“Adiyat” surəsinin fəziləti

1-İmam Sadiq (ə) buyurdu: Bir kəs Adiyat surəsini oxusa, və onu oxumağı davam etdirsə, Allah Qiyamətdə onu Əmirəl-mömininlə (ə) məşhur edər və bir otaqda o Həzrətin həmdəmlərindən olar.
2-Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Adiyat oxusa, ona müzdəlifədə (məşərul-haramda yer adı) oyaq qalmış və Ərəfatda hazır olmuş kəslərin sayı qədər on həsənə verilər.
Hər kəs ağrıdan, aclıqdan, susuzluqdan, və borcdan xilas olmaq istəyirsə, Həzrət Əlinin (ə) adını sayı qədər, yə‎ni yüz on dəfə bu surəni oxusa, çox faydalıdır.
Və həmçinin ruzinin çoxalması üçün yazıb özündə saxlasın.


Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.