Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Nəsihəti kimlər qəbul edər?

Nəsihəti kimlər qəbul edər?

  • Nəsihəti kimlər qəbul edər?

      Möminlərin nəsihəti qəbul etməsi Quranın və dinin tövsiyəsidir. Ona görə də hər bir müsəlman özünü nəsihət eşitməyə ehtiyaclı hiss etməlidir.

      İmam Cavad (ə) möminin ehtiyacı barəsində buyurmuşdur: “Möminin üç sifətə ehtiyacı vardır: İlahi tövfiq, daxili nəsihət verən, ona nəsihət edənin sözünü qəbul etmək”.

      Nəhcul-bəlağənin 31-ci xütbəsində oxuyuruq: “O kəslərdən olma ki, onlara nəsihət vermək fayda gətirməz, məgər o halda ki, incitmək üçün çalışasan”.

      Yəqin ki, siz də həyatınızda bu tip insanlarla rastlaşmısınız ki, bir dəfə nəsihət verirsən qəbul etmir. İkinci dəfə deyirsən, eşitmir. Üçüncü dəfə də o cür. Ancaq o zaman ki, kobudluq edirsən və həmin şəxsi nəsihət vasitəsilə məzəmmət edirsən – təsir qoyur. Bu insanlar ancaq kobudluq dilini başa düşürlər. İmam (ə) buyurur ki, bu tip insanlardan olma.

      İmam (ə) başqa yerdə buyurur: “Aqil bir işarə ilə tənbeh olar, cahil izahetmə ilə”.

      Aqilin tənbeh olması üçün bir işarə kifayətdir və bu bir işarə onun üçün hər cür kobudluq və kötəkdən daha pisdir. Ancaq cahil belə deyildir. Onun çirkin əməllərini üzünə saymaq lazımdır ki, tənbeh ola bilsin.

      İmam Əli (ə) buyurur: “Zəmanədən çətinlik görməzdən əvvəl, özün acı təcrübəyə malik ol. Başqalarının təcrübələrindən və nəsihətlərindən istifadə et. Bu, insanlığın təbiətidir”.

      Ona görə də deyə bilərik ki, nəsihəti eşitmək baxımından insanlar iki dəstəyə bölünürlər:
    1. O kəslər ki, işarə əhlidirlər, onun kiçik bir pis işinə işarə etməyin kifayətdir.

    2. O kəslər ki, onlara nəsihət vermək istəyirsən, gərək nəsihətin başdan-ayağa məzəmmət və hədələmə ilə olsun, hətta mübaliğə belə edəsən.