Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İmam Əli (ə)-ın Kumeylə etdiyi tövsiyələrdən...

İmam Əli (ə)-ın Kumeylə etdiyi tövsiyələrdən...

  • İmam Əli (ə)-ın Kumeylə etdiyi tövsiyələrdən...

    Səni çətinliklərdə yalqız qoymayan və müsibət üz verdikdə yardım göstərmək üçün əlindən gələnini əsirgəməyən şəxs sənin qardaşın sayılır"...
    1-Hər gün Allahın adını çək və Ona təvəkkül et.
    2-Bizi xatırla, adımızı dilinə gətir və bizə salam göndər.
    3-İnsanların yerinə yetirdiyi elə bir əməl yoxdur ki, mən onu görməyim.
    4-Bizdən qeyrisindən (və bizə əsaslanmayan) elm və hədis öyrənmə.
    5-Hər bir işə və hərəkətə qarşı elmin və mərifətin olsun.
    6-Yemək yeyəndə, Allahın adını çək ki, zərər çəkməyəsən.
    7-İnsanlara yaxşılıq et, paxıllıq etmə, Allah-taala bu işə görə sənə çoxlu savab verər.
    8-Yoldaşlarınla gülərüzlə rəftar et və xidmətçilərinin səhvlərini bağışla və onları ittihamlandırma.
    9-Yeməyi qurtarandan sonra Allaha ucadan həmd-səna et ki, başqaları da sənin səsini eşidib, Allaha həmd-səna etsinlər, bununla sənin savabın böyük olar.
    10-Doymamışdan bir az öncə, süfrədən çəkil ki, suya və havaya da yer qalsın; bu göstərişə əməl etsən, yemək sənin üçün bərəkətli olar. Bədənin sağlamlığı az yemək və içməkdədir.
    11-Zəkat verən, möminlərə yardım edən, yaxın adamları və qohum-əqrəbası ilə əlaqəsini möhkəmlədən şəxsin mal-dövlətində xeyir-bərəkət olar.
    12-Yaxın adamlarından olan möminlərə başqalarından artıq yardım et, fəqirlərə sədəqə ver; çünki sədəqə bəlaları dəf edir.
    13-Sənə tərəf əl uzadan şəxsi əli boş qaytarma, hətta bir xurmanın yarısı qədər verəməklə olsa belə.
    14-Möminin ən gözəl zinəti təvazökarlığıdır.
    15-Möminin gözəlliyi iffətindədir.
    16-Möminin şərəfi və başıucalığı boş-boş danışmağı tərk etməsindədir.
    17-Alçaq adamlarla mübahisə etmə, hətta sənə nalayiq sözlər desələr də belə. Səbirli ol və Allah-taalanın "cahil adam onunla mübahisə etdikdə, o cavabında salam verər" – deyə buyurduğu şəxslərdən ol!
    18-Həmişə haqq söz de!
    19-Pərhizkarlarla dostluq et və fasiqlərdən uzaq gəz!
    20-Münafiqlər və xainlərlə əlaqə yaratma.
    21-Zülmkarların qapısını döymə və onlarla kəsb-ticarət etmə. Məbada, onlara baş əyib, ehtiram göstərəsən!
    22-Yoxsulluğunu camaata açıqlama, izzətlə yaşa və fəqirlik müqabilində səbir et.
    23-Səni çətinliklərdə yalqız qoymayan və müsibət üz verdikdə yardım göstərmək üçün əlindən gələnini əsirgəməyən şəxs sənin qardaşın sayılır.
    24-Mömin möminin aynasıdır, onlar bir-birlərilə qardaşdırlar və qardaşa qardaşdan əziz bir şəxs olmaz.
    25-Əgər bir şəxs sənə bir söz deyib, onun sirr olaraq saxlamasını səndən istəsə, onu faş etməkdən həzər et, əks halda tövbən də qəbul olunmaz.
    26-Çətinliklərdən amanda qalmaq üçün "La hovlə və la quvvətə illa billahil-əliyyil-əzim!" zikrini yaddan çıxartma.
    27-Sənə hər bir nemət əta olunduqda, onun artması üçün "Əl-həmdu lillah" de!
    28-Ruzin təxirə düşdükdə, tövbə et və Allahdan bağışlanmağını dilə ki, işlərin öz qaydasına düşsün.
    29-Vacib olan əməllərin tərk olunmasına qəti icazə verilməmişdir.
    30-Allahın sənə əta etdiyi minlərlə nemətin müqabilində, Ona təşəkkür etməyi və Onu yad etməyi unutma.
    31-Allahı yad etməyənlərdən olma.
    32-İstifadə etdiyin yeməklər halal olmasa, Allah-taala sənin şükrünü və zikrini qəbul etməz.
    33-Hər bir şəxsin əmanətini – kimliyindən asılı olmayaraq, – özünə qaytar.
    34-Allah-taala bizi Öz əxlaqına doğru yönəltmiş, onu öyrənməyi və insanları ona rəğbətləndirməyi bizə əmr etmişdir.
    35-Allaha and olsun, camaatın mənim əmrimə tabe olması üçün, onlara heç vaxt yalvarmaram!
    36-Bəziləri bu fani və yalan dünyadan ləzzət aldılar, biz isə əbədi axirət aləmindən fadalanıb ləzzət alacağıq.
    37-Bizi yaxşı əməllərə sövq edən Allahın təqvalılara əta etdiyi behiştin yüksək mərtəbəsidir.
    38-Behişt fikrində olmayanları ağır və əbədi əzabla müjdələ.
    39-Namaz qılmaq, oruc tutmaq və sədəqə vermək (təklikdə) mühüm deyildir, əhəmiyyət kəsb edən məsələ təmiz qəlbə, doğru niyyətə və xalis əmələ malik olmaqdır.
    40-Mən Allaha hər bir halda itaət və sitayiş edirəm. (Sən də həmişə Allaha itaət və sitayiş et!)