Çr04242024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Əməllər

Dua vasitəsilə Zilhiccə ilə tanışlıq

Zilhiccə ayını tanıma baxımından, maarifçilik nöqteyi-nəzərindən məşhur duanın sözsüz ki, misli-bərabəri yoxdur. Bu dua 9 gün, hər sübh namazından sonra və məğrib (şam) namazından əvvəl oxunur. Duanın mahyyiətində olan mənəvi yük o dərəcədə zəngindir ki, onun ayrı-ayrı məqamlarında xüsusi vurğular etməyə əlavə ehtiyac duyulur.
İlk öncə duadan bəlli olur ki, bu günlər Rəbbimiz tərəfindən ilin digər günlərindən daha fəzilətli və daha şərafətli qərar verilmişdir. Müqəddimədə gələn bu anlam, bütövlükdə zilhiccə ayının ilk ongünlüyünün fövqəl əhəmiyyətini qavramağa yardım edir.
«Allahım! Öz lütfünlə və rəhmətinlə mənə bu günləri dərk etməyi nəsib etmisən» - deyə dua edir şükürlü bəndə. Bəs nələri istəməli, nələri diləməlidir o insan ki, bu günlərin bərəkətini dərk etmişdir? «Elə isə bizə bu günlərin xüsusi bərəkətlərini nəsib et, İlahi» - deyə çağırır bəndə. Bəs nədir bu ən böyük nemət? «Sənin salamın olsun İlahi, Həzrət Peyğəmbərə (s) və onun Əhli-beytinə» - deyilir burada.
Bu salam elə-belə salam deyil. Əvvəla, salamın cavabı vacibdir. Demək, Allah Rəsuluna (s) salam göndərən insan, mütləq o Həzrətdən (s) cavab almaq şərəfinə nail olacaq. İkincisi, bu müqəddəs insanlara salam göndərmək, onların dəyərlərinə «hə» demək, onların amalları ilə həmahəng olmaq deməkdir ki, bu, dua edən bəndəni gözləyən çox böyük, hətta misilsçiz mənəvi bir sərvətdən xəbər verir. Bəs nə var bu günlərdə ki, insan onlara can atmalıdır? Duada bizə öyrədilir: «Allahım! Bizlərə hidayət, iffət, insanlara ehtiyaclı olmamağı nəsib et. Bu yola bizi hidayət et! Bizə o əməlləri sevdir ki, onlarda Sənin razılığın var!».
Necə də gözəl müraciətlər var bu duada! Allah Təalanın kimliyi tanıtdırılır möminə. «Ey bütün şikayətlərin ünvanı, ey bütün gizli sirləri eşidən! Ey bütün varlıq aləminin şahidi! Ey bütün gizlinlərə elmi olan!» - deyə xitab edir Rəbbinə duanı oxuyan bəndə. Yaradanına mərifətli, tanıyaraq xitab etdikdən sonra, bəndə yenə dua edir: «Bu günlərdə bizlərdən bəlanı dəf et, bizlərdən duaları qəbul et! Bizi bu günlərdə qüvvətləndir! Bizə yardımçı ol, imdad ver! Xüsusi tofiqatını nəsib et!».
Nədir bu günlərin xüsusi tofiqatı? Məhz riza məqamı – Allahın razılığı olduğu işlərə daxili məhəbbət və istək. «Allahım! Özünə, Peyğəmbərinə, vilayət sahiblərinə itaəti ki, vacib buyurmusan, bizə qismət et ki, bu vücudi itaəti, ardıcıllığı yerinə yetirə bilək!» - deyə diləyir müxlis bəndə. Məhz burada var səadətin açarı – kamalın ardınca getmək durumuna sahib olmaq. «Sən həqiqətən duaları eşidənsən! Bizlərə Sənin razılığın olduğun duruma gəlmək üçün mənəvi halət ver!» - təkrarən çağırır bəndə, - «Bizi bu günlərdə nazil etdiyin xeyirlərdən məhrum etmə! Bizi günahlardan pak et! Ey qeybləri bilən Allah! Əbədi behişti bizə aid et bu günlərdə».
İmam Cəfər Sadiqdən (ə) gələn bu mübarək duanın davamında bəndə Allahdan istəyir ki, bağışlanmaz günah etməyə ona imkan verməsin, aradan aparılmayan qəmin gəlməsinə yol verməsin, ödənə bilinməyən borc ona yetişməsin. Dünya və axirətdə asudəlik və asanlıq istəyir bəndə Rəbbindən.
«Sən yaşla dolu gözlərə mərhəmət edənsən, duaları cavablandıransan, Sən yerlərin və göylərin Rəbbisən! Sən hər kəsin səsini tanıyansan» - yenə də Allah Təalanın kimliyini tanıtdırır insana İmam (ə) dua vasitəsilə. «Bəs elə isə Peyğəmbər (ə) və Əhli-beytinə (ə) salam göndər» - deyə münacat edir bəndə Rəbbinə. Cəhənnəm atəşindən qurtuluş və azadlıq istəyir bəndə: «Bizi bu günlərdə oddan, cəhənnəm atəşindən azad olanlardan, cənnətə çatmışlardan və rəhmətinlə nicat tapmışlardan qərar ver, ey mərhəmətlilərin Ən Mərhəmətlisi!».

RƏBİÜL-ƏVVƏL AYININ ƏMƏLLƏRİ

 

 1-ci gün:

Rəbiül-əvvəl ayının 1-ci günü İslam Peyğəmbərinin Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki, İslam Peyğəmbərinin (s) peyğəmbərliyindən on üç il keçdikdən sonra, Əbu Cəhlin təklifi və Qüreyş qəbiləsinin böyüklərinin qərarı ilə bir dəstə o həzrətin evinə hücum edib o həzrəti qətlə yetirmək istədikdə, Cəbrail-Əmin Allah-Taala tərəfindən o həzrətin Məkkədən Mədinəyə hicrət etməsi əmrini gətirir. İmam Əli (ə) Peyğəmbərin (ə) yatağında yatır və Peyğəmbər (s) tərəfdarları ilə birlikdə Məkkədən çıxıb, üç gün “Sur” mağarasında qaldıqdan sonra Mədinəyə doğru hərəkət edir. Həmin gün imam Əli (ə) canını Peyğəmbərin (s) yolunda təhlükəyə ataraq o həzrətin yerində yatdığı üçün tarixdə “Leylətül-məbit” adlanır.

Həmin gün oruc tutmaq, eləcə də, Peyğəmbər (s) və imam Əlini (ə) ziyarət etmək tövsiyə olunur.
9-cu gün:

Rəbiül-əvvəl ayının 9-cu günü imam Zamanın (ə.c.) imamətinin ilk gününə təsadüf etdiyindən, bayram və şərafətli bir gün olması ilə yanaşı, rəvayətdə göstərilir ki, həmin gün Allah yolunda infaq edən və yosxullara əl tutan şəxsin günahları bağışlanar. Yoxsul və kimsəsiz mömin bacı və qardaşları yedirmək, onları sevindirmək, qəmlərinə şərik olmaq, çoxlu sədəqə vermək və ibadət etmək bu günün müstəhəb əməllərindəndir.
12-ci gün:

Sünni alimlərinin nəzərincə, Rəbiül-əvvəl ayının 12-ci günü İslam Peyğəmbərinin (s) mövlud gününə təsadüf edir. Həmin gün birinci rükətdə “Həmd” surəsindən sonra üç dəfə “Kafirun” surəsini, ikinci rükətdə isə “Həmd” surəsindən sonra üç dəfə “İxlas” surəsini oxumaqla iki rükət namaz qılmaq müstəhəbdir.
17-ci gün:

Şiə alimlərinin nəzərinə əsasən, Rəbiül-əvvəl ayının 17-ci günü İslam Peyğəmbərinin (s), eləcə də altıncı imamımız imam Sadiqin (ə) mövlud gününə təsadüf edir.

Həmin gün bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:

1. Qüsl etmək;

2. Oruc tutmaq; bu günün orucu bir illik orucun savabına bərabərdir.

3. Peyğəmbər (s) və imam Sadiqi (ə) istər uzaqdan, istərsə də yaxından ziyarət etmək (onlara məxsus ziyarətnamələri oxumaq);

5. Gün doğan zaman iki rükət namaz qılmaq; hər iki rükətdə “Həmd” surəsindən sonra on dəfə “Qədr” və on dəfə “İxlas” surələri tilavət olunur.

6. Sədəqə vermək və məhrum təbəqəni xeyirxah əməllərlə sevindirmək.

Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Rəbiül-əvvəl ayının əməlləri” bölümü.

Zilhiccənin onuncu günü - Qurban bayramı

Zilhiccənin 10-cu gecəsinin əməlləri:
Ərəfə günündən Qurban bayramına keçən gecə - Zilhiccə ayının 10-cu gecəsi təbərrük və müqəddəs gecələrdəndir. Bu bayram gecəsi il ərzində olan həmin o 4 gecələrdəndir ki, onda əhya saxlamaq - oyaq qalıb ibadət etmək xüsusilə bəyənilmişdir. Qurban bayramının gecəsi asimanın qapıları açıq qərar verilimişdir. Bu gecəni İmam Hüseynin (ə) ziyarətini oxumaq və dua-münacatla keçirmək çox bəyənilmişdir. Bu gecə oxunan xüsusi dua var: (“Ya daiməl fəzli ələl bəriyyə..” duası).

Qurban bayramı gününün əməlləri

Zilhiccənin 10-cu günü – Qurban bayramı gününün əməlləri:
1. Qüsl almaq.
2. Qurban bayramının namazını qılmaq.
3. "Səhifeyi-Səccadiyə" dua kitabının 48-ci duasını (Qurban bayramı və cümə gününün duası) oxumaq.
4. “Nüdbə” duasını oxumaq.
5. İmam Hüseynin (ə) Qurban bayramına məxsus ziyarətnaməsini oxumaq.
6. Qurban kəsmək.
7. Qurban bayramı gününün zöhr namazından etibarən zilhiccə ayının 12-ci gününün sübh namazına kimi 10 namazın sonunda aşağıdakı təkbiri söyləmək böyük savaba malikdir: «Allahu əkbər, Allahu əkbər, lə iləhə illəllah, vallahu əkbər, Allahu əkbər və lilləhil-həmd. Allahu əkbəru əla mə hədənə. Allahu əkbəru əla mə razəqnə min bəhimətil-ən’am. Vəlhəmdu lilləhi mə əblənə». Tərcüməsi: «Allah hər şeydən ucadır, Allah hər şeydən ucadır, Allahdan başqa məbud yoxdur və Allah hər şeydən ucadır, Allah hər şeydən ucadır və həmd Allaha məxsusdur. Bizə verdiklərinə görə, ev heyvanlarından bizə ruzi yetirən Allah hər şeydən ucadır. Bizi sınağa çəkdiyinə görə Allaha həmd olsun».

İslam təqviminin ən əlamətdar tarixlərindən olan müqəddəs Qurban bayramını – mənəvi həcc səfərinin şah zirvəsini sinvolizə edən günü təntənəli surətdə qeyd etmək çox gözəldir.

Zilhiccə ayının 18-i – Qədir-Xum bayramıdır. Bu gün - Həzrət Əlinin (ə) Allah Rəsulu Həzrət Muhəmmədin (s) canişini və vəsisi elan edilən gündür. Qədir-Xum bayramı – dinin kamil surətdə qərar verilməsinin rəmzi olaraq çox əhəmiyyətlidir

Rəbiül-əvvəl ayının bərəkətləri

Rəbiəl-əvvəl ayı - adından da göründüyü kimi, bahar aylarındandır. O ayda Allahın rəhməti hamıya şamil olar. Bu ayda Allahın görəl nuru yerə enmişdir. Belə ki, bu ayda əziz Peyğəmbərimiz (s) dünyaya göz açaraq, aləmi nurlandırmışdır. O, Allahın ən sevimli bəndəsi, Allaha ən yaxın olan insandır. Əziz Peyğəmbərimizin (s) düyaya gəldiyi gün bəşər üçün ən əziz gündür. Həmin günü Allah biz insanlara ən kamil hədiyyəsini əta etmişdi. Peyğəmbərimizi (s) sevən hər bir müsəlman bu ayda Allaha daha çox şükür etməlidir. Bu nemətə görə minnətdar olmalı və bizə əta etdiyi bu böyük nemətin qədrini bilməliyik.
Məhərrəm və Səfər ayını arxada qoyduq. Əba Abdullahın (ə) müsibətinə matəm saxladıq və göz yaşı tökdük. İndi bu baharın gəlişi ilə Allaha səcdə edib, şükür etmək vaxtıdır.
Bu ayın ilk gecəsi “Leylətul-məbit” adı ilə məşhurdur. Bu gecədə mühüm tarixi hadisə baş vermişdir. Həzrət Peyğəmbər (s) 13-cü besət ilində Məkkədən Mədinəyə hicrət edir. İmam Əli (ə) düşmənlərin şərinin qarşısını almaq üçün o Həzrətin (s) yatağına uzanır.
Allah Təala bu münasibətlə bu ayəni nazil edir: “İnsanlardan eləsi də var ki, Allahın razılığı üçün öz canını satır (hicrət gecəsi Peyğəmbərin - səlləllahu əleyhi və alihi və səlləm - yatağında yatmış Əli əleyhissalam kimi Allah yolunda canından keçir). Allah bəndələrə qarşı çox şəfqətli və mehribandır”. (“Bəqərə” 207).

Səkkizinci gün
206-cı Hicri ilinin Rəbiül-əvvəl ayının 8-də İmam Həsən Əsgəri (ə) şəhid olmuşdur. Həmin günü İmam Zaman ağanın (ə.f) imamətlik dövrü başlamışdır. Həmin günü İmam Həsən Əsgərinin (ə) ziyarətini oxumaq bəyənilir.

Onuncu gün
Peyğəmbərimizin (s) Həzrət Xədicə (s.ə) ilə evlilik günüdür. Həmin günü oruc tutmaq - bəyənilən əməllərdəndir.

On ikinci gün
Bu gün Peyğəmbərin (s) 12 gün yol gedəndən sonra Mədinəyə çatdığı gündür. Bu günün iki müstəhəb əməlləri vardır:
1. Oruc tutmaq.
2. İki rükətli müstəhəb namaz qılmaqdır ki, birinci rükətdə “Həmddən” sonra üç dəfə “Kafirun” və ikinci rükətdə isə “Həmddən” sonra üç dəfə “Tövhid” surələrini oxuyursan.

On dördüncü gün
64-cü Hicri ilində Yezid ibni Müaviyə (Allah hər ikisinə lənət eləsin) ölür. O, 3 il 9 ay xəlifəlikdən sonra 37 yaşında cəhənnəmə vasil olur. Bu 3 il ərzində etdiyi cinayətlərin sayı-hesabı yoxdur ki, onlardan ən dəhşətlisi Kərbəla hadisəsidir.

On yeddinci gecə
Əhli-beytin (ə) nəzərinə görə Peyğəmbərimiz (s) bu günü dünyaya gəlmişdir. Çox mübarək gecədir. Bu gecənin bir neçə əməlləri vardır:
1. 17-ci günün niyyəti ilə qüsl almaq.
2. Oruc tutmaq. Allah bu oruc üçün bir ilin oruc savabını müəyyən etmişdir.
3. Sədəqə vermək, ehsan etmək və mömini sevindirmək.
4. Həzrətin (s) ziyarətini oxumaq. Həzrətdən (s) belə bir hədis vardır: “Hər kim öləndən sonra mənim qəbrimi ziyarət edər, o kəs kimi olar ki, həyatda olan zaman mənə tərəf hicrət etmişdir. Əgər məni yaxından ziyarət edə bilmirsə, uzaq yoldan mənə salam göndərsin”.
5. Bu günü İmam Əlini (ə) ziyarət etmək də müstəhəbdir. Necə ki, İmam Sadiq (ə) həmin günü İmam Əlini (ə) ziyarət etmişdi.
6. Bu günü əziz tutmaq lazımdır. Yaxşı olar ki, müsəlmanlar o günü bayram təşkil etsinlər. Həzrət Peyğəmbərin (s) əxlaqı, həyatı və sünnəti ilə daha yaxından tanış olsunlar.
7. Bu gün həm də əziz 6-cı İmamımız Həzrət Sadiqin (ə) mövlud günüdür.

Bu ayın bərəkətlərindən istifadə edək və Allaha daha çox yaxınlaşmağa çalışaq.

15-ci günün duası

On beşinci günün duasını oxumaq:
اَللّٰهُمَّ ارْزُقْنِی فِیهِ طـٰاعَةَ الْخٰاشِعیِنَ وَاشْرَحْ فِیهِ صَدْرِی بِإِنٰابَةِ الْمُخْبِتیِنَ بِأَمٰانِکَ یٰا أَمٰانَ الْخٰائِفیِنَ
Əllahummərzuqni fihi taətəl-xaşiin, vəşrəh fihi sədri biinabətil-muxbitin, biəmanikə ya əmanəl-xaifin.
İlahi, bu gündə mənə, xaşe’lərin (Sənin əzəmətin qarşısında zəlil olanların) itaətini nəsib et, qəlbləri aram olanların tövbəsi və qayıdışı ilə qəlbimi genişləndir. Səni and verirəm Öz aman verməyinə, ey qorxanlara aman verən! (1)
–––––––––––––––––
1. “Məfatihe novin”, səh. 789.