Cm.ax06272019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İlahİ kəlam Quran SURƏLƏRİN FƏZİLƏTİ “Nisa” surəsinin fəziləti

“Nisa” surəsinin fəziləti

1-Zərr ibn Cəbiş deyir: Əmirəlmöminin (ə) buyurdu: Hər kəs Cümə günləri Nisa surəsini oxusa qəbir sıxıntısından amanda qalacaqdır?
2-Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən nəql edib ki, o Həzrət buyurdu: Hər kəs bu surəni (Nisa surəsini) oxusa, elə bil ki, özündən sonra gələn hər bir möminə miras sədəqə vermişdir, və onun əcri bir bəndəni (qulu) alıb azad edən şəxsin əcri qədərdir. O şirkdən uzaq olar, və Allahın nəzərində xətasına göz yumulmuş kəslərdəndir.
Ömər ibn Xəttabdan (Raşidin xəlifələrindən rəvayət olunub. O deyib: Bəqərə, Maidə, Həcc, Nur, surələrini öyrənin çünki fərizələr və vacibatlar bu surələrdədir. Əyyaşi (qabaqkı hədisi) Əmirəlmöminindən də nəql edib.
Əgər bir şəxs bir şəhərdə yaxud kənddə ürəyi sıxıla və darıxa, və o məhəllədən çıxmağı bacarmaya, o dərəcədə ki, heç cür oradan çıxa bilməsə, bu ayəni oxusa, əlbəttə bu ayə onun tezliklə o məhəllədən xaric olmasına səbəb olar. "Rəbbəna əxricna min hazihil qəryətiz-zalimi əhluha, vəcəl-ləna minlədunkə vəliyyən, vəcəl-ləna min lədunkə nəsirən." (Nisa surəsi 75).
Hər zaman müəyyən məkanda bir şey itə, bu ayəni yazıb, yağış suyu ilə yusun, və sudan həmin yerə səpsin, əgər Allah istəsə o şey tapılar. "İnnallahə yəmurukum ən tuəddul-əmanati ila əhliha. Və iza həkəmtum bəynən-nasi ən təhkumu bilədl. İnnəllahə kanə səmiən bəsirən" (Nisa surəsi-58)
Çox danışanın sakitləşməsinə xatir, bu ayəni yazıb, ona bağlasanız, az danışar. "La yuhibbullahul cəhrə bissui, minəl qəvli illa mən zulimə, və kanəllahu səmiiən əlimmən". (Nisa surəsi 148).
Allah-taala buyurur: "La yuhibbul-lahil cəhrə bissui minəl qəvli illa mən zulimə və kanəllahu səmiiən əliimən". Yəni "Allah bir kəsin öz sözləri ilə başqasının pisliklərinin izhar olunmasını (açıqlanmasını) sevmir, məgər ki, o kəs zülmə məruz qalmış ola Allah eşidən və biləndir."
Bu ayəni çox danışan, xudbin və təkəbbürlü, öz danışığı ilə məğrur olan adamın müqabilində, (göz qabağında) yazmaq lazımdır. Əgər onun sakitləşməsini istəsən, bunu oxusan, az danışacaqdır. Və əgər bir kəs bu ayəni ceyran dərisinə yazsa, və özü ilə saxlasa, zalım yaxud Cabbar hakimin yanına getsə, ondan qorxarlar. Bu ayəni təkrar-təkrar oxusan cabbar (təkəbürlü) hakimin şərrindən amanda qalar, və ona heç bir zərər dəyməz.
Əgər bu ayəni müşk, zəfəran, və gülabla yazıb yağış suyu ilə yuyub, onu hakimin üstünə səpsən, ədaləti rəayət edib, doğuruluğa hökm edər.
Bu ayəni, paltarın bir parçasına (yaxasına), yazsınlar, o paltarı cümə axşamı kəsmək, və sonra onu acı dil arvadın evinin astanasında basdırmaq lazımdır. İnşaallah onun dili qısalar.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə