Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) Həzrət Məhəmməd (s)

Həzrət Məhəmməd (s)

Ümumbəşəri peyğəmbərlik

Bəşəri besətə hazırlıq
Ruhi və mədəni dirçəlişin yaranması, cəmiyyətin etiqadının dəyişməsi xeyli çətin bir işdir və asanlıqla həyata keçmir. İnsan öz əqidəsinə haqlı və ya haqsız bağlı olur. «Hər bir dəstə öz dininə sevinər» («Rum» 32). İnsan öz məsləkinə bağlı olmaqla kifayətlənməyib, başqalarını da bu yola gətirməyə çalışır. «Yəhudilər və məsihilər səndən o zaman razı qalarlar ki, onların dinini qəbul edəsən» («Bəqərə» 120).
Peyğəmbərin qarşısında böyük ictimai vəzifələr vardır. Onlar insanların düşüncəsində batil xarablarını viran qoyub, gözəl tövhid binasını ucaltmalıdırlar. Bütün peyğəmbərlərin son məqsədi eynidir – bəşəriyyəti Allaha qovuşdurmaq. «Hər bir millətdən peyğəmbər seçdik. Onların deyəcəyi bu idi ki, Allaha pərəstiş edin, tağutdan və onun batil təzahurlərindən çəkinin». («Nəhl» 36).
Əlbəttə ki, bu məsuliyyətlərin icrasında hamı eyni deyildir. Hərə öz sahəsində məsuldur. «Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik». («Bəqərə» 253). Ən böyük məsuliyyəti isə bu risalət silsiləsini başa çatdıran son peyğəmbərin öhdəsinə düşür. «Bu gün sizin üçün dini kamil etdi və nemətləri tamamladım. Bir din kim islamı sizin üçün bəyəndim». («Maidə» 3). O, yeni bir mədəni və siyasi inqilab üçün çalışır. Düşüncələri vəhy maarifinə bağlamaq, insan fitrətini oyatmaq istəyir.
Belə bir dərin dəyişiklik qısa müddətdə bir dəfəyə başa gələsi deyil. Əvvəlcədən hazırlıq görülməlidir. Böyük səy və hazırlıqla qədəm götürülməlidir ki, bu məqsəd həyata keçsin. Peyğəmbərlərin xüsusiyyətlərindən biri budur ki, onların hər biri özündən əvvəlki peyğəmbərlərə sübut, özündən sonrakı peyğəmbərlərə müjdəçi olmuşdur. Çünki onların məqsədi eynidir və aralarında heç bir ixtilaf yoxdur. Həzrətin (s) risaləti bəşəri olduğundan onun zühuru üçün hazırlıq əvvəlki peyğəmbərlərin öhdəsinədir. Buna görə də əsirlərcə əvvəllər böyük peyğəmbərlər bu zühuru xəbər vermişlər. İbrahim-xəlil (ə) üç min ildən çox əvvəl peyğəmbərin zühuru ilə müjdələyir: «Onların arsında elə birini onlara peyğəmbər göndəri ki, ayələrini onlara oxusun, onlara kitab və hikmət öyrətsin, onları təmizləsin. Bu istəklə cəmiyyəti böyük bir zühura müntəzir edir. Digər peyğəmbərlər də bu yolu hamarlamağa çalışırlar ki, sonuncu səma səfiri Məsih (ə) gəlsin. O, son nöqtəni qoymalı, son peyğəmbərin xüsusiyyətlərini ətraflı şəkildə bəyan etməlidir. O, öz səmavi kitabında əsaslı şəkildə xüsusiyyətləri bildirməlidir ki, cəmiyyət bu zühura hazırlıq görsün. «Bir vaxt Məryəm oğlu İsa belə demişdi: Ey İsrail oğlulları! Həqiqətən mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə müjdə verən Allahın elçisiyəm». («Səff» 6).
Həzrətin (s) xüsusiyyətləri o qədər xırdalıqlarınadək xəbər verilmişdir ki, bəhanəyə yer qalmasın. Onlar öz kitablarında həzrəti (s) öz oğullarını tanıdıqları kimi tanıyırdılar. İnsan öz övladını tanımaqda səhv etmədiyi kimi kitab əhli də həzrəti (s) bu sayaq tanıyırdı. «Kitab verdiyimiz şəxslər onu [Məhəmmədi] öz oğullarını tanıdıqları kimi tanıyırlar». («Bəqərə» 146). Bu hazırlıqlar və ardıcıl təbliğlər cəmiyyətə, xüsusi ilə Fələstin və Hicaz ətrafında yaşayan yəhudi və məsihilərə xəbərdarlıq etmişdi. Hamı bu zühurun intizarında idi. Bu həqiqət hamıya günəş kimi aydın idi.
Digər bir tərəfdən onun doğum xüsusiyyətləri, əmanətdarlığı əhali arasında elə məhşur idi ki, həqiqətlərdən agah olan bütün ariflər onu görən kimi peyğəmbərliyini təsdiq edirdilər. Onun hira və başqa yerlərdə gün uzunu ardıcıl ibadətləri, işıqlı keçmişi, ruhi hazırlığı da uyğun zühur üçün bir xəbərdarlıqdı: «O, hər il hira mağarasına gedəndə yalnız mən onu görürdüm»- deyir əli (ə). Bütün bunlar uyğun böyük hadisə, Peyğəmbərin besəti üçün hazırlıq idi.

Allahın Rəsulu (s) həyat nümunəsidir

Həzrət Peyğəmbərin (s) vəsfəsığmaz gözəllikləri o qədər  ki, insanları bütün rənglərdən, bulanıqlardan uzaqlaşdırır və özünə valeh edir
Allah-Taala öz ən şirin buyruqlarında insanların tərbiyəsi üçün həqiqi inamların təhlilindən əlavə, ilahi insanların həyat yolu və sözlərinə istinad edir ki, onların ruhuna daha çox təsir etsin. Quranda peyğəmbərlər və saleh insanlardan bir bu qədər danışılmasının səbəbi elə budur. Onların mələk siması təriflənir, həyat üsulu nümunə göstərilir.
Allah-Taala ən gözəl buyruqlarında həzrət Peyğəmbəri (s) bütün həqiqət ölçülərinin nümunəsi kimi tanıtdırır, onun ilahi simasını nümayişə qoyur və bütün insanları bu simadan nümunə götürməyə çağırır. «Həqiqətən Allahın Rəsulu Allaha, qiyamət gününə ümid edənlər və Allahı xatırlayanlar üçün gözəl nümunədir». («Əhzab» 21.) Bu çağırış ilahi və insani dəyərlərin qiymətləndirilməsidir.
Sübhan Allah öz möhtərəm və möhkəm buyruğunda kimsənin əvəz edə bilməyəcəyi ilahi bir simadan danışır. «Sən xasiyyətcə üstün və böyüksən». O, ilahi sifətlərin məzhəri, haqqa eşqin və həqiqət yolunda fədakarlığın ifadəsidir. O, səadət aşiqidir. O, həqiqətin seyrində mələklərin etiraf edib, qalxa bilmədiyi məqamlara yüksəlir. Mələklər «bir barmaq bəndi qədər qalxsam, qanadlarım yanar» deyir. («Bihar», 18-ci cild.) Həzrət (s) qərq olanlara yardımda o qədər üzüldü ki, Allah ona təsəlli verdi: «Biz Quranı sənə nazil etmədik ki, özünü bunca zəhmətə salasan» («Taha» 1.) O, yolunu azanların dərdindən o qədər təəssüf etdi ki, Allah onun gizli eşqini aşkara çıxardı - "Ey Məhəmməd, yoxsa bu Qurana inanmasalar, arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!" («Kəhf»-6.) Hansı rəhbər öz xalqını bu qədər sevib?! Mələklərdən də üstün mələk simalı bir insan, insani kamalın təcəllisi ki, həmin ilahi kamaldan rişələnir. Həmin şəxs ki, öz ağır və qısa həyatında gözəllikləri ilə hamını heyran qoydu. Bəşər həyatında misli görünməmiş halda qəlbləri fəth etdi. Pak insanlar ona o qədər valeh oldular ki, onun dəstəmaz suyunu təbərrük bildilər.
Həzrət Peyğəmbərin (s) gözəllikləri o qədər vəsfəgəlməzdir ki, insanları bütün rənglərdən, bulanıqlardan uzaqlaşdırır və özünə valeh edir. Onlar evlərindən, vətənlərindən, qəbilələrindən, hətta övladlarından, yoldaşlarından, ata-analarından ayrılıb Peyğəmbərin (s) məramlarına bağlanırdılar, ilahi dəyərləri hər şeydən üstün tuturdular. «Mühacirlərdən əvvəl yurd salmış və iman gətirən kəslər öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd, qəzəb duymaz, özləri ehtiyac içində olsalar belə onları özlərindən üstün tuturlar». («Həşr» 9.) İstər həzrətin (s) özü, istər ardıcıllarının mislinə insanlar arasında təsadüf edilməz. Yalnız belə bir şəxs rəhbərliyə və nümunə olmağa layiqdir. Axı bütün səy və təlaşı özünə xidmətdən ibarət olan bir insan necə rəhbər ola bilər?! «O biri qisminiz isə ancaq öz canlarının hayına qalır». («Ali-İmran» 154.) Bu adamlar zahirən insan, daxildə isə heyvandırlar. «Onların məqsədi yemək və yatmaqdır». («Nəhcül-bəlağə».) Həzrət (s) bir mələk də deyil. Çünki mələk başqa, fərqli həqiqətdir. Onun fitrət və istəklərinin olduğu məlum deyil. Mələk yalnız əmrə tabedir: «Mələklər heç zaman Allaha itaətsizlik etməz, daim Allahın itaətində olarlar». («Təhrim» 6.)
Rəhbərlik ləyaqəti insanı mələksima edir. «Əgər biz onu mələk etsəydik, yenə də onu bir insan qiyafəsində göndərər və onları bir daha düşdükləri şübhəyə salardıq». («Ənam» 9.) Yer üzündə insanlar yaşayırsa, onların nümunəsi də insan olmalıdır. Yox, sakinləri mələk olsaydı, onların peyğəmbəri də mələk olardı. «Söylə ki, əgər yer üzündə arxayın gəzənlər mələklər olsaydı, sözsüz ki, onlara bir mələk peyğəmbər göndərərdik». («İsra» 95.) «Kəhf» surəsində buyurulur: «Mən də sizin kimi ancaq bir insanam».
Quranda bəhanələr üçün yer ayrılır: Deyirlər, Peyğəmbər mələk deyil. «İnsanlara doğru yolu göstərən bir rəhbər gəldiyi zaman ona iman gətirməyə mane olan şey yalnız onların – Allah bir insanmı peyğəmbər göndərdi? – demələridir». («İsra» 94.) «Bu necə Peyğəmbərdir ki, bizim kimi yeyir, bazarda gəzir»; («Fürqan» 7.) «Əgər Peyğəmbər insanlar arasından seçilməlidirsə, tanınmış böyüklərdən seçilməlidir»; («Züxrüf» 31.) «Nə üçün Quran Məkkə və Mədinə böyüklərinə nazil olmayıb, peyğəmbər adi ola bilməz, onun bağları, var-dövləti olmalıdır»; («İsra» 93.) «Nə üçün sənin xurma və üzüm bağların yoxdur, evinin üstü qızıl, cavahirat deyil!». («Fürqan» 8.)
Quran bu bəhanələri rədd edərək buyurur ki, insanlar üçün nümunə şəxs və peyğəmbər yalnız insan ola bilər, keçmiş peyğəmbərlər də insanlardan olmuşdur. «Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də şübhəsiz ki, yemək yeyər, bazarları gəzib-dolaşardılar». («Fürqan» 20.)
Başqa bir ayədə buyurulur: «De ki, həmd olsun Allaha! Salam olsun Allahın seçdiyi bəndələrinə». («Nəhl» 59.) Peyğəmbər insan olduğu üçün insanlara nümunə ola bilər, ilahi olduğu üçün insanları o istiqamətdə pərvazlandırar. «Ümumi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. Bu peyğəmbər onlara Allahın ayələrini oxuyar, onları təmizləyər». («Cumə» 2.) Quran belə ilahi çöhrəli bir insanı təsvir edir. Lakin bu təsvir boş yerə deyil, nümunə götürmək üçündür. «Allahın Rəsulu (s) öz ilahi çöhrəsi ilə sizin üçün nümunədir».

ALLAIN RƏSULU (S) HƏYAT NÜMUNƏSİDİR

«Biz Quranı sənə nazil etmədik ki, özünü bunca zəhmətə salasan»

 Allah-Taala öz ən şirin buyruqlarında insanların tərbiyəsi üçün həqiqi inamların təhlilindən əlavə ilahi insanların həyat yolu və sözlərinə istinad edir ki, onların ruhuna daha çox təsir etsin. Quranda peyğəmbərlər və saleh insanlardan bir bu qədər danışmasının səbəbi elə budur. Onların mələk siması təriflənir, həyat üsulu nümunə göstərilir.

Allah-Taala ən gözəl buyruqlarında həzrət Peyğəmbəri (s) bütün həqiqət ölçülərinin nümunəsi kimi tanıtdırır, onun ilahi simasını nümayişə qoyur və bütün insanları bu simadan nümunə götürməyə çağırır. «Həqiqətən Allahın Rəsulu Allaha, qiyamət gününə ümid edənlər və Allahı xatırlayanlar üçün gözəl nümunədir». («Əhzab» 21). Bu çağırış ilahi və insani dəyərlərin qiymətləndirilməsidir.
Sübhan Allah öz möhtərəm və möhkəm buyruğunda kimsənin əvəz edə bilməyəcəyi ilahi bir simadan danışır. «Sən xasiyyətcə üstün və böyüksən». O, ilahi sifətlərin məzhəri, haqqa eşqin və həqiqət yolunda fədakarlığın ifadəsidir. O, səadət aşiqidir. O, həqiqətin seyrində mələklərin etiraf edib, qalxa bilmədiyi məqamlara yuksəlir. Mələklər «bir barmaq bəndi qədər qalxsam, qanadlarım yanar» deyir. («Bəhar» 18-ci cild). Həzrət (s) qərq olanlara yardımda o qədər üzüldü ki, Allah ona təsəlli verdi: «Biz Quranı sənə nazil etmədik ki, özünü bunca zəhmətə salasan» («Ta-ha»-1). O, yolunu azanların dərdindən o qədər təəssüf etdi ki, Allah onun gizli eşqini aşkara çıxardı - "Ey Məhəmməd, yoxsa bu Qurana inanmasalar, arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!" («Kəhf»-6). Hansı rəhbər öz xalqını bu qədər sevib?! Mələklərdən də üstün mələk simalı bir insan, insani kamalın təcəllisi ki, həmin ilahi kamaldan rişələnir. Həmin şəxs ki, öz ağır və qısa həyatında gözəllikləri ilə hamını heyran qoydu. Bəşər həyatında misli görünməmiş halda qəlbləri fəth etdi. Pak insanlar ona o qədər valeh oldular ki, onun dəstəmaz suyunu təbərrük bildilər.
Həzrət Peyğəmbərin (s) gözəllikləri o qədrə vəsfəgəlməzdir ki, insanları bütün rənglərdən, bulanıqlardan uzaqlaşdırır və özünə valeh edir. Onlar evlərindən, vətənlərindən, qəbilələrindən, hətta övladlarından,yoldaşlarından, ata-analarından ayrılıb Peyğəmbərin (s) məramlarına bağlanırdılar, ilahi dəyərləri hər şeydən üstün tutdular. «Mühacirlərdən əvvəl yurd salmış və iman gətirən kəslər öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd, qəzəb duymaz, özləri ehtiyac içində olsalar belə onları özlərindən üstün tuturlar». («Həşr» 9). İstər həzrətin (s) özü, istər ardıcıllarının mislinə insanlar arasında təsadüf edilməz. Yalnız belə bir şəxs rəhbərliyə və nümunə olmağa layiqdir. Axı bütün səy və təlaşı özünə xidmətdən ibarət olan bir insan necə rəhbər ola bilər?! «O biri qisminiz isə ancaq öz canlarının hayına qalır». («Ali-imran» 154). Bu adamlar zahirən insan, daxildə isə heyvandırlar. «Onların məqsədi yemək və yatmaqdır». («Nəhcül-bəlağə»). Həzrət (s) bir mələk də deyil. Çünki mələk başqa, fərqli həqiqətdir. Onun fitrət və istəklərinin olduğu məlum deyil. Mələk yalnız əmrə tabedir: «Mələklər heç zaman Allaha itaətsizlik etməz, daim Allahın itaətində olarlar». («Təhrim» 6).
Rəhbərlik qəyaqəti insanı mələksima edir. «Əgər biz onu mələk etsəydik, yenə də onu bir insan qiyafəsində göndərər və onları bir daha düşdükləri şübhəyə salardıq». («Ənam» 9). Yer üzündə insanlar yaşayırsa, onların nümunəsi də insan olmalıdır. Yox, sakinləri mələk olsaydı, onların peyğəmbəri də mələk olardı. «Söylə ki, əgər yer üzündə arxayın gəzənlər mələklər olsaydı, sözsüz ki, onlara bir mələk peyğəmbər göndərərdik». («İsra» 95). «Kəhf» surəsində buyrulur: «Mən də sizin kimi ancaq bir insanam».
Quranda bəhanələr nə üçün yer ayrılır: Deyirlər, Peyğəmbər mələk deyil. «İnsanlara doğru yolu göstərən bir rəhbər gəldiyi zaman ona iman gətirməyə mane olan şey yalnız onların – Allah bir insanmı peyğəmbər göndərdi? – demələridir». («İsra» 94). «Bu gecə Peyğəmbərdir ki, bizim kimi yeyir, bazarda gəzir» («Fürqan» 7); «Əgər Peyğəmbər insanlar arasından seçilməlidirsə, tanınmış böyklərdən seçilməlidir» («Züxaf» 31); «Nə üçün Quran Məkkə və Mədinə böyüklərinə nazil olmayıb, peyğəmbər adi ola bilməz, onun bağları, var-dövləti olmalıdır» («İsra» 93); «Nə üçün sənin xurma və üzüm bağların yoxdur, evinin üstü qızıl, cəvahirat deiyl!» («Fürqan» 8).
Quran bu bəhanələri rədd edərək buyurur ki, insanlar üçün nümunə şəxs və peyğəmbər yalnız insan ola bilər, keçmiş peyğəmbərlər də insanlardan olmuşdur. «Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də şübhəsiz ki, yemək yeyər, bazarları gəzib-dolaşardılar» («Fürqan» 20).
Başqa bir ayədə buyrulur: «De ki, həmd olsun Allaha! Salam olsun Allahın seçdiyi bəndələrinə» («Nəhl» 59). Peyğəmbər insan olduğu üçün insanlara nümunə ola bilər, ilahi olduğu üçün insanları o istiqamətdə pərvazlandırar. «Ümumi ərəblərə özlərindən peyğəmbər göndərən Odur. Bu peyğəmbər onlara Allahın ayələrini oxuyar, onları təmizləyər» («Cumə» 2). Quran belə ilahi çöhrəli bir insanı təsvir edir. Lakin bu təsvir boş yerə deyil, nümunə götürmək üçündür. «Allahın Rəsulu (s) öz ilahi çöhrəsi ilə sizin üçün nümunədir».
Bu yazı həzrət peyğəmbərin ilahi siması və onun həyat tərzini imkan daxilində təsvir etmək məqsədindədir. Məqsəd tarixçilik yox, həzrətin etiqadını, əxlaq fəzilətlərini təhlil edib, aydınlaşdırmaqdır. Həzrət (s) nümunə seçməklə islami ümmət öz şəxsiyyətinə istiqamətlənməlidir. Eyni halda məlumat verən və ya bəzi şübhələr cavab verən tarixi mövzulara təhqiq qələmi ilə varaq, yazımız Allah razılığana səbəb olsun, oxucuları razı salaq. İnamları aydınlaşdırmaq, Allah elçilərinin yolunun təhlili qələm sahiblərinin çiyninə düşmüş böyük məsuliyyətdir. Bu araşdırma üç hissədən ibarət olacaq. Peyğəmbərlikdən (bəsətdən) əvvəlki dövr, bəsət dövrü və Peyğəmbərin (s) tərbiyəvi və ictimai davranışları.

 

“Bu gecə dünyaya bir peyğəmbər gəlir!”

Hidayət nurunun zühuru ilə baş verən hadisələrdən

Mərhum Şeyx Səduq nəql edir:
Əbdülmüttəlibin oğlu Abdullah büluğ həddinə çatdığı zaman atası onu Amənə adlı ləyaqətli bir xanımla evləndirdi. Amənə binti Vəhəb paklığı ilə tanınmış bir xanım idi.
Amənə deyir: İzdivacımızdan bir müddət keçəndən sonra hamilə oldum. Hamiləlik dövrümdə heç bir ağırlıq və çətinliyim olmadı. Əksinə, qeyri-adi bir rahatlıq və sevinc hiss edirdim. Nəhayət, gecə yuxuda bir şəxs gördüm, mənə dedi ki, sən Allahın ən gözəl məxluquna hamilə olmusan. Hamiləlik dövrü başa çatanda heç bir ağrısız övladım dünyaya gəldi. Körpə dizlərini və əllərini yerə qoyub başını səmaya tərəf qaldırdı. Bu zaman bir səs eşitdim: “Dünyanın üstün və şərəfli insanı doğuldu, o misilsiz Allahın himayəsindədir, hər zalım və paxılın şərindən amanda olacaq.” Bu zaman məndən bir nur ayrıldı. Yerlə-göy arası işıqlandı. Səmada, ulduzlarda qəribə bir dəyişiklik baş verdi. Ulduzlar ox kimi bir tərəfdən o biri tərəfə atılırdı.
Bu vəziyyəti müşahidə edən qüreyşlilər heyrətə düşmüşdülər. Deyirdilər ki, qiyamət qopub. Tanınmış bir ulduzşünasın yanına getdilər. Onun adı Vəlid ibn Müğeyrə idi. Əhvalatı ona danışdılar. Vəlid ibn Müğeyrə dedi: “Baxın görün ulduzlar bu vəziyyətdən sonra yoxa çıxırsa, demək qiyamət qopacaq. Əgər yoxa çıxmırsa, təbiətin işlərinə müdaxilə edən bir hadisə baş verməkdədir.”
Sonra Yusif adlı yəhudi ulduzşünasın yanına getdilər. O ulduzların bir-birinə qarışdığını görüb dedi: “Bu gecə dünyaya bir peyğəmbər gəlir. Onun gəlişi barədə səmavi kitablar xəbər verib. O, Allahın son peyğəmbəri olacaq. Ulduzların ox kimi bir tərəfdən o tərəfə sıçraması şeytanların səmaya gedişinin qarşısını alır.”
Səhər açıldı, Qüreyş başçıları bir yerə toplandılar. Abdullahın oğlunun dünyaya gəlişi xəbəri yayıldı. Yəhudi ulduzşünasla birlikdə Amənənin mənzilinə getdilər ki, dünyaya gəlmiş uşağı görsünlər. Uşağı nur saçan vəziyyətdə bələkdə gətirdilər. Yusif körpənin gözünə və saçlarına baxdı, köynəyini açıb çiynindəki qara xala nəzər saldı. Bu qara xal üzərində bir neçə tük vardı. Bu əlamətləri görəndən sonra heyrət içində ayağa qalxdı. Qüreyşlilər onu məsxərəyə qoyub gülürdülər. Yusif dedi: “Bu körpə Allahın peyğəmbəridir, qılıncı ilə ədaləti genişləndirmək üçün qiyam qaldırar. Şirk və bütpərəstliklə mübarizə aparar. Onun gəlişi ilə peyğəmbərlik silsiləsi Bəni-İsraildən kəsilər.”
Bu xəbəri eşidən qüreyşlilər oradan dağılışdılar. Həzrət Əlinin (ə) anası Fatimə binti Əsəd deyir: “Əbdülmüttəlibdə ölüm nişanələri aşkar oldu. O övladlarına üz tutaraq dedi: “Məhəmmədin himayəsini kim öz üzərinə götürür?” Qardaşlar gözlədilər ki, Əbdülmüttəlib özü təyin etsin. Əbdülmüttəlib Həzrət Peyğəmbərdən (s) soruşdu ki, əmilərindən hansına daha çox meyli var? Həzrət (s) bir-bir əmilərinin çöhrəsinə baxdı, Əbutalibə xüsusi nəzər saldı. Bunu hiss edən Əbdülmüttəlib oğlu Əbutalibi Həzrət Peyğəmbərə (s) himayəçi təyin etdi.
Fatimə deyir: “Əbdülmüttəlib vəfat etdi, Əbutalib Məhəmmədi evə gətirdi. Mən ona xidmət etdim, o məni ana çağırırdı.”
Fatimə sözünə belə davam edir: Evimizdə bir xurma ağacı var idi. Xurmalar yetişəndə Məhəmmədlə həmyaşıd uşaqlar toplanardı. Yerə tökülən xurmaları yığıb yeyərdilər. Uşaqlar Məhəmmədin (s) qabağındakı xurmaları da götürərdilər. Amma Məhəmmədin başqasının qarşısından xurma götürdüyünü görmədim. Heç vaxt başqasının haqqına toxunmazdı. Mən hər gün onun üçün bir ovuc xurma toplayırdım. Kəniz də onun üçün xurma yığırdı. Bir gün Məhəmməd yatdı və biz xurma toplamağı yaddan çıxardıq. Gələn uşaqlar bütün xurmaları yığıb aparmışdılar. Həzrət (s) yuxudan oyananda yerdə xurma qalmamışdı. O üzünü ağaca tutub, ac olduğunu söylədi. Mən ağacın əyildiyini gördüm. Ağac o qədər əyildi ki, Həzrətin (ə) əli onun budaqlarına çatdı. Bir qədər xurma dərdi, sonra ağac əvvəlki vəziyyətinə qayıtdı...”

Peyğəmbərin (s) babası Əbdülmüttəlib dünyasını dəyişəndən sonra Peyğəmbər (s) əmisi Əbutalibin yanında qalırdı. Bir gün Həzrətin (s) gözləri ağrımağa başladı. Həkimlər ona çarə edə bilmədilər. Yaxınları Əbutalibə tövsiyə etdilər ki, Həzrəti (s) məsihi rahibin yanına aparsın. Adı Həbib olan rahibin duası ilə Həzrətin (s) gözlərinin sağalacağına ümid edirdilər. Əbutalib bu təklifi Həzrətə (s) çatdırdı. Həzrət (s) buyurdu: “Mən etiraz etmirəm, məsləhət bildiyinizi edin.” Əbutalib həzrəti (s) dəvəyə mindirib nəsrani rahibin yaşadığı yerə üz tutdu. Rahibin sövməsinə çatdılar. İçəri daxil olmaq üçün icazə istədilər. Rahib Həbib onlara icazə verdi. İçəri daxil olandan sonra bir müddət heç nə barədə danışmadılar. Sonra Əbutalib sözə başladı, qardaşı oğlunun gözlərində ağrı olduğunu söylədi. Dedi ki, həkimlər ona çarə edə bilməyib. Dedi sənin yanına gəlmişik ki, onun gözlərinin sağalması üçün dua edəsən. Həbib rahib Əbutalibin sözlərini eşidəndən sonra Həzrətə (s) müraciətlə dedi ki, ayağa qalx yanıma gəl. Həzrət (s) uşaq olsa da rahibə müraciətlə dedi ki, sən mənim yanıma gəl. Əbutalib buna təəccüb etdi. Əbutalib həzrətə (s) müraciətlə dedi ki, axı sən xəstəsən. Həzrət (s) buyurdu ki, xəstə mən deyiləm, Həbib rahib xəstədir, o mənim yanıma gəlməlidir. Uşağın danışığından qəzəblənən rahib dedi ki, ey oğlan, mənim xəstəliyim nədir? Həzrət (s) buyurdu: “Sənin bədənində ala xəstəliyi var, 30 ildir sağalmaq üçün Allaha dua edirsən, amma təsiri yoxdur. Həbib heyrətə gəldi. Dedi ki, bu barədə Allahdan başqa bilən yoxdur. Sən bunu haradan bilirsən? Həzrət buyurdu ki, mən bunu yuxuda görmüşəm. Həbib rahib təvazö ilə həzrətdən (s) xahiş etdi ki, onun üçün dua etsin. Həzrət (s) alnına bağlanmış parçanı açdı. Onun mübarək çöhrəsindən ətrafa nur ələnirdi. Məclisdəkilər yaranmış vəziyyətdən heyrətə gəlmişdilər. Həzrət (s) buyurdu: “Ey Həbib! Köynəyini qaldır, buradakılar bədənini görsünlər.” Həbib köynəyini qaldırdı və hamı şahid oldu ki, onun dərisi ala xəstəliyinə tutulub. Həzrət (s) dua üçün əllərini açdı, duanı başa çatdırandan sonra əlini Həbibin bədəninə çəkdi. Allahın izni ilə Həbib rahib sağaldı. Sonra Həzrət (s) əmisinə üz tutub buyurdu: “Əgər sağalmaq istəsəydim, dua edərdim, buraya gəlməzdim. İndi isə sağalmaq üçün Allaha dua edirəm. Həzrət (s) növbəti dəfə dua üçün əlini açdı, qısa müddətdən sonra gözləri sağaldı, heç bir xəstəlik əlaməti qalmadı.

Peyğəmbərin (s) görüşünə gəlmiş bir şəxs Həzrətin (s) əynindəki köynəyin köhnəldiyini görüb onun qarşısına 12 dirhəm pul qoydu və xahiş etdi ki, özünə köynək alsın. Həzrət Peyğəmbər (s) pulu Əliyə (ə) verib buyurdu ki, bazardan ona münasib bir köynək alsın. Həzrət Əli (ə) pulu götürüb bazara getdi, 12 dirhəmə bir köynək alıb geri qayıtdı. Həzrət (s) köynəyə baxıb buyurdu ki, bu köynəyi dəyişsək yaxşı olar. Həzrət Əli (ə) buyurur ki, mən bazara qayıdıb satıçıya dedim ki, Peyğəmbər (s) köynəyi bəyənmədi. Satıcı köynəyi geri alır və pulu qaytarır. Həzrət Əli (ə) Peyğəmbərin (s) yanına qayıdıb pulu ona verir. Sonra birlikdə bazara gedirlər. Peyğəmbər (s) öz istədiyi köynəyi almaq istəyir. Yolda bir kənizlə rastlaşırlar. Bu kənizin ağlaması Peyğəmbərin (s) diqqətini cəlb edir. Soruşur ki, nə üçün ağlayır? Kəniz cavab verir: “Ağam mənə 4 dirhəm vermişdi ki, bazarlıq edim. Pulu itirmişəm, indi evə qayıtmağa qorxuram.” Həzrət (s) 12 dirhəmdən 4 dirhəmini həmin kənizə verir. Sonra yenidən yollarına davam edirlər. Həzrət (s) bazardan 4 dirhəmə bəyəndiyi köynəyi alır. Geri qayıdanda yolda çılpaq bir kişi görürlər. Kişi yoldan ötənlərdən pul istəyir ki, özünə libas alsın. Həzrət Peyğəmbər (s) aldığı köynəyi həmin kişiyə verir və qayıdıb əvvəlki dükandan daha bir köynək alır. Görür ki, əvvəl 4 dirhəm verdiyi kəniz yenə də orada oturub. Səbəbini soruşanda kəniz deyir: “Qorxuram ki, məni döysünlər.” Həzrət (s) buyurur ki, mənimlə gəl, mən səni evinizə apararam. Həzrət Əli (ə) buyurur ki, yola düşdük, kənizin yaşadığı evə çatdıq. Həzrət Peyğəmbər (s) qapıda dayanıb salam verdi. Amma evdən cavab gəlmədi. Həzrət (s) ikinci dəfə salam versə də yenə də cavab almadı. Üçüncü dəfə salam verəndə bir şəxs qapıya çıxdı. Peyğəmbər (s) soruşdu ki, nə üçün əvvəl onun salamına cavab verilmədi? Həmin şəxs dedi: “Mən qapıda sizin dayandığınızı bildim. Çox istədim ki, səsinizi təkrar eşidim.” Sonra Peyğəmbər (s) ev sahibinə dedi ki, kəniz gecikdiyi üçün evə qayıtmağa qorxub, mənim sizdən xahişim budur ki, onu incitməyəsiniz. Ev sahibi dedi: “Ey Allahın Rəsulu! Mən sizin gəlişiniz xatirinə onu azad etdim.” Həzrət Əli (ə) buyurur ki, Peyğəmbər (s) vəziyyəti belə görəndə xoşhal oldu və buyurdu: “Şükür olsun Allaha ki, 12 dirhəmin bərəkəti ilə iki köynək aldıq, bir qulu azad etdik.”

Bütün ilahi peyğəmbərlər, xüsusi ilə İslam Peyğəmbəri (s) və məsum imamlar həmişə din və xalqı düşünüb, şəxsi mənafelərini bu yolda fəda ediblər. Maraqlı nöqtələrdən biri budur ki, Həzrət Peyğəmbər (s) hətta izdivacda, ailə quranda din və cəmiyyətin mənafeini düşünürdü. Düşünürdü ki, onun izdivacı dinin yayılmasına, insanların hidayətinə səbəb olarsa daha faydalıdır. Beləcə, Həzrət (s) gənclik dövründə 25 yaşında ikən xanım Xədicə ilə ailə həyatı qurdu. Nübuvvət və risalət məqamına çatandan sonra başqaları ilə də ailə qurub. Amma Peyğəmbərin (s) izdivacları arasında elə bir izdivac yoxdur ki, din və cəmiyyətin xeyrinə olmasın. Peyğəmbərin (s) neçə qadınla ailə qurması barədə tarixçilərin verdiyi məlumat fərqlidir. Dini mətnlərdə adı çəkilən xanımlar arasında həzrət Xədicə, Səfiyyə, Aişə, Həfsə, Ümmü Həbib, Zeynəb, Sodə, Məymunə, Ümmü Sələmə və başqalarının adı var. Həzrət Peyğəmbər (s) dünyasını dəyişdiyi zaman onun 9 zövcəsi vardı. Bu 9 zövcədən cəmi 8 övladı vardı. Bu övladlardan 4-ü oğlan, 4-ü qız idi. Peyğəmbər (s) dünyasını dəyişdiyi gün bu övladlardan yalnız Fatimeyi-Zəhra (s) yadigar qalmışdı.

Zeyd ibn Əli atası İmam Səccaddan (ə) belə nəql edir:
Bir gün Həzrət Peyğəmbər (s) öz üzüyünü həzrət Əliyə (ə) verib buyurdu: “Bunu ustanın yanın apar, qaşına, “Məhəmməd ibn Abdullah” sözlərini yazdır. Həzrət Əli (ə) üzüyü götürüb həkkakın yanına getdi. Dedi ki, üzüyün qaşına Məhəmməd ibn Abdullah sözlərini yazsın. Həkkak üzüyün qaşını yazarkən səhvə yol verib Abdullah əvəzinə Rəsulullah yazdı. İşi başa çatdırandan sonra həzrət Əli (ə) üzüyün qaşına baxdı və həkkaka dedi ki, mən səndən bunu istəməmişdim. Həkkak üzr istədi, dedi bilmədən belə olub. Həzrət Əli (ə) üzüyü götürüb Peyğəmbərin (s) yanına qayıtdı. Dedi ki, ey Allahın Rəsulu, mən sizin dediklərinizi həkkakdan istəsəmdə, o bilmədən belə yazdığını söylədi. Peyğəmbər (s) üzüyü barmağına taxdı. Səhər açılanda üzüyün qaşında Məhəmməd Rəsulullah (s) sözlərinin aşağısında Əliyyən Vəliyullah (ə) yazılmışdı. Peyğəmbəri (s) heyrət bürüdü. Bu zaman Cəbrail nazil oldu. Həzrət (s) bu mövzu ilə bağlı sual verdi. Cəbrail dedi: “Sən nə yazılmasını istədiyini dedin. Biz də nə istəyirdiksə onu yazdıq.”

Mərhum Şəhid Sani Ümmü Sələmədən belə nəql edir:
Ümmü Sələmənin birinci əri Peyğəmbərin (s) görüşündən evə qayıdandan sonra Ümmü Sələməyə sevinclə deyir: “Peyğəmbərdən eşitdiyim söz ürəyimi açdı. Həzrət (s) mənə buyurdu ki, bir bəla üz versə, ailənizdən kimsə dünyasını dəyişsə deyin ki, inna lillah və inna əleyhi raciun - Pərvərdigara, mənə bu müsibətdə gözəl mükafat ver, əlimdən çıxanı daha yaxşısı ilə əvəz et. Buyurdu ki, belə desəniz duanız qəbul olar. Ümmü Sələmə nəql edir ki, mən ərimdən çox razı idim, təsəvvürümə gəlmirdi ki, ondan yaxşısı olar. Bir gün ərim dünyasını dəyişdi. Mən Peyğəmbərin (s) ona öyrətdiyi duanı oxudum. Sonradan hadisələr bir-birini əvəz edir və Ümmü Sələmə Həzrət Peyğəmbərin (s) zövcəsi olur. Ona Peyğəmbərin (s) zövcəsi olmaq təklif ediləndə deyir ki, mən gənclik dövrünü başa vurmuşam, qorxuram ki, Peyğəmbərə (s) əziyyət verəm. Bundan əlavə ailəm də böyükdür. Amma Peyğəmbər (s) buyurur ki, onun üçün yaşın əhəmiyyəti yoxdur, ailənin böyüklüyü onun üçün daha əhəmiyyətlidir. Beləcə Ümmü Sələmə Peyğəmbərlə (s) izdivac edir, Həzrət (s) bu böyük ailəyə himayə göstərir.

İmam Musa Kazim (ə) buyurur: Həzrət Peyğəmbərin (s) oğlu İbrahim 17 aylığında dünyasını dəyişdi. Bununla da müsəlmanlar arasında üç sünnə aradan qalxdı. İbrahim dünyasını dəyişdiyi zaman günəş tutulmuşdu. Camaat bunu İbrahimin ölümü ilə əlaqələndirirdi. Həzrət Peyğəmbər (s) bu sözləri eşidib minbərə qalxdı və Allaha həmd-sənadan sonra buyurdu ki, günəş və ayın tutulması Allahın ayətlərindəndir və bu hadisələrin İbrahimin ölümü ilə heç bir əlaqəsi yoxdur. Belə əlamətlər göründüyü zaman ayat namazı qılmaq lazımdır.
Peyğəmbər (s) minbərdən endikdən sonra camaatla birlikdə namaz qıldı, sonra həzrət Əliyə (ə) üz tutub buyurdu: “Oğlum İbrahimə qüsl ver, kəfənlə, dəfnə hazırla.”
İbrahimi dəfn etmək istəyəndə camaat dedi ki, Peyğəmbər (s) çox qəmləndiyindən meyyit namazını yaddan çıxarıb. Bu sözlər Peyğəmbərin (s) qulağına çatdı. Buyurdu ki, Allah sizə beş vaxta beş namaz vacib edib. Hər namaza görə ölü üçün bir təkbir deyilər. Amma meyyit namazı büluğ həddinə çatan şəxs üçündür. Sonra həzrət Əliyə (ə) buyurdu: “Ey Əli qəbrə en, İbrahimi qəbrə qoy.” Həzrət Əli (ə) İbrahimi qəbrə qoyandan sonra camaat danışmağa başladı ki, Peyğəmbər (s) öz övladını qəbrə özü qoymadısa, biz də bundan sonra belə etməliyik. Yenə Peyğəmbər (s) danışılan sözləri eşidib buyurdu: “Bir şəxsin öz övladını qəbrə qoyması haram deyil. Amma ehtiyatlı olmalıdır ki, şeytan onu hövsələdən çıxarıb küframiz sözlər dedirtməsin.” İmam Kazim (ə) buyurur ki, bu hadisədən sonra dəfn başa çatdı, camaat dağılışıb evinə getdi.

Məkkə şəhəri

   Başqa yazılar:   İslamın əziz Peyğəmbərinin (s) məbəs günü  ►   Peyğəmbəri (s) ziyarət etmək üçün duanı dinlə

     Məkkə – Dünya müsəlmanlarının əsas müqəddəs şəhəridir. İslam dininin banisi Məhəmməd (s) qədim ticarət mərkəzi olan bu şəhərdə doğulmuş, yaşamış və öz təbliğatına başlamışdır. O, Allaha iman gətirməkdən boyun qaçıran həmvətənlərinin təqibindən yaxa qurtarmaq üçün 622-ci ildə bir dəstə tərəfdarı ilə birlikdə Yəsribə (sonradan Mədinə adlandırılmışdır) köçmüş, oradan məkkəlilərə qarşı mübarizə aparmış, nəticə etibarı ilə onları özünə tabe etdirmişdir. Məhəmməd (s) Məkkənin qədim bütpərəst ziyarətgahı olan Kəbəni islamın başlıca müqəddəs ocağı elan etmiş və bütün müsəlmanlara oranı ziyarət etməyi (həccə getməyi) əmr etmişdir. Kəbə Məkkənin əl-Məscid əl-Haram adlanan əsas məscidində yerləşir. Orta əsrlərdə Məkkə Hicazın (Ərəbistanın) inzibati mərkəzi idi, şəhərdə din elmləri tərəqqi edirdi. XX əsrin əvvəllərində Məkkə şəhər şəriflərinin türk hökmranlığına qarşı qaldırdıqları üsyanın siyasi mərkəzinə çevrilmişdi. Məkkədə sünni məzhəbinin və cəfəri şiələrinin tədris müəssisələri yerləşir. Hazırda Məkkə dünya islam hərəkatının mərkəzinə çevrilməkdədir. Beynəlxalq müsəlman təşkilatları öz iqamətgahlarını Məkkədə yerləşdirirlər, orada getdikcə daha tez-tez ümummüsəlman konfransları keçirilir; zəvvarların Məkkəyə gəlməsindən müsəlman həmrəyliyi ideyalarının təbliği üçün geniş istifadə olunur. Tam adı Məkkə Əl-Mükərrimə olan şəhər Səudiyyə Ərəbistanı Krallığının Qərbində Mədinə və Taif şəhərləri arasında yerləşmışdır. Ərəb dilində Mərkəz mənasını daşıyan şəhər Ummul Qura, Beyt ul-Əmin, Bəkkə kimi də qeyd olunur. Məkkə ilk əvvəl susuz səhra olmuş sonradan İbrahim peyğəmbərin həyat yoldaşı Həcər xanım oğlu İsmayıl peyğəmbər ilə buraya gəlmiş və Allaha dua edərək ona su verilməsini istəmişdi. Allah Təala da duasını qəbul edib və bugün Zəm-zəm adlanan bulağ səhrada yoxdan var etmişdi. Məkkəyə sonradan başqa ərəb qəbilələri də axışmağa başlamışdı. Məkkə ilk orta əsrlərdə müxtəlif dövlət ərazilərinə tabe olsa da sonradan Allah Təala tərəfindən elçi olaraq Məhəmməd Əleyhissəlamı göndərmiş və İslam dininin qalib gəlməsindən sonra yaranan ilk Müsəlman Xilafətinin paytaxtı olmuşdur. Məkkəni daha çox məşhur edən orada yerləşən Kəbə evidir. Qurani Kərimdə Allah Təlanın evi adlandırılan Kəbə İbrahim peyğəmbər tərəfindən ilk dəfə tikildiyi bildirilir. Bu gün bütün dünyada namaz qılan və dua tutan müsəlmanlar üzlərini məhz Qibləyə yəni Məkkə şəhərində yerləşən Kəbə evinə (Bəkkə) tərəf tuturlar. Məkkə şəhəriində 1700000 insan yaşayır. Həcc ziyarəti zamanı şəhərin əhalisi dəfələrlə artır. Səudiyyə Ərəbistanı kralı Məkkə və Mədinə şəhərlərinin müdafiəcisi sayılır