Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Peyğəmbərin (s) kəlamında mömin, kafir, qəlb və Quran

Peyğəmbərin (s) kəlamında mömin, kafir, qəlb və Quran

  • Peyğəmbərin (s) kəlamında mömin, kafir, qəlb və Quran

     Quran onları dərinliklərə aparar, onlara yol göstərər...
    Rəsuli-əkrəm (s) buyurmuşdur:

    Mömin sınmır
    Möminnin hekayəti küləyin yolu üstündə duran sünbülə bənzəyir. Gah yıxılır, gah durur (Mömin dövranın fitnələri nəticəsində titrəyib büdrəyir, lakin sınmır; yenidən hərəkət edir).

    Möminin dostluğu
    Möminlər dostluq və mehribanlıqda bədənin üzvləri kimidirlər. Biri ağrıyan zaman o birilər də oyaq qalıb narahat olurlar.

    Kafir
    Kafirin halı düyünün sünbülünə bənzəyir; həmişə tərpənməz olaraq dik qalır, yerindən dartıb çıxarılanla qədər.

    Qəlb
    Qəlb, küləyin yolu üstündə olan yarpağa bənzəyir (nəfsani istəklər hər an onu o tərəfə-bu tərəfə çevirir.)

    Quran
    Quran bağlı dəvəyə bənzəyir, onu bağlasalar qalar, boş buraxsalar qaçar (Qurandan möhkəm yapışıb, onu öyrənsələr, dərinliklərinə varsalar, Quran onları dərinliklərə aparar, onlara yol göstərər, ancaq ona etinasız qalsalar, Quran onlardan uzaqlaşar).