Bz.er08262019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Şəvval Şəvval ayını 1-ci günü

Şəvval ayını 1-ci günü

1-Fitr bayramı
2-“Qər-qərətül-küdr” döyüşü
3-Əmr ibn Asın ölümü

1- Fitr bayramı  
Müqəddəs islam dinində Şəvval ayının ilk günü fitr bayramı ilə əlamətdardır. Müsəlmanlar ramazan ayı boyunca bir ay orucluqdan sonra bu bayramı qarşılaryır.
“ Fitr” bayramı, fitrətə qayıtmaq mənasını daşıyır. Yəni, ramazan ayında nəfslə cihad və mə`nən özünüdüzəltmə insanı bir məqama çatdırır ki, cəhl, azğınlıq, günah və həva-həvəs pərdələrini aradan qaldırır. İnsan Allah-taalanı əks etdirən pak fitrətinə qayıdır. İslam aspektindən fitr baryramı ruzidir ki, müsəlmanlar ramazan və orucluq məktəbində Quran ayələri və öz münacatları, səbri-iradəni gücləndirməsi şüasında altında öz fitrətini Sübhan Allaha yönəldir və günah etməmək üçün özünü həmişə Allah-taalanın məzhərində bilir.
Təqvalılar mövlası həzrət Əli (ə) fitr bayramlarının birində bir xütbə oxudu. O xütbədə buyurub:
“Ey camaat! Bu gün bir gündür ki, yaxş əməl sahibləri  savab, günahkarlar isə məyus olur və onun qiyamət gününə çox bənzərliyi var. Elə isə bayram namazını qılmaq üçün mənzillərinizdən çölə çıxanda, qəbirlərinizdən çıxıb Rəbbinizə tərəf gedəcəyiniz vaxtı xatırlayın. Namaz qılınan məkanda duranda ilahi ədlin məhzərində durduğunuzu və sizinlə hesab-kitab olunduğu zamanı xatırlayın. Öz mənzillərinizə qayıdan zaman, cənnətdəki mənzilinizə getdiyinizi düşünün. Ey Allah bəndləri! Oruc kişi və qadınlara verilən ən az şey, odur ki, ramazan ayının sonunda bir mələk onlara belə nida edir: (Baxın! Dinləyin!) Sizə müjdə olsun ey Allah bəndələri! Keçmiş günahlarınız bağışlandı. Elə isə öz gələcəyinizi, qalan günlərinizi necə keçirəcəyinizi düşünün!” (Nəhcül-bəlağə: 78-ci xütbə)
2-“Qər-qərətül-küdr” hadisəsi
Hicri təqvimi ilə 2-ci il, şəvval ayının ilk günü “Qər-qərətül-küdr” hadisəsi baş verdi.        
“Qər-qərətül-küdr”, bir su adıdır. Mədinənin üç mənziyyində yerləşir. Bu döyüşün səbəbi o idi ki, Allah peyğəmbərin (s) xəbər verdilər ki, Bəni-Səlim və  Bəni-Qətəfan qəbiləsindən bir qrup şəxs “Qər-qərətül-küdr”-də toplanıb və gecə ikən Mədinədə qan tökmək niyyətindədirlər. Ona görə də həzrət, islam bayrağını Allahın şiri həzrət Əliyə (ə) verdi, onu iki yüz nəfərlə oraya göndərdi. Əmirəlmöminin (ə) o yerə çatanda gördü ki camaat o məntəqədən çıxıb gediblər. Həzrət də Mədinəyə qayıtdı. (Müntəhayül-əmal: 1-ci bab, 6-cı fəsl, s. 87)
3.Əmr ibn Asın ölümü
Hicri təqvimi ilə 41-ci il, şəvval ayının 1-ci günü,  lənətlik Əmr ibn As cəhənnəmə vasil oldu. Onun anası Nabiqə idi. O, bir kəniz idi ki,  Abdullah ibn Cəzəlan onu alıb azad etmişdi. Nabiqə Məkkənin pis əməlli qadınlarından hesab olunurdu. Çoxları əxlaqıslıq ünvanı kimi bu sahədə ona müraciət edirdi.  O cümlədən: Əbu Ləhəb, Nüməyyə ibn Xələf, Hişam ibn Müqəyrə, Əbu Süfyan As ibn Vail, onunla zina edir və Əmr ibn As dünyaya gəlir. O, doğduqdan sonra onlardan biri Əmri iddia edirdi. Nəhayət bu barədə seçimi Nabiqənin özünə qoydular. O da Ası seçdi. Məlun As bir şəxs idi ki, islamın əziz peğəmbərinə (s) “əbtər” (sonsuz) deyə xitab edirdi. Bu da o həzrətin şərəfli ruhiyyəsini kədərləndirmişdi. O zaman mübarək kövsər surəsi nazil oldu.  (Əl-Qədir, c. 2, s. 125).
Onun belə bir əsli-nəcabətə sahib olduğu nəzərə alsaq, peyğəmbərlə (s) Əli ibn Əbu Taliblə (ə) olan ən qatı düşmənçiyi və Müaviyə ilə birlikdə müxtəlif hiylələr vasitəsi ilə Əmirəlmöminin ürəyini qan etməsi (ə) heç də təəccüblü deyil. Onun nəticəsində də Süffeyn hadisəsi baş vermişdi. O hasidə Quranları nizələrin başına sancdılar. Malik  Əştərin şəhadəti və Hökmeyn hadisəsi də onun hiylələrinin nəticəsidir. Deyirlər ki, ölüm anında deyirdi. Elə bir haldayam ki, Rəzəvi dağını mənim üstümə qoyub, içimi tikanlarla doldurub və məni iynənin dəliyindən keçirirlər. (Vəqayeül-əyyam, s. 69)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə