“Şəms” surəsinin fəziləti

İmam Sadiq (ə) buyurdu: Bir kəs gecə yaxud gündüz) Vəşşəms, Vəlləyl, Vəzzuha, və ələm nəşrəh surələrini oxusa, heç bir şey onun ətrafına toplaşmaz, madam ki, onun xeyrinə şəhadət verərlər. Hətta onun tükü, dərisi, qanı, damarları, əsəb sisiemi, sümükləri, və bədəninin hamısı, və onun üzərində saxlayan yer də onun xeyrinə şəhadət verərlər. Allah-taala buyurar: "Bəndəmin xeyrinə verdiyiniz şəhadəti qəbul etdim və ona əsasən hökm verdim, onunla mənim Behiştimə tərəf gedin və hansı yeri bəyənirsə oranı seçin. Bu mənim tərəfimdən minnətsiz bəlkədə məhəbbət və ehsan kimi bir hədiyyədir və bunu ona verin. Beləliklə mənim bəndəmə halal olsun halal olsun. "
Peyğəmbər-Əkrəm (s.ə.v.v) buyurdu: Bir kəs Şəms surəsini oxusa, elə bilki, günəş və ay saçmış bütün şeylər qədər sədəqə vermişdir.
Üç gün günəş çıxan zaman (üçüncü dördüncü, beşinci günlər) alnını səcdəyə qoyub, üç dəfə bu surəni oxusun. "Fəəlhəməha" kələməsinə çatanda hacətini ürəyindən keçirsin.
Düşməni dəf etməkdən ötrü də belə etsin.


Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.