Çr.ax02252020

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Əhli-beyt ələyhim əs-səlam Həzrət Fatimə binti Məhəmməd (s.ə)

Fatimə (s.ə)

Kövsər - Peyğəmbər yadigarı

Kövsər - Peyğəmbər yadigarı

(“Kövsər” surəsinin təfsiri)
Əksər təfsirçilərin nəzərincə Kövsər surəsi Məkkə şəhərində nazil olub. Lakin bəziləri bu sur...

ƏTRAFLI

Loading...

Həzrət Siddiqeyi-Kubranın (ə) həyatı

Həzrət Siddiqeyi-Kubranın (s.ə) həyatı

Həzrət Siddiqeyi-Kubranın (s.ə) həyatı

HƏZRƏTİ-ZƏHRA(S.Ə) -nın həyatı

Həzrəti-Zəhra(s.ə)-nın təvəllüdü
Xanım Fatimeyi-Zəhra(s.ə) besətin beşinci ili, cəmadius-sani ayının iyirmisində, Peyğəmb...

ƏTRAFLI

Loading...

Həzrət Fatimə (s.ə)

Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət

Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət

Həzrət Fatimeyi-Zəhra peyğəmbərin yeganə övladıdır ki ondan sonra sağ qaldı və onun nəslinin davamçısı oldu. Bu Allahın təqdiri idi ki ima...

ƏTRAFLI

Loading...

Şiə sözü

Həzrət Fatimə binti Məhəmməd (s.ə)

Həzrət Zəhra (s) Cənnətin ilk sakini

Sual : Cənnətə ilk daxil olan şəxs kimdir?

 

Qısa cavab:

Ətraflı cavab:

 Cənnətə − o geniş ilahi mərhəmət ocağına daxil olmaq hər bir insanın xoşbəxtliyinə dəlalət edir. Bir şəxsin ora hamıdan öncə daxil olması onun fəzilətdə də hamıdan yüksəkdə olması deməkdir. Əhli-sünnədən nəql olunan məşhur hədislərdə bu iftixar həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) dilindən Fatimə (aleyha salam) üçün qeydə alınmışdır:

Zəhəbi “Mizanul-etidal” kitabında nəql edir ki, həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdu:
اَوَّلُ شَخْص یَدْخُلُ الْجَنَّهُ فاطِمَهُ (علیها السلام)
"Cənnətə daxil olan ilk şəxs Fatimədir."
Digər hədisdə Həzrətdən (s) belə nəql olunur:
اَوَّلُ شَخْص یَدْخُلُ الْجَنَّهَ فاطِمَهُ بِنْتُ مُحَمَّد وَ مَثَلُها فِی هذِهِ الاُمَّهِ مَثَلُ مَرْیَمَ فِی بَنِی اِسْرایِیلَ
"Cənnətə daxil olan ilk şəxs Məhəmmədin qızı Fatimədir. O, bu ümmətin arasında eynilə Bəni-İsrailin arasındakı Məryəm kimidir." (2) (3)

Hәzrәt Zәhrаdan (s) 10 hәdis

Yаtmаğа hаzırlаşdığım vахt Pеyğәmbәr (s) оtаğımа dахil оlub buyurdu: Еy Fаtimә! Dörd işi görmәmiş yаtmа! Qurаn хәtm еt, pеyğәmbәrlәri öz şәfаәtçin qәrаr vеr, möminlәri özündәn rаzı еt, hәcc vә ümrәni yеrinә yеtir. Hәzrәt bunlаrı dеyib nаmаz qılmаğа bаşlаdı. Gözlәdim, nаmаzını qurtаrdı. Dеdim: Yа Rәsulullаh! Mәnә dörd işi yеrinә yеtirmәyi әmr еtdin. Аmmа mәn оnlаrı еtmәyә qаdir dеyilәm. Hәzrәt gülümsәyib buyurdu: Әgәr “İхlаs” surәsini üç dәfә охusаn, еlә bil, Qurаn хәtm еtmisәn. Әgәr mәnә vә mәndәn әvvәlki pеyğәmbәrlәrә sаlаvаt göndәrsәn, оnlаr qiyаmәtdә sәnә şәfаәt еdәcәklәr. Möminlәr üçün istiğfаr еtsәn, оnlаr hаmısı sәndәn rаzı оlаcаqlаr. Әgәr: “Subhаnәllаhi, vәlhәmdulillаhi vә lа ilаhә illәllаhu, vәllаhu әkbәr!”-dеsәn, hәcc vә ümrәni yеrinә yеtirmiş оlаcаqsаn.” (“Sәhifәtuz-Zәhrа”, sәh. 164.)

“Qаdının еvdә qаlmаsı (еv işlәri ilә mәşğul оlmаsı) Аllаhın rаzılığınа dаhа yахındır.” (“Müstәdrәkül-vәsаil”, c. 14, sәh. 182.)

Kоr bir şәхs Hәzrәt Zәhrаnın (әh.) еvinә dахil оlаndа хаnım gizlәndi. Pеyğәmbәr (s) buyurdu: Nә üçün gizlәnirsәn, bir hаldа ki, о kоrdur? Әrz еtdi: “О mәni görmәsә dә, mәn оnu görürәm vә о, mәnim iyimi duyur.” (“Bihаrul-әnvаr”, c. 43, sәh. 91.)

“Аllаh zәkаtı insаnlаrın pаklаnmаsı vә ruzinin аrtmаsı üçün, оrucu isә iхlаs kәsb еtmәk üçün qәrаr vеrib.” (“Bihаrul-әnvаr”, c. 43, sәh. 91.)

Әsmа bint Әms Hәzrәt Zәhrа (әh.) üçün tаbut düzәldәndә хаnım хоşhаl оldu. Buyurdu: “Bu tаbut nә qәdәr yахşıdır. Оnun içindәki cәnаzәnin kişi vә qаdın оlduğu mәlum оlmur.” (“Bihаrul-әnvаr”, c. 43, sәh. 189.)

Hәzrәt Zәhrа (s), Hәzrәt Әlidən (ә) оlаn istәyә bеlә cаvаb vеrdi: “Еv sәnin еvindir. Qаdınlаr kişilәrin аrхаsıncаdır. Mәn hеç bir işdә sәninlә müхаlifәt еtmirәm.” (“Büytul-әnzаn”, sәh. 144.)

Bir gün Sаlmаn Fаrsi, Hәzrәt Zәhrаya (әh.) dеdi: Fizzәnin sizә хidmәt еtmәsinә bахmаyаrаq, nә üçün sizin әllәriniz işlәmәkdәn vә dәyirmаnın tәsirindәn yаrаlаnıb? Buyurdu: “Pеyğәmbәr (s) mәnә tövsiyә еtmişdir ki, еv işlәrini bir gün mәn, bir gün Fizzә görsün. Dünәn оnun növbәsi idi. Bu gün mәnim növbәmdir.” (“Büytul-әhzаn”, sәh. 20.)

“Pеyğәmbәr (s) mәnә buyurdu: Еy Fаtimә! Hәr kim sәnә sаlаvаt göndәrsә, Аllаh оnu bаğışlаyаr. Mәn cәnnәtin hаnsı yеrindә оlsаm, оnu mәnә qоvuşdurаr.” (“Müstәdrәkül-vәsаil”, c. 10, sәh. 211.)

“Nәzirә vәfа еtmәk Аllаhın mәğfirәtinә sәbәb оlаr. Müаmilәdә, tәrәzidә düzlük pахıllıqdаn uzаqlаşmаğа sәbәb оlаr.” (“Bihаrul-әnvаr”, c. 96, sәh. 225.)

“Hәr kәs хаlis ibаdәtlәrini Аllаhа göndәrsә, Аllаh dа әn üstün mәslәhәti оnа nаzil еdәr.” (“Bihаrul-әnvаr”, c. 68, sәh. 184.)

Fatimənin (s) mələklərlə söhbəti

Fatimə (s) mələklər aləmi ilə əlaqədə olmaqla yanaşı qeybi ruzilərdən də faydalanırdı

 Nəfslə mübarizə, şeytani vəsvəsələrin dəfi, doğru yolun seçilməsi hesabına əldə edilən nəfs paklığı ruhun ilahiləşməsi, Allaha yaxınlaşma ilə nəticələnir. İmanlı insan o qədər yüksələ bilər ki, mələklər aləmi ilə əlaqədə olar. Allaha xalis, müti bəndə olmaqla insanda ilahi sifətlər cilvələnər, insan vilayət məqamına çatar. Bu vaxt ona mələklər nazil olar. Mələklərin gəlişi vilayət məqamına çatmağın əlamətidir. Bu əlamət hansısa bir dəstəyə aid deyil. Vilayət qapısı hamı üçün açıqdır. Hətta peyğəmbərlərə də mələklərin nazil olması onların vilayət məqamından bəhrələnməsi ilə bağlıdır. Bu məqama kim çatarsa, qeyb aləmi ilə əlaqəsi olar və ilahi maarifə yiyələnər. «Fussilət» surəsində buyurulur: «...Düz olan kəslərə mələklər nazil olub, belə deyəcəklər: Qorxmayın və kədərlənməyin...»

Əlbəttə, mələklərin nazil olub, şəriət xəbəri gətirməsi peyğəmbərlərə aiddir və son peyğəmbərin risaləti ilə sona çatıb. Amma Quran qeyri-peyğəmbərlərə də mələklərin nazil olduğunu xəbər verir və həzrət Məryəm (s) barədə buyurur ki, mələk Məryəmə nazil olub, onunla danışdı. («Məryəm» surəsi, ayə 17.)
Fatimə (s) vilayət məqamına malik olmaqla qeyb aləmi ilə əlaqədə olan kamil insanlardandır. Mələklər ona nazil olub, söhbət etdilər və onu ilahi biliklərlə maarifləndirdilər. Bu səbəbdən də Fatimə (s) «Mühəddisə» (hədis söyləyən) adlandırılıb. («Bihar» cild 43.)
Həzrət Məhəmməddən (s) nəql olunub ki, «Fatimə (s) dünya qadınlarının bəhrəsidir. İbadət mehrabında dayanarkən müqərrəb mələklərdən yetmiş mini nazil olub, onunla danışarlar. Allah Fatiməni seçdi, pakladı və üstünlük verdi». («Bihar» cild 43).
Fatimə (s) mələklər aləmi ilə əlaqədə olmaqla yanaşı qeybi ruzilərdən də faydalanırdı. İlahi yaxınlıq və qeybi ruzilər Fatimə (s) ibadətinin təcəllası idi.
«Bihar»da nəql olunur: Əli (ə) otağa daxil olanda Peyğəmbər (s) əyləşmişdi, Fatimə (s) namaza məşğul idi. Kənarda üstü örtülü qab vardı. Fatimə (s) namazını bitirib, tabağın üstünü açdı. Orada qeybi ruzilər vardı. Əli (ə) bunların haradan gəldiyini soruşdu. Fatimə (s) cavab verdi ki, Allah istədiyi kəsə hesabsız ruzi verər.
Bəli, bütün bunlar Fatiməyə (ə) uca məqam bəxş etmiş mehrabın bərəkətləridir.

 

Xanım Fatimeyi-Zəhranın (s.ə) məzarını necə ziyarət edək?

 Ayətullah Qərəhi Ayətullah-Üzma Mərəşi Nəcəfidən danışır;
Ayətullah son söhbətlərində Ayətullah Mərəşi Nəcəfinin xanım Fatimeyi-Zəhranın (əs) gizli qəbrini tapmaq məqsədi ilə çilə saxlaması macərasını yada salıb.
Ayətullah-Üzma Mərəşi Nəcəfi buyurur: Atam Nəcəfdə xüsusi bir dua tapmışdı, çilə saxlayaraq həmin duanı oxumuşdu ki, həzrət Zəhranın (əs) qəbrinin harada olduğunu bilsin. O özü çilə saxlamaqla çoxlarının xəbərsiz olduğu bir dua oxumuş, Xanım Zəhranın (əs) qəbrinin harada olmasını bilmək istəmişdi...
Tehran İmam Mehdi (əc) elm hövzəsinin rəisi Ayətullah Ruhullah Qərəhi son Quran təfsiri dərslərində Bəqərə surəsindən danışıb.
Bəqərə surəsinin 35, 36-ci ayələrində oxuyuruq: “Biz Adəmə dedik: Ey Adəm, sən zövcənlə cənnətdə qal, hər ikiniz oradakı meyvələrdən istədiyiniz qədər yeyin, amma bu ağaca yaxın getməyin. Yoxsa özünüzə zülm edənlərdən olarsınız; şeytan onları yanıldaraq həmin yerdən uzaqlaşdırdı. Biz onlara dedik: Bir-birinizə düşmən kəsilərək yerə enin. Yerdə sizin üçün müəyyən vaxta qədər sığınacaq və dolanışıq var...”
İdeoloji müharibə nə zamandan başlayır?
Düşmənçiliklərin şübhəsiz ki, səbəbləri var. Ədavət yaranmasının səbəbi insanın dünyaya bağlılığıdır. Amma behiştdə ədavət olmadığını düşünürük. Bəs nə üçün behiştdə belə bir ədavətdən söz açılır? Taha surəsinin 117-ci ayəsində Aləmlərin Rəbbi açıq buyurur: “Ey Adəm, bu sənin də, zövcənin də düşmənidir. Ehtiyatlı olun sizi cənnətdən çıxarmasın. Yoxsa çətinliyə düşüb əzabla yaşamağa məcbur olarsan...” Demək, Adəmə (ə) xəbərdarlıq edilir ki, şeytan sənin düşmənindir, ehtiyatlı ol səni cənnətdən çıxarmasın. Burada ədavət nədir? Nas surəsində oxuyuruq: “De, pənah aparıram insanların Rəbbinə, insanların ixtiyar sahibinə, insanların məbuduna, vəsvəsə edib qaçıb gizlənən şeytanın şərindən. O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır, cinlərdən də olur, insanlardan da!” Bunu ədavət saymaq olarmı? İki tərəf arasında qarşıdurma yarandığından buna ədavət demək olar. Bir var açıq müharibə, bir də var gizli müharibə. Gizli, ideoloji müharibə vəsvəsələr, şəkk-şübhə yaratmaq vasitəsi ilə həyata keçir. Burada qan axıdılmadan qarşı tərəf təslim olur. Bəli, şeytan gizli, ideoloji savaşın bünövrəsini qoyub. Əgər ideoloji müharibənin kimin tərəfindən başlandığını öyrənmək istəsək, bilməliyik ki, o şeytandır.
Sual yaranır ki, əgər vəsvəsə və ədavət behiştdə olubsa, “yer üzündə” ifadəsi nə deməkdir?
Dünyada vuruşan tərəflər kimlərdir?
Qeyd etdik ki, iki növ baxış var. Bir baxış budur ki, ədavətin məkanı yer üzüdür. Əgər təqva olmasa, insan günaha doğru gedir. Bəzən təqva əhli günah əhli ilə, bəzən də günah əhli təqva ilə savaşa qalxır. Təqva əhli isə heç zaman bir-biri ilə vuruşmur.
Dünyaya nəzər salın. Bir zaman Amerika ilə Sovetlər Birliyi arasında soyuq müharibə gedirdi. Sovetlər Birliyinin başçıları zahirdə iddia edirdilər ki, ilahi varlığı qəbul etmirlər. Əslində qəbul edib-etməmələri mövzu deyil. Doğrudan da, çoxları bunu sözdə deyirdi, gizlində Allaha inanırdı. Amma həm Amerika, həm də Sovetlər dünyaya hakim olmağa çalışırdılar. Yəni hər ikisi zorakılıq, zülm əhli idilər. Buna görə də bir-biriləri ilə savaşırdılar.
Böyük Əllamə və Şəhid Mütəhhərinin gözəl təbirləri var. Deyirdilər ki, Amerika və Sovetlər qayçının iki ağzı kimidir, zahirdə bir-birinə qarşı dayansa da məqsədləri ortada İslamı məhv etməkdir. Burada İslam deyəndə elə təqvanı nəzərdə tuturuq. Qurani-Kərim buyurur ki, Allah yanında həqiqi din İslamdır. Ümumilikdə bunu təqva adlandıra bilərik. İnsanların Allaha doğru hərəkəti din, təqvadır. İnsan din vasitəsi ilə təqvaya müsbət cavab verir. Həm Amerika, həm də Sovetlər Birliyi ədaləti, təqvanı özünə düşmən saydığından onunla mübarizə aparırdılar. Bəzən isə zalımlar özləri bir-birinə qarşı dayanır. Amma əsl təqva əhli heç vaxt bir-biri ilə vuruşmur. Mən soyuq, gizli müharibədən danışarkən vəsvəsə mövzusunu yada salmaq istəyirəm. Əgər bir şəxs iman və təqva ilə həqiqi iqtidara çatmırsa, olsun ki, bu iman və təqva həqiqi deyilmiş. Kimlərsə dindarlıq iddiası ilə ortalığa çıxır və həqiqi iman, təqva gücünə malik olmadığından məğlubiyyətə uğrayır.
Şeytanın bariz xüsusiyyətləri
Bəşər tarixini diqqətlə araşdırsaq görərik ki, çox işləri nüfuzla görüblər. Yəhudilərin nüfuzunu misal göstərə bilərik. Yəhudilər həmişə din qarşısında dayansalar da vəsvəsə edir ki, sən ən üstün olansan.
Belə bir təkəbbür şeytanın bariz xüsusiyyəti idi. Mələklərə deyiləndə ki, insana səcdə edin, onların sırasında dayanmış şeytan özünü üstün sayaraq səcdədən imtina etdi. Təkəbbür yalnız Allaha şənindədir. Yalnız Allah böyükdür. Amma şeytan da özünü böyük hesab edirdi.
Təəssüf ki, bəzən biz də təkkəbbür xəstəliyinə yoluxuruq. Təkəbbür kimdəsə çox, kimdəsə az görünür. Mövzumuz soyuq, gizli, ideoloji müharibədir. Şeytan da bu müharibəni aparır. Cənnətdəki ədavət qan tökülməsi ilə müşayiət olunan ədavət deyildi. Yer üzündəki ədavət qanla müşayət olunan ədavətdir.
Şeytan gözəl anlayır ki...
Şeytan gözəl anlayır ki, ən yaxşı yol vəsvəsə etmək, şəkk-şübhəyə salmaq, sonra məqsədə çatmaqdır. Şeytan təbii ki, möminlərə qalib gələ bilmir. Amma belə bir məqsədi var.
Aləmlərin Rəbbi buyurur ki, sən qalib gələ bilməzsən. Amma şeytanın ilk işi buna cəht etməkdir. O həmin soyuq, gizli müharibə vasitəsi ilə düşməni təslim etmək istəyir. Belə bir müharibədə qan yoxdur. Qalib gəlsə asanlıqla qalib gəlir. Yəni bu qələbə böyük sərmayə xərcləmir. Beləcə, müasir dünyada şeytanın ilk silahı həmin ideoloji müharibədir. Amma bu yolla bir iş görə bilməyəndə top-tüfəngi işə salır.
Bütün bunlar behiştdə yox, yer üzündədir. Şeytan insanların özləri vasitəsi ilə onların arasında ədavət yaradır. Allah-Taala şeytan vəsvəsəsinə aldandıqları üçün Adəmə (ə) yerə enmək göstərişi verir. Bəli, şeytan burada silah işə salmayıb, vəsvəsələrlə, ideoloji hücumlarla düşməni məğlub edib.
Cindən olan şeytanlar fiziki savaşa girə bilmir!
Aydın olur ki, şeytanlar cinlərdən olsalar fiziki müharibə apara bilmirlər. Amma insanları bir-biri ilə vuruşdurmaqla buna nail olurlar. Quran xəbərdarlıq edir ki, cinlərdən və insanlardan olan şeytanlar meydandadır. Buyurur ki, sizin bəzilərinizin bəzilərinizə qarşı ədavəti var. Bu ədavət sonda qanla başa çatır. Meydanda şeytan özüdürsə fiziki müharibə yoxdur, qan da yoxdur. Amma o insanlar arasına gedib qarşıdurma yaratdıqda qan axıdılmasına nail olur.
Əvvəlcə tamaha salır, sonra hədələyir. Bu gün dünyadakı şeytanlar silah yox, mədəniyyət vasitəsi ilə bəşəriyyəti əsarət altına almaq istəyirlər. Bundan yaxşı yol yoxdur. Əgər öz şeytani mədəniyyətlərini bəşəriyyətə qəbul etdirə bilsələr, müharibəyə ehtiyac qalmır. Qonşu Türkiyədə bu işi görə bilirlər. Bunu Atatürk vasitəsi ilə etdilər. O nə iş gördüyünü belə anlamırdı. İranda Rzaxan da belə idi. Hər ikisi dini aradan qaldırmaq istəyirdilər. Dildə isə yeni mədəniyyətdən danışırdılar. Deyirdilər ki, mədəniyyət istəyirsənsə mədəniyyət qarşısında ən böyük maneə dindir, dini aradan götürməlisən. Necə ki, komministlər dini cəmiyyət üçün tiryəkə bənzədirdilər.
Dinlərin təhrifi yolu ilə müharibə
Şeytani vəsvəsələrin bir nəticəsi dinlərin təhrifi, saxta dinlərin yaradılmasıdır. Təhrif olunmuş nəsrani dini Qərbdə məsihi dini adlandırılır. Bu din təhrif olunmuşdur. Keşişlər bir dövr elə rəftar ediblər ki, güya dinin yeganə düşməni elm və inkişafdır. Hansı ki, din elmi əsaslara malikdir. Allah-Taala öz dinini “oxu” əmri ilə bəşəriyyətə təqdim edir. İnsana bütün adların öyrədildiyini xəbər verir. Amma şeytanlar dini gerilik, elmlə düşmənçilik kimi göstərməyə çalışdılar və buna müvəffəq oldular.
Şeytanlar vəsvəsə yaradır, insanları bir-birinin üzərinə qaldırmaq istəyir. Bunu bacarmadıqda özləri fiziki müharibə apara bilmirlər. Onlar yalnız ideoloji himayəni bacarırlar. Müharibədə kiminsə qoluna güc verə bilmirlər. Amma Allahın mələkləri döyüş meydanında da möminlərə yardımçıdırlar. Bəli, insanlar arasında ədavət sonda qana səbəb olur. Bunun başlanğıcı isə düşüncə müharibəsidir. Behiştdə belə bir ədavət yoxdur. Behişt üçün qan tökülməsi məna daşımır. Orada ədavət vəsvəsə sərhəddini aşmır.
Düşmən həmişə düşməndir!
Allah-Taala insana xəbərdarlıq edir ki, şeytan sənin həmişəlik düşmənindir, onun işi hansısa zaman və məkanla məhdudlaşmır. Əlbəttə ki, zaman və məkandan asılı olaraq metodlar dəyişə bilər. Amma ədavət yerində qalır. Cin və insandan olan şeytanların ədavəti həmişəlikdir. İnsana xəbərdarlıq olunur ki, əgər şeytan ona hakim olsa bunun sonu qanla başa çatan ədavətdir. Maraqlı bir rəvayət var. Qeyd edim ki, ədavət həmişə ədavətdir, düşmən həmişə düşməndir. Düşmən ədavətdən əl çəkəsi deyil. O üsullarını dəyişə bilər, amma batinindəki ədavət yerindədir. Düşmənçilikdə metodlar dəyişsə də ədavət bir an olsun belə aradan qalxmır. Bizə xəbərdarlıq olunub ki, şeytandan olan düşmənlərdən ehtiyatlı olaq. Böyük İmam buyurdu ki, Amerika böyük şeytandır. O Amerikanı təhqir etmək istəmirdi. Həqiqəti deyirdi. Həqiqətən Amerika böyük şeytandır. Biz Quranın xəbərdarlıqlarını heç zaman unutmamalıyıq. Onlar dünyanı zinətləndirirlər. Dünyanı bəzəyirlər ki, insanların başını qatsınlar. Təqva əhli ilə düşmənçilik edənlər də şeytanın şagirdləridir. Quranın buyuruğuna əsasən onlar iblisin döyüşçüləridir. Onlar heç zaman düşmənçilikdən əl çəkməyəcəklər. Düşünməyin ki, siyasi söhbət edirik. Bizim siyasətimiz eynən dinimizdir. Sizə zahirdə qalib gəlsələr heç zaman şeytandan qəflətdə qalmayın. Şeytan daim insanı aldatmaq istəyir. Düşmən qalib gələndən sonra da ideoloji müharibəni saxlamır. Siz düşmənin zahiri bəyanatlarına aldanıb düşünməyin ki, düşmənçiliyi yerə qoyub, artıq arada ədavət yoxdur. Bəziləri yanılır ki, Amerika düşmənçilikdən əl çəkib. İmam buyururdu ki, Amerikadan azan verilsə biz o azana şəkk edərik. İmam bu sözü kin-küdurət səbəbindən demirdi. O Qurana əsaslanaraq belə mövqe tutmuşdu. Quran bizə xəbərdarlıq edir ki, şeytan sizin həmişəlik düşməninizdir və ədavətindən əl çəkməz. Onun düşmənçiliyi zamanla məhdudlaşmayıb. Sadəcə zaman ötdükcə metodları dəyişir.
Düşmənlə ədavətdən çıxış yolu
Düşmən üzərində qələbənin ən münasib yolu tuba şəcərəsinə sarılmaqdır. Ədavətə düçar olanlarla bağlı zəqqum ağacı yada salınır. Nəzərdə tutulur ki, şeytani təfəkkür zəqqum şəcərəsi, ağacına səbəb olur. Bütün bunlar şeytanlara görədir. Amma zəqqum ağacı müqabilində başqa bir ağac var, tuba ağacı. Kimdir tuba ağacı. Tuba ağacı deyəndə Əhli-Beyt (ə) nəzərdə tutulur.
Behiştdə Əmirəlmöminin (ə) Peyğəmbərlə (s) birlikdədir.
Rəvayətdə bildirilir ki, tuba ağacı Əmirəlmömininin (ə) evindədir. Bu ağacın budaqları möminlərin evinə uzanır. Bəzi səhabələr Peyğəmbərdən (s) soruşdular ki, siz demişdiniz ki, bu ağac mənim evimdədir. Biharul-Ənvarda bu rəvayət nəql olunub. həzrət Peyğəmbər (s) buyurur ki, Tuba ağacı mənim evimdədir, onun budaqları möminlərin evində. Sual bu idi ki, necə olur indi Tuba ağacı Əlinin (ə) evində olur? həzrət buyurdu ki, behiştdə Əli (ə) ilə mənim evim bir evdir.
Başqa bir rəvayətdə oxuyuruq ki, həzrət özlərini ağac, möminləri budaqlar və yarpaqlar adlandırır. Hətta böyük alimlər, övliyalar, ariflər, təqva sahibləri, Şeyx Müfid, Ayətullah Qazi ağacın budağı və yarpaqlarıdır. Bu ağaca bağlı olanlar bəhrələnir. Buna görə bəzən “arifi-vasil” ifadəsi işlədilir. Buyurulur ki, bu ağacdan tutanlar dünyada düşməndən amandadır. Düşmən kimdir? Əsas düşmən şeytandır. O and içib ki, insanla ədavətinə son qoymayacaq. Demək, möminlər bir-biriləri ilə düşmənlik etməsələr amanda qalarlar.
İŞİD yəhudlər üçün vuruşur
Adətən düşmənçiliyi şeytan yaradır. Bəziləri saxta müsəlman qiyafəsində meydana çıxır. Hazırda İŞİD adlanan təkfirçi qrup bu işi görür. Məqsədlərini etiraf edirlər, kimsədən çəkinmirlər. Deyirlər ki, tapşırıq yerinə yetiririk. Suriyada və başqa yerlərdə yaralananda İsrailə, Hayfaya aparılır, orada müalicə edilirlər.
Bəhaiyyət belədir. Öz rəislərini aparıb Hayfada dəfn etdilər. Elə bundan qabaq da haradan idarə olunduqları bilinirdi. Şiə üçün mühüm mövzulardan biri vilayətdir. Vilayətin xüsusiyyəti budur ki, saxta müsəlmanlar ifşa olunar. Bu təkfirçilər yəhudinin vuran əlidir. Biri vəhabiyyət, digəri bəhailikdir. Vəhabilərin kökü yəhudilərə gedib çıxır. Taif istiqamətində bir məntəqə var, vəhabilər oradan çıxıb. Həmin yerə müxtəlif adlar verilir. Nəql olunur ki, Əmirəlmöminin (ə) öz sipərini oradakılara tapşırıbmış. Bir sözlə həmin məntəqədəkilər yəhudidir.
Maraqlıdır ki, bir dəfə Şirazda, bir dəfə Yəzddə yəhudilər və zərdüştilər İslamı qəbul etdi. Sonradan bunlar bəhai oldular. Məqsədləri bu idi ki, sonradan həqiqətin harada olduğunu desinlər. Güya həqiqəti sonrakı əqidədə görüb yollarını dəyişiblər. Çox hiyləgərdirlər. Şeytanın da belə xüsusiyyətləri var. Müxtəlif yollarla məqsədinə çatır. Biz isə qəflətdəyik.
İmam kimləri naməhrəm adlandırır?
Biz bilirik ki, belələri inqilabda da xalqa qatılıb. İmam buyurdu ki, inqilabın naməhrəmlərin əlinə düşməsinə yol verməyin. İmam naməhrəm deyəndə inqilabçıların sıralarına soxulanları nəzərdə tuturdu. Onlar yəhudi casusları idilər. Təqvasız, dünyapərəst adamlar da aralarında var idi. Sonradan çoxları üzə çıxdı. Bəli, ay həmişə bulud arxasında qalmır.
həzrət Məsumənin (əs) İrana gəlişi
Bəli, düşməndən amanda qalmağın yolu şəcəreyi-tubaya tərəf getməkdir. Tuba ağacından tutmaqla düşməndən amanda qalmaq olar. həzrət Məsumənin (ə) məqamı çox ucadır. Şiələr Xanım Məsumənin (ə) şəfaəti ilə behiştə daxil olar. Onun yüksək məqamını müxtəlf rəvayətlər təsdiqləyir. İmam Sadiqdən (ə) nəql olunmuş rəvayətdə bildirilir ki, yer üzündə Allah üçün bir ev var, o ev Məkkədir; Peyğəmbər (s) üçün bir ev var, o ev Mədinədir; Əmirəlmöminin (ə) üçün bir ev var, o ev Kufədir, Qum kiçik Kufədir. Rəvayətlərdə bildirilir ki, behiştin səkkiz, cəhənnəmin yeddi qapısı var. Behiştin bir qapısı cəhənnəmdən artıqdır. Həmişə deyilib ki, Allahın mərhəmət qapısı çoxdur. Bu qapılardan üçü Quma açılar. Sonra imam buyurur ki, bizim qızlarımızdan bir xanım Qumda olar, adı fatimədir (əs), Musanın (ə) qızıdır. İmam qeyd edir ki, o şiələrimiz üçün şəfaətçidir. İmam buyurmur ki, filan məkanın şiələri behiştə daxil olar.
həzrət Məsumənin (ə) ziyarətinin mükafatı
Başqa bir rəvayətdə nəql olunur ki, Səd ibn Səd İmam Rizadan (ə) Xanım Məsumənin (əs) ziyarəti haqqında soruşub. İmam buyurur ki, kim onu ziyarət etsə cənnət ona vacibdir. Yəni Xanım Məsuməni (əs) ziyarət edən behişt əhlidir.
Başqa bir rəvayətdə buyurulur ki, kim xanımı Qumda ziyarət etsə onun yeri behiştdir. Bu rəvayət İmam Cavaddan (ə) nəql olunur. Bu rəvayətdə də əvvəlki rəvayətdəki kimi xanımın mütləq şəfaəti vurğulanır.
İmam Rizanın (ə) ziyarətinə bərabər ziyarət
Başqa bir yerdə İmam Riza (ə) buyurur: “Onun ziyarəti mənim ziyarətim kimidir.” Yəni İmam Rizanı (ə) ziyarət edə bilməyən Xanım Məsumənin (əs) ziyarətinə getsin. Qədim dövrdə Məşhədi ziyarət etmək çətin idi. Yalnız inqilabdan sonra Məşhəd ziyarəti bu qədər asanlaşıb. Amma yenə İmam Rizanı (ə) ziyarət etmək istəyənlər Məşhədə gedə bilməsələr xanımı Qumda ziyarət edə bilərlər. İmam Riza (ə) özü bu ziyarəti tövsiyə edir.
Maraqlı əhvalatlardan biri Ayətullah-Üzma Mərəşinin həzrət fatimənin (əs) qəbrinin yerini öyrənmək üçün çilə saxlamasıdır. Ayətullah-Üzma Mərəşi Nəcəfi nəql edir ki, atam Nəcəfdə olanda bu məqsədlə çilə saxladı. 40 gün bu ibadətləri davam etdirmək çox çətin idi. Və onun oxuduğu dualardan kimsənin xəbəri yox idi. Alim 40 gecə bu əməlləri yerinə yetirir, 40 gündən sonra uzun-uzadı bir təvəssül edir, ağlayıb, raz-niyaz edir. Yatıb yuxuda İmam Baqir (ə) (bəzi mətinlərə görə İmam Sadiqi (ə) ) yuxuda görür. İmam ona buyurur ki, əlin xanımın ətəyinə çatdı. Alim elə başa düşür ki, ona xanım fatimənin (s) məzarının yeri göstərilib. Soruşur ki, hansı yolla gedib, onun məzarı haradadır? İmam buyurur: “Mən Fatimeyi-Məsumənin (əs) Qumdakı məzarını nəzərdə tutdum. Oraya get. Allah istəmir ki, həzrət fatimənin (s) məzarının yeri bilinsin. Siz də israr etməyin. həzrəti Zəhranın (s) qəbrinin ziyarətində nə məqam varsa Xanım Məsumənin (əs) qəbrinin ziyarəti üçün də həmin məqam nəzərdə tutulub. Get ora. Əgər həzrət Zəhranın (s) qəbri məlum olsaydı, bu qəbrin cəlalının bütün məsumların qəbrinin cəlalından çox olduğu aydınlaşardı.” Bu yuxudan sonra mərhum alim Nəcəfi tərk edib Quma gəlir.
həzrət Məsumə (əs) şiələrin sullarını cavablandırırdı. Dini mənbələrdə nəql olunur ki, bir qrup şiə İmam Musa ibn Cəfərə (ə) sual vermək üçün Mədinəyə gəlmişdi. Həmin vaxtda imam Mədinədə deyildi. İmam Riza (ə) da səfərdə idi. Gələnlər bir müddət gözlədilər. Amma İmam Musa Kazimdən (ə) xəbər çıxmadı. Müsəlmanlar artıq yola düşmək istəyirdilər. Onlar yola düşmək istəyəndə yaşı az olan Fatimeyi-Məsumə (əs) qapıya çıxaraq suallarını soruşdu. Bütün sualları cavablandırdı. Gələnlər sevinclə yola düşdülər. Onlar Mədinədən çıxanda Mədinəyə qayıdan imamla rastlaşdılar. İmama dedilər ki, onunla görüşmək istəyiblər, amma alınmayıb. Buna görə də suallarını imamın qızı cavablandırıb. Onlar düşünürdülər ki, imam onların suallarını yenidən dinləyəcək. Buna görə də yenidən suallarını dilə gətirdilər. İmam sualları və onlara verilən cavabları dinləyib Xanım Məsuməyə (əs) işarə ilə buyurdu ki, atan sənə fəda olsun!
Xanım Məsumə (əs) fitri biliyə sahib olub. İmamın evində boya-başa çatsa da özü hacət qapısı olub. Elə onun bu məqamına görə atası 3 dəfə dilə gətirir ki, atan sənə fəda olsun!
Xanım Fatimeyi-Məsumə (əs) özü sığınmaq üçün ən münasib ünvan kimi vilayəti tanıtdırır. Əgər düşməndən amanda qalmaq istəyiriksə vilayətə sığınmalıyıq. Təbii ki, öncə məsumların vilayəti, qeyb dövründə fəqihin vilayəti. Bəlkə də həzrət Məsumənin (əs) İrana gəlişinin bildirişi bu olub ki, çətinlikdə vilayətə sığınaq. Bu çox mühüm nöqtədir.

Fatimənin (s.ə) müshəfi nədir və o necə toplanmışdır?

Cəbraildən (ə) eşitdiklərini həzrət Əmirəlmöminin Əliyə (ə) danışırdı və həzrət Əli (ə) onları yazırdı
Ayətullah əl-üzma Cavad Amuli əxlaq dərsində həzrət Fatimeyi-Zəhranın (s.ə) Allah yanında uca məqamına toxunaraq deyib:
Mərhum Kuleyni (rizvanullahi əleyh) “Kafi” kitabının 1-ci cildində nəql edir ki, Peyğəmbəri-Əkrəm (s) vəfat etdikdən sonra Cərbaril (ə) Siddiqeyi-Kübraya (s.ə) nazil olurdu və ilahi maarifi bəyan edir, gələcəkdə baş verəcək hadisələri şərh edirdi. Siddiqeyi-Kübraa (s.ə) da Cəbraildən (ə) eşitdiklərini həzrət Əmirəlmöminin Əliyə (ə) danışırdı və həzrət Əli (ə) onları yazırdı. Bununla da Fatimənin (s.ə) müshəfi toplanıb, tərtib edildi.

Siddiqeyi-Kübranın (s.ə) mübarək vücuduna vəhy nazil olması əzəməti

Mütəal Allah həzrət İbrahim (ə) və digər peyğəmbərlərə sühuf verdiyi kimi həzrət Siddiqeyi-Kübraya (s.ə) da sühuf vermişdir. Lakin, bu sühuf şəriət yox, qeybi xəbərlər, ilahi maarif və onun kimi elmlərdir.
Nəbidən və imamdan qeyrisinə Cəbrailin (ə) necə gəlməsi, necə nazil olması, necə vəhy gətirməsi bizim dərkimizin fövqündədir. Bu hansı vəhydir ki, Allahın höccəti Məsumeyi-Kübraya (s.ə) nazil olur!