Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İlahİ kəlam Quran SURƏLƏRİN FƏZİLƏTİ “Təkasur” surəsinin fəziləti

“Təkasur” surəsinin fəziləti

1-İmam Sadiq (ə) buyurdu: Hər kəs Təkasur surəsini özünün vacibi namazlarında oxusa, Allah onun üçün yüz şəhidin savabını yazar. Bunlardan əlavə onun vacibi namazında qırx cərgədən ibarət olan mələklər onunla birlikdə namaz qılarlar. (İnşaallah).
2-İmam Sadiq (ə) buyurdu Allah: Rəsulu (s.ə.v.v) belə buyurdu: Hər kəs Təkasur surəsini yatan zaman oxusa, qəbrin fitnəsindən və giriftarçılığından amanda qalar.
3-Übəyy ibn Kəbdən nəql olunmuş rəvayətdə yazılıb ki, hər kəs Təkasur surəsini oxusa, Allah dünyada ona əta etdiyi nemətlərinin hesablamaz, və ona min ayənin (oxumağının) savabını verər.
Rəvayətdə vardır ki, aşağıdakı qayda ilə qılınan iki rükət namazın çoxlu xeyri vardır.
Birinci rükətdə Fatihə surəsi ilə “Ayətəl-kürsü”nü və iki dəfə Tovhid surəsini oxusun. İkinci rükətdə Fatihə surəsini bir dəfə və Təkasur surəsini isə on dəfə oxumaqla namazı tamamlayıb, onu nəzərində olan vəfat etmiş şəxsə hədiyyə etsin. Sonra belə desin: "Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Vəbəs il Qəbri filan."
İmam Cəfər Sadiq (ə) buyurdu: Təkasur surəsini (xəlvətdə) iyirmi dəfə oxuyun və sonra min dəfə salvat göndərib öz hacətinizi Allahın dərgahından istəyin. Çünki Allah onua qəbul edər (İnşaallah).
Hər kəs bu surəni başı ağrıyan üçün oxusa, Allahın izni ilə ağrısı aradan gedər.


Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə