Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Zi-qə`də Zi-qə`də ayının 25-ci günü

Zi-qə`də ayının 25-ci günü

1. Dəhvül-ərz günü
2. İslamın əziz Peyğəməbi (s) həztət Rəsulun (s) həccətül-vidaya hərəkəti
3. İmam Rzanın (ə) Mədinədən Mərvə tərəf hərəkəti
1. Dəhvül-ərz günü
Zi-qə`də ayının 25-ci günü “dəhvül-ərz” günüdür. Yəni, yer  üzü tam şəkildə su ilə örtülü olduğu  halda Allah-taala,  yeri Kəbə evinin altından genişlətdi. (Vəqayeül-əyyam: s. 109)
Xatəmül-mühəddisin şeyx Abbas Qumi (r), bu günün əməlləri əsansında yazır: “ Dəhvül-ərz günü  oruc tutulması çox tövsiyə olunan dörd gündən biridir. O, Allahın rəhəməti yayılıdığı bir gündür. O gün ibadət və Allaha zikr etməyə əcr və mükafat layiqdir.” (Məfatihül-cinan: Zi-qə`də ayının əməlləri)
2. İslamın əziz Peyğəməbi (s) həztət Rəsulun (s) həccətül-vidaya hərəkəti
Hicri təqvimi ilə 10-cu il, zi-qə`də ayının  islamın əziz Peyğəmbəri (s) tərəfindən, Mədinə əhalisi və ətrafdakı qəbilələrə çatdırıldı ki, o həzrət Allahın evini ziyarət emtək və Həcc mərasimini bərpa etmək fikrindədir. Ona görə də 12o min nəfərə çatan müsəlman o həzrətlə birlikdə zi-qə`də ayının 25-ci günü Mədinədən Məkkəyə hərəkət etdilər. (Əl-Ğədir: c. 1,  s. 9 – Vəqayeül-əyyam: s. 110)
Bu həcc, Peyğəmbəri-əkrəmin (s) sonuncu həcci olduğu üçün  (Həccətül-vida) “Vida-həcci” adı ilə məşhur oldu. Həcc mərasimi sona çatdıqdan sonra Mədinəyə qayıdan zaman Qədir-Xum adlanan bir məkanda Allahın fərmanı ilə Peyğəmbər (s) təqvalılar mövlasını özünün canişini təyin etdi və hamı o həzrətlə beyət etdi.
2. İslamın əziz Peyğəməbi (s) həztət Rəsulun (s) həccətül-vidaya hərəkəti
Hicri təqvimi ilə 200-cü il, zi-qə`də ayının 25-ci günü, həzrət İmam Rza (ə), Məmun Abbasinin hədələri ilə məcburi olaraq Mədinədən Mərvə hərəkət etdi. Məmun Abbasi, qardaşına qalib gəldikdən və islam ölkələrinin idarəsini kamil şəkildə ələ aldıqdan sonra qərara aldı ki, İmam Rzanı  (ə) Mədinədən, öz hökumtənin mərkəzi olan Mərvə gətirsin. Məqsədi isə bu idi ki, üzdə onunla dostluq edib özünün vəliəhdi təyin etsin və beləlik də ələvilərin diqqətini və himayəsini özünə cəlb etməklə, İmam Rzanı (ə) kamil şəkildə diqqət mərkəzində saxlasın.
İmamı Mədinədən Mərvə gətirilməsi zahirdə bir dəvətlə həyata keçirlimişdi. Amma onun əsil mahiyyəti İmamın  şəraitini daha da məhdudlaşdırmaqdan ibarət idi. Ona görə də İmam, öz ailə üzvlərindən heç birini özü ilə aparmadı ki, müsəlmanlar bu səfərin əsil mahiyyətini anlasın, öz razılığı ilə olmadığını və o səfərin bir növ sürgün olduuğunu dərk etsinlər.
Xülasə İmam (ə), hicri təqvimi ilə 201-ci il, zi-qə`də ayının 10-cu günü  Mərvə daxil oldu.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə