Çr10232019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Səhabə Övliya və alimlər

Övliya və alimlər

Şah Vəli»

 



Qurani-Kərimin böyük müfəssiri Əllamə seyyid Məhəmmədhüseyn Təbatəbai buyurur:
İkinci dünya müharibəsi başlamazdan qabaq mən təhsil üçün Nəcəfin elmi hövzəsinə yollandım.
Nəslimizin izzəti və şərəfi naminə aylıq tələbə hüququ üçün heç bir mərcəi-təqlidin təqaüd alan tələbələr siyahısına ad yazdırmadım. Dolanışığım üçün hər ay atam Təbrizdən pul göndərirdi.
Atamın hər ay göndərdiyi pul mənim bir aylıq xərcimi təmin edirdi. Bircə, hərdən elə olurdu ki, pul gec çatırdı. Bunun da yolunu tapmışdım. Gedib dükançı və çörəkçi ilə danışmışdım ki, pul gələnə qədər lazım olan zəruri alış-verişi nisyə hesablasınlar, pul çatanda hamısını birdəfəlik ödəyim. Belə də edirdim.
İkinci dünya müharibəsi başladı, get-gəl çətinləşdi. Neçə ay idi ki, pul gəlib çıxmamışdı. Qəssab, baqqal, çörəkçi, bir gün mənə dedilər:
Ağa seyyid, sizin nisyə dəftərində hesabınız çoxalıb, artıq nisyə sata bilmərik; Keçmiş borclarınızı ödəyin, sonra yenə baxarıq.
Borclu olmağımın xəcaləti bir tərəfdən, pulsuzluq da o biri tərəfdən məni yaman sıxırdı. Narahat oldum.
Əli (ə)-ın hərəminə gedib imama təvəssül etdim və Allahdan bu müşkülümü həll etməsini xahiş etdim.
Evə qayıtdım. Elə bu fikirləri zehnimdə götür-qoy edirdim ki, həyət qapısının döyüldüyünü eşitdim. Gedib qapını açdım, gördüm başında papağı, çiynində əbası olan arıq-sısqa bir seyyiddir.
Salaməleyk edib, hal-əhval tutduqdan sonra mənə dedi:
Seyyid Məhəmmədhüseyn! Allah sənə salam yetirir və deyir:
İyirmi ildir ki, səni pulsuzluq fikrindən və qürbət qəmindən qoruyub saxlamışıq, bundan sonra da darda qoymarıq. Darıxma, bu həftə müşkülün həll olar.
Dedim:
Siz kimsiniz? Dedi:
Mən Şah Vəliyəm. Bunu deyib gözlərimdən qeyb oldu. Evə qayıtdım. Fikir məni götürdü ki: "Allah sənə salam yetirir” nə deməkdir? Çox fikirləşdikdən sonra, nəhayət sualın cavabını tapdım. Rəvayətlərdə gözümə dəymişdi ki, hərdən Allah Cəbrayıl vasitəsilə Salmana, Əbuzərə və sairəyə salam yetirirdi.
Öz-özümə dedim: Əgər doğrudan da bu həftə müşkülüm həll olsa, deməli bu qeybi bir müjdə olmalıdır.
Qəribə də olsa iki gün sonra Təbrizdən bir-neçə nəfər sövdəgər, tacir Nəcəfə daxil oldu və atamın göndərdiyi dörd aylıq pulu mənə çatdırdılar.
Bundan sonra zehnimdə yeni bir sual oyandı ki, iyirmi il hansıdır?
Əgər yaşım nəzərdə tutulursa, sinnim iyirmi ildən olduqca çoxdur, əgər Nəcəfə gəldiyim tarix nəzərdə tutulursa, o da hələ iyirmi il olmayıb.
Bu əndişədə götür-qoy edirkən, birdən sanki qəlbimə ilham edildi: İyirmi ildir ki, əmmamə qoyub ruhani libasını geyinmişəm. Sonra fikrimdə yeni bir sual baş qaldırdı ki, yaxşı, bəs bu Şah Vəli kim idi? Nə qədər fikirləşsəm də cavab tapa bilmədim. Kimdən soruşdumsa, sorağını verən olmadı.
Artıq Nəcəfdən İrana qayıtmışdım. Təbrizdə olarkən şəhərin alimlərindən birinin evinə getdim. Orada olarkən həmin alimin kitabxanasına baxırdım ki, nəzərimi "Min məzar” adlı bir kitab cəlb etdi. Kitabı açıb vərəqlədim, gözümə "Şah Vəli məzarı” ünvanı sataşdı. Oxuyanda gördüm, məzar sahibinin bütün nişanələri mən gördüyüm Şah Vəlinin nişanələri ilə düz gəlir. Qəbrin ünvanını kitabdan götürüb, gedib onu Təbrizin qədim qəbristanlıqlarından birində tapdım. Qəbirin tarixinə nəzər saldım, gördüm təqribən 200 il bundan qabaq vəfat edibdir.
 

Mənbə: "Alimlərin kəramətləri haqqında maraqlı əhvalatlar" kitabı

«Daşın arifin əlində paralanması»

Şeyx Qulamrza Əlinur mənə (müəllifə) nəql edirdi ki, həzrət Ayətullah Vicdani deyirdi:
İllərin birində aşura günü, günortadan sonra qəbir əhlini ziyarət üçün "Qumun yeni qəbiristan” deyilən qəbiristanlığına getdim. Fatihə oxuyub ziyarət edəndən sonra gözüm qəbiristanlığın bir küncündə ziyarətə məşğul olan Əllamə Təbatəbaiyə sataşdı. Yaxına gedib salaməleyk etdim.
Əllamə bir neçə dəfə yanıqlı halda mənə dedi:
Cənab Vicdani, bu gün hansı gündür? Dedim:
 Aşura günüdür. Dedi:
Heç görə bilirsənmi bu günü bütün mövcudat − yer, göy, daşlar, otlar şəhidlər ağası imam Hüseynə göz yaşı axıdır?
Mən onun bu sözlərindən təəccüblənib lal-mat qaldım. Anladım ki, varlığın həqiqətindən xəbər verir.
Bu halda Əllamə Təbatəbai əyilib yerdən bir daş parçası götürdü və daşı əli ilə alma kimi ortadan iki yerə böldü. Paralanmış daşı mənə sarı uzadıb nişan verəndə heyrətimdən quruyub qaldım. Gördüm daşın arasından qan süzülür. Bir müddət heyrət içində daşa tamaşa etdim.
Özümə gələndə artıq Əllamə qəbiristanlıqdan çıxıb getmişdi.
 
 «Bir saat sonra öləcəyəm»

Tanınmış arif seyyid Haşım Həddadın ölümü barədə qızı Fatimə və nəvələri seyyid Abbas və seyyid Musa belə nəql edirlər ki:
Ölümünə az qalmış seyyid Haşim Həddadı Kərbəla xəstəxanasında yatırdırlar. Xəstənin xüsusi həkimi doktor seyyid Məhəmməd Şəruqi idi. Ramazan ayının 12-ci günü qürub çağına üç saat qalmış ağa Həddad deyir ki, məni xəstəxanadan çıxarıb evə aparın, seyyidlər evə yığışıb məni gözləyirlər.
Doktor etiraz edib deyir ki, sizi heç yerə buraxmaq olmaz.
Ağa Həddad doktora deyir:
Səni and verirəm anam Fatimeyi Zəhraya, icazə ver mən gedim, bir saatdan sonra mən bu dünyadan köçəcəyəm.
Doktor əlacsız qalıb icazə verir və xəstənin yaxınlarına deyir, hələlik halı yaxşıdır, bu tezlikdə ölən deyil.
Seyyid Haşim Həddad həmin anda qalxıb evə gəlir. Evə çatanda görür bacanağı hacı Səməd Dəllalın oğlanları evdə oturub onu gözləyirlər.
Hacı Səmədin oğlanları gəlməklərinin səbəbini bildirib deyirlər ki, "İnna sənulqi əleykə qəvlən səqilən” ayəsinin mənasını soruşmağa gəlmişik. Bu ayədə "qəvlən səqilən” dedikdə nə nəzərdə tutulur?
Seyyid Haşim Həddad sualın cavabında buyurur: "La Huvə illa Hu”. Bunu deyib evdəkilərdən hazır xına istəyir və ərəb cavanları adəti üzrə toy günü əllərinə və ayaqlarına xına bağladıqları kimi, xınayaxma mərasiminə uyğun olaraq Həddad da ayaqlarına və əllərinə xına bağlatdırır. Sonra evdəkilərə işarə edir ki, otağı xəlvət edin.
Bu halda üzü qibləyə uzanır. Bir az keçmiş içəri girib görürlər ki, canını Allaha təslim etmişdir.
Doktor seyyid Məhəmməd Şəruqi deyir:
 Seyyid Haşım mənə deyəndə ki: bir saat sonra öləcəyəm, mən həmin dəqiqələrdə onun evinə yollandım ki, görüm məsələ nə yerdədir. İçəri keçib gördüm üzü qibləyə uzanıbdır. Nəbzini tutdum, gördüm artıq dayanmışdır.
 
Mənbə: "Alimlərin kəramətləri haqqında maraqlı əhvalatlar" kitabı

Həzrət Xızr (ə)

Qurani-kərimdə 26 peyğəmbərin adı dəqiq göstərilmiş 4-nə isə işarə edilmişdir. Bu dörd peyğəmbərdən biri Xızrdır (ə). Hədislərə əsasən “Kəhf” surəsinin 65 – ci ayəsi Xızr peyğəmbərə (ə) işarədir. Sözügedən ayədə Həzrət (ə) beyə vəsf edilir: “(Musa və Yuşə orada) Öz dərgahımızdan mərhəmət (peyğəmbərlik və vəhy) əta etdiyimiz və Öz tərəfimizdən elm (qeybə dair bəzi biliklər) öyrətdiyimiz bəndələrimizdən birini (Xızırı) tapdılar.

 

Ayəyə əsasən Xızr (ə) Allahın rəhmətinə aid edilmiş, qeybi elm verilmiş xüsusi bəndələrindəndir.

 

Bəzi hədislərə istinadən onun adı Talya ibn Melkandır, Xızr isə onun ləqəbidir. Çünki xızr sözünün mənası yaşıl deməkdir. Çünki, o qədəm basdığı yer yaşıllığa bürünürdü.

 

Habelə bəzi hədislərdən istifadə olunur ki, Xızr (ə) Allahın peyğəmbərlərindəndir. “Kəhf” surəsinin 82-ci ayəsi “(Ya Musa!) Mən bunları öz-özümdən etmədim (yalnız Allahın əmrini yerinə yetirdim).” də buna şahiddir.

 

Həzrət Xızrın (ə) ömrü barəsində hədislərə istinadən deyə bilərik ki, uzun ömrə (qiyamət gününədək) sahibdir və hal-hazırda diridir[1].

 

İmam Baqir (ə) buyurur: “Xızr (ə) mürsəl peyğəmbərlərdən idi. Allah-Taala onu öz qövmünə onları təhallahlığa, peyğəmbərlərə, asimani kitablara iman gətirməyə dəvət üçün göndərmişdir. Onun möcüzəsi bu idi ki, hər hansı yerə quru çöp basdırdıqda həmin yer və çubuq yaşıllaşırdı. Buna görə də onu “Xizr” (yaşıl) adlandırdılar.

 

Həzrət Xızr (ə) Nuh peyğəmbərin (ə) nəslindəndir. Həzrətin Nuha (ə) nisbəti belədir: Talya ibn Melkan ibn Abir ibn Ərfəxşəd ibn Sam ibn Nuh (ə)[2].

 

Həzrət Xızr (ə) barədə deyilən dastanları bir yerə toplasaq şübhəsiz ki, çox vərəqli kitab alınacaqdır. Onlardan bir neçəsini qeyd etmək istərdik.

 

Köləlik

 

İslam Peyğəmbəri (s) bir gün səhabələrinə buyurdu: “Xızr barədəki xatirələrdən birini sizin üçün danışmağımı istəyirsinizmi? Dedilər: “Bəli, ey Allahın Rəsulu!”. Həzrət (s) buyurdu: “Bir gün Xızr Bəni-İsrailə aid bazardan keçirdi. Fəqirlərdən biri onu tanıdı və yaxınlaşıb kömək dilədi.

 

Xızr (ə) dedi: “Allaha imanım var, lakin yanımda sənə verməyə birşeyim yoxdur. Fəqir dedi: “Sənin çöhrəndə nuraniyyət, xeyir və bərəkət görürəm. Allahın abrına xatir mənə kömək et!”.  Həzrət buyurdu: “Sən böyük şeyə and verdin. Sənə verməyə heç nəyim yoxdu. Məni qul kimi bazarda sat və pulunu özünə götür. Fəqir dedi: “Bu iş düzgündürmü? Xızr dedi: Sən məni böyük şeyə and verdin. Bunu görməməzliyə vura bilmərəm. Məni sat! Fəqir Xızrı dörd yüz dirhəm müqabilində bir tacirə satdı[3].

 

Həzrət Xızr və İmam Əli (ə)

 

İbn Babiveyh İmam Əlidən (ə) müfəssəl bir hədis nəql etmişdir. Onun bir hissəsini nəql edirik: “Məsciddə Əli (ə) buyurdu: “Nə qədər ki, sizin aranızdayam istədiyinizi məndən soruşun. Məsciddən bir kişi qalxıb yaxına gəldi və ərz etdi: “Ey Əmir əl-möminin, məni elə bir işə hidayət et ki, onu yerinə yetirməklə Allah mənə oddan nicat versin.” Buyurdu: “Ey kişi! Qulaq as, düzgün başa düş və yəqinin olsun! Dünyanın davamı üç kəsin varlığından asılıdır: Elminə əməl edən bəlağətli nitqi olan alim, dövlətinin müəyyən hissəsini müsəlmanların istifadəsindən əsirgəməyən varlı və fəqirliyinə qarşı səbirli və dözümlü olan kasıb. Elə isə əgər alim öz elmini yaymadı, dövlətli simiclik etdi və kasıb səbrini əlindən verdi, həlakət zamanı çatmışdır. Həmin zaman Allahı tanıyanlar dövranın geri getdiyini, küfrün yenidən meydana gəldiyini dərk edərlər. Həmin dövrdə məscidlərin çoxluğuna, bədənlərin yaxın, qəlblərinsə uzaq olduğu cəmiyyət çoxluğuna aldanma!

 

)[email protected]#$R%_^P&A(G*E!  96İnsanlar üç dəstədir: Mömin, hövsələli və dünyaya həris. Mömin nə dünyanın ona üz tutmasından sevinər, nə də ondan üz döndərməsindən qəmgin olar. Hövsələli adamın ürəyində dünya təmənnası var, lakin əlinə gələndən gözünü çəkməyi də bilir. Çünki dünya malının axırının nə olduğunu bilir. Lakin hərisin heç bir qorxusu yoxdur ki, dünya malını halaldan əldə edib, ya haramdan.” Soruşdu: Həmin dövrdə möminin əlaməti nədir?” Buyurdu: “Diqqətlə baxar, Allahın göstəriş verdiyi hər bir hökmü yerinə yetirər, Onun razılığına xilaf olan işlərdən isə özünün xoşu gəlsə də çəkinər”.

 

)[email protected]#$R%_^P&A(G*E!  97Həmin kişi Doğru dedin, ey Əmirəl-möminin deyib qeyb oldu. Nə qədər axtardılarsa da onu tapmadılar. Həzrət təbəssüm etdi və dedi: “Kimin dalınca gəzirsiniz? Bu mənim qardaşım Xızr idi”[4].

 

)[email protected]#$R%_^P&A(G*E! 102Bir gün İslam döyüşçüləri Həzrət Əlinin (ə) ətrafına yığışdılar. İmam (ə) çıxışında Allaha həmd və sənadan sonra İslam başçılarının hüququ barədə onun yolu ilə gedənlərə qiymətli və mühüm bir bəyanla söhbət etdi. Bu vaxt İmamın (ə) əshabından biri ayağa qalxıb Həzrəti tərif etməyə başladı.

 

Bu şəxsi o günə qədər Əlinin (ə) ordusunda görməmişdilər. Həmin kəs Allaha həmd və səna etdikən sonra İmam Əlini (ə) belə alqışladı: Sən bizim rəhbərimiz və biz də sənin rəiyyətinik. Allah təala sənin vasitənlə bizi zillətdən izzət yoluna doğru və sair bəndələri də köləlik boyunduruğu altından nicat verdi. Biz sənin ixtiyarında və fərmanın altındayıq. Düz danışan, natiq və müvəffəq hakim, eləcə də fərasətli malik sənsən. Heç rəva deyil ki, sənə itaət olunmasın. Biz sənin elm və kamalını heç kəsin elmi ilə müqayisə etmirik. )[email protected]#$R%_^P&A(G*E! 103Sənin əzəmət və cəlalın bizim yanımızda çox böyükdür və sənin fəzilətlərin bizim yanımızda təsəvvür etdiyimizdən daha yüksəkdir”. )[email protected]#$R%_^P&A(G*E! 103)[email protected]#$R%_^P&A(G*E! 103Amma bu şəxsin kim olması aydın deyildi.

 

Əllamə Məclisi bu barədə belə deyir: “Məlum olur bu şəxs həzrət Xızrdır (ə). O, İmam  Əlinin (ə) haqqını tanıtdırmaq, xalqa höccəti tamamlamaq üçün aşkar olmuşdur[5].

 

 

Xızrın (ə) nəsihətləri

 

O kəsə bağlan ki, ona bağlanmaq sənə ziyan verməz. Ondan başqasına bağlanmaq isə sənə fayda verməz.

 

Söz gəzdirməkdən pəhriz et, çəkin.

 

Hədəfsiz, lüzumu olmayan hərəkətlərdən çəkin.

 

Yersiz və təəccübsüz gülmə.

 

Xəta edəni xətasına görə danlama. (mülayimliklə onu xətasından çəkindir yoxsa xətasında daha da irəli gedər).

 

Öz xətalarına görə Allah dərgahında göz yaşı tök, ağla[6].

 

Heç kəsi günahda ittiham etmə.

 

Allah yanında ən sevimli əməl üçdür; varlı olduğun zamanda orta həddə yaşamaq, qüdrətli olduğun zamanda əfv edib güzəştə getmək və Allah bəndələri ilə dostcasına davranmaq. Elə bir kəs yoxdur ki, Allahın bəndələri ilə dostcasına davransın, lakin Allah onunla axirətdə dostcasına davranmasın.

 

Bütün hikmətlərin başı Allahdan qorxmaqdır[7].

 

Bir işi görmək üçün Allaha and verələr və qüdrəti çatan halda onu yerinə yetirməyə qiyamət günü üzündə qan və ət olmayan halda məhşur olar[8].

 

 

 


 

[1] “Bihar əl-ənvar”, c.13, səh. 299

 

[2] “Bihar əl-ənvar”, c.13, səh. 286

 

[3] “Bihar əl-ənvar”, c.13, səh. 321

 

[4] “Nəsihətlər”, səh.97

 

[5] “Nəhc əl-bəlağə” hekayələri, (140 hekayə) səh.103

 

[6] “Bihar əl-ənvar”, c.13, səh. 302

 

[7] “Nəsihətlər”, səh. 110

[8] “Bihar əl-ənvar”, c.13, səh. 321

«Düz səkkiz min tümən»

Ayətullahül-Üzma Xansari özünə xas bəsirəti və baxış sahibi olan şəxsiyyətlərdən idi. Onun bu xüsusiyyəti barədə maraqlı hekayələr söyləyirlər.
Tehranın etimadlı tacirlərindən biri deyirdi:
Bir gün Xansarinin yanında tək oturmuşdum. Başqa heç kəs yox idi. Nagəhan ağa dedi:
Qapının ağzında bir nəfər dayanıb, bir istəyi olmalıdır. Ərz etdim:
Ağa qapının zəngini çalan olmadı. Dedi:
Niyə ki, kimsə var. Al bu zərfi ona ver getsin.
Mən zərfi alıb mənzilin qapısını açdım, gördüm geyimli-keçimli bir nəfər qapının qarşısında o tərəf, bu tərəfə var-gəl edir. Onu səsləyib dedim:
Qapının zəngini basan siz idiniz? Dedi:
Xeyr! Soruşdum:
Bir işiniz var? Dedi:
 Bəli. Arvadım xəstədir. Xəstəxanada yatırtmaq üçün pul istədilər; lazım olan miqdarı düzəltmək üçün səkkiz min tümənim çatmır. Əlim hər yerdən üzüldü, arvadı xəstəxanada qoyub pul dalınca çıxdım. Amma bilmirdim kimə ağız açım? Nəhayət belə qərara gəldim ki, gedim ağa Xansariyə deyim. Amma indiyə qədər bu qapıya gəlməmişəm və bura heç bir xüms, zəkat verməmişəm. Elə fikirləşirdim ki, zəngi vurum, ya yox, siz qapını açdınız.
Ağanın verdiyi zərfi ona uzatdım. Alıb açdı və içindəki pulları çıxarıb sayanda gördüm əcəba, düz səkkiz min tümən, − ona lazım olan miqdardadır.

 «Dostla birlikdə»

Rəhmətlik Ayətullahül-üzma Mərəşi Nəcəfi dəfələrlə İmam Zamanın görüşünə nail olmuşdur. Biz burda, nəql olunan hekayələrdən ancaq birini yad edəcəyik.
Mərəşi Nəcəfi deyirdi:
Samirrada yaşadığım əyyamlarda bir gün axşam həzrət seyyid Məhəmmədi ziyarət etmək üçün Samirradan çıxıb yola düzəldim və yolda azdım.
Yolun yorğunluğu, susuzluq və aclıq bir tərəfdən, o biri tərəfdən də səhranın isti küləyi məni taqətdən salıb həyata ümidimi üzdü. Bihuş olub isti qumlar üzərinə yıxıldım.
Özümə gəlib gözlərimi açanda başımı bir nəfərin dizi üstə gördüm. Həmin adam kuzəni mənim dodaqlarıma toxundurub su içməyimə kömək edirdi. İndiyə qədər bu lətafətdə, bu sərinlikdə su dilimə dəyməmişdi. Su içdikdən sonra süfrə salındı. Süfrədə iki üç girdə ətirli çörək var idi. Çörəyi yedikdən sonra həmin ərəb kişi mənə dedi:
−Yaxınlıqda bir arx var, gedib orda yuyuna bilərsən. Dedim:
Bu ətrafda arx-filan yoxdur, əgər olsaydı mən susuzluqdan bu hala düşməzdim.
Həmin ərəb dedi:
 Bu ətrafında axan su deyil, bəs nədir? Bu söz onun ağzından çıxar-çıxmaz gördüm məndən bir az kənarda səfalı suyu olan bir arx uzanıb gedir. Bunu görəndə daha çox təəccübləndim ki, necə olur, mənim kənarımdan şarıl-şarıl su axıb getsin, mən isə bir qurtum sudan ötəri az qala həlak olacaqdım.
Həmin ərəb sonra məndən soruşdu:
Səfərin haradır? Dedim Seyyid Məhəmmədin hərəmini ziyarətə gedirəm. Həmin şəxs bu sözlərimi eşitcək əli ilə yan tərəfə işarə edib dedi:
 Bu da seyyid Məhəmmədin hərəmi.
Baxıb gördüm seyyid Məhəmmədin məqbərəsinin yaxınlığındayam. Halbuki mən Qadisiyyə deyilən yerdə yolu itirmişdim və ora ilə seyyid Məhəmmədin məqbərəsi arasında böyük bir məsafə var.
Həmin ərəblə yol boyu söhbətimizdə çoxlu mühüm məsələlər soruşub öyrəndim və mənə bir sıra tövsiyyələr etdi. O cümlədən Qurani-Məcidi tilavət etməyi, Quranın təhrif olduğunu inkar etməyi, valideynə hörmət, seyyidlərə ehtiram etməyi, müqəddəs məkanlara və imamzadələrin ziyarətinə getməyi, gecə namazı qılmağı, Həzrət Zəhranın (ə) təsbihinin zikri və şəhidlər ağası Həzrət İmam Hüseynin ziyarətini təkidlə tapşırdı.
Bu arada birdən ağlımdan keçdi ki, ey dili-qafil, olmaya bu adam imam Zaman ola?
Bu fikri ağlımdan keçirməklə gözlənilmədən həmin şəxs gözlərim önündən qeyb oldu. Əziz dostun hüzurunda ola-ola onu tanıya bilmədiyimə çox təəssüfləndim.

Mənbə: "Alimlərin kəramətləri haqqında maraqlı əhvalatlar" kitabı