Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Pak sülalə Həzrət Məsumə (s.ə) Həzrət Məsumənin (ə.s) kəramətləri

Həzrət Məsumənin (ə.s) kəramətləri

Xanımın hərəminin qapısının açarını saxlayan, hərəmin xidmətçilərindən, Qum alimlərindən biri və imam Həsən Əsgəri (ə) məscidinin imam-camaatının mükəbbiri olan bir şəxs deyirdi:
"Soyuq qış gecələrinin birində yuxuda gördüm ki, Həzrət Məsumə (ə) mənə buyurdu: "Qalx minarələrdə çıraq yandır!"

Mən yuxudan oyandım, amma yuxuma fikir vermədim. Yatdım və yenə həmin yuxu təkrar olundu. Mən yenə fikir vermədim. Üçüncü dəfə yenə həmin yuxunu gördüm və mənə buyurdu: "Sənə demirəmmi, qalx minarədə çıraq yandır?" Mən bu dəfə qalxdım və səbəbini bilmədiyim halda minarələrdə çıraq yandırdım və qayıdıb yatdım. Səhər oyanıb hərəmin qapılarını açdım. Günəş çıxandan sonra dostlarımla divar dibində oturub qış günəşinin altında söhbət etməyə başladıq. Birdən diqqətimi bir-biri ilə danışan bir neçə zəvvarın söhbəti cəlb etdi. Gördüm ki, bir-birlərinə deyirlər: "Bu xanımın möcüzəsini gördünüz? Əgər dünən o qarlı və soyuq havada bu xanımın hərəminin işıqları yanmasaydı heç cür yolu tapa bilməyib çöldə qırılardıq!"

Məşhəd şəhərindən Əmir Muhəmməd Kuhi nəql edir: "Üç il idi ki, iflic olmuşdum və yeriyə bilmədiyim üçün əlil arabasında hərəkət edirdim. Dəfələrlə Məşhəd və Tehranın peşəkar həkimlərinə müraciət etsəm də, çarə tapmırdım. Dua məclislərində iştirak edib imam Rizadan (ə) şəfa istəsəm də, xeyri olmurdu. Nəhayət, bir dəfə ailəm ilə birgə hərəmə getdik və mən yana-yana dedim: "Ağa! Axı siz qeyri-müsəlmanları məhrum etmirsiniz. Bəs mən ki, sizi sevənlərdənəm, niyə mənə baxmırsınız? Ağa, ya mənə cavab verin, ya da Quma gedib bacınıza şikayət edəcək və onu vasitəçi edəcəyəm. Sonra həzrət Məsuməyə (ə) xitabən dedim: "Mən sizin qardaşınızın qonşusuyam. Ailəm böyükdür. Bacardığım qədər düz olmuşam və ömrümdə xəyanət etməmişəm. Niyə mənə şəfa vermir?" Bundan sonra məni yuxu tutdu. Yuxuda gördüm bir xanım mənə buyurdu: "Gərək Quma gələsiniz ki, mən sizə şəfa verəm." Mən dedim: "İndi ki, bizim evə gəlmisiniz, elə buradaca şəfa verin, mənim Quma gəlməyə pulum yoxdur." O xanım buyurdu: "Siz gərək Quma gələsiniz."

Mən oyanıb yuxumu ailəm üçün danışdım. Bir az sükutdan sonra oğlum dedi: "Ata, biz nəyimiz vardırsa, sənin müalicənə xərcləmişik, amma mən evdəki su şüşəsinin qutularını satıb bir az pul yığmışam. Götürün bu pulu, gedin Quma. Ümidvaram şəfa tapasınız. Mən Quma yola düşdüm. Quma çatdım, dəstəmaz alıb hərəmə getdim. İki nəfərdən qoluma girib, məni zirehin yanına aparmalarını xahiş etdim. Yorğun idim, odur ki, bir az dua edib yatdım. Yuxuda gördüm ki, bir xanım mənə deyir: "Oğlum, xoş gəlmisən, daha şəfa tapdın, qalx, səndə heç xəstəlik yoxdur." Mən dedim: "Mən xəstəyəm və hərəkət edə bilmirəm!" O xanım mənə çay dolu bir piyalə verdi və buyurdu: "İç!" Mən çayı içdim. Birdən yuxudan oyanıb gördüm ki, ayaq üstə dura bilirəm. Qalxıb, müqəddəs zirehi öpməyə başladım ...

ahlibeyt.ge

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə