Şn02242018

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Əhli-beyt ələyhim əs-səlam Həzrət Fatimə binti Məhəmməd (s.ə)

İbrətamiz

Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?

Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?

Bəzən elə olur ki, qohumlarımız bizimlə eyni əqidədə olmurlar. Bəzən hətta bizi incidirlər. Biz onlarla necə rəftar etməliyik?
İmam Sadiq (ə) buyurur: &...

ƏTRAFLI

Loading...

Bilirsinizmi ?

Gündəlik beş namaz nə üçündür?

Gündəlik beş namaz nə üçündür?

Peyğəmbəri-əkrəm (səlləllahu ələyhi və alihi vəs-səlləm) onun hikmətini belə bəyan edir:

Sübh namazı

 Sübh, şeytanın fəaliyyətə başlaması...

ƏTRAFLI

Loading...

Maraqlı

Həyatda ikən ölmüş şəxs

Həyatda ikən ölmüş şəxs

Həzrət Əmir-əl-möminin İmam Əli əlyhis-salam buyurub:
"Yalançı və ölü, bərabərdilər. Həqiqətən də yaşayanın (ölü ilə m&...

ƏTRAFLI

Loading...

Şiə sözü

Həzrət Fatimə binti Məhəmməd (s.ə)

Cənnət qadınlarının sərvəri və cahilanə ölüm ?!


Əhli-sünnənin hədis qaynaqlarında həzrət Fatimənin (s.ə) cənnət əhli, hətta bütün qadınlardan üstünlüyünə dəlalət edən bir çox hədislərə işarə olunmuşdur. Nümunə üçün bir neçəsini nəzərinizə çatdırırıq:
Buxarinin “Səhih” kitabında belə yazılır:

قال رسول اللّه (ص): فاطمه سیدة نساء أهل الجنة

“Allahın Rəsulu (s) buyurdu: Fatimə (s.ə) cənnət qadınlarının sərvəridir”.
(“Səhih Buxari”, c. 2, səh. 301, “Mənaqibu qərabəti Rəsulillah” fəsli.)
İbn Həcər Heytəmi “Səvaiqul-muhriqə” kitabında 190-191-ci səhifələrdə bir hədisdə Ömər və Əbubəkrin dilindən həzrət Peyğəmbərin (s) həzrət Fatimə (s.ə) ilə söhbətinə işarə edir və belə yazır:


أن النبی(ص) قال لها إن جبریل کان یعارضنی القرآن کل سنة مرة، و أنه عارضنی العام مرتین و لا أراده إلا حضر أجلی و إنک أول أهل بیتی لحاقی الله و أصبری فانه نعم السلف أنا لک...
قال لها : یا فاطمه ألا ترضین أن تکونی سیدة نساء المؤمنین...

“Allah Rəsulu (s) həzrət Fatiməyə (s.ə) buyurdu: Cəbrail Quranı mənə hər il bir dəfə təqdim edərdi (oxuyardı), amma bu il onu mənə iki dəfə oxumuşdur, sanki, əcəlim və ölümüm yaxındır. Qızım, mənə ilk qovuşan şəxs sən olacaqsan!
Ey Fatimə razı deyilsənmi ki, imanlı qadınların ən üstünü olasan...?!”
Cəlaləddin Süyuti “Durrul-mənsur” təfsirində 2-ci cild 42-ci səhifədə yazir:
Peyğəmbər (s) buyurdu: “Bu dörd qadın; İmran qızı Məryəm, Muzahim qızı Asya, Xuvəylid qızı Xədicə, Məhəmməd (s) qızı Fatimə öz zəmanə qadınlarının sərvərləridirlər və onların ən üstünü isə Fatimədir (s.ə)”.
Bizim ələ gətirmək istədiyimiz mətləb bundan ibarətdir:
“Səhih Buxari” kitabı, 2-ci cild 186-ci səhifədə Ayişədən belə nəql edir:


أن فاطمه غضب علی ابی بکر و هجرته و لم تزل مهاجرته حتی توفیت ...

“Fatimə Zəhra son anına kimi birinci xəlifədən narazı idi və eləcə də dünyasını dəyişdi...”.
Əlbəttə, bu çox mühüm məsələ, yəni həzrət Zəhranın (s.ə) Peyğəmbərin (s) canının parası olması (“Səhih Buxari”, c. 2, səh. 308) və onun qəzəbinin Allahın qəzəbi olması (İbn Həcər Heysəmi, “Səvaiqul-muhriqə”, c. 6, səh. 175) bizim bəhsimizin mövzusu deyil.
Bu məqalədə bəhsimizin mövzusu Peyğəmbərdən (s) “imam seçmək və Peyğəmbərin (s) canişininə beyətin bütün möminlərə vacib olması” barədə sadir olmuş bir çox hədislərdir. Bu hədislərin Peyğəmbərə (s) mənsub olması qətidir. O cümlədən aşağıda qeyd olunan iki hədisə işarə etmək olar:
a) “Səhih Müslim”, 6-cı cild 22-ci səhifədə Peyğəmbərdən (s) nəql edir:


 من مات و لیس فی عنقه بیعة مات میتة جاهلیة

“Hər kim boynunda (bir imamının) beyəti olmadığı halda dünyasını dəyişsə, cahilanə şəkildə ölmüşdür”.
b) Əhməd ibn Hənbəlin “Müsnəd” kitabında (c. 4, səh. 96) nəql olunan hədisə əsasən Peyğəmbər (s) buyurur:


من مات بغیر إمام مات میتة جاهلیة

“Hər kəs imamsız ölsə, cahilanə ölümlə ölmüşdür”.
İndi isə suallarımız bunlardan ibarətdir:
Görəsən, həzrət Zəhranın (s) zəmanə imamı kim idi ?
O, kimə beyət etdiyi halda dünyadan köçdü?
Cənnət qadınlarının sərvərinin cahilanə ölümlə dünyadan getməsi mümkündürmü?
Nəyə görə birinci və ikinci xəlifəyə qarşı qəzəbli idi?...
Lütfən, hər növ kin, şübhə, şeytani fikir və təəssübdən uzaq bir vicdanla bu sualları cavablandırın!

Beynəlxalq “Sibtəyn (ə)” müəssisəsi

http://www.sibtayn.com/az

Həzrət Fatimənin (s.ə) məxsusi lövhəsində nə yazılmışdır?

Şeyx Səduqun “İkmalid-din və itmamin-nemə” kitabında Həzrət Fatimə (s.ə) lövhəsindən söz açılmışdır. Həmin lövhədə İmamların (ə) adına və sayına işarə edilmişdir.
Bu hədisi İmam Sadiq (ə) İmam Baqirdən (ə) nəql edir ki, ona da Cabir Ənsari nəql etmişdir. Cabir nəql edir: “Şəhadət verirəm ki, Peyğəmbər (s) həyatda olan əyyamda anan Fatiməni (s.ə) gördüm ki, İmam Hüseynin (ə) dünyaya gəlişini ilə bağlı onu təbrik edəm. O, böyük banunun əlində yaşıl bir löhvə gördüm və güman etdim ki, zümrüddür. Həmin lövhədə günəş kimi parlayan ağ kitabı müşahidə etdim. Həzrətə (s.ə) dedim: “Atam və anam sənə fəda olsun, bu lövhə nədir?”. Həzrət Fatimə (s.ə) buyurdu: “Bu, o lövhədir ki, Allah Təala rəsulu Muhəmməd Mustafaya (s) vermişdir. Bu lövhədə atamın, həyat yoldaşımın, övladlarımın, övladlarımdan olan İmamların (ə) adları zikr edilmişdir. Allahın Rəsulu olan atam onu mənə bağışlamışdır ki, ona baxan zaman ürəyim sevinsin””. Cabir əlavə edir: “Sonra anan Fatimə (s.ə) həmin lövhəni mənə verdi və mən orada yazılanları oxudum. Onun bir nüsxəsini zehnimdə saxladım”. İmam Sadiq (ə) buyurur: “Bu zaman atam Cabirə deyir: “Ey Cabir! Həmin nüsxə hələ də sənin əlindədir? Onu mənə verərsən?””.

Cabir deyir: “Bəli”. Bu zaman atam Cabirlə onun mənzilinə getdilər. Cabir nazik bir dəridən səhifə gətirdi, onu açıb atama göstərdi. Atam Cabirə buyurdu: “Cabir! Sənin yanında olan bu səhifəyə bax ki, sənin üçün əzbərdən deyim”. Cabir əlində olan nüsxəyə baxdı və atam orada olanları ona əzbər dedi. Allaha and olsun ki, İmamın (ə) sözündən heç biri Cabirin əlində olan səhifədəki heç bir sözün əksinə deyildi.

O zaman ki, atamın qiraəti sona çatdı, Cabir dedi: “Böyük Allahı şahid tuturam ki, Fatimənin (s.ə) yanında gördüyüm səhifədə olan şey sizin oxuduğunuz idi”.

Nəql edildiyinə görə, lövhədə olan mətn belə idi:

“Bismilləhir-Rahmənir-Rahim!

Bu kitab Məğlubolunmaz və Həkim Allah tərəfindən Allahın nuru və rəsulu, hicabı, yer üzündə olan nişanəsi və dəlili Muhəmmədədir (s). Bu yazı Rəbbil-aləmin tərəfindən Cəbrayil Əmin (ə) vasitəsilə gətirilmişdir.

Ey Muhəmməd! Allahın adlarını böyük hesab et! Nemətlərimə şükür et və heç bir zaman nişanələrimi inkar etmə. Mən aləmdə olanların Pərvərdigarı və Məbuduyam. Məndən savayı Allah yoxdur. Zalımları xar edən və cəza gününün hesabını çəkənəm. Mən sizin həmin Allah və məbudunuzam ki, Məndən savayı Allah və Məbud yoxdur. Hər kim Məndən savayı kəsin fəzlinə ümidvar olarsa və ya İlahi ədalətdən başqasından qorxarsa, onu ağır əzaba düçar edəcəyəm ki, aləmdəkilərin heç biri onu dadmayıbdır. Ancaq Mənə pərəstiş et və Mənə təvəkkül et. Mən heç bir rəsulu məbus etməmişəm, risalətini təkmil etməmişəm, risalət və təbliğ dövrünü sona çatdırmamışam, məgər o halda ki, onun üçün vəsi qərar vermişəm.

(Ey Muhəmməd (s)) Səni bütün peyğəmbərlərdən üstün etmişəm. Sənin vəsini də bütün vəsilərdən üstün etmişəm. Sonra vəsin və canişinini iki igid övlad Həsən (ə) və Hüseynlə (ə) əziz tutmuşan.

Atasının (Əlinin (ə)) dövrünün sonunda Həsəni (ə) Öz elmimim mədəni, Hüseyni (ə) isə Öz vəhyimin gözətçisi və qoruyanı qərar vermişəm. Şəhadət nemətini Hüseynə (ə) bağışlamışam və onu bu yolla əziz tutmuşam. Onun üçün səadət istəmişəm. Hüseyn (ə) – ən fəzilətli kəsdir ki, şəhid olacaq və şəhidlər arasında ən üstün dərəcə və məqama malikdir. İmamət və tövhidi onunla birlikdə etmişəm. Onun itrət və əhli-beytinin (ə) (razılıq və qəzəbi ilə) savab verərəm. Pis əməl sahiblərini əməllərinin cəzasına çatdıraram.

Hüseynin (ə) ilk övladı və itrəti (Əli (ə)) pərəstiş edənlərin sərvəri və Mənim dostlarımın zinətidir.

Ondan sonra övladı, cəddinə oxşayan və onunla eyni adda olan Muhəmməd (ə) – İlahi elmi yaran və Onun hikmət mədənidir.

Tezliklə Cəfər ibn Muhəmmədə (ə) şübhə edənlər həlak olacaqdır. Hər kim ona qayıdar, sanki Mənə qayıtmışdır. Haqq söz Məndəndir. And içirəm ki, Cəfər ibn Muhəmmədin (ə) elm məqamını əziz tutacağam. Onun məhəbbət və sevgisini dostlarının, Əhli-Beyt (ə) davamçılarının, yoldaşlarının qəlbində qərar verəcəyəm.

Sonra kor fitnəni İmam Musanın (ə) qarşısından kənara çəkəcəyəm. Çünki İlahi itaət və əmr seyri heç bir zaman qət olmayacaqdır. Mənim hüccət və dəlilim insanların gözündən gizli olmayacaqdır. Dostlarım heç bir zaman bədbəxt olmayacaqdır.

Agah olun! Hər kim Mənim səkkizinci hüccətimi yalan hesab edər, sanki bütün övliyaları inkar etmişdir. Əli (ibni Musa (ə)) – Mənim dostum və yavərimdir (və sizin rəhbərinizdir). Mən elm, ismət və nübuvvət sifətinin ağırlığını onda qərar vermişəm.

Haqq söz odur ki, Mən deyim: Musanın (ə) gözlərini övladı, özündən sonra xəlifə və canişini Muhəmmədin (ə) təvəllüdü ilə aydın edəcəyəm. Muhəmməd (ibni Əli (ə)) – Mənim elm və biliyimin varisi, hikmət mədəni, Mənim sirr yerim və bəndələr üzərində Mənim hüccətimdir. Behişti onun yeri qərar vermişəm. Onu, cəhənnəmə getməyi vacib olan 70 nəfər ailə üzlərinə şəfaətçi qərar vermişəm.

(Ondan sonra) övladı Əli (ibni Muhəmməd (ə)) dostum və yavərimi səadətli edəcəyəm. O, Mənim vəhyimin əmanətdarı olacaqdır. Onun nəslindən Həsən (ibni Əlini (ə)) gətirəcəyəm ki, insanları Allah yoluna dəvət edən və İlahi elmin gözətşisi olacaqdır.

(Ondan sonra) Öz hüccətimi övladı (Ali-Muhəmmədin Qaiminin (ə.f)) gəlişi ilə təkmil edəcəyəm. Musanın (ə) kamal və qüdrətini, İsanın (ə) əzəmət və nurunu, Əyyubun (ə) səbrini onda görəcəksiniz. O, elə bir zamanda gələcəkdir ki, Mənim dostlarım xar olacaq, ... başıaşağı olub, atəşə çəkiləcəklər. Onların başı hədiyyə kimi ətraflara göndəriləcəkdir. Qorxaq və titrəyən olacaqlar. Yer onların qanından rəngə boyanacaqdır.

Onların vasitəsilə hər bir kor və qara fitnəni xəlqdən uzaq edəcəyəm. Onların vasitəsilə bəndəlik zəncirləri və bəndləri xəlqin çiynindən götürüləcəkdir. Allahın rəhməti və salavatı onlara olsun! Onlar həmin hidayət olunanlardırlar!””.

Məsumların (ə) kəlamlarında Həzrət Fatimənin (s) məqamı

Xanım Fatimeyi-Zəhranın (s.ə.) məqam və fəzilətlərini dərk etmək üçün mütləq məsum rəhbərlərin kəlamlarına müraciət etmək lazımdır. Onların kəlamlarında o xanımın məqamı, kəramət və böyüklüyü aydın görünür:
1. Xanım Fatimeyi-Zəhra (s.ə.) Peyğəmbəri-Əkrəmin (s) kəlamında:
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Meraca getdiyim zaman Cəbrail (ə) məni behiştə daxil edəndə behişt meyvələrindən daddım. Meyvələr nütfəyə döndü. Yerə qayıtdıqdan sonra Xədicə ilə yaxınlıq etdim və Fatimənin nütfəsi yoğruldu. Fatimə insan simasında bir huridir. Behişt qoxusu arzulayanda, onu Fatimədən alıram.”
“Qızım Fatimə (s.ə.) əbədi оlaraq iki dünya qadınlarının хanımıdır. О, mənim cismimin yarısı, gözümün nuru, qəlbimin mеyvəsi və varlığımın ruhudur... Mеhrabda Allah dərgahında ibadətə başladığı vaхt nuru ulduz kimi səma mələkləri üçün parlayar. Bu zaman Allah-Taala mələklərinə buyurar: “Еy mələklər, Mənim hüzurumda ibadət üçün dayanmış kənizlərimin sərvərinə bir tamaşa еdin. Görün, dərgahımda bədəni nеcə əsir. О, bütün varlığı ilə mənə ibadət еdir...”
“Fatimə (s.ə.) İbadət mehrabında dayanarkən müqərrəb mələklərdən yetmiş mini nazil olub, onunla danışarlar. Allah Fatiməni seçdi, pakladı və ona üstünlük verdi.” “Hər kəs Fatiməni sevsə, şübhəsiz, məni sevmiş və məni sevən də, şübhəsiz, Allahı sevmişdir.” “Həqiqətən, Allah Fatimənin razı olması ilə razı olar və qəzəblənməsi ilə qəzəblənər.”
2. Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Əlinin (ə) kəlamında:
Nəql olunur ki, imam Əli (ə) ilə xanım Fatimeyi-Zəhra (s.ə.) evləndikdən bir neçə gün sonra Peyğəmbəri-Əkrəm (s) imam Əlidən (s): “Fatimə sənə necə zövcədir?” – deyə soruşduqda, imam Əli (ə) belə cavab verir: “Allaha itaət və bəndəçilikdə mənə ən gözəl yardımçıdır.” (Əl-mənaqib”, 3-cü cild, səh.355.)
3. Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Həsənin (ə) kəlamında:
İmam Həsən (ə) anası Fatimə (s.ə.) haqda belə buyurmuşdur: “Bir gecə anamın mehrabda namaz qıldığını gördüm. O, gün doğana qədər rüku və səcdə etdi. Eşidirdim ki, bir-bir kişi və qadınların adlarını çəkərək onları dua edir, özünə isə bir hacət istəmirdi. Soruşdum: “Anacan! Nə üçün başqalarına dua etdin, lakin özünü dua etmədin?” Anam buyurdu: “Oğlum, birinci qonşu, sonra isə (öz) ev(in)! (“Biharul-ənvar”, 45-ci cild, səh.9.)
Həmçinin o həzrət buyrmuşdur: “Dünyada (anam) Fatimədən (s.ə.) abid bir kəs yox idi və o qədər ibadətlə məşğul olurdu ki, ayaqları belə şişirdi.” (“Biharul-ənvar”, 43-cü cild, səh.61.)
4. Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Hüseynin (ə) kəlamında:
İmam Hüseyn (ə) “Aşura” gecəsi bacısı xanım Zeynəbin (s.ə.) taqətsizliyini gördükdə, ona təsəlli verərək keçmişdə nəsil-nəcabətinin başına gəlmiş ağır hadisələri, o cümlədən, anası Fatimənin (s.ə.) çətin günlərini xatırlayaraq buyurmuşdur: “Anam Fatimə məndən yaxşı idi, amma o da dünyada qalmadı.”(“Əl-kamilu fit-tarix”, 2-ci cild, səh.559.)
Digər bir rəvayətdə o həzrətin belə buyurduğu nəql olunur: “Bir gün Allahın Rəsulu (s) Ümmü-Sələmənin evində ikən, Sərsail adlı mələk o həzrətə nazil olub deyir: “Nuru nurla evləndir!” Allahın Rəsulu (s) “Kimi kimlə evləndirim?” – deyə soruşduqda, Sərsail deyir: “Qızın Fatiməni (s) Əli ibn Əbu Taliblə (ə)!” Ondan sonra Allahın Rəsulu (s) Cəbrail, Mikail və Sərsailin hüzurunda Fatiməni (s.ə.) Əli (ə) ilə evləndirir. (“Biharul-ənvar”, 43-cü cild, səh.213, hədis 31.)
5. Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Səccadın (ə) kəlamında:
İmam Səccad (ə) buyurmuşdur: “Qiyamət günü xanım Fatimeyi-Zəhra (s.ə.) məhşər səhrasına daxil olduğu zaman, belə bir nida eşidilər: “Əhli-beytə (ə) məhəbbət bəsləyənlərdən başqa, hamılıqla başınızı aşağı dikin (ki, Fatimə (s.ə.) gəlir). Budur Mühəmmədin (s) qızı Fatimə!” Xanım Fatimə (s.ə.) və onunla birgə olanlar behiştə doğru hərəkət edərlər. Allah-Taala bir mələyi onun hüzuruna göndərib deyər: “Nə istəyirsənsə, Məndən istə!” Xanım Fatimə (s.ə.) ərz edər: “İlahi! Mənim istəyim odur ki, mənə və övladlarıma yardımçı olanları əfv et.” (Əvalimul-ülum”, 11-ci cild, səh.2, hədis: 1779-1780.)
6. Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Baqirin (ə) kəlamında:
İmam Baqir (ə) Cabirə buyurmuşdur: “Qiyamət günü Cəbrail belə nida edər: “Xüveylidin qızı Xədicə haradadır? İmranın qızı Məryəm, Müzahimin qızı Asiyə və Musanın bacısı Ümmü-Gülsüm haradadır?” Onlar ayağa qalxarlar... Allah-Taala buyurar: “Ey əhli-məhşər! Bu gün Mühəmməd, Əli, Həsən, Hüseyn və Fatiməyə kəramət bağışladım. Başlarınızı aşağı dikin və gözlərinizi yumun ki, Fatimə behiştə daxil olmaq istəyir.” Ondan sonraCəbrail behiştdən bir dəvə gətirib xanım Fatiməni (s.ə.) behiştə aparar. Xanım behiştə yaxınlaşdıqda, behiştə daxil olmağa tələsər. Allah-Taala buyurar: “Nə üçün tələsirsən?” Fatimə (s.ə.) deyər: “Belə bir gündə məqamımın tanınmağını istəyirəm.” Allah-Taala buyurar: “Geri qayıt, səni və övladlarını sevən hər bir kəsin əlindən tut və beşhiştə apar!” İmam Baqir (ə) sözünə belə davam etdi: “Ey Cabir, Allaha and olsun! Həmin gün Fatimə (s.ə.) öz şiələri və dostlarını camaatın arasından yaxşı dəni pis dəndən ayıran quş tək ayıracaqdır.” (“Biharul-ənvar”, c.43, səh.64.)
7. Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Sadiqin (ə) kəlamında:
Müfəzzəl ibn Ömər nəql edir ki, imam Sadiqdən: “Xanım Fatimeyi-Zəhra (s.ə.) necə dünyaya gəldi?” – deyə soruşduqda, o həzrət belə buyurdu: “Xədicə (s.ə.) Peyğəmbərlə (s) evləndikdən sonra Məkkə qadınları onunla əlaqəni kəsdilər. Heç kim onun yanına getmir, ona salam vermir və hətta qadınlara onunla əlaqə saxlamaq qadağan edilmişdi.
Peyğəmbərin (s) həyat yoldaşı onların bu rəftarından narahat olurdu. Nəhayət, Fatiməyə (s.ə.) hamilə olduğu zaman anasının bətnində onun qəm-qüssəsinə şərik oldu, Fatimə (anasının bətnində ikən) anası ilə danışır, onu səbir və təmkinli olmağa dəvət edirdi. O, anasının yeganə həmdəmi idi. Xədicə (s.ə.) övladı ilə danışdığını Peyğəmbərdən (s.ə.) gizlətsə də, bir gün Həzrət otağa daxil olanda Xədicənin (s.ə.) öx bətnindəki övladı ilə danışdığını gördü. Xədicə (s.ə.) Peyğəmbərin (s): “Səninlə danışan kim idi?” – sualına belə cavab verdi: “Bətnimdəki uşaq!” Peyğəmbər (s) buyurdu: “Cəbrail mənə xəbər verib ki, bu körpə, qızdır, özü də pak və mübarəkdir. Allah-Taala nəslimi onun vasitəsilə davam etdirəcək. Bu ümmətin rəhbərləri onun nəslindən vücuda gələcək və onlar vəhy kəsildikdən sonra Allahın yer üzündə xəlifələri olacaq.” (“Biharul-ənvar”, c.16, səh.79. )
İmam Sadiq (s) başqa bir hədisdə buyurmuşdur: “Fatimənin “Fatimə” adlandırlmasının səbəbi odur ki, insanlar onun həqiqətini dərk etməkdən acizdirlər.” (“Biharul-ənvar”, c.43, səh.65, hədis 580.)
8. Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Kazimin (ə) kəlamında:
İmam Kazim (ə) buyurmuşdur: “Həqiqətən, Fatimə (s.ə.) düzdanışan və şəhiddir.” (“Miratul-üqul”, c.5, səh.315.)
9. Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Rzanın (ə) kəlamında:
İmam Rza (ə) məsum ata-babalarından Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql etmişdir: “İmam Əli (ə) ilə xanım Fatimeyi-Zəhra (s.ə.) evləndikdən sonra Allah-Taala buyurdu: “Əgər Əlini yaratmasaydım, yer üzündə qızın Fatiməyə həyat yoldaşı tapılmayacaqdı.” (“Üsuli-kafi”, c.1, səh. 141, hədis 177.)
10. Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Cavadın (ə) kəlamında:
İbn Həmzə imam Cavaddan (ə) belə nəql edir: “Allahın Rəsulu (s) Salman Farsiyə buyurdu: “Ey Salman! Allah-Taala qızım Fatimənin bütün əzalarını hədsiz iman və yəqinlə doldurmuşdur...” (“Əs-saqibu fil-mənaqib”, səh.29, hədis 248.)
11. Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Hadinin (ə) kəlamında:
İmam Hadi (ə) Allahın Rəsulundan (s) belə nəql edir: “Xanım Fatimənin (s.ə.) “Fatimə” adlandırılmasının səbəbi odur ki, Allah-Taala onu və dostlarını cəhənnəm odundan uzaq saxlayacaqdır.” (“Lisanul-mizan”, c.3, səh.346.)
12. Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Həsən Əskərinin (ə) kəlamında:
İmam Həsən Əskəri (ə) buyurmuşdur: “Biz imamlar Allahın sizin üzərinizdəki höccətləriyik. Bizim höccətimiz isə anamız Fatimədir (s.ə.).” (“Kafi”, c.6, səh.48.)
13. Xanım Fatimeyi-Zəhra (s.ə.) imam Zamanın (ə) kəlamında:
İmam Zaman (ə) buyurmuşdur: “Rəsulullahın qızı Fatimə mənə ən gözəl nümunə və örnəkdir.” (“İsmət aynası” və Peyami-zən” jurnalı.)

XANIM FATİMEYİ-ZƏHRANIN (S.Ə.) MƏQAMI

Xanım Fatimeyi-Zəhra (s.ə.) – qadınların ən üstünü:

Məşhur əhli-sünnə mənbələrində nəql olunan bir çox rəvayətlərdə aşkar şəkildə göstərilir ki, xanım Fatimeyi-Zəhra (s.ə.) qadınların ən fəzilətlisi və üstünüdür. Əhməd ibn Hənbəl, Əbu Səid Xudridən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: “Həsənlə Hüseyn behişt gənclərinin sərvəri, Fatimə isə behişt qadınlarının sərvəridir.” Bu hədis Buxarinin “Səhih” və Hakimin “Müstədrək” kitabında da nəql olunmuşdur.

Başqa bir rəvayətdə isə belə deyilir: “Fatimə iki dünya qadınlarının sərvəridir.” (“Müsnədi-Əhməd”, c.3, səh.473, hədis 11224; “Əl-müsənnəf”, c.8, səh.527; “Səhih-Buxari”, c.5, səh.92; “Müstədrək”, c.3, səh.151.)

Yenə Peyğəmbəri-Əkrəmdən (s) belə nəql olunur: “Behişt qadınlarının ən üstünü Xüveylidin qızı Xədicə, Mühəmmədin qızı Fatimə, İmranın qızı Məryəm və Müzahimin qızı (və Fironun zövcəsi) Asiyədir.” (“Tarixi-Bağdad”, Xətib Bağdadi, c.3, səh.392.)

2. Xanım Fatimeyi-Zəhra (s.ə.) – insan simasında bir huri:

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Meraca getdiyim zaman Cəbrail (ə) məni behiştə daxil edəndə behişt meyvələrindən daddım. Meyvələr nütfəyə döndü. Yerə qayıtdıqdan sonra Xədicə ilə yaxınlıq etdim və Fatimənin nütfəsi yoğruldu. Fatimə insan simasında bir huridir. Mən behişt qoxusunu arzulayanda, onu Fatimədən alıram.” (“Zəxairul-uqba”, səh.36.)

3. Xanım Fatimeyi-Zəhranın (s.ə.) məhşər səhrasında uca məqamı:

İmam Səccad (ə) buyurmuşdur: “Qiyamət günü xanım Fatimeyi-Zəhra (s.ə.) məhşər səhrasına daxil olduğu zaman, belə bir nida eşidilər: “Əhli-beytə (ə) məhəbbət bəsləyənlərdən başqa, hamılıqla başınızı aşağı dikin (ki, Fatimə (s.ə.) gəlir). Budur Mühəmmədin (s) qızı Fatimə!” Xanım Fatimə (s.ə.) və onunla birgə olanlar behiştə doğru hərəkət edərlər. Allah-Taala bir mələyi onun hüzuruna göndərib deyər: “Nə istəyirsənsə, Məndən istə!” Xanım Fatimə (s.ə.) ərz edər: “İlahi! Mənim istəyim odur ki, mənə və övladlarıma yardımçı olanları əfv et.” Bu məzmunda (azacıq fərqlə) imam Baqirdən (ə) də başqa bir hədis nəql olunmuşdur (Əvalimul-ülum”, 11-ci cild, səh.2, hədis: 1779-1780; “Şəvahidut-tənzil”, c.1, səh.153.)

4. Xanım Fatimeyi-Zəhra (s.ə.) – behiştə daxil olan ilk kəs:

Məşhur əhli-sünnə alimi Zəhəbinin “Mizanul-etidal” kitabında İslalm Peyğəmbərindən (s) belə nəql olunur: “Behiştə daxil olan ilk kəs Fatimədir.” (“Mizanul-etidal”, c.2, səh.131.)

Həmçinin Muhib ət-Təbərinin “Ər-riyazun-nuzrə” əsərində nəql olunur ki, xanım Fatimeyi-Zəhra (s.ə.) behiştdə İslam Peyğəmbəri (s) ilə bər dərəcədə olacaq. (“Ər-riyazun-nuzrə”, c.2, səh.208.)

Hakim Nişpurinin “Müstədrək” kitabında da belə nəql olunur: “Əli, Fatimə, Həsən və Hüseyn (ələyhimus-salm) behiştə daxil olacaq ilk kəslərdir.” (Müstədrək”, c.3, səh.151.)

5. Xanım Fatimeyi-Zəhranın (s.ə.) Allah-Taalanın dərgahında məqamı:

İslam Peyğəmbəri (s) buyurmuşdur: “...Fatimə mеhrabda Allah dərgahında ibadətə başladığı vaхt nuru ulduz kimi səma mələkləri üçün parlayar. Allah-Taala mələklərinə buyurar: “Еy mələklər, Mənim hüzurumda ibadət üçün dayanmış kənizlərimin sərvərinə bir tamaşa еdin. Görün, dərgahımda bədəni nеcə əsir. О, bütün varlığı ilə mənə ibadət еdir...”

6. Xanım Fatimeyi-Zəhra (s.ə.) – Peyğəmbərin (s) sevimlisi:

Ayişədən belə nəql olunur: “Mən danışıqda Fatimə qədər Allahın Rəsuluna oxşar bir kəs görmədim. O, atasının hüzuruna gedərkən, Allahın Rəsulu onun ayağına qalxar, əlini öpər və onu öz yerində əyləşdirərdi.” (Müstədrəküs-səhiheyn”, c.3, səh.154.)

Bir çox məşhur əhli-sünnə alimlərinin kitablarında qeyd olunur ki, İslam Peyğəmbəri (s) imam Əli (ə), xanım Fatimeyi-Zəhra (s.ə.), Həsən (ə) və Hüseynə (ə) baxıb buyurardı: “Mən sizinlə düşmənçilik edənlərlə düşmən, dostluq edənlərlə dostam.” (“Müsnədi-Əhməd”, 2-ci cild, səh.242; “Müstədrək”, c.3, səh.149; “Sünəni-Termizi”, hədis 3870; “Əl-müsənnəf”, c.7, səh.512.)

7. Xanım Fatimeyi-Zəhra (s.ə.) – Peyğəmbərin (s) bədənin yarısı:

Buxarinin “Səhih” əsərində İslam Peyğəmbərindən (s) belə nəql olunur: “Fatimə mənim bədənimin yarısıdır; onu qəzəbləndirən məni qəzəbləndirmişdir.” (“Səhihi-Buxari”, c.5, səh.92 və 105.)

Bir gün səhabələr Allahın Rəsulunun (s) hüzurunda idilər. Həzrət onlardan soruşdu: “Qadın üçün ən yaxşı iş nədir?”

Heç kəs düzgün cavab verə bilmədi. İmam Əli (ə) Peyğəmbərin (s) sualını Fatimədən (s.ə.) soruşdu. Fatimə (s.ə.) buyurdu: “Qadın üçün ən yaxşı iş odur ki, özgə kişiləri görməsin və özgə kişilər də onu görməsin.”

Peyğəmbər (s) bu sözləri eşidəndə sevindi, cavabı bəyəndi və buyurdu: “Fatimə mənim bədənimin yarısıdır.” (Kəşful-ğəmmə, c.2, səh.92.)

8. Xanım Fatimeyi-Zəhranın (s.ə.) razılıq və qəzəbi Allahın razılıq və qəzəbidir:

İslam Peyğəmbəri (s) qızı Fatiməyə buyurmuşdur: “Həqiqətən, Allah sənin razılığınla razı olur və qəzəbinlə də qəzəblənir.” (Müstədrəküs-səhiheyn”, c.3, səh.154.)

9. Fatimə adının dərin mənaları:

Allahın Rəsulu (s) buyurmuşdur: “Fatimənin (s.ə.) “Fatimə” adlandırılmasının səbəbi odur ki, Allah-Taala onu və dostlarını cəhənnəm odundan uzaq saxlayacaqdır.” (“Lisanul-mizan”, c.3, səh.346.)

İmam Sadiqin (s) də belə buyuruduğu nəql olunur: “Fatimənin “Fatimə” adlandırlmasının səbəbi odur ki, insanlar onun həqiqətini dərk etməkdən acizdirlər.” (“Biharul-ənvar”, c.43, səh.65, hədis 580.)

10. Xanım Fatimeyi-Zəhranın evi:

Allah-Taala “Nur” surəsinin 36-cı ayəsində buyurur: “Allahın (şeytanların əlindən uzaq olmaq üçün) ucaldılmasına və Öz adının zikr edilməsinə izn verdiyi o evlərdir ki, orada səhər-axşam Onu təqdis edib şəninə təriflər deyərlər...”

Peyğəmbərin (s) iki səhabəsi Ənəs ibn Malik və Büreydədən nəql olunur ki, Peyğəmbər (s) bu ayəni tilavət edərkən, o həzrətdən soruşuldu: “Ya Rəsuləllah! Bu ayədəki evlər kimlərindir?” Peyğəmbər (s) buyurdu: “Peyğəmbərlərin evləridir.” Yenə soruşuldu: “Ya Rəsuləllah! Əli və Fatimənin də evi o evlərdən sayılırmı?” Peyğəmbər (s) buyurdu: “Bəli, bu, o evlərin ən üstünüdür!” (“Əd-durrul-mənsur”, c.5, səh.50; “Şəvahidut-tənzil”, c.1, səh. 410, hədis 566.)


Həzrət Zəhra (s.ə) ilə Qurani-Kərimin 3 oxşarlığı

Böyük əxlaq alimi olan Ayətullah Cavadi Amuli Həzrət Zəhranın (s.ə) şəxsiyyəti haqqındakı nəzərlərini bizimlə bölüşmüşdür ki, onlara işarə edək: “Həzrət Fatimə (s.ə) haqqında iki mehvərdən danışmaq olar: bir mehvər elmi tədqiqatlardır ki, bizim üçün elmi səmərəsi vardır. Etiqadi nəticələrə malikdir və əxlaq, fiqh, hüquq mövzularını əhatə edir. İkinci mehvər bizim özümüzə aiddir. Biz gərək bu nəcib Xanımı (s.ə) özümüz üçün örnək qərar verək və onun ardıcılı olaq.
Həzrət Zəhra (s.ə) Qurana, nübuvvətə, risalətə, vilayətə tay olan bir şəxsiyyət idi.
İkinci mehvər Xanımın (s.ə) sünnətinə və həyat tərzinə aiddir. Bizim vəzifəmizdir ki, onu araşdıraq və onun ardıcılı olaq.
Əgər Əli ibn Əbitalib (ə) olmasaydı, heç kəs Xanıma (s.ə) tay olmazdı. O, Quran kimi formalaşdı. Belə ki, Quran heç kəsin fikirlərindən düzəlməmişdi və heç bir bəşər övladı onu yazmamışdı və heç kəs onun surələrini, ayə və maarifini inşa etməmişdi. Qeyb aləmindən nazil olub, 23 il ərzində Həzrət Peyğəmbərə (s) məlum olmuşdu. Beləliklə, Quran qeybdən nazil olmuş, 23 il ərzində tamamlanmış və əbədi olaraq qalıcı olmuşdur. Quran bu üç işi görmüşdü. Yəni, yerdən qalxmamışdır, qeybdən nazil olmuşdur. “O, yaradılış və şəriəti möhkəm, Özü isə bütün cəhətlərdən təriflənmiş (Allah) tərəfindən nazil edilmişdir”. (“Fussilət” 42).
Həzrət Fatimə (s.ə) kimi böyük şəxsiyyəti araşdıran zaman görürük ki, həmin üç hal onda da vardır. O, yerdən qalxmamışdır, səmadan nazil olmuşdur. Təqribən Quranla eyni yaşdadır. O, illər ərzində təkmilləşib tərəqqi etmişdir. Sonra da kamilləşməsi sona çatmışdır. Xanımın (s.ə) da ömrü sona çatmışdır. Quran əbədi olaraq qalıcıdır. Baxmayaraq ki: “Şübhəsiz, sən də öləcəksən, onlar da öləcəklər”. (“Zumər” 30) – bütün insanlara şamil edilir, Xanımın (s.ə) qoyub getdiyi bu yol və sünnə Quran kimi əbədi olaraq qalıcı və cavidandır.
O zaman ki, Həzrət Peyğəmbər (s) nəbi olur və meraca gedir, orada behişt yeməyi yeyir. O zaman ki, meracdan qayıdır və yerə enir, bu qidanın meyvəsi Həzrət Zəhra (s.ə) olur. Ona görə də deyə bilərik ki, Xanımın (s.ə) möqəddəs zatı adi insanların zatı kimi deyildi. Adi insanların yedikləri və içdikləri yer üzərində bitən bitkilərə aiddir.
Necə ki, Quran bəşər fikirlərindən ibarət deyildir, Xanımın (s.ə) da dünyaya gəlişi qeyb yeməklərinin məhsulu idi, yer üzünün deyil. Peyğəmbərin (s) meracdan qayıtmağından bir il və hətta daha az keçmişdi ki, xanım dünyaya gəlir”.

Həzrət Zəhra (s) Cənnətə daxil olarkən

Sual : İslam qaynaqlarındakı hədislərdə həzrət Zəhranın (s) Məhşərə daxil olma səhnəsi necə təsvir edilir?

 

Qısa cavab:

Ətraflı cavab:

Məşhur İslam hədislərindən aydın olur ki, İslamın böyük xanımı həzrət Fatimeyi-Zəhranın (əleyhas-salam) Məhşərə daxil olması və oradan Cənnətə hərəkət etməsi onun məqamının son dərəcə yüksək səviyyədə və təntənə ilə baş verəcək. Aşağıdakı hədisi birlikdə oxuyuruq:

İmam Əli (əleyhis-salam) həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) belə nəql edir:
تُحْشَرُ ابْنَتِی فاطِمَهُ یَوْمَ الْقِیامَهِ وَ عَلَیْها حُلَّهُ الْکَرامَهِ قَدْ عُجِنَتْ بِماءِ الْحَیَوانِ، فَتَنْظُرُ اِلَیْهَا الْخَلایِقُ فَیَتَعَجَّبُونَ مِنْها
"Qızım Fatimə Qiyamət günü Məhşərə daxil olarkən, əynində həyat suyuna qarışmış kəramət libası olacaq. Hamı ona sarı baxacaq və onun yüksək məqamından təəccüblənəcəklər."
Sonra bu hədisin davamında buyurur:
فَتُزَفُّ اِلَى الْجَنَّهِ کَالْعَرُوسِ لَها سَبْعُونَ اَلْفَ جارِیَه
"Sonda yetmiş min cənnət hurisi onu dövrəyə alaraq gəlin kimi böyük ehtiramla Cənnətə aparar."
Digər bir hədisdə Ayişə bu haqda Peyğəmbərdən (sallallahu əleyhi və alih) belə nəql edir:  
اِذا کانَ یَوْمُ الْقِیامَهِ نادى مُناد: یا مَعْشَرَ الْخَلایِقِ! طَاْطِیُوا رُوُسَکُمْ حَتّى تَجُوزَ فاطِمَهُ بِنْتُ مُحَمَّد
"Qiyamət günündə bir carçı belə çağıracaq: “Ey camaat! Başınızı aşağı dikin, Fatimə bint Məhəmməd keçir.” (2)
Eyniməzmunlu igər bir hədisdə də buyurulur:
فَتَمُرُّ مَعَ سَبْعِینَ اَلْفَ جارِیَه مِنَ الْحُورِ الْعِینِ کَمَرِّ الْبُراقِ
"Fatimə yetmiş min hurul-eynlə şimşək kimi oradan keçib Cənnətə daxil olar." (3) (4)

Həzrət Fatimə (s) Cənnət xanımı

Sual : Nə üçün Peyğəmbər (s) "Fatimədən Cənnət qoxusunu alıram!" – buyurardı?

 

Qısa cavab:

Ətraflı cavab:

 İnsanın vücudunun ilk təməli onun nütfəsinin bağlandıqda atılır, çünki, insanın vücudunun dəyərlərinin ən əhəmiyyətli hissəsini özündə saxlayan məhz nütfədir. Bu səbəbdən İslam qaynaqlarındakı hədislərdə bu özülü düz qoymaqla əlaqədar çoxsaylı göstərişlər var. İslam xanımı Fatimeyi Zəhranın (əleyhas-salam) həyatına nəzər saldıqda görürük ki, o, bu baxımdan müstəsna məqama malikdir. Bu məqam kişi və ya qadın olmasından asılı olmayaraq dünyanın böyük şəxsiyyətlərinin tarixində misilsizdir. Yaxşı olar ki, bu sözü Peyğəmbərin (sallallahu əleyhi və alih) öz dilindən eşidək:

1. İbn Abbas nəql edir ki, həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) Fatiməni çox öpərdi. Bir gün Ayişə dedi:
− Siz Fatiməni çox öpürsünüz?
Allahın rəsulu (sallallahu əleyhi və alih) belə cavab verdi:
− (Bunun səbəbi var.) Meraca getdiyim gecə Cəbrail məni Cənnətə apardı və bütün Cənnət meyvələrindən mənə verdi. O meyvələrin cövhərindən (suyundan) Fatimənin nütfəsi Xədicənin bətnində bağlandı.
فَاِذَا اشْتَقْتُ لِتِلْکَ الثِّمارِ قَبَّلْتُ فاطِمَهَ فَاَصَبْتُ مِنْ رایِحَتِها جَمِیعَ تِلْکَ الثِّمارِ الَّتی اَکَلْتُها
"Ürəyim o meyvələri istəyəndə Fatiməni öpürəm. Onun qoxusunu alanda həmin gecə yediyim bütün meyvələrin qoxusunu alıram." (1)
2. Bəzi hədislərdə o meyvənin alma olduğu diqqəti cəlb edir. “Zəxairul-uqba” kitabında bir hədisdə bir qrup səhabədən nəql olunur ki, Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdu:
“Cəbrail mənim üçün Cənnətdən alma gətirdi. Mən onu yedim və Fatimənin nütfəsi ondan bağlandı." (2)
3. Digər bir hədisdə sözügedən meyvənin heyva olduğunu görürük. “Mustədrək əs-Səhiheyn” kitabında Səd ibn Malik həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) həmin hədisi nəql edir. (3)
4. Həmçinin, başqa bir hədisdə o cənnət meyvəsi biz dünya insanları üçün tanınmamış, amma olduqca gözəl, ətirli, füsunkar bir meyvə kimi təqdim olunur. Görkəmli alim Süyuti həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) belə nəql edir:
لَمّا اُسْرِیَ بِی اِلَى السَّماءِ اُدْخِلْتُ الجَنَّهَ فَوَقَفْتُ عَلى شَجَرَه مِنْ اَشْجارِ الجَنَّهِ لَمْ اَرَ فِی الجَنَّهِ اَحْسَنَ مِنْها وَ لا اَبْیَضَ وَرَقاً وَ لاَ اَطْیَبَ ثَمَرَهً، فَتَناوَلْتُ ثَمَرَهً مِنْ ثَمَرَتِها، فَاَکَلْتُها فَصارَتْ نُطْفَهً فِی صُلْبِی، فَلَمّا هَبَطْتُ اِلَى الاَرْضِ وَاقَعْتُ خَدِیجَهَ، فَحَمَلَتْ بِفاطِمَهَ، فاِذا اَنَا اشْتَقْتُ اِلى رِیحِ الجَنَّهِ شَمَمْتُ رِیحَ فاطِمَهَ
"Merac gecəsi məni Cənnətə daxil etdilər. Mən Cənnət ağaclarından birinin yanında dayandım. Bütün Cənnətdə ondan gözəl, yarpaqları ondan ağ, meyvələri onun meyvələrindən daha ətirli ağac görmədim. Onun meyvələrindən birini dərib yedim. Mənim sülbümdə ondan nütfə hazırlandı. Yer üzünə qayıdandan sonra Xədicə ilə yaxınlığım oldu və Fatimənin (aleyhas-salam) nütfəsi bağlandı. Ona görə də, cənnət qoxusunu almaq istədikdə Fatimənin qoxulayıram." (4)
Həqiqətdə, birinci hədis bu hədislərin hamısını izah edir. Çünki həmin hədisə görə, həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) bütün Cənnət meyvələrindən yemişdi. Fatimənin nütfəsi onların hamısının cövhərindən təşkil olunmuşdu. Ondan əlavə, Cənnət aləminin bizim yaşadığımız dünya ilə o qədər fərqi var ki, bizim sözlərimiz onun həqiqətlərini bəyan etməyə qadir deyil. Bizim dediklərimiz onlar haqqında cüzi işarələrdir. Hər bir halda Cənnət xüsusiyyətlərinə malik belə bir cənnət xanımının nütfəsi cənnət meyvələrinin cövhərindən təşkil olunmalıdır. Bu üstünlük Xanım Zəhranı bütün dünya xanımlarından fərqləndirir. O bir cənnət xanımı idi. Təbiəti cənnətdən, canı və qəlbi cənnətdən, rəngi-ruhu cənnətdən, sözü-rəftarı cənnətdən, qısa sözlə desək başdan-başa Cənnətdən idi. (5)