Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Yersiz suala cavab

Siffeyn müharibəsi idi Əli (əleyhissalam)-ın ordusu Müaviyənin ordusu ilə hər tərəfdən (üz-üzə gəlib bir-birlərilə) tutuşmışdılar.
Belə bir vəziyyətdə İbni Dudan adlı qohumlarından biri Əli (əleyhissalam)-ın hüzuruna gəlib dedi: Siz həm nəsəb, həm də Peyğəmbərlə qohum olmağınız və həm də Quranı bilmək sarıdan Peyğəmbərə hamıdan artıq yaxınsızınz. Bəs onda niyə sizləri olduğnuz məqama yetişməyə qoymadılar.?
(Baxmayaraq ki, ibni Dudanın niyyəti yaxşı idi, həm də Həzrətin qohumlarından idi, lakin vaxtsız sual etdi).
İmam Əli (əleyhissalam) ona buyurdu:
Ey Əsədi qardaş, sən çox tələsərək vaxtsız və yersiz sual etsən də qohumluq ehtiramına, eləcə də sual edənin haqqına riayət etməyə görə sənin cavabını verməyə məcburam.
Bil ki, adamların rəhbərlikdə mənə qarşı zülmü barədə baxmayaraq ki, bizim Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmla olan nisbətimiz hamıdan yüksək və ona olan peyvəndimiz hamıdan daha çoxdur, buna görə idi ki, bir qrup adam bu məqama paxıllıq edirdilər (və ona yiyələndilər).
Digər bir qrup da (biz özümüz) onların bu işinə göz yumdu, hakim yalnız Allahdır və bizim hamımız qiyamət günü onun tərəfinə qayıdarıq.
Keçmişdən sual etmə, bu gün biz üzləşdiyimiz hadisələr haqqında (Müaviyə ilə müharibə) soruş! Ruzgar məni ağladandan sonra güldürdü (təəccübə gətirdi). Gəlin, bu böyük və qəribə işə təəccüblənək. Əgər çətinliklər aradan götürülsə onları xalis haqqa doğru sövq etdirərəm yoxsa ki, - Buna görə də onlara həsrət çəkib öz canına qəsd etmə, Allah onların törətdiklərindən agahdır.” (“Fatir”, 8)


Yazının tərtbində tərcümə olunmuş kitabların elektron versiyasından istfadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə