi-rəziyyəsən Hüseyn
Layiqi-təxtü-pərçəmü, taci-əliyyəsən Hüseyn
Ruzi-cəza başında var əfzəli-xunbəha Hüseyn
***
Gərçi bu mərdümi-şəqi sındırıb ehtiramuvi
Müntəqimi-həqiqiyəm hifz edərəm məqamuvi
Allam özüm bu qövmidən həşridə intiqamuvi
Bəxş edərəm mühibbivi xadimivi qulamuvi
Yazdığın əhdnamənin həqqi olar əda Hüseyn
***
Canını bəzli-yar edib çıxdı Hüseyn fəraqətə
Qanını tutdu Cəbrəil, şişeyi-səbzi-Cənnətə
Ərşidə verdi şişəni xazini-gənci-rəhmətə
Rəhməti-Həqq o şişədən tabiş edər qiyamətə
Möhrü-münəvvəri onun “şafeü-mən bəka-Hüseyn”
***
Xeymeyi-Ümmü-Məbədə Xətmi-rüsul edib güzər
Aldı namaza dəstəmaz Həzrət Seyyidül-bəşər
Orda dirəxti-ovsəcə var idi xüşkü-bi səmər
Abi-vüzu ilən onun rişəsini edibdi tər
Batini bir nəzər salıb cəddi-kərəm nəma Hüseyn
***
Gördülər ol dirəxti çün mənəvi bağiban əkib
Rişə atıb qəvilənib qəddi sipehrə baş töküb
Yarpaq açıb budaqların bərgi-zümürrüdə büküb
Şaxələrində gül açıb miyveyi-sorxqun töküb
Bərgilərində nəqş olub: “ya mətərəssəfa Hüseyn”
***
Ay keçib, il keçib neçə müddəti, ruzigar olub
Əhli-qəbilə meyvəvü-sayədə kamkar olub
Bir günü gördülər ağac, yeksərə tar-mar olub
Şaxələrində qan damar, yarpağı ləkkədar olub
Meyvələri solub düşər, səslənir yerdə va Hüseyn!
***
Tünd yel əsdi, sındırıb rişəvü-qol-budağını
Parçalıyıb səpib çölə kəlləsini, ayağını
Gəldi sədayi səhngin, titrədib ərşi taqini:
“Fatimənin əzizinin pozdular ittifaqini
Oldu həmin dirəxti tək xeymələri fəna Hüseyn”
***
Əhli qəbilə hər gecə sübhə kimi həzin-həzin
Orda eşitdilər neçə möhtərəm övrətin səsin
Zəccə çəkib deyərdilər: vay bala vay Hüseyn Hüseyn!
Cinnü-pəri o məclisin cəm”ən oxurdu növhəsin
Koşteyi-əşqiya Hüseyn, vay gülü-Müstəfa Hüseyn
***
Ravi deyir o gün Hüseyn, qətlə yetən zəman idi
Beyti-Müqəddəsin çölü tirə qara duman idi
Hər ağacın kolun dibi, rişəsi ləxtə qan idi
Hər daşın altda çeşmə tək qırmızı qan rəvan idi
Qətrələri yazıb yerə “qüslühü-biddima” Hüseyn
***
Dəfni Hüseynə gəldilər qövmi Əsəd qəbilədən
Ərz elədilər Seyyidi Sacidə: ey şəhi zəman:
İsti su hazır etmişik, sidrü-hənutü-ağ kəfən
Qüslün edək icazə ver, dəfn ola nəhr olan[408] bədən
Gün qabağında qalmasın bundan əlavə ta Hüseyn
***
Əhli qəbiləyə dedi, varisi-Seyyidül-bəşər:
Axı evdə vəfat edib məgər, bu yaralı cənazələr?
Qüsl olunub kəfən geyə, tibqi-rüsumi sərbəsər?
Siz görürsüz ki doğranıb qanə olublar qutəvər
Bu dağılan bədənləri Həqqə verib fəda Hüseyn
***
Ağ kəfən istəməz, bu yer Kərbübəla diyarıdır
Sərvəri-əhli-cənnətin, cənnətinin bəharıdır
Sinələr üstə yarələr gülşəni-ətr-baridir
Qüslləri, kəfənləri qandı, çölün qübarıdır
Qırmızı ləxtədən geyib, peykərinə qəba Hüseyn
***
Qışda ki qar yağar yerə, torpaq olar sefid qar
Meyyitə bənzəyər hamı, dərrəvü-dəştü-kuhsar
Yeksərə ağ kəfən geyər, bağü-derəxtü-nəxlizar
Sakitü-bi səda qalar, müntəzirani-nobahar
Misli həmin bəhari ki orda edib bina Hüseyn
***
Əhli qəbilə bu gecə, getməyin istirahətə
Diqqət ilə baxın görün, kimdi gələn ziyarətə
Qəbriləri təvaf edib növhə deyən cəmaətə?
–Cəddi, atası, qardaşı su səpəcək bu türbətə
Səslənəcəkdi madəri Fatimə, vay balam Hüseyn!
***
Yandı bəhari Müstəfa, düşdü oda bəharələr
Gün batıb, asimanidə oldu əyan sitarələr
Parə çadırda gizlənib yatdılar mahi-parələr
Qarə qəfəsdə həbs olub qarə geyən qənarilər
Nəğmələri ürəkdə var: koştiye-əşqiya Hüseyn!
***
Yatdı qoşun, kəsildi səs, sayə çəkildi dövrədən
Çıxdı Ruqəyyə xaricə, nisfi şikəstə xeymədən
Başı açıq, ayaq yalın, caməsi köhnə pirəhən
Qətligəhə tərəf qaçır, yel kimi titrəyir bədən
Hər qədəm ağlıyır deyir: hardasan ay baba Hüseyn?
***
Guşeyi-qətligahidən nagəh eşitdi bir səda:
Gəzmə bu qanlı ərsəni, sinəmin üstə gəl bala
Cəzb edib aşinasını ləhni-sədayi-aşina
Xaneyi-eşqidən işıq sate olurdu bərməla
Oldu çıraği-nur ilən ol qıza rahnəma Hüseyn?
***
Tapdı nişani-nur ilən məqtəl ara babasını
Gördü çuxur məkanidə qan bürüyüb yarasını
Açdı yaralı şəh iki bazuyi-həqnəmasını
Sinəsinə yapışdırıb doxtəri-binəvasını
Nisgil ilə dedi o qız: canüvə mən fəda Hüseyn!
***
Harda idin qoşun gəlib xeyməni yandıran zaman
At qabağında qızları çöldə dolandıran zaman
Məcərü-guşivarədən ötrü qovub yoran zaman
Rəxtimizi soyan zaman, qəmçi ilə vuran zaman
Vermədin, eylərəm giley, naləmizə səda Hüseyn
***
Bir də məriz qardaşım od tutub odlanan zaman
Vurdu bibim özün oda, xeymə alovlanan zaman
Damənin od tutub mənim şö”lə çəkib yanan zaman
Əmmələrim, anam, bacım qol-qola bağlanan zaman
Səs niyə vermədin hamı səslədi onda “ya Hüseyn!”
***
Etmə Ruqəyyə can giley, mən niyə dadə gəlmədim
Qərq idi xakü-xunidə nəşim aradə gəlmədim
Köynəyimi apardılar, sinə qoşadə gəlmədim
Nazir idim o halizə nuki-cidadə gəlmədim
Fikr eləmə Dəməşqəcən sizdən ola cüda Hüseyn
***
Qovzanıb istədim gələm, atlar ayağı qoymadı
Tutdu məni çuxur yerin qanlı qucağı qoymadı
Qəlbidə növcavanımın suzişi-dağı qoymadı
Nizə, qılıc sınıqları, kəsdi qabağı qoymadı
Oldu bu seyri-rahidə manei-mübtəla Hüseyn
***
İndi öpüm icazə ver surəti-şəms-təl”əti
Sən də müqabilində qoy, surətimə o surəti
Çək o mübarək əllərin başıma qıl məhəbbəti
Pak elə zülfümün tozun, sən bil anamın hörməti
Ta bu yetimə doxtərin xatiri xoş ola Hüseyn
***
Yoxdu başım Ruqəyyə can, ta öpəsən cəmalimi
Ya ki qoyam o surətə surəti por məlalimi
Yoxdu bədəndə əllərim gör bu şikəstə halimi
Başuvə əl çəkib siləm, zülfü-çəmən misalini
Yoxsa edərdi xahişin, şövqilə cabeca Hüseyn
***
Yatma bu qanlı sinədə, dur, bala get, Ruqəyyə can
Əmmələrin gəzir çölü, sinə xəraşü bağrı qan
Ərsədə rəddi-payuvi dərk edib axtarır nişan
Gör necə səs gəlir, deyir: nazlı Ruqəyyəm hardasan?
Bir də deyirlər qıl kömək, bizlərə ya əxa Hüseyn!
***
Ey yaralı Hüseynimə doxtəri-nazidanə gəl
Başı bəlalı bülbülüm, boş qalıb aşiyanə gəl
Bu gecə aləmi səni saldı çölə zəmanə gəl
Ləl kimi boyanmısan başdan-ayağə qanə gəl
Zülfüvə xuni-sorx ilə vermiş əcəb cəla Hüseyn
***
Gəldiyi yoldan ol xanım istədi ric”ət eyliyə
Əmmələrin gəzib tapa, ya gedə parə xeymiyə
Qorxdu, itirdi düz yolu, düşdü vücudi lərzəyə
Bir Nəcəfə tərəf baxıb bir də səvadi Kufəyə
Gəl yolumu itirmişəm, ol mənə rahnəma Hüseyn
***
Zülməti-şəb hərasnak, əmmələri gəzir çölü
Bir qız uşağı nabələd, ərsə tikanilən dolu
Oxdu, qılıcdı, nizədi, qanlı cənazə sağ-solu
Əmmələrin gəlir səsi, leyk tapammayır yolu
Nazir idi o qəmfəza aləmə bərməla Hüseyn
***
Əhli əza kim elədi bəs o qıza dəlaləti?
Getdi mənim əqidəmə, şəmsi-həyavü-möhnəti
Yəni anası Fatimə tapdı o mürği-möhnəti
Əmmələrinə əlbəəl verdi həmin əmanəti
Hifz edələr ki Şamidə salim onu ala Hüseyn
***
Kərbübəla çün güzər eylədi Şahi-la fəta
Baxdı o sərzəminə bir diqqətilən edib nəva
Ərz elədi səhabələr, canuvə canımız fəda
Sən niyə ağladın belə, illətini buyur ağa
Ey pedəri-müəzzəmi-gövhəri-ətqiya Hüseyn
***
Verdi cavab o kəslərə Həzrət Şahi-övliya
Bu yerin adı Kərbəla, bir adı ərzi-Neynəva
Burda mənim Hüseynimin xeymələri olur bina
Qətlə yetər köməkləri, qardaşı, oğlu bərməla
Xəncəri-Şimrilən olur zibhi-minəl-qəfa Hüseyn
***
Bəs ki mənə xəbər verib bu sözü Sadiqi-Xəbir
Xeymələrinə od vurub yandırır ləşgəri-şərir
Zülm ilə Əhli-Beytimi eyləyir əşqiya əsir
Qarət olur xiyamidən məsnədü-cameyi-hərir
Girdü-qübari-dəştidən puşiş edər qəba Hüseyn
***
“Yəhyəvi”nin ki, no cavan oğlu gedib cəhanidən
Əhli-nəcibi-Ərdəbil təziyə tutdu mərdü-zən
Nokəri-pirə ehtiram oldu ziyadə həddidən
Həqqin o hörmətin əda eyliyə bilmərəm ki mən
Gərdəni-Yəhyəvidən et həqlərini əda Hüseyn
 
 
 
Tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə