Çr.ax04232024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Hüseyn (ə) Məqalələr Səni ziba yaradan Davərə eşq olsun, Hüseyn!

Səni ziba yaradan Davərə eşq olsun, Hüseyn!

Eşq olsun!



Səni ziba yaradan Davərə eşq olsun, Hüseyn!
Zate pakında olan gövhərə eşq olsun, Hüseyn!
Səni ərşə aparan şəhpərə eşq olsun, Hüseyn!
Ya Hüseyn zikr eyliyən dillərə eşq olsun, Hüseyn!
And ola qızlarının dildəki nisgillərinə,
Zeynəbin Kərbu-bəlada çox olan qəmlərinə,
Əkbərin gözlərinə, Qasımın tellərinə,
Ucaboy qardaşının məşki tutan əllərinə,
Dini sən hifz elədin yeksərə, eşq olsun, Hüseyn!
Aşiqə fərq eləməz Kəbə və bütxanə və deyr,
Harda yad olsa, ora qiblədi üşşaqə nə ğeyr,
Şüzəb, Hənzələ və Cündəb və Hürrilə Büreyr,
Şühəda şeyxi Həbib ibn Məzahirlə Zühəyr,
Müslim Övsəcə və amirə eşq olsun, Hüseyn!

Şeir, tərcümə olunumuş kitabların elektron versiyasından əxz olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə