Cm.ax04182024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Günahı tərk etmək

Günahı tərk etmək

  • Ləvvamə nəfs əmmarə nəfsdən güclü olarsa, insan daha çox təqvaya meyil edər

    Sonra da günahlarını və təqvalı olmağını ona ilham etmiş və onu iş görməyə qadir etmişdir”. (“Şəms” 8).
    Nəfsinizin həm pak və həm də napak qidaları vardır. Nəfsinizin pak qidası – təqvadır: İlahi həqiqətlər, rəbbani həqiqətlər, ərş feyzləri və əxlaqi həsənələr. Nəfsinizin napak qidası isə günahdır: çirkin əməllər, pisliklər, üsyanlar...
    Əmirəl-möminin (ə) buyurur: “Yaxşılıqların məcmuəsi təqvada toplanmışdır”. (Erfan)
    O zaman ki, deyirik təqva, yəni bütün ibadətlər, əxlaqi həsənələr, xeyir işlər nəzərdə tutulur. Təqva – insan üçün ən gözəl libasdır. “Əlbəttə, təqva libası daha yaxşıdır”. (“Əraf” 26).
    O kəs ki, nəfsini təqva ilə qidalandırar, nicat tapar. “Nəfsini (etiqad və əxlaq kamallarında) təkamülə çatdıran və (fikir və nəfs pisliklərindən) onu təmizləyən kəs şübhəsiz, nicat tapmışdır!”. (“Şəms” 9).
    Lakin əksinə o kəs ki, nəfsinə günahı daddırar – şübhəsiz ki, ziyana uğrayar. “Və (nəfsini) pisliklərə bulaşdırıb cəhalət, küfr və pozğunluq pərdəsi altında gizlədən kəs, şübhəsiz, ziyana uğramışdır!”. (“Şəms” 10).
    Nəfs, insan bu dünyaya qədəm basdığı gündən onunladır. Allah insanın fitrətini pak yaratmışdır. Ondan istəmişdir ki, bütün ömrü boyu böyük cihada qədəm basıb, nəfsi ilə mübarizə aparsın. İnsanın mübarizə aparmalı olduğu nəfsi əmmarə, yəni şeytani nəfsdir. Bundan başqa insanın ləvvamə deyilən nəfsi də vardır ki, onu pisliklərdən uzaqlaşdırmağa çalışar.
    Əgər ləvvamə nəfs əmmarə nəfsdən güclü olarsa, insan daha çox təqvaya meyil edər. Ancaq əskinə - əgər əmmarə nəfs güclü olarsa, insan günaha meyil edər. Bu mübarizə və döyüş insanın ömrünün sonuna qədər davam edər. Bu, bitməyən və tükənməyən bir döyüşdür. Bu döyüşdən qalib o kəslər çıxar ki, nəfsi istəklərinə sözün həqiqi mənasında qalib gələr. Nəfsini ağıllarına ram edər və qəlbə hakim olmasına imkan verməz. Məsumlarımız (ə), peyğəmbərlər (ə), siddiqlər, muxləs bəndələr məhz bu cür insanlardırlar.
    Allah bu mübarək ayda və Qədr gecələrində bizi nəfsimizə qalib gəlib, böyük cihadda qələbə qazananlardan qərar versin və bu qələbəni ömrümüzün axırına qədər davam etdirsin!
    “Kim doğru yola gəlsə, ancaq öz xeyrinə doğru yola gəlib və kim yolunu azsa, öz ziyanına azmışdır”. (“İsra” 15).

  • MÖMİNİ SEVİNDİRMƏK İBADƏTDİR

     İnsan ictimai varlıq olduğundan, təbii ki, qarşılıqlı kömək və həmkarlığa möhtacdır və onsuz ictimai həyat mümkünsüzdür. İnsan həyatının bütün sahələrini ehtiva edən İslam dini uyğun mövzuya da xüsusi yer ayırmış, onu fitri ehtiyacla yanaşı, mənəvi ölçülərlə düyünləmişdir. Möminin qəlbini sevindirmək, qəm-qüssəsini aradan qaldırmaq başqalarına yardım məsələsində daha geniş və dolğun bir təbirdir. İmam Rza (ə) mömini sevindirmək haqda belə buyurur:

    فَإِنَّهُ لَيْسَ شَيْ‏ءٌ مِنَ‏ الْأَعْمَالِ‏ عِنْدَ اللَّهِ‏ عَزَّ وَ جَلَّ بَعْدَ الْفَرَائِضِ أَفْضَلَ مِنْ إِدْخَالِ السُّرُورِ عَلَى الْمُؤْمِنِ

    “Allah-Taalanın dərgahında vacib əməllərdən sonra möminin qəlbini sevindirməkdən dəyərli əməl yoxdur.” (“Əl-fiqhul-mənsub iləl-imamir-Riza (ə)”, səh.339.)

    Bu məsələnin əhatəsi uyğun zarafatdan tutmuş maddi və mənəvi yardımlar, maddi və mənəvi çətinliklərin aradan qaldırılmasına qədər genişdir. Necə ki, imam Rza (ə) başqa bir hədisdə buyurur:

    مَنْ‏ فَرَّجَ‏ عَنْ‏ مُؤْمِنٍ‏، فَرَّجَ‏ اللَّهُ‏ عَنْ قَلْبِهِ يَوْمَ الْقِيَامَةِ

    “Hər kim bir möminin qəmini aradan qaldırsa, Allah-Taala qiyamət günü onun qəlbinin qəmini aradan qaldırar.” (“Əl-kafi”, 3-cü cild, səh.510.)

    Hər iki hədisdə göstərilən “mömin” qeydi diqqəti özünə cəlb edir. Mömini isə günahla sevindirmək olmaz. Mümkündür ki, bəziləri bu və bu kimi hədislərdən sui-istifadə edərək yersiz deyib-gülmək və zarafatlaşmaqla həddi aşır, nəticədə günaha qurşanır və bəhanə gətirirlər ki, mömini sevindirmək savabdır. Hansı ki, mömini sevindirmək o zaman savabdır ki, onun günahdan yayındırsın, imanını artırsın, onu Allaha daha da yaxınlaşdırsın.

    Qeyd eməliyik ki, sevinmək və şadlanmaq fitri istək və meyildir. İnsan fitrətən şadlıq sorağındadır. Əlbəttə, narkotik maddələr, spirtli içkilər və eyş-işrət məclisləri kimi şəxsiyyəti, ailəni və cəmiyyəti bədbəxtliyə sürükəyən saxta və aldadıcı şadlıqlar İslamda yasaqdır. Bu sayaq şadlıqlar həm təkamülə maneədir, həm də insanı hərəkət və çalışqanlıqdan saxlayır. Qurani-Kərimdə buyurulur ki, axirət həyatına inanmayan, öləndən sonra dirilib haqq-hesab üçün Rəbbinin hüzuruna qayıtmayacaqlarını zənn edərək, bu dünyada əhli-əyalı, yaxınlarıvə dostları ilə sevinc içində olanların axirətdə vəziyyəti çətin olacaqdır. (Bax: “İnşiqaq” surəsi, ayə 13-15.) Odur ki, İslam dini insanı əbədi səadətdən məhrum etməyən, axirət sevincinə qənim kəsilməyən dünya şadlığı və sevincinə önəm verir. Əlbəttə, qiyamət günü möminlərə əta olunacaq nemətlərdən biri də sevinc və şadlıqdır. “Ğaşiyə” surəsinin 8-ci ayəsində  buyurulur:

    وُجُوهٌ يَوْمَئِذٍ نَّاعِمَةٌ

    “O gün bir çox üzlər sevinəcək.”

    Ali-İmran surəsinin 170-ci ayəsində Allahın rəhmətini qazanmış şəhidlər haqqında buyurulur:

    فَرِحِينَ بِمَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ وَيَسْتَبْشِرُونَ بِالَّذِينَ لَمْ يَلْحَقُواْ بِهِم مِّنْ خَلْفِهِمْ أَلاَّ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ

    “Onlar Allahın Öz mərhəmətindən bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər.”

    Bir sözlə, ilahi bəndələri sevindirmək və çətinliklərini aradan qaldırmaqda insanın niyyəti ilahi nərgə boyanmalıdır. Bu zaman “yaxşı əməl” adı ilə ona veriləcək savab və mükafat da qat-qat artacaqdır.

  • Möminlərin sevinc və xoşbəxtlikləri

     Möminlər Allahın halallarından belə çox faydalanmırlarsa, yaxşı bunların sevincləri və xoşbəxtlikləri nədədir? Bu suala Allah belə cavab verir:
    "...dünyadakı sevincləri mənim zikrim, sevgim və onlardan razı olmağımdır..."
    Allah dostları xoşbəxtliyi keçici və boş şeylərdə axtarmırlar, onlar gerçək xoşbəxtlik arxasındadırlar, gerçək xoşbəxtlik isə, aləmlərin rəbbinin buyurduğu bu üç şeydədir:
     
    1- Allahı xatırlamaq
    Allahı sevən, davamlı olaraq Onu düşünəcək, hər şeydə Onu xatırlayacaq. Təbii olaraq bu xatırlama sevən üçün ən böyük xoşbəxtlik mənbəyidir. İmam Səccad (ə) səhər duasında belə deyir:
    "Davamlı sənin zikrin və xatırlanmağınla ürəyim canlıdır."
     
    Yəni, yaşamaq sevincim, ürəyimə rahatlıq, aramlıq bəxş edən yalnız səni xatırlamaqdır, əgər qəlbim səni xatırlamayacaqsa yaşaya bilməz. Çünki səndən başqa mənim yaşamaq ümidim və sevincim yoxdur. Allaha imanı olan şəxs əsla kədərli deyil əksinə, hamıdan xoşbəxtdir, çünki Allahı yad edir. Dünyanın boş və müvəqqəti olan yalan xoşbəxtlikləriylə özünü aldatmır.
    Allah dostu dünyada Allahı xatırlayaraq xoşbəxt olur, amma cənnətdə artıq bu şəkildə xatırlamaq lazım deyil, çünki dünya ayrılıq və hicran yeridir, cənnət isə qovuşmaq. Mömin insan ölümlə birlikdə, Allaha çatacaq. O zaman isə davamlı olaraq qəlb gözüylə Allahı görəcək.
     
    Zikr və Allah eşqi arasındakı əlaqə
     
    Allahı zikr edib, xatırlama Ona olan sevgidən qaynaqlanır. Sevgi çoxaldıqca zikr də çoxalacaq. Bunu insanlarla olan normal həyatda da görmək mümkündür. Kim birini çox sevib ona aşiq olursa, sevgisi ölçüsündə hər vaxt sevdiyini düşünəcək, əgər eşqləri lap çoxdursa bir-birlərini düşünmək də çox olacaq. Amma insan unutmağa başlarsa, saatlar keçmiş və hələ sevdiyini düşünməmişdirsə bax o zaman sevgiləri də azalmaya başlayıb. Buna görə Allahı sevənlər və onun eşqinə çatmaq istəyənlər, Haqq-təalanı daha çox düşünürlər, çünki bu sevginin çoxalıb dərinləşməsinə səbəb olur.
     
    2- Allahı Sevmək
    Allah Qurani-Kərimdə belə buyurur:
    "İman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir." (“Bəqərə” surəsi, ayə 165)
    Allah dostları ürəklərində hiss etdikləri ilahi eşq sayəsində həmişə aramdırlar. Allaha olan sevgiləri onların xoşbəxtliyidir. Allah sevgisi onların yaşamaq qayəsidir. Bunun üçün də Allah sevgisini artıracaq əməlləri yerinə yetirmək və bu sevgini azaldacaq işlərdən də uzaq olmağa çalışarlar.
     
    3- Allahın razılığı
    Sevən üçün ən gözəl şey sevdiyinin də ona məhəbbət bəslədiyini bilməsidir. Allahı sevənlərin ən böyük hədəfi onun razılığını qazanmaqdır, nə vaxt ki, razılığının və sevgisinin azaldığının fərqinə varsalar dərhal narahatlığa qapılarlar, ruhları sanki böyük bir əzaba uğrayar, tez bir zamanda onun sevgisini yenidən qazanmaq üçün çaışarlar. Ancaq bu şəkildə çəkdikləri ağrıdan xilas ola bilərlər.
     
    Qeyd: Zikrdə məqsəd, davamlı olaraq Allahı "subhənallah", "lailahəilləllah" deyərək zikr etmək deyil, bu yalnız bir növüdür. İnsanın hər yerdə və hər işdə Allahı xatırlaması, onun razılığı istiqamətində hərəkət etməsi, heç bir zaman ondan qafil olmaması da Allahı zikr etməkdir.

  • Nəfs dedikdə nə nəzərdə tutulur? Hansı nəfs şər və mənfiliklərə meyillidir?

    Bəzən nəfs dedikdə ruh nəzərdə tutulur. Ancaq əxlaqi bəhslərdə nəfs dedikdə onu kontrol etmək, nəfsin istəkləri və xahişləri şərh edilir. İnsan nəfsinin mərtəbələri vardır. Onun ən alçaq dərəcəsi - əmmarə nəfsdir. Bu nəfs insanın nöqsanlı hallarına və daxili ifrati meyllərinə aid edilir. Bu nəfsin şər və pisliklərə meyli vardır və insanı xeyir yolundan azdıra bilir.
    Nəfsin ikinci mərtəbəsi kamal və insanın özünü tərbiyə etməsinə aid edilir. Ona ləvvamə nəfs deyirlər. İnsan nəfsin bu mərtəbəsində ən çox xeyir və gözəl əməllərə tərəf meyl edir və insan günah işlədən zaman bu nəfs onu danlayır və məzəmmət edir. Onu xeyirxahlığa tərəf dəvət edir.
    Nəfsin üçüncü mərtəbəsi mütməin nəfsdir. İnsan mütməin nəfsə çatarsa kamalı, səadət və həqiqi hüzuru tapar. Raziyyə və mərziyyə nəfsinə sahib olar. Yəni, həm o, Allahdan razıdır və həm də Allah ondan razıdır.
    Ona görə də nəfsin ən zəif mərtəbəsi - əmmarə nəfsdir. Bu nəfs insanı şəhvətə və günaha dəvət edər. Bu nəfsin sahibi sağlam ağıl və İlahi fitrətin hökmlərinə tabe olmaz, çünki iradəsi nəfsi istəklərinin qarşısında çox zəifdir.
    Əksinə, güclü nəfsə malik olan insan kamala çatmağa meyil edər və mütməin nəfsə çataraq, səadətini əldə edər. Nəfsi əmmarə ilə nəfsi ləvvamə daima bir-biri ilə mübarizədə olar. İnsanın iki tərəfi vardır: heyvani və mələkuti. İnsanın heyvani tərəfi nəfsi-əmmarədir, mələkuti tərəfi əvvəl ləvvamədir, sonra mütməinədir. Ona görə də insanın heyvani istəklərinə nəfsi əmmarə deyirlər.
    Nəfsi-ləvvaməyə əxlaqi vicdan da deyirlər. Nəfsi-ləvvamə insanı xeyir işlərə təşviq edər və ondan sonra tərifləyər. Pis əməldən əvvəl hədələyər, əməldən sonra isə məzəmmət edər və danlayar.
    Mütməinə nəfs o nəfsdir ki, onun sahibi haqq əqidəsinə, savab və cəzaya inanır, əminliyi vardır və rahatlıq tapmışdır. Necə ki, Əmirəl-möminin (ə) təqva əhli haqqında buyurur: “Təqvalılar behiştə qarşı o kəslərə bənzəyir ki, onu görüb, nemətlərinə nail olmuşdur. Atəşə qarşı o kəslərə bənzəyir ki, onu görmüş və orada əzab olunmuşdur”.
    İnsan səadətinin dərəcəsi bu nəfsinin dərəcəsindən asılıdır. Quran bu nəfs haqqında buyurur: “Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi-həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir), dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq!”. (“Hicr” 27-28).

  • Peyğəmbərin (s) sözü və İmam Əlinin (ə) Allah razılığı üçün ibadəti

    Əhvalat : Zahirən dünyəvi əməl Allahın razılığı üçün ola bilər!

    Mənaqib kitabında Həzrət Əli (s) ilə bağlı maraqlı bir əhvalat yer alıb...

    Bir gün İslam Peyğəmbərinə biri iri, biri kök olmaqla iki dəvə bağışladılar. Həzrət (s) səhabələrə buyurdu ki, kim iki rəkət namaz qılsa və namazın əvvəlindən sonuna qədər dünya barədə fikrindən nəsə ötməsə dəvənin birini ona bağışlayacağam. Kimsə dinmədi.

    Əli (ə) dedi ki, mən dediyiniz kimi namaz qılaram. Namaza başladı və sona çatdırdı. Peyəmbər buyurdu: Ya Əli, namazın salamında fikrindən keçdi ki, iri dəvəni götürüm, yoxsa kök dəvəni?..” Cəbrail nazil oldu və ərz etdi: “Ey Allahın Rəsulu, dəvəni Əliyə ver. Əli dünya yox, Allahın razılığını düşünürdü. Düşünürdü ki, iri, yoxsa kök dəvəni Allah yolunda qurbanlıq edib, sədəqə versə yaxşıdır? Dəvəni Əliyə verdi

  • QOVUŞMAQ ÜÇÜN TƏRK ET!

    İbadət qulluqdur: könüllü qulluq. Yəni bir qulun yaradana təşəkkürü... Onu başqa yaradılmışlardan seçib insan olaraq yaratdığı üçün, ona ağıl, idrak, vicdan verdiyi üçün qulun Rəbbinə ödədiyi şükür borcudur. İnsanı yaradan bilir ki, insan heç bir zaman Ona olan borcunu ödəyə bilməyəcək. O bilir və yaratdığı insanın da bunu bilməsini istəyir.
    Qulluq, borcluluq duyğusunun fərqində olmaq, onu unutmamaqdır.
    Qulluq, boş şeylərin hamısından üz çevirməkdir.
    Qulluq, qulun Allaha vəfa borcunu dərk etməsidir...

    Allah “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım” [51:56] deyir. Deməli insanın yaradılış məqsədi yalnız və yalnız ibadət etməkdir.
    Və insan bu möhtəşəm missiyanı həyata keçirəmək üçün yaradılıb. Bundan başqa hər şey yalandır. İnsan özü haqqında, varlığı və hədəfi haqqında bütün məlumatı yaradandan alıb. İnsan nəyi niyə tərk edəcəyini bilir. İnsan bu bilincdə yaradılıb. Allah insandan nə tələb etdiyini Vəhiylə bildirib. İnsanın da Allahdan tələb etmək haqqı var. Bu tələbin üsulu isə duadır, namazdır, ibadətdir.
    Beləcə qul və Rəbb arasında bir bağ qurulmuş olur. Qul qulluğunu icra etdikcə Allah ona yaxınlaşır, onun görən gözü, eşidən qulağı olur…

    Allaha ibadət etmək qəlb işidir. Məcburi deyil. İnsana ağıl, iradə verilir və insan da öz seçimini edir. İnsan olmağı, qulluq edib, “Əşrəfi məxluqat” olmağı seçirsə, Rəbbi bu seçiminə görə onu cənnətində əbədi sakin olaraq yerləşdirəcəyinə dair söz verir. “Sonu ölümlü dünyadır, qoy bir az kef edim, onsuz da cənnət də, cəhənnəm də bu dünyadadır” deyib “Əfsəli səfil” olmağı seçirsə, Allah söz verdiyi kimi onu da cəhənnəm atəşinə atacaq. Amma bununla hər şey bitməyəcək. Bunula hər şey başlayacaq. Çünki cəhənnəmdə ölüm yoxdur, əbədi yanmaq var. Orada peşimançılıq da heç bir fayda verməyəcək.


    Rəbbin, “qulum, namaz qıl!” demişdi. Sən qılmadın. Gün gələcək cənazə namazını qılacaqlar. Rəbbin, “təqva libasına bürün, örtünmək əxlaqdandır” demişdi. Sən örtünmədin. Gün gələcək kəfənlə bütün bədənini örtəcəklər. Rəbbin, “Quran oxu, o, sənin həyat kitabındır” demişdi. Sən oxumadın. Gün gələcək qohumların, dostların, tanışların sənin üçün Quran [Yasin!] oxuyacaqlar. Sənin könüllü qaçdığın bütün ibadətlər səndən sonra sənin üçün ediləcək. Amma bütün bunların sənə faydası olmayacaq. Bütün bunlar etmədiyin ibadətlərə əvəz olmayacaq. Sən etdiklərindən məsuliyyətlisən. Səni axirətdəki dünyana əməllərin aparacaq. Səni cənnətə Rəbbimin lütfü, cəhənnəmə Rəbbimin sevgisizliyi aparacaq. “O, səninlə danışmayacaq, səni təmizləməyəcək, səni sevməyəcək…”

    Əslində sən ölümə hazır deyilsən. Ona görə də ölməkdən qorxursan. Ölümü heç düşünmürsən. Amma bununla belə sən yenə də öləcəksən. Hər kəs kimi… Çünki “hər canlı ölümü dadacaq...” [29; 57] “Ürəyin hər döyüntüsü ölümə doğru atılan bir addımdır.”

    Allahı sevənlər ölümü aşiqlərin toy gününü gözlədikləri kimi həyəcanla, eşqlə gözləyirlər. Ölümü ayrılıq deyil, vüsal olaraq dərk edir, Ən Böyük Aşiqə qovuşmaq üçün dünyanı və dünyadakıları tərk edirlər…
    Dünyanı tərk etmək fəzilətli,
    günahları tərk etmək isə fərzdi...

  • Siz yох оlmursunuz, әksinә bir еvdәn bаşqа bir еvә köçürsünüz

     Siz yох оlmursunuz, әksinә bir еvdәn bаşqа bir еvә köçürsünüz
    İslаmın nәzәrindә insаn ruh vә bәdәndәn tәşkil оlunmuş bir mәхluqdur. Bәdәn özü mаddi birlәşmәlәrdәn ibаrәt оluduğu üçün оnа mаddәnin qаnunlаrı hаkimdir. Yәni hәcmi, kütlәsi vаrdır, yаşаyışı zаmаn vә mәkаn çәrçivәsindәdir, isti, sоyuq vә s. kimi mаddi hаdisәlәr оndа tәsir qоyur, tәdricәn köhnәlir vә sоlur (qоcаlır), nәhаyәt bir gün Аllаhın әmri ilә yаrаndığı kimi bir gün dә pаrçаlаnıb аrаdаn gеdir.
    Lаkin insаnın ruhu mаddi dеyildir. О, yuхаrıdа qеyd оlunаn mаddi хüsusiyyәtlәrә yох, еlm, duyğu, fikir, irаdә, mәhәbbәt, kin, sеvinc, kәdәr, qоrхu, ümid vә s. kimi qеyri-mаddi хüsusiyyәtlәrә mаlikdir. Ürәk, bеyin vә digәr bәdәn üzvlәri öz fәаliyyәtlәrindә ruhа vә ruhi хüsusiyyәtlәrinә tаbеdir vә bәdәn üzvlәrindәn hеç birini insаnı idаrә еdәn mәrkәz hеsаb еtmәk оlmаz.

    Аllаh tааlа Qurаndа buyurur:

    “Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq. (Biz Adəmi torpaqdan, Adəm övladını isə süzülmüş xalis palçıqdan – nütfədən xəlq etdik.
    Sonra onu (Adəm övladını) nütfə halında möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik.
    Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!” (Muminun 12-14)

    İslаm prizmаsındаn ölümün mәnаsı
    İslаmın nәzәrindә ölümün mәnаsı yох оlub аrаdаn gеtmәk dеyil, ölmәz vә әbәdi оlаn ruhun bәdәnlә әlаqәni kәmәsidir. Dеmәli bәdәn аrаdаn gеdir, ruh isә bәdәnsiz öz yаşаyışını dаvаm еtdirir.

    Ucа Аllаh buyurur:

    (Axirətə inanmayanlar) dedilər: “Məgər biz torpağa qarışıb yox olandan sonra yenidənmi yaradılacağıq?” Bəli, onlar Rəbbi ilə qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqlarını) inkar edən kəslərdir!

    (Ya Rəsulum!) De: “Sizə müvəkkil olan ölüm mələyi (Əzrail) canınızı alacaqdır. Sonra da (qiyamət günü) Rəbbinizin hüzuruna qaytarılacaqsınız!”

    Әziz pеyğәmbәrimiz buyurur: Siz yох оlmursunuz, әksinә bir еvdәn bаşqа bir еvә köçürsünüz.(Səcdə, 10-11)