"Camalın heyranı..."

Əllamə Seyyid Mehdi Bəhrul-Ülumun (vəfatı 1212 q.) yaxınlarından biri belə deyir:

İmam Hadi (ə) ilə İmam Həsən Əsgərinin (ə) hərəmində Əllamə Bəhrul-Ülum ilə birlikdə camaat namazı qılırdıq. Mərhum Əllamə təşəhhüdü deyib bir az dayandı və ondan sonra ayağa qalxdı. Namazdan sonra orada olanların hamısı təəccüb içindəydilər. Amma heç kəs bir şey soruşmağa cürət etmirdi. Evə qayıdandan sonra yemək süfrəsi açıldı. Seyyidlərdən biri mənə dedi ki, Əllamədən həmin hadisənin sirrini soruşum.
Seyyid Əllamə Bəhrul-Ülum bizim pıçıltı ilə danışdığımızı görüb (başa düşərək) dedi:
Nə haqda danışırsınız? Aralarında hamıdan cürətli mən olduğum üçün, dedim:
İstəyirlər ki, namazda sizdə baş verən halın sirrini bilsinlər. Əllamə dedi:
Həzrət Sahibəzzaman (ə) atasının qəbrini ziyarət etmək üçün hərəmə daxil olarkən o həzrətin nurlu camalını gördükdə, məndə o hal baş verdi.

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.