Cm.ax06202019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İlahİ kəlam Quran SURƏLƏRİN FƏZİLƏTİ “Əraf” surəsinin fəziləti

“Əraf” surəsinin fəziləti

1-Əbi Bəsirdən rəvayət olunub ki, imam Sadiq (ə) belə buyurub: Əraf surəsini hər ayda bir dəfə oxuyan şəxs, Qiyamətdə o kəslərdən olacaqdır ki, Allah-taala buyurur: Onlar qorxmazdır və qəmli olmazlar. Bu surəni həftədə bir dəfə oxusa, hesab kitabı asan tutulan insanlarla bir yerdə olacaqdır. Həmçinin möhkəmatın (aşkar dəlalət edən, başqa mənada olmayan ayələr) biri bu sərədədir. Belə isə onu oxumağı tərk etməyin. Çünki, Qiyamət günündə onu oxuyan şəxsə şəhadət verəcəkdir.
-2-Ubəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən rəvayət etmişdir ki, Allah-taala Əraf surəsini oxuyan şəxmlə-şeytan arasında bir pərdə qərar verər və Qiyamət günündə Həzrəti Adəm (ə) ona şəfaətçi olar.
-Hər kəs bu surəni yazıb özündə saxlasa düşməndən amanda qalar və heç vaxt gümrah (yolunu azmaz) olmaz.
-Hər kəs aşağıdakı ayəni oxuyub, az yatmasını Allahdan istəyə həqiqətən istədiyinə nail olar., və həmçinin Şeytandan qorxanda bu ayələri oxuyun.
Ayə: "İnnə rəbbukumullahul-ləzi xələqəsəmavati vələrzə fi sittəti əyyamin sümməstəva ələl ərşi yuğşilləylən-nəharə yətlubuhu həsisən vəşşəmsə vəlqəmərə vənnucumə müsəxxəratin biəmrihi, əla ləhul xəlqu vələmru təbarəkəllahu rəbbul aləmin (54) Udu rəbbəkum təzərruən və xufyətən, İnnəhu la yuhibbul mutədin (54). Vəla tufsidu fil-ərzi bəədə islahiha vəduhu xəvfən vətəməən, İnnə rəhmətəllahi qəribun minəl muhsinin" (Əraf 56).
[Bu ayələr səxrə ayələri adı ilə də tanınmışdır].
Yuxu sənə qələbə etməsiş deyə, bu ayəni suya oxu və sonra bəninini onunla yu: Ayə: "Vələmma caə Musa limiqatina və kəlləməhu rəbbuhu qalə rəbbi ərini ənzur iləykə. Qalə lən tərani vəlakinin zur iləl cəbəli cəələhu dəkkən və xərrə Musa səiqən. Fələmma əfaqə Qalə subhanəkə tubtu iləykə və ənə əvvəlul muminin. (Əraf-143)


Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə