Çr.ax06182019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Şəvval Şəvval ayının 17-ci günü

Şəvval ayının 17-ci günü

1. Xəndək döyüşü
2. Əbasəlt Hərəvinin vəfatı

1. Xəndək döyüşü
Hicri təqvimi ilə beşinci il, şəvval ayının  17- ci günü Xəndək döyüşü baş verdi.  Bu döyüş qış fəslinə təsadüf edirdi. Bu döyüşdə müsəlmanların sayı 3000 idi və müsəlmanlardan şəhid olanların sayı 6 nəfər oldu. Kafirlərin sayı 10000 nəfər idi. Onlardan ölənərin sayı deyilməyib. (Feyzül-üllam: s. 76-77)
Bu döyüşdə müsəlmanlar Mədinə şəhərinin ətrafında xəndək qazdılar. Bu əsnada kafirlər Peyğəmbər (s) hörmətsizlk göstərdilər. Əmr ibn Əbdəvid döyüşçü tələb etdi. Amma  heç bir kəs onunla döyüməyə cürət etmədi. Ömər ibn Xəttab Əmr ibn Əbdəvidin şücaətlərindən danışıb camaat arasında qorxu yaratdı.Əbdülrəhman ibn Ovf dedi: “ Əgər Əmr bizlə döyüşə başlasa hamımızı öldürəcək.  Ən yaxşısı odur ki, Məhəmmədi əli bağlı onlara təhvil verək.”  Belə bir vəziyyətdə Peyğəmbər (s) buyurdu:  “O düşmənin şərrini aradan qaldıran bir dost varmı?”  Bu zaman Əmirəlmöminin (ə) ərz etdi:
“ Mən onunla mübarizəyə gedirəm.” Peyğəmbər (s) sükut etdi. O, üç dəfə bu sözü təkrar etdi. Hər dəfə Əmirəlmöminin (ə) özünün döyüşə hazır olduğunu bilddirdi.
Nıhayət peyğəmbər (s) icazə verdi və Əmirəlmöminin (ə) hərəkət etdi. Bu zaman Peyğəmbər  (s) buyurdu: “Tamam iman tamam küfrün qarşısında qərar tutub.”
Əmr islama gəlməyib müharibədən əl çəkmədikdə Əmirəlmöminin (ə) onu bir zərbə ilə məğlub etdi. El bu zaman müsəlmanların təkbir səsi ucaldı və Peyğəmbər (s) buyurdu: “Əli ibn Əbu Talibin Xəndək döyüşünədki mübarizəsi qiyamətdək ümmətimin əməllərindən üstündür. (Kəşfül-ğəmmə: s. 150- Biharül-ənvar, c. 20, s. 186 -281)

2-  Əbsəlt Herəvinin vəfatı
Hicri təqvimi ilə 207-ci il, şəvval ayının on yeddisində Hərat əhli olan Siqətül-cəlil Əbasəlt (Əddüs-salam ) ibn Saleh Herəvi  Məmunun zindanından azad olduqdan sonra vəfat etdi. (Müstədrəkül-səfinətül-bihar: s. 5, s. 224)
O, İmam Rzanın (ə) əshabından və xas şiələrindən idi. “Vəfatül-Rza (ə)” onun müəllifi olduğu kitabdır.
İranda o böyük şəxsə aid edilən iki məzar var. Onlardan biri Məşhəd şəhərindən kənarda, ikincisi isə Qum rey darvazasında yerləşir. (Məraqidül-məarif: c. 1, s. 107-108)


ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə