Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Maraqlı

Həzrət Əbülfəzl Abbas ələyhis-salam

Həzrət Zeynəb ələyha salam

"Gözəllikdən başqa bir şey görmədim"

Zeynəbdən öyrəniləsi dərslərdən biri, Allah yolunun çətinlik və müsibətlərini gözəl görməsi, onun belə çətinliklərə ilahi baxışıdır. necə ki, gördük, Z...

ƏTRAFLI

Loading...

Pak sülalə

İmam Hüseyn (ə)

Maraqlı

Şeytanı necə uzaqlaşdıraq?

Əziz Peyğəmbər (səlləllahu ələyhi və alihi vəs-səlləm) buyurub:
“Sizə xəbər verməyimmi onu ki, ona əməl etsəniz, şeytan sizdən uzaqlaşar, günəşin doğdunu yerdən qürub etdiyi məsafə qədər?” Ərz etdilər: Niyə? (red: yəni, bəli xəbər ver!) Buyurdu: Oruc tutmaq şeytanın üzünü qaraldır, sədəqə onun belini sındırır, Allah xatirinə sevmək və yaxşı işlərdə yardımçı olmaq onun kökünü kəsir və istiğfar, onun şah damarını vurur.”

İstifadə olumuş ədəbiyyat:

Kafi, (T-İslamyyə), c.4, s. 62, c.2, s. 117

Hədisin ərəbcə orjinalı:

اَلا اُخْبِرُكُمْ بِشَىْ‏ءٍ اِنْ اَنـْتُمْ فَعَلْتُموهُ تَباعَدَ الشَّيْطانُ مِنْـكُمْ كَما تَباعَدَ الْمَشْرِقُ مِنَ الْمَغْرِبِ؟ قالوا: بَلى، قالَ: اَلصَّوْمُ يُسَوِّدُ وَجْهَهُ وَ الصَّدَقَةُ تَـكْسِرُ ظَهْرَهُ وَ الْحُبُّ فِى اللّه‏ِ وَ الْمُوازَرَةُ عَلَى الْعَمَلِ الصّالِحِ يَقْطَعُ دابِرَهُ وَ الاِسْتِغْفارُ يَقْطَعُ وَ تينَهُ ؛

منابع :
کافی(ط - الاسلامیه) ج 4 ، ص 62 ، ح 2 ، امالى صدوق، ص 117 .

İlk kafir kimdir?

  Bəqərə surəsinin 34-cü ayəsində oxuyuruq: “(Ya Peyğəmbər!) Biz mələklərə: “Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) O, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu.” Ayədən belə görünür ki, şeytandan qabaq kafirlər olub. Qeyd edək ki, şeytan cin növündəndir. Kəhf, 50: “(Ya Rəsulum!) Xatırla ki, bir zaman mələklərə “Adəmə (təzim məqsədilə) səcdə edin!” – demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi. O öz Rəbbinin əmrindən çıxdı. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və nəslini (övladını özünüzə) dostmu tutursunuz? Bu, zalımlar üçün necə də pis dəyiş-düyüşdür!” Şeytan da insan kimi iradəsi olan, azad bir mövcuddur. Buna Quranın müxtəlif ayələrində işarə olunub. Məsələn, Ər-Rəhman surəsinin 39-cu ayəsində buyurulur: “O gün nə bir insan, nə də bir cin günahı barəsində sorğu-sual olunmayacaqdır! (Yol ancaq cəhənnəmdir!)” Ayələrdən aydın olur ki, istər insanlar, istər cinlər gedəcəyi yolu özləri seçirlər. Əhqaf surəsinin 29-cu ayəsində bildirilir ki, varlıqlar yaxşı və pisi seçməkdə azaddırlar. Əraf surəsinin 179-cu ayəsinə əsasən, hər bir yaranmış öz seçdiyi yola uyğun aqibətə çatır. Allah-Taala cin və insanı səadətə, kamala çatmaq üçün yaratmışdır. Onlar eyni zamanda doğru yola hidayət edilirlər. Amma bəzən insan və ya cin hidayət yolunu qəbul etmir. Cin surəsində bu barədə məlumat verilir. Yolunu azanlar hətta başqalarını da azğın yola dəvət edirlər. Nas surəsində insanlardan və cinlərdən olan şeytanlar yada salınır.

Qurani-kərimdə azğın insan və azğın cin şeytan adlandırılır. Şeytanlardan biri İblisdir. Ənam surəsinin 112-ci ayəsində oxuyuruq ki, İblis yolunu azıb Allahın Adəmə səcdə əmrinə itaət etmədi. Təbii ki, şeytanın kimsə üzərində hakimiyyəti yoxdur. O yalnız vəsvəsə edir, qəlblərə şübhə salır. Allah insana bu barədə xəbərdarlıq edib. Şeytanın vəsvəsələrinə müqavimət göstərənlərə böyük mükafat vəd olunub. (Bax: Hicr, 33; Ər-Rəhman, 15; Əraf, 12; Sad, 76)

Bəzi ayələrə görə cinlər də insanlar kimi azaddır və seçim apara bilər. Şeytan cin növündən olduğu üçün iradəsinə görə hərəkət edirdi və onun Allaha itaət etməməsi mümkün idi. Doğrudur ki, o ibadətinə görə mələklərlə bir cərgədə dayanmışdı. Amma növ baxımından cinlərə aid idi. İnsan torpaqdan, şeytan oddan yaradılmışdır. Allah-Taala Quranda buyurur ki, mələklərə insana səcdə etmək əmri veriləndə hamı səcdə etdi, şeytan boyun qaçırdı. (Bax: Bəqərə, 34)

Həzrət Əli (ə) buyurur: “Allahın İblislə rəftarından ibrət götürün. 6 min il Allaha ibadət etmişdi. Bir saat təkəbbürlə bütün zəhmətlərini puça çıxardı.”

Digər bir nöqtə budur ki, küfr əməli batil edir. Təkəbbür şeytanı küfrə apardı. Bir qığılcım barıt anbarının külünü göyə sovurur. Beləcə, bir təkəbbür İblisin uzun illər ibadətinin üzərindən xətt çəkdi. Qurani-kərimdə buyurulur ki, İblis təkəbbür və itaətsizlik nəticəsində kafirlərdən oldu. İnsandan əvvəl cinlər xəlq olunmuşdu. Onlar yer üzündə fəsad törədirdilər. Mələklər Allahın əmri ilə cinlərdən olan mürtədləri məhv etdilər. Onların başçısı olan şeytan əsir götürüldü. Şeytan mələklərin ibadətinə baxıb, bu yolu seçdi. Amma məqsədi mələklərdən yuxarı məqama qalxmaq idi. Küfrü üzə çıxanda Allah dərgahından qovuldu.

(أطیب البیان فی تفسیر القرآن، ج ‏11، ص، 276)

Aydın olur ki, şeytan Adəmə səcdədən öncə küfrünü göstərmişdi. Bundan əlavə Adəmdən əvvəl insan nəslinin oxşarı vardı. Onlar da azad varlıqlar idi, bəzisi iman gətirmişdi, bəzisi kafir olmuşdu. Təfsiri-Əyyaşidə imam Sadiqdən (ə) nəql olunur ki, mələklər yer sakinlərinin qan tökdüyünü görməsəydilər Allah Adəmi yaradanda yer üzündə qan tökəcək bir varlıq yaradılmasını dilə gətirməzdilər.

Şeytanı ən çox narahat edən nədir?

  Biri gün lənətlik iblis, Yəhyaya deyir: “O zaman ki, yeməkdən doyursan - ağırlaşırsan və Allahınla münacat etməyə, namaz qılıb, dua etməyə rəğbətsiz olursan”. Yəhya şeytanın bu sözlərini eşidən kimi başını aşağı saldı və dedi: “Allaha and olsun ki, bundan sonra qarnımı yeməklə doldurmayacağam”. Şeytan qəzəbindən qızarır və Yəhyadan uzaqlaşaraq, deyir: “Allaha and olsun ki, mən də heç vaxt möminə nəsihət verməyəcəyəm”.

Şeytanı Peyğəmbər (s) ümmətindən ən çox nə narahat edir?

Əvvəl odur ki, müsəlmanlar bir-birini görəndə salam verirlər. Salam - Allahın adlarındandır. Hər kim salam verər, Allah onu hər bir bəladan və əziyyətdən uzaq edər. Hər kim salamın cavabını verər, Allah Təala rəhmətini ona şamil edər.
İkincisi odur ki, o zaman ki, bir-birini görürlər, əl verirlər. Bu əməlin savabı o qədər böyükdür ki, bir-birindən əllərini çəkməmiş Allah hər ikisinə rəhm edər.
Üçüncüsü odur ki, yemək yeməyə başlayan və iş görməyə başlayan zaman “Bismilləhir-Rahmənir-Rahim!”deyərlər. Şeytanı orada iştirak etməkdən məhrum edərlər.
Dördüncüsü odur ki, danışan zaman “İnşəallah” kəlməsini işlədirlər. Allahın qəzasına razı olurlar. Şeytan da onların bu işlərini korlaya bilmir və şeytanın zəhməti zay olar.
Beşinci odur ki, şeytan səhərdən axşama qədər çalışır ki, onları günaha batırsın. Günah işlədən zaman isə gecə olan kimi tövbə edərlər. Şeytanın zəhməti hədər gedər və Allah həmin bəndənin günahlarını bağışlayar.
Altıncı odur ki, Peyğəmbərin (s) adını eşidən zaman yüksək səslə salavat deyərlər. Şeytan onun savabını bildiyi üçün narahat olub, qaçar. Çünki bu əməlin savabını görməyə taqəti qalmaz.

Şeytan sədəqə verilməsindən niyə narahat olur?

Bir gün Peyğəmbəri-Əkrəm (s) şeytandan soruşur: “Ey məlun! Niyə sədəqə verməyə mane olursan?” Şeytan dedi: “Ey Allahın Rəsulu! Sədəqədə beş xüsusiyyət vardır. 1. Malı artırar. 2. Xəstələrə şəfa verər. 3. Bəlaları dəf edər. 4. Sədəqə verən Sirat körpüsündən sürətlə keçər. 5. Hesabsız hesab verməyə gələr və onun üçün əzab yoxdur”. Peyğəmbər (s) şeytandan bu sözləri eşidəndən sonra buyurdu: “Allah əzabını artırsın?”

İslam ümmətində şeytanın dostları

Bir gün Həzrət Peyğəmbər (s) şeytana buyurur: “Ey lənət olası! Sənin mənim ümmətimdə neçə dostun var?” Şeytan dedi: “On iki nəfərdir. 1.Fırıldaqçı əmir. 2. Xudbin varlı. 3. O kəs ki, haradan gətirdiyinə və hara xərclədiyinə görə qorxu hiss etmir. 4. O alim ki, zalım padşahın zülmünü təsdiq edər. 5. Xain ticarətçi ki, ticarətində insanlara xəyanət edər. 6. İnsanlardan malı ucuz alıb, bahalaşması üçün saxlayan möhtəkir. 7. Zinakar. 8. Ribaxorlar. 9. Malını insanlara paylamağa paxıllıq edən və başqalarını da bu işdən məhrum edən insanlar. 10. O insanlar ki, namazlarında süstlük edir və ona diqqət etmirlər. 11. O kəslər ki, insanların içində söz gəzdirirlər və onları bir-birinin üstünə salırlar. 12. O insanlar ki, məst və huşsuzdurlar”. (Porsocu saytı)

Administrator: Böyük ehtimala əsasən mətnin müəyyən qismləri, tərcümə zamanı orjinallığını itirib və bir başqa mənaya çevrilib. Hər halda dini baxımdan məlumatlanmaq üçün ümumi məzmunda mənfi-müsbət amillər qabarıqdır. Yazının hüquqları, qaynağ və məsuliyyəti, müəllifə aiddir.

Şeytanın haqqında bəzi məlumatlar

Sur çalınana qədər yaşayacağı üçün, İblisə nəsil verildi

İblisin bir çox övladları vardır. Hər birinin adları və vəzifələri vardır.

Şeytanın övladlarının adları və onların vəzifələri bunlardır:

1. Hanzəb: Namazda vəsvəsə verər. Təqibatın düzgün yerinə yetirilib yetirilməməsində, sözlərin deyilib deyilməməsində, rəkətlərin sayında və s.-də çaşdırmaq istəyər.

2. Vəlha: Təmizlikdə çox su istifadə etməyiniz, bir yeri bir neçə dəfə lazımsız olaraq silib təmizləməniz üçün vəsvəsə verər. Çox su istifadə etdirər, gərəksiz təmizlik etdirər və daha sonra isə gülüb lağ edər.

3. Zəllənbur: Bu da bazarlarda satıcılara xarab mal satmağı, yalandan and içməyi, malını tərifləməyi, malın qüsurunu gizləməyi və insanları aldatmağı mənfəətli, gözəl göstərər.

4. Vəsna: Yuxu şeytanıdır. Namaz və digər ibadətlər üçün başı və göz qapaqlarını bağlayar, zina və oğurluq kimi haramlar üçün insanı təhrik edər.

5. Bətr: Müsibət şeytanıdır. Qışqırıb çığırma, vurma kimi cahiliyyə adətlərinə təhrik edər.

6. Dasin: Yemək-içmək zamanı və ailə üzvləri arasında münasibətlərdə vəsvəsə şeytanıdır. İnsan çirkli əllə, çirkli qabla yeyib-içdiyi vaxt, bismillah demədiyi vaxt, halal ruzi yemədiyi vaxt onunla yemək yeyər, evə girər, yatağında yatar. Ər arvad arasında düşmənçilik meydana gətirməyə çalışar.

7. Mətun: İnsanlar arasında yalan xəbərləri yayır, h'tta əhəmiyyətsiz şeylər üçün belə yalan danışmağa həvəsləndirir.

8. Əl Əbyaz: Peyğəmbərlərə və Allahın yer üzündə olan nümayəndələrinə, övliyalara, fəqihlərə müsəllət olan şeytandır. Peygambərlərə və məsum vəlilərə vəsvəsə etməyə cəsarət edə bilməz,bir zərəri toxuna bilməz, digər alimlər isə onunla mübarizə edərlər.

 Administrator: Yazar, sayta daxil ediyi yazını, "Şeytanın övladlarının adı və vəzifələri "adlandırmışdı. Yazı dolğun və əhatəli deyildi.  Mətnin mühtəvasına uyğyn olaraq yazının  adını dəyişdik və onun qısa bir məlumat kimi oxucular üçün faydalı ola biləcəyini düşünərək saytda yayımladıq. Qaynaqlar müəllifə aiddir.

Peyğəmbərdən 72 suala cavab

 Bəşəri dəyərləri və İlahi kəlamları özündə birləşdirən İslam dininin bir sıra maraqlı problemləri bu gün alimləri, və din adamlarını ciddi düşündürür. Və onlar bu problemləri əhatə edən bəzi maraqlı mövzuları qələmə alır, İslamı dəyərləri daha da inkişaf etdirmək və bu sahədə təlim- tərbiyə proseslərini gücləndirmək, İslam elminin maraqlı anlarını və bəşəriyyətin sonuncu Peyğəmbəri həzrət Məhəmməd (s.ə) –in həyatı, fəaliyyəti ilə bağlı olan və yaddaqalan tarixi anları bizə çatdırırlar. Bu sayımızdan başlayaraq Peyğəmbərdən 72 suala cavab adlı əsəri hissə- hissə oxucuların ixtiyarına veririk.

Bir yəhudinin Peyğəmbər (s.ə)-ə verdiyi suallar və aldığı cavablar.

Əli (ə) buyurur ki, bir yəhudi peyğəmbərin yanına gələrək dedi:

Ya Məhəmməd, güman edirəm ki, sən Allahın rəsulusan. Musa ibni İmrana vəhy gəldiyi kimi sənə də vəhy gəlir.

Peyğəmbər (s) cavab verdi: Mən adəm övladlarının ağasıyam, peyğəmbərlərin xatəmi və sonuncusuyam. Pak insanların imamı, aləmlərin rəbbinin elçisiyəm.

Yəhudi dedi:

Ya Məhəmməd sən ərəblər üçün gəlmisən, ya əcəmlər (qeyri ərəblər) üçün, yoxsa bizim üçün?

Peyğəmbər (s) buyurdu: Mən hamı üçün gəlmişəm.

Yəhudi dedi :

Istəyirəm səndən Allah tərəfindən həzrət Musaya gələn on kəlmə baradə soruşam. Bu on kəlməni Nəbiyye- mursəl (ululəzm peyğəmbərləri) və böyük mələklərdən başqa kimsə bilməz.

Peyğəmbər (s) buyurdu,: hər nə barədə istəyirsən soruş.

Yəhudi dedi:

Ya Məhəmməd, İbrahim peyğəmbər bu evi kəbəni tikəndə Allahın ona nazil etdiyi kəlmələrdən mənə xəbər ver.

Peyğəmbər (s) buyurdu: həmin kəlmələr bunlardır: "subhanəllahi, vəlhəmdulillahi vəla ilahə illəllahu, vəllahu əkbər".

Yəhudi soruşdu:

Ya peyğəmbər, İbrahim peyğəmbər nə üçün kəbəni dördbucaqlı tikib?

Peyğəmbər (s) buyurdu: çünki İbrahimə nazil olan ilk kəlmələrin sayı dörd idi.

Yəhudi sual etdi:

Kəbəyə nə üçün kəbə deyildi?

Peyğəmbər (s) cavabında belə buyurdu:

Ona görə ki, dünyanın ortasındadır.

Yəhudi ərz etdi:

Ya peyğəmbər, "sübhanəllahi, vəlhəmdulillahi və la ilahə illəllahu, vəlllahu əkbər" kəlmələrinin təfsirini mənə de.

Peyğəmbər (s) buyurdu: Allah bilirdi ki, Adəm övladından və cin törəmələrindən bəziləri Allahı inkar edəcək və ona şərik qərar verəcək. Buna görə də buyurdu: "sübhanəllah"-yəni Allah siz deyən kimi deyil(inkar olunmaz və şətiksizdir),pakdır. Habelə, Allah bilirdi ki, bəndələri nemətlərin şükrünü olduğu kimi yerinə yetirə bilməyəcəkdir. Buna görə də bəndələrindən öncə buyurdu: "Əlhəmdulillah"-yəni özü öz nəfsinə (özünə) həmd elədi. "La ilahə illəlah" kəlməsi isə Allahın təkliyinə işarədir. Heç bir əməl "La ilahə illəllah"sız qəbul olunmaz, cənnətə bir nəfərdə "la ilahə illəllah"sız daxil ola bilməz. "La ilahə illəllah" təqva kəlməsidir, qiyamət günü əməllərin ölçü daşıdır. "Allahu əkbər" ən yüksək və Allahın çox sevdiyi kəlmələrdəndir.Namaz bu kəlmə ilə başlanır və Allahın adlarından biridir.

Yəhudi dedi:

Düz buyurdun, ya Məhəmməd. Bəs bu kəlmələri qəbul edənin gələcəyi necə olar?

Peyğəmbər (s) buyurdu: Bəndə "Sübhanəllah" dediyi vaxt ərşdən aşağıda hər nə varsa onunla həmsəda olaraq !Sübhanəllah" deyər. Allah da bunların hamısından on qat artıqlaması ilə öz bəndəsinə savab verər.

Bəndə "Əlhəmdulillah" dediyi zaman Allah ona bu dünyada, ta axirətə çatana qədər, bol nemət verər. Bu kəlmə (yəni "Əlhəmdulillah" kəlməsi ) cənnət kəlməsidir. "Həmd" kəlməsindən başqa bütün kəlmələr axirətdə silinəcək.

Cənnətə gedənlər oraya daxil olduqları zaman yalnız həmin kəlməni deyəcəklər.

"La ilahə illəllah" kəlməsinin savabı və qiyməti isə cənnətdir.

"Allahu əkbər" kəlməsi cənnətin ən yüksək dərəcəsidir.

Yəhudi dedi:

Düz buyudrun, ya Məhəmməd. İcazə verirsənmi yenə soruşum?

Həzrəti Peyğəmbər (s) Cəbrail sağ tərəfində, Mikail sol tərəfində dayandığı halda buyurdu ki, hər nə barədə istəyirsənsə soruş:

Yəhudi soruşdu:

Nə üçün sənə Məhəmməd, Əhməd, Əbul Qasım, Bəşir,nəzir, dai deyirlər?

Peyğəmbər (s) belə buyurdu: Mən göylər aləmində mələklər tərəfindən həmd olunuram, bəyənilmişəm, ona görə də mənə Əhməd deyirlər. Məhəmməd ona görə deyilir ki, yer aləmində bəyənilmişəm. Əbul Qasim ona görə deyilir ki, qiyamət günü Allah cənnət və cəhənnəmi mənimlə bərabər müəyyənləşdirəcək. Mənə iman gətirən cənnətə, gətirməyən isə cəhənnəmə daxil olacaq. Dai ona görə deyilir ki, mən camaatı Rəbbimin dininə çağırıram. Nəzir ona görə deyilir ki, mən camaatı oddan çəkindirirəm Bəşir ona görə deyilir ki, Allaha itaət edənləri cənnətə bəşarət verirəm.

Yəhudu dedi:

Düz buyurdun, ya Məhəmməd. Bəs nə üçün beş vaxt namazı vacib edib?.

Peyğəmbər (s) buyurdu:O zaman ki, günəş zəval xəttinə daxil olar, ərşdən aşağı hər yaranmış Allaha təsbih deyər, elə həmin saatda mənə və mənim ümmətimə namaz vacib olubdur. Bu həmin saatdir ki, qiyamət günü o saatda cəhənnəm əhli cəhənnəmə daxil olacaq. Hər kəs bu saatda səcdədə, rukuda, qiyamda olsa Allah o şəxsə cəhənnəmi haram edər. Buna görə quranda buyurur: "namaz qılın, günəş zaval xəttinə daxil olanda (gün günortaya çatanda)".

Əsr namazı o vaxt qılınır ki, Adəm həmin vaxtda qadağan olunmuş ağacın meyvəsindən yedi və cənnət onun üçün təng (dar) oldu. Allah ona görə Adəmə və onun nəslinə qiyamət gününə qədər əsr namazını qılmağı əmr edib. Allah üçün ən sevimli namaz əsr namazıdır.

"Namazları hifz edin, xüsusən əsr namazını".

Şam namazı o saatdadır ki, Adəm həmin vaxtı tövbə edib və qayıdıb Allaha sarı. Adəmin qadağan edilmiş meyvəni yediyi ilə tövbəsinin arasındaki fasilə dünya zamanı ilə üç yüz il çəkdi. Allah bu üç rükət şam namazını Adəmə və onun övladlarına vacib elədi: Bir rükət öz xətası üçün, bir rükət Həvvanın xətası üçün, bir rükət isə tövbəsi üçün. Bu namazın vaxtı o zamandır ki, həmin vaxtda dua qəbul olunar.

Allah vədə verib ki, hər kəs şam namazından sonra Allahdan bir şey istəsə onun istəyini rədd etməyəcəkdir. Həmçinin Quranda belə buyurur: "Allaha təsbih deyin, axşam vaxtdı və sübh namazı vaxtı".

Allah işa namazını mənə və mənim ümmətimə qəbrin və qiyamət gününün zülmətindən xilas olmaq üçün əmr edib. Hər kim işa namazını qılarsa Allah ona cəhənnəm odunu haram edər, qəbrini nurla doldurar,qiyamət günü Allah ona bir nur göndərər və bu nurla o, sirat körpüsündən asanlıqla keçər.

O ki, qaldı sübh namazına- gün çıxanda şeytanın buynuzunun arxasından görünür.

Allah mənə əmr etdi ki, sübh namazını gün çıxmamışdan və kafirlər ona səcdə etməmişdən öncə, qılın

Sübh namazı bir namazdır ki, onu həm gecəni qoruyan və həm də gündüzü qoruyan mələklər yazır.

Yəhudi dedi:

Düz buyurursan ya Məhəmməd. Bəs, niyə Allah dəstəmazda dörd üzvün yuyulmasını əmr etdi. Halbuki, bu dörd bədən üzvü (üzün və əllərin yuyulması, başın və ayaqların məsh edilməsi) bədənin üzvləri içərisində ən təmiz üzvlərdir.

Peyğəmbər (s) buyurdu: Şeytan Adəmi vəsvəsə etdikdə Adəm əvvəlcə ağaca yaxınlaşdı, onun meyvəsinə baxdı, bu zaman onun üzünün suyu getdi. Sonra meyvədən əli ilə qopartdı, böldü və yedi. Meyvəni yediyi zaman bədəninin hicabı töküldü. Adəm əllərini başına qoyub ağladı.

Adəm tövbə etdikdən sonra Allah dəstəmazı Adəmə və onun övladlarına vacib etdi: üzünü yumalıdı, ona görə ki, ağacın qadağan edilmiş meyvəsinə baxdı, qollarını yumalıdı, ona görə ki, meyvəni qopartmaq üçün əllərini uzatdı, başını məsh etməlidi, ondan ötəri ki, peşimançılıqdan sonra əlini başına qoydu. Ayaqlarını məsh etməyi ona görə əmr etdi ki, Adəm həmin ayaqlarla xətaya tərəf getdi.

Müstəhəbdir ki, məzməzə etsin (ağzına su alsın) və istenşaq eləsin (burnuna su alsın), çünki qəlbi müyvənin iyindən, ağzı meyvənin məzəsindən təmizlənsin.

Yəhudi dedi:

Düz buyurursan, ya Məhəmməd de görüm, dəstəmaz almağın savabı nədir?

Peyğəmbər(s) buyurdu: suyu əlinə aldıqda şeytan ondan uzaqlaşar, ağzını məzməzə etdikdə ürəyi və qəlbi hikmət nuru ilə nurlanar. İstinşaq etdiyi zaman qəbr və od fitnəsindən bəraət qazanır. Üzünü yuduğu zaman üzü Allah nuru ilə nurlanır. Qiyamət günü çox üzlər qara olduğu halda onun üzü ağ olacaq. Qollarını yuduğu zaman Allah onun qollarından od zəncirini açar. Başını məsh etdiyi zaman Allah onun günahlarını silir. Ayaqlarını məsh etdiyi zaman Sirat körpüsündən keçməyə icazə verilir. O Sirat körpüsü ki, çoxları ondan küçəndə ayaqları titrəyəcək.

Yəhudu dedi:

Ya Məhəmməd, düz buyurdun. Xəbər ver mənə görüm, nə üçün insandan nütfə hasil olsa (yəni qadın ilə olsa, ya yuxuda şeytan azdırsa) qüsl vacib olur.(qüsulsuz məscidə daxil ola bilməz, Qurana əl vura bilməz), amma tualetə gedərsə, ondan sonra məscidə daxil olmaq və Qurana əl vurmaq üçün yalnız dəstəmaz kifayət edər?

Peyğəmbə(s) cavabında buyurdu: O zaman ki, Adəm ağacın meyvəsindən yedi bu onu, bədəninin bütün üzvlərinə sirayət etdi və insan cünub olanda (nütfə xaric olan vaxt) nütfə onun bütün bədən üzvlərindən gəlir, buna görə də Allah bütün bədən üzvlərini yumağı (qüsl etməyi vacab buyurdu. Lakin tualetdə adamdan xaric olan murdarlar yalnız onun mədəsindən gələn şeylərdir. Ona görə də bütün bədən üzvlərinin qüslü vacib deyildir.

Yəhudi dedi:

Düz buyurursan, ya Məhəmməd. Mənə həmin şeylərdən xəbər ver ki, Allah Tövratda bəni İsrailə Musadan sonra onlara itaət etməyi əmr edib.

Peyğəmbər (s) sual etdi: Əgər xəbər versəm hidayət olarsan?

Bəli, hidayət olaram

Yəhudi cavab verdi:

Peyğəmbər (s) buyurdu: Tövratda adları çəkilənlərdən birincisi Məhəmməd rəsulullah, ikincisi Əli (ə), üçüncüsü Fatimə (ə), dördüncüsü Həsən (ə), beşincisi Hüseyn (ə)-dır ki, ibrani dilində İlya Əli, Şebr (Həsən), Şobeyr(Hüseyn)və Helyun (Fatimə) kimi yazılıbdır.

Peyğəmbər "əraf" surəsindən 157-ci ayəni və "səff" surəsindən 6-cı ayəni dedi: "Taparsan bu kəlmələri Tövratda və İncildə. Müjdə ver o peyğəmbərdən ki, səndən sonra gələcək və adı olacaq Əhməd".

Yəhudi dedi:

Düzdür ya Məhəmməd. Mənə özünün və ailənin hamıdan üstün olduğunu və fəzilətli olmağından xəbər ver.

Dedi: Mənim başqa peyğəmbərlərdən fəzilətli olmağım buna görədir ki, o peyğəmbərlər öz qövmlərini yalnız dinə dəvət ediblər, mən isə həm dəvət edirəm, həmdə qiyamət günündə şəfaət edəcəyəm.

Ailəmin və Əhli- beytimin fəziləti camaata nisbətdə suyun əşyaya nisbəti kimidir. (Yəni əhli- beytim su kimidir, camaat əşya kimi və hər bir əşyanın həyatı su ilə bağlıdır).

"Hər şeyin diriliyini su ilə qərar verdik, niyə iman gətirmirsiniz?"

Əhli-beytə bəslənilən məhəbbətlə din kamilləşir.

Yəhudi dedi:

Düzdür ya Məhəmməd. Mənə xəbər ver görüm, kişinin qadından üstünlüyü nədir?

Peyğəmbər (s) buyurdu: Kişi göy kimidir, qadın yer kimi. Kişi su kimidir, qadın torpaq kimi. Necə ki, hər bir şeyin diriliyi suya bağlıdır, eləcədə qadının diriliyi kişi ilədir. Allah qadını kişinin fəziləti ilə cənnətə daxil edir. Quran buyurur: "qadınların durumu kişi ilədir. Ki, Allah bəzilərini bəzilərindən üstün yaradıb".

Yəhudi dedi:

Düzdür ya Məhəmməd. Bəs, Allah nə üçün belə edib? Niyə kişi göy kimidir, qadın yer kimi?

Peyğəmbər (s) buyurdu: Ona görə ki, qadın hər ay neçə gün ibadətə qabil deyildir (aybaşına görə). Lakin kişi daim qadirdir ki, Allaha itaət eləsin. Buna görə də Allah buyurur ki, qadının durumu kişi ilədir.

Nə üçün qadına aybaşı lazım bilinibdir?

Peyğəmbər (s) buyurdu: Ona görə ki, Həvva cənnətdə Adəmdən qabaq almaya meyl saldı və Adəmi də buna təhrik etdi. Bunun üçün də Allah qadına aybaşını vacib etdi və həmin günlərdə ondan ibadəti istəmədi.

Düz buyurdun ya Məhəmməd. Xəbər ver mənə görüm, niyə Allah orucu sənin ümmətinə otuz gün o biri ümmətlərə daha çox vacib edib?

Peyğəmbər (s) cavabında buyurdu: Adəm meyvəni yedikdən sonra meyvə otuz gün onun qarnında qaldı və Allah da Adəmə və onun övladlarına otuz gün ac və susuz qalmağı əmr elədi. Necə ki, quran buyurur: "oruc sizin üçün vacib oldu, necə ki, sizdən qabaqdakılara yazılmışdı, ta bəlkə təmizlənsinlər".

Yəhudi dedi:

Düzdür Ya Məhəmməd. Bəs oruc tutanın savabı nədir?

Peyğəmbər (s) buyurdu: Əgər bir mömin ramazan ayında orucu tamam incəlikləri və şərtləri ilə tutarsa Allah ona yeddi xüsusiyyət bağışlayar,: biri budur ki, günahları təmizlənər, ikincisi budur ki, öz rəhmətinə daxil edər, üçüncüsü budur ki, xətalarını örtər, dördüncüsü- ölümü asanlaşar,beşincisi- qiyamət günü susuzluqdan və aclıqdan amanda saxlar, altıncısı- cəhənnəm odundan uzaq edər, yeddincisi- cənnət nemətlərini ona halal edər.

Yəhudi dedi:

Düz buyurdun ya Məhəmməd. Xəbər ver mənə, niyə Allah Ərafatda axşamçağı dayanmağı əmr etdi?

Peyğəmbər (s) buyurdu: Ona görə ki, Adəm axşamçağı məsiyət (günah) etmişdi. Elə buna görə də Allah əmr etdi ki, mənim ümmətim Ərafatda dayansın və dua eləsin. Çünki Adəm də xəta etdikdən sonra Ərafatda dayanıb tövbə elədi. Allah Adəmə beş kəlmə (Məhəmməd, Fatimə, Əli, Həsən,Hüseyn adlarını göndərdi Adəm həmin kəlmələrlə tövbə elədi və Allah onun tövbəsini qəbul etdi.

Yəhudi dedi:

Düzdür ya Məhəmməd. Bəs Ərafatda dayanıb razi-niyaz edənin savabı nədir?

Peyğəmbər (s) buyurdu: Məni haqqa yollayan Allaha and olsun ki, Allahın dərgahının yeddi qapısı var: tövbə qapısı, rəhmət qapısı, fəzl qapısı, ehsan qapısı, bəxşiş qapısı, kərəm qapısı, əff qapısı.

Qabiliyyəti (əhliyyəti) olmayan bu qapılara yaxın düşə bilməz. Allahdan bu xüsusuyyətləri: rəhməti, ehsanı, fəziləti, kərəmi ala bilməzsə əhliyyət tapa bilməz və əhliyyət tapa bilməyən bu qapılardan daxil ola bilməz.

Allahın hüzurunda yüz min mələk var və hər bir mələyin əlinin altında yüz iyirmi min mələk var. Allahın yüz rəhməti,yüz tövbəsi,yüz ehsanı, yüz fəziləti var. Allah Ərafat çölündə dayanıb dua edənlərə bu mələklər vasitəsilə rəhmət göndərir. Bəndə Ərafat çölündəki qaydaları icra etdikdən sonra mələklər şəhadət verirlər ki, Allah, bu bəndə od zəncirlərindən azad oldu və səsləyici (monadi) nida edərək (səslənərək) deyir: hərəkət edirsiniz. (yəni, ərafatdan gedirsiniz),bağışlanmış halda. Siz Allahdan razısınız və Allah da sizdən razıdır.

Yəhudi dedi:

Düzdür ya Məhəmməd. Xəbər ver mənə həmin on xislətin doqquzundan ki, Allah peyğəmbərlərin içərisində sənin ümmətinə əta edib (veribdir).

Peyğəmbər (s) buyurdu: O doqquz xislətin birincisi "Fatihə" surəsidir, ikincisi-azandır, üçüncüsü-iqamədir, dördüncüsü-məsciddə camaat namazı qılmaqdır, beşincisi-cümə namazıdır, altıncısı-üç namazı ( sübh, məğrib, işa namazlarını) uca səslə qılmaqdır, yeddinci-rüsxətdir (ya xəstədir , ya səfərdədir, ya qocadır-onlara oruc yoxdur),səkkizinci-ölüyə namaz qılmaq, doqquzuncusu ümməti şəfaət etməkdir.

Yəhudi dedi:

Düzdür ya Məhəmməd.Bəs bu işlərin savabı nədir?

Peyğəmbər (s) buyurdu:hər kəs "fatihə" surəsini oxusa Allah göydən gələn kitabların hamısının birlikdə oxunmasının savabı qədər o kəsə savab verəcək. Mənim ümmətimin azan verəni Peyğəmbərlər və şəhidlər savabında olacaq.

O ki, qaldı camaat namazına, mənim ümmətimin camaat namazında olan sirləri dördüncü göydə olan mələklərin sirlərinə bənzəyir və bu namazın hər bir rükətinin 24 rükətə bərabər savabı var.

Cümə günü o gündür ki, Allah həmin gündə bütün insanları hesab ayağına çəkəcək. Hər mömin cümə günü namaza qədəm basarsa Allah qiyamət gününün çətinliyini ona asan edəcək. Hər kəs üç namazı uca səslə qılarsa səs nə qədər uzağa gedərsə sirat körpüsünü Allah qiyamət günü onun üçün bir o qədər genişləndirəcək.

Rüsxət bir dərsdir ki,insan gərək Allahdan öyrənsin və Allah bəndələrinə təxfif və rüsxət, necə ki, Allah insanın acizləşdirdiyi (xəstə olduğu, səfərdə olduğu) zaman təxfif verir. Güzəşt edir, insan da gərək insanlara güzəşt eləsin. Ölüyə namaz qılmaq isə onu can vermə əzabından xilas eləməlidir. bir nəfər mömin bir cənazəyə namaz qılanda o can verən zaman onda yaranan əzablara şəfa verir. O ki, qaldı şəfaətə, bütün günahlar üçün edilən şəfaət qəbul olunacaq, şirkdən və zülmdən başqa.

Yəhudi dedi:

Düz buyurursan ya Məhəmməd. Mən şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur, Məhəmməd onun rəsuludur.və peyğəmbərlərdən sonuncusudur.