Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Təqvim

Şəban ayı

Bil ki, şəban ayı çox şərəfli aydır və peyğəmbərlərin seyidi Həzrət Məhəmmədə (s) mənsubdur.
islammektebi
Şəban ayının fəziləti və əməlləri
Həzrət Məhəmməd (s) peyğəmbər bu ayı oruc tutar və ramazan ayına birləşdirərdi. O buyurardı:
-“Şəban mənim ayımdır. Kim mənim ayımdan bir günü oruc tutsa, cənnət ona vacib olar”.
İmam Sadiqdən (ə) belə rəvayət olunub:
-“Şəban ayı gələn kimi, İmam Zeynəl-abidin (ə) öz səhabələrini toplayar və buyurardı;
-“Ey mənim səhabələrim! Bilirsinizmi bu hansı aydır? Bu şəban ayıdır. Həzrət Peyğəmbər (s) buyurardı:
-“Şəban mənim ayımdır”.
Bu ayda öz peyğəmbərinizin (s) məhəbbətini cəlb etmək və Allahınıza yaxınlaşmaq üçün oruc tutun. O Allahın haqqına and içirəm ki, Əli ibn Hüseynin canı Onun qüdrət əllərindədir! Atam Hüseyndən (ə) belə buyurduğunu eşitdim:
-“Əmirəl-möminindən (ə) belə buyurduğunu eşitdim:
-“Kim şəbanı peyğəmbərin (s) məhəbbətini cəlb etmək və Allaha yaxınlaşmaq üçün oruc tutsa Allah onu sevər, qiyamət günü onu öz kərəminə yaxın edər və cənnəti ona vacib edər”.
Şeyx Tusi Səfvan Cəmmaldan belə rəvayət edib:
-“İmam Sadiq (ə) mənə belə buyurdu:
-“Sənin yaxınlığında və ətrafında olan şəxsləri şəban ayının orucunu tutmağa vadar et!”
Dedim: -“Sənə fəda olum! Onun fəzilətində nə isə görürsənmi?”
Buyurdu:
-“Bəli! Həqiqətən Allahın Peyğəmbəri (s) hər vaxt şəban ayının hilalını görürdüsə, bir carçıya əmr edərdi ki, Mədinədə belə car çəksin:
-“Ey Mədinə əhli! Mən sizə tərəf göndərilmiş Allah rəsulunun (s) elçisiyəm. Peyğəmbər (s) buyurur ki; Həqiqətən şəban mənim ayımdır. Allah rəhmət (rəhm) etsin o şəxsə ki, mənim ayımda mənə yardım etsin, yəni bu ayı oruc tutsun”.
Sonra İmam Sadiq (ə) əlavə etdi:
-“Əmirəl-möminin (ə) buyurmuşdur:
-“Peyğəmbərin (s) şəban ayındakı carçısının sözlərini eşitdikdən sonra, şəban ayının orucunu fövtə vermədim və inşa Allah dünyada yaşadığım müddət ərzində bu ayın orucunu fövtə verməyəcəyəm”.
Sonra buyurdu: “İki ayın orucu, yəni şəban və ramazan aylarının orucuAllahdan tövbə və bağışlanmadır”.
İsmail ibn Əbdülxaliq belə rəvayət etmişdir: İmam Sadiqin (ə) yanında idim. Şəban ayının orucundan söhbət düşdü. Həzrət (ə) buyurdu: -“Şəban ayının orucunun fəziləti belədir, elədir. O yerə qədər ki, bir şəxs haram qana mürtəkib olsa (birini öldürsə) şəban ayının orucunu tutmaq onun üçün faydalıdır və günahı bağışlanar.
Şəban ayının ümumi əməlləri:
1-ci: Hər gün 70 dəfə “اَسْتَغْفِرُاللّهَ وَ اَسْئَلُهُ التَّوْبَةَ” (Əstəğfirullahə və əs`əluhut-təvbəh) demək. Tərcüməsi; “Allahdan bağışlanmağımı istəyir və Ona doğru tövbə edirəm”.
2-ci: Hər gün 70 dəfə “اَسْتَغْفِرُاللّهَ الَّذى لا اِلهَ اِلاّ هُوَ الرَّحْمنُ الرَّحيمُ الْحَىُّ الْقَيّوُمُ وَ اَتُوبُ اِلَيْهِ” (Əstəğfirullahəl-ləzi la ilahə illə huvər-rəhmanur-rəhim, əl-həyyul-qəyyum, və ətubu iləyh) demək. Tərcüməsi; “Allahdan bağışlanmağımı istəyirəm. O Allah ki, ondan başqa məbud yoxdur. Bağışlayan, mehriban, diri və qəyyumdur”. Bəzi rəvayətlərdə isə, “əl-həyyul-qəyyum” “ər-rəhmanur-rəhim”-dən öncədir. Hər ikisinə əməl etmək yaxşıdır. Rəvayətlərdən istifadə olunur ki, bu ayda ən gözəl dua və zikrlər, istiğfardır. Kim bu ayın hər günü 70 dəfə istiğfar etsə, sanki digər aylarda 70,000 dəfə istiğfar etmişdir.
3-cü: Bu ayda sədəqə versin. Baxmayaraq ki, bir xurma dənəsinin yarısı qədər olsun. Əgər belə etsə, Allah-taala onun bədənini cəhənnəm alovuna haram edər. İmam Sadiq (ə) haqqında nəql olunub ki, ondan rəcəb ayının orucunun fəziləti haqqında soruşdular. İmam (ə) buyurdu: “Nə üçün şəban ayının orucundan qəflətdəsiniz?” Ravi ərz etdi: “Ey Rəsuləllahın övladı! Şəban ayından bir günü oruc tutan şəxsin savabı nə qədərdir?” İmam (ə) buyurdu: “Allaha and olsun ki, cənnət o şəxsin savabıdır”. Ravi ərz etdi: “Ey Rəsuləllahın övladı! Bu ayda ən gözəl əmə hansıdır?” İmam (ə) buyurdu: “Sədəqə vermək və istiğfar etmək! Kim şəban ayında sədəqə versə, Allah-taala onu (sədəqəni) bəsləyər edər. Necə ki, sizlərdən biri özünün dəvəsinin balasını bəsləyir. O vaxta qədər ki, qiyamət günü o sədəqə Uhud dağı boyda olmuş vəziyyətdə öz sahibinə yetişər”.
4-cü: Bu ay ərzində 1,000 dəfə desin: “لا اِلهَ اِلا اللّهُ وَلانَعْبُدُ اِلاّ اِيّاهُ مُخْلِصينَ لَهُ الدّينَ وَ لَوُ كَرِهَ الْمُشْرِكُونَ” (La ilahə illəllah, və la nə`budu illa iyyah, muxlisinə ləhud-din, və ləv kərihəl-muşrikun). Tərcüməsi: “Allahdan başqa məbud yoxdur, Ondan başqasına ibadət etmirik, dini onun üçün xalis (ixlaslı) etmişik, baxmayaraq ki, müşriklərin xoşuna gəlməz”. Bu zikrin çox savabı var. O cümlədən, onun əməl naməsində min ilin ibadəti yazılar.
5-ci: Bu ayın hər cümə axşamı iki rəkət namaz qılsın. Hər rəkətdə həmd surəsindən sonra 100 dəfə ixlas surəsini oxusun və namazın salamından sonra 100 dəfə salavat desin. Allah-taala bu namazı qılanın bütün din və dünya hacətlərini rəva edər. Bu günün orucunun da fəziləti var və rəvayət olub ki; Şəban ayının hər cümə axşamı asimanları zinətləndirərlər. Mələklər ərz edərlər: -“İlahi, bu gün oruc tutanların oruclarını qəbul və dualarını müstəcab et”. Peyğəmbərdən (s) nəql olunan hədisdə deyilir ki; “Kim şəban ayının bazar ertəsi və cümə axşamı günlərini oruc tutsa, Allah-taala onun dünya hacətlərindən 20-sini və axirət hacətlərindən 20 hacəti rəva edər”.
6-cı: Bu ayda çoxlu salavat zikr etsin.
7-ci: Şəban ayının hər günü, zəval (şəri zöhr) vaxtı və bu ayın orta gecəsi (15-ci gecə) İmam Zeynəl-abidindən (ə) rəvayət olunan bu salavatı desin:

اَللّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ شَجَرَةِ النُّبُوَّةِ وَمَوْضِعِ الرِّسالَةِ وَمُخْتَلَفِ الْمَلاَئِكَةِ وَمَعْدِنِ الْعِلْمِ وَاَهْلِ بَيْتِ الْوَحْىِ

Oxunuşu: Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin, şəcərətin-nubuvvəti, və məvzi`ir-risaləti, və muxtələfil-məlaikəti, və mə`dinil-`ilmi, və əhli-bəytil-vəhyi.
Tərcüməsi: İlahi, Məhəmməd və ali Məhəmmədə salavat göndər. Nübüvvətin ağacı, risalətin endirilmə, mələklərin get-gəl yeri, elm mədəni və vəhy ailəsi.
اَللّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ الْفُلْكِ الْجارِيَةِ فِى اللُّجَجِ الْغامِرَةِ يَاءْمَنُ مَنْ رَكِبَها وَيَغْرَقُ مَنْ تَرَكَهَا الْمُتَقَدِّمُ لَهُمْ مارِقٌ وَالْمُتَاَخِّرُ عَنْهُمْ زاهِقٌ وَاللاّزِمُ لَهُمْ لاحِقٌ

Oxunuşu: Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin. Əl-fulkil-cariyəhti fil-ləcəcil-ğamirəti, yə`mənu mən rəkibəha, və yəğrəqu mən tərəkəha. Əl-mutəqəddimu ləhum mariqun, vəl-mutə`əxxiru `ənhum zahiqun, vəl-lazimu ləhum lahiqun.
Tərcüməsi: İlahi, Məhəmməd və ali Məhəmmədə salavat göndər. Dərin okeanlarda üzən gəmi, ona inən şəxs amanda qalar, ondan üz çevirən qərq olar. Onlardan önə keçmək istəyən dindən çıxar, onlardan arxaya qalan məhv olar və onlarla yanaşı olan haqqa qovuşar.

اَللّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ الْكَهْفِ الْحَصينِ وَغِياثِ الْمُضْطَرِّ الْمُسْتَكينِ وَمَلْجَاءِ الْهارِبينَ وَعِصْمَةِ الْمُعْتَصِمينَ

Oxunuşu: Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin. Əl-kəhfil-həsinin, və ğiyasil-muztərril-mustəkinin, və məlcə`il-haribinə, və `ismətil-mu`təsiminə.
Tərcüməsi: İlahi, Məhəmməd və ali Məhəmmədə salavat göndər. Möhkəm daldanacaq (mağara), imkansız çarəsizlərin fəryadına yetişən, qaçanların sığınacağı və vəsilə axtaranların möhkəm tutacağı.

اَللّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ صَلوةً كَثيرَةً تَكُونُ لَهُمْ رِضاً وَلِحَقِّ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ اَداَءً وَقَضاَءً بِحَوْلٍ مِنْكَ وَقُوَّةٍ يا رَبَّ الْعالَمينَ

Oxunuşu: Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin. Səlatən kəsirətən, təkunu ləhum rizən, və lihəqqi Muhəmmədin və ali Muhəmmədin, ədaən və qəzaən, bihəvlin minkə və quvvətin, ya Rəbbəl aləminə.
Tərcüməsi: İlahi, Məhəmməd və ali Məhəmmədə salavat göndər. O qədər çox salavat ki, onların razılığına səbəb olsun. Məhəmməd və ali Məhəmmədin haqqı əda olsun və biz vəzifəmizi yerinə yetirmiş olaq. Öz hövl və qüvvənlə, ey aləmlərin Rəbbi!

اَللّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ الطَّيِّبينَ الاْبْرارِ الاْخْيارِ الَّذينَ اَوْجَبْتَ حُقُوقَهُمْ وَفَرَضْتَ طاعَتَهُمْ وَوِلايَتَهُمْ

Oxunuşu: Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin. Ət-təyyibinəl-əbraril-əxyar. Əlləzinə əvcəbtə huquqəhum, və fərəztə ta`ətəhum və vilayətəhum.
Tərcüməsi: İlahi, Məhəmməd və ali Məhəmmədə salavat göndər. O paklar, yaxşı əməllilər və yaxşılar. Onlar ki, haqlarını vacib etdin və itaət və vilayətlərini fərz qıldın.

اَللّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَاعْمُرْ قَلْبى بِطاعَتِكَ وَلا تُخْزِنى بِمَعْصِيَتِكَ وَارْزُقْنى مُواساةَ مَنْ قَتَّرْتَ عَلَيْهِ مِنْ رِزْقِكَ بِما وَسَّعْتَ عَلَىَّ مِنْ فَضْلِكَ وَنَشَرْتَ عَلَىَّ مِنْ عَدْلِكَ وَاَحْيَيْتَنى تَحْتَ ظِلِّكَ وَهذا شَهْرُ نَبِيِّكَ سَيِّدِ رُسُلِكَ شَعْبانُ الَّذى حَفَفْتَهُ مِنْكَ بِالرَّحْمَةِ وَالرِّضْوانِ الَّذى كانَ رَسُولُ اللّهِ صَلَّى اللّهُ عَلَيْهِ وَالِه وَسَلَّمَ يَدْاَبُ فى صِيامِهِ وَقِيامِهِ فى لَياليهِ وَاَيّامِهِ بُخُوعاً لَكَ فى اِكْرامِهِ وَاِعْظامِهِ اِلى مَحَلِّ حِمامِهِ

Oxunuşu: Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin. Və`mur qəlbi bi-ta`ətikə, və la tuxzini bi-mə`siyətikə, vərzuqni muvasatə mən qəttərtə `ələyhi min rizqikə bima vəssə`tə `ələyyə min fəzlikə, və nəşərtə `ələyyə min `ədlikə, və əhyəytəni təhtə zillikə, və haza şəhru nəbiyyikə, səyyidi rusulikə şə`banu, əlləzi həfəftəhu minkə bir-rəhməti vər-rizvani, əlləzi kanə Rəsulullahi -səlləllahu ələyhi və alihi və səlləmə- yəd`əbu fi siyamihi və qiyamihi, fi ləyalihi və əyyamihi, buxu`ən ləkə fi ikramihi və i`zamihi, ila məhəlli himamihi.
Tərcüməsi: İlahi, Məhəmməd və ali Məhəmmədə salavat göndər. Mənim qəlbimi öz itaətinlə abad et. Sənə günah (üsyan) etməklə məni rüsvay etmə. Mənə ruzi ver ki, ruzisini az etdiyin şəxslərə maddi yardım göstərə bilim. O nemətlərlə ki, sən öz fəzlindən mənə əta etmisən və mənə öz ədalətindən genişləndirmisən və məni öz kölgəndə dirçəltmisən. Bu ay sənin peyğəmbərinin və rəsullarının ağasının ayı şəbandır. O ay ki, onun ətrafını öz rəhmət və razılığınla dövrəyə almısan. O ay ki, Allahın rəsulu (Allahın salavat və salamı ona olsun) onun oruc və ibadətlərini bərpa etmək üçün onun gecə və gündüzlərində tam səy ilə ölüm anına qədər çalışırdı ki, Sənin qarşında təvazökarlıq etsin və bu ayı əziz və uca tutsun.

اَللّهُمَّ فَاَعِنّا عَلَى الاِْسْتِنانِ بِسُنَّتِهِ فيهِ وَنَيْلِ الشَّفاعَةِ لَدَيْهِ

Oxunuşu: Əllahummə fə-ə`inna `ələl-istinani bisunnətihi fihi və nəyliş-şəfaəti lədəyhi.
Tərcüməsi: İlahi, bizə yardım et ki, bu ayda onun yoluna tabe olaq və onun yanındakı şəfaətə nail olaq.
اَللّهُمَّ وَاجْعَلْهُ لى شَفيعاً مُشَفَّعاً وَطَريقاً اِلَيْكَ مَهيَعاً وَاجْعَلْنى لَهُ مُتَّبِعاً حَتّى اَلْقاكَ يَوْمَ الْقِيمَةِ عَنّى راضِياً وَ عَنْ ذُنُوبى غاضِياً قَدْ اَوْجَبْتَ لى مِنْكَ الرَّحْمَةَ وَالرِّضْوانَ وَاَنْزَلْتَنى دارَ الْقَرارِ وَمَحَلَّ الاْخْيارِ

Oxunuşu: Əllahummə vəc`əlhu li şəfi`ən muşəffə`ən, və təriqən iləykə məhyə`ən, vəc`əlni ləhu mutəbbə`ən, hətta əlqakə yəvməl-qiyaməti `ənni raziyən, və `ən zunubi ğaziyən, qəd əvcəbtə li minkər-rəhmətə vər-rizvanə, və ənzəltəni darəl-qərari və məhəlləl-əxyar.
Tərcüməsi: İlahi, onu (peyğəmbəri) mənim üçün şəfaəti qəbul olunmuş şəfaətçi və Sənə doğru olan əbədi yol qərar ver. Məni onun ardıcılı qərar ver. O qədər ki, qiyamət günü sənə qovuşanda məndən razı olasan və günahlarımı görməzdən gələsən. Mənə öz rəhmət və razılığını vacib etmiş olasan. Və məni həmişəlik evdə (cənnətdə) və yaxşıların iqamətgahında endirəsən.

www.islamtimes.org/az/

Səfər ayı

Əziz müsəlmanlar! Biz səfər ayını yaşamaqdayıq... Qeyd edək ki, bu ay kədərli aylardan biridir. Bu ayda İslam ümmətinin Peyğəmbəri (s), ikinci imamımız İmam Həsən (ə), səkkizinci imamımız İmam Rza (ə) və on birinci imamımız olan İmam Həsən Əsgərinin (ə) şəhadət günləridir. İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü - "ərbəin" günü də (20-ci günü) bu aya təsadüf edir.