Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Müxtəlif

Müqəddəs məkanlarımız təhlükədədir

Dünyanın hansı yerində olursa-olsun müharibə və insanların qətlini heç bir bəşər sevmir. Təəssüflər olsun ki, bəzi insanlar çirkin siyasət uğrunda çirkin əməllərə əl atırlar. Görəsən müharibələrdə qətlə yetirilən körpələrin və günahsızların cavabını kim verəcək ?! Suriyada davam edən vətəndaş müharibəsi də bu günün bəşəriyyət faciəsidir. Xüsusən də müqəddəs məkanlarımızı döyüş alayına çevirənləri isə insan adlandırmaq olmaz. Yəqin ki, onlar üçün dünyada  müqəddəs heş bir şey yoxdur. Törədilən müxtəlif yaramazlıqlar sanki vəhşi xislətli kəslərə bəs etmir. İndi də Əhli-beytin (ə) kədər dolu həyat yaşamış müqəddəs xanımı həzrət Zeynəb ələyha salamın məzarına qarşı hörmətsiz davranmağa başlayıblar. Torpağını-qapsını öpüb göz üstə qoyduğumuz müqəddəs məkanı top-tüfəngə hədəf edənlər yəqin ki heç bir dinə mənsub olmayan vəhşi heyvanlardır. Açılmış atəş, pak hərəmin yaxınlığına düşüb. Allah bunu törədənlərə lənət etsin!
Biz, "Sibtəyn Beynəlxalq Müəssisəsi"-nin əməkdaşları olaraq bu çirkin əməlləri pisləyirik!

Riyakarın əlamətlərini bilirsinizmi?

Peyğəmbər səlləllahu ələyhi və alih: اَمّا عَلامَةُ الْمُرائِى فَاَرْبَعَةٌ: يَحْرُصُ فَى الْعَمَلِ لِلّهِ اِذا كانَ عِنْدَهُ اَحَدٌ وَ يَكْسِلُ اِذا كانَ وَحْدَهُ وَ يَحْرُصُ فى كُلِّ اَمْرِهِ عَلَى الْمَحْمِدَةِ وَ يُحْسِنُ سَمْتهُ بِجُهْدِهِ

Tərcümə: "Riyakarlığın dörd əlaməti var; onun yanın bir şəxs olan zaman ilahi əməllər etməyə çalışır; tək olduqda əməli yerinə yetirməyədə süstləşir; israr edir ki, bütün işlərindən onu tərifləyib mədh etsinlər; çalışır ki, üzdə camaata özünü yaxşı göstərsin."
(Tühəfül-uqul, səh. 17)
Əmirəl-möminin ələyhis-salam: "Riyakarın üç əlaməti var: Camaat onu görəndə sevinər; tənha olanda tənbəllik və süstlük onu bürüyər; istir ki, bütün işlərində onu tərifləsinlər."
(Biharül-ənvar, c.96, səh. 206)

Qeyd: Allaha yaxınlaşmaq üçün olan əməlin görünməsi və ya xalis əməlindən camaatın xəbər tutmas və onun da buna görə sevinməsi, rəvayətlərə əsasən onun niyyəti camaata çatdırmaq deyilsə, riya sayılmaz.

www.sibtayn.com

Müsəlmanların günahları

Müsəlmanların günahlarının cəzası qeyri-müsəlman şəxslərin cəzası kimi olacaq, yoxsa yox?
«Şiə olmayanların yaxşı əməlləri Allah dərgahında qəbul ediləcək?»
«Şiələrin pis və günah işlərinin hökmü nədir?»

Bu qrup adamlar adətən belə dəlil gətirirlər:
1. Əgər bizimlə başqalarının günahları bir cür nəzərə alınaraq hesablanacaqsa, bəs onda şiə ilə qeyri-şiə arasında nə fərq var?
 

Nəfs - təhlükə mənbəyi

Qurani-Kərim:
Nəfsini (günahlardan, mənəvi xəstəliklərdən) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha, mənəvi çirkaba) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır”.
Bəli, şəhvani hisslərin və atifələrin mənbəyi olan nəfs insanı səadətə doğru yönəltməklə yanaşı, onu yolundan azdıraraq bədbəxtliyə və fəsada sürükləməyə qadirdir.

Saf niyyət əməlin qəbul olması üçün şərtdir!

İmanın dəyəri barəsində irəli sürdüyümüz digər bir sual budur ki, görəsən əməlin Allah dərgahında qəbul olunub-olunmamasında imanın rolu var yoxsa yox?
Kafirlərin xeyir əməllərinin Allah dərgahında qəbul olunacağını deyənlərin dəlillərini nəql edəndə qeyd etdik ki, onlar deyirlər: Əməllərin yaxşı və pis olması zati olduğu üçün yaxşı əməl mömin və kafir tərəfindən yerinə yetirilməsindən asılı olmayaraq yaxşıdır və o, Allah dərgahında mütləq qəbul olunmalıdır, çünki yaxşı iş yerinə yetirənin kimliyindən asılı olmayaraq yaxşı, pis isə pisdir və digər tərəfdən Allahın bütün bəndələri ilə münasibəti birdir.