Çr04242024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İlahİ kəlam Quran SURƏLƏRİN FƏZİLƏTİ “Həcc” surəsinin fəziləti

“Həcc” surəsinin fəziləti

1-Surət ibn Kuləybin atasından rəvayət olunub ki, imam Sadiq (ə) belə buyurdu: Bir kəs hər üç gündə həcc surəsini oxusa, bir il keçməz ki, Allahın evinin (Kəbə) ziyarəti ona nəsib olar, və Həccə yola düşər. Əgər bu səfərdə dünyadan getsə, (vəfat etsə) onu birbaşa Behiştə apararlar. Ravi (rəvayət edən) deyir: Söylədim əgər bu kişi müxalifətlərdən olsa, onunla nə edəcəklər? Həzrət buyurdu: Əzabını yüngülləşdirəcəklər.
2-Allahın Peyğəmbəri (s.ə.v.v) buyurdu: Hər kəs Həcc surəsini oxusa, bütün Həcc və ömrə edənlərin, keçmişdə və gələcəkdə ömrə ziyarəti edənlərin, savabı ona veriləcək.
İşlərin sonundan xəbərdar olmaq üçün bu ayəni 201-dəfə oxusun və yatsın.
"Ələm təələm ənnəllahə yəələmu ma fissəmai vələrzi innə zalikə fikitabin innə zalikə ələllahi yəsirun" (Həcc-70)



Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə