Çr.ax03192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Şəvval Şəvval ayının 14-cü günü

Şəvval ayının 14-cü günü

Əbdülməlik ibn Mərvanın ölümü

Hicri təqvimi ilə 86-cı il, qantökən, xəsis  Əbdülməlik ibn Mərvan Dəməşqdə həlak oldu. (Tətimmətül-müntəha: s. 134)
O, xəlifə olmazdan öncə məscidə gedər Quran oxuyardı. Onu “hümamətül-məscid”- “məscid göyərçini”   adlandırırdılar. Xəlifəlik məqamına çatdığı xəbəri ona gəlib çatanda Quranı büküb dedi:  Xudafiz, bu sənlə mənim ayrılığımızın başlanğcıdır.” (Tarixi-xüləfa: s. 217)
Rağib yazır: “Əbdülməlik deyirdi ki, keçmişdə mən  qarışqanı belə ödürrməkdən narahat olardım. İndi isə Hüccac mən yazır ki, camaatdan böyük bir qrupu öldürəm və (bu isə) mən heç bir təsir etmir. Zöhri Rəvəzi ona dedi:
-Eşidmişəm ki, şərab içirsən?! Dedi:
- Bəli, And olsun Allaha ki, qan da içirəm. (Mühaziratül-üdəba: c.1 s. 173)
Əbdüllah Mərvan təkcə özü qantökən deyildi. Onun müxtəlif məntəqlərdə məmur təyin etdiyi şəxslər də  camaatı qırmaqda – xüsusi ilə də həzrət Əli (ə) şiələrini öldürməkdə çox şöhrət qazanmışdılar. O ölüm zamanı gəldikdə ağır xəstəliyə tutuldu. Həkim ona dedi: “Əgər su içsən, öləcəksən.”
Qızına yalvardı ki, ona su versin. Amma oğlu Vəlid onun mane oldu. Bu zaman Əbdülməlik ona dedi: “ Qoy mənə su versin. Yoxsa səni vəliəhdlikdən çıxaracağam.” Vəlid icazə verdi. O da su içdi və cəhənnəmə vasil odlu.
Əbdülməlikin ən böyük cinayətlərindən biri İmam Səccadı (ə) şəhadətə çatdırmaq və Hüccac Səqəfini Əmirəlmöminin (ə) şiələrinə həvalə etməsi idi. (Tətimmətül-müntəha: s. 134)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə