Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Vilayət risalətin batini və sirridir

Vilayət risalətin batini və sirridir

Mötəbər rəvayətlərə və möhkəm dəlillərə əsasən Əli (ə) həzrət Məhəmmədin (s) sirri və batinidir. Vilayəti risalətin batini və sirri qərar verməsi Allahın istəyidir. Harada Məhəmməd (s) hüzur edirsə, həmin batin və sirr onunla olur. Demək, Əlinin (ə) vilayəti olmadan risalət naqisdir. Qurani-kərimdə buyurulur: “Ey peyğəmbər! Rəbbin tərəfindən sənə nazil olanı bəyan et. Əgər bəyan etməsən, Allahın risalətini yerinə yetirməmisən. Allah səni insanlardan qoruyar. Şübhəsiz, Allah kafir qövmü hidayət etməz.”
Əli ibn Əbu Talibin (ə) müqəddəs vücudu vilayət mərtəbəsində haqqın izni ilə varıq aləminə təsir göstərir, hazır və qeybi nümayiş etdirir. Varlıq aləmində həzrətin nuru nəzərə alınmadan heç bir iş görülmür. Demək, həzrət Əlinin (ə) məhəbbəti və vilayətinin qəbulu olmadan insan peyğəmbər məhəbbəti və Allah sevgisinə yetişə bilməz. Çünki Allahın vəlisi onun üçün bir qapıdır. Məhəmməd (s) və Əli (ə) nuru varlığın başlanğıcı və davamıdır. Hədisdə deyilir: “Allah sizinlə başladı, sizinlə sona çatdırar. İnsanların qayıdışı da sizə doğrudur.”

Üfüqlərə nəzər saldığım zaman
Əlinin varlığı oldu nümayan.
Bu sözlər küfürdən uzaqdır, uzaq,
Əliylə başlanıb bitir hər varaq.
On iki imamın vahid varlıq həqiqəti
Mötəbər kitablarda nəql olunmuş rəvayətlərə əsasən on iki imamın vəsfi bütün baxımlardan eynidir. Çünki onların hər biri həmin Məhəmməd (s) nurundan və həqiqətindəndir. Bilməliyik ki, girami Peyğəmbərin (s) vücudunda peyğəmbərlikdən əlavə də bir şey var. Həmin bu şey məsum imamlarda da özünü göstərmişdir. Onlar özləri buyurduqları kimi Allahın gözəl adlarıdır. Rəvayətdə buyururlar ki, and olsun Allaha, biz Allahın gözəl adlarıyıq.”
Bu səbəbdən də bəşəriyyət onlara borcludur. Onların bəşəriyyətin boynunda haqları var. Bu haqları ödəmək vacibdir. “Kafi” kitabında məsumlardan belə rəvayət olunur: “Dünya və onda olanlar Allah-təalanın, onun peyğəmbərinin və bizim ixtiyarımızdadır. Dünyada olanlardan nə əldə edilsə, ilahi təqvaya əməl olunmalı, Allahın haqqı ödənməli və qardaşlara yaxşılıq edilməlidir. Belə edilməsə, Allah, Onun rəsulu və biz üz çevirərik.”
İstənilən bir halda Əhli-beytin (ə) varlıq qaynağı Məhəmməd (s) nurudur. O Əli (ə) və Fatimədə (s.ə.) tam cilvələnmişdir. Əli (ə) və Fatimə (s.ə.) arasındakı əqd on bir məsumun zühuru ilə nəticələnmişdir. Həmin vaxtdan bəşəriyyətin hidayəti üçün onların adı, sayı bəyan olunmuşdur.
“Ülul-əmr” kimlərdir?
Cabir ibn Əbdüllah Ənsari deyir: Allah-təala Peyğəmbərinə ayə nazil etdi: “Ey iman əhli! Allaha itaət edin, peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə tabe olun...” Bu ayə nazil olanda mən dedim: “Ey Allahın rəsulu! Biz Allahı və Onun rəsulunu tanıyırıq. Bəs itaəti vacib olunmuş “ülul-əmr” kimdir?” Həzrət (s) buyurdu: “Cabir! Məndən sonra canişinlərim və müsəlmanların rəhbərləri var. Onların birincisi Əli ibn Əbi Talib (ə), ikincisi Həsən (ə), üçüncüsü Hüseyn (ə), daha sonra Əli ibn Hüseyn (ə), Məhəmməd ibn Əlidir (ə). Onun adı Tövratda Baqir kimi qeyd olunur. Sən onu görəcəksən. Onu ziyarət edəndə mənim salamımı çatdır. Sonra Cəfər Sadiq (ə), Musa Kazim (ə) Əli ibn Musa (ə), Məhəmməd ibn Əli (ə), Əli ibn Məhəmməd (ə), Həsən ibn Əli (ə) canişin olar. Sonda adı mənim adımdan olan höccət, Həsən ibn Əlinin (ə) övladı gələr. Allah şərqi və qərbi onun əli ilə fəth edər. O şiələrin və dostların gözündən qeybə çəkilər. Həmin vaxt Allahın istədiklərindən savayı onun imamətinə möhkəm inanan olmaz.”
Əhli-beyt (ə) pak-pakizə şəcərədir
Diqqəti cəlb edən digər bir nöqtə budur ki, Əhli-beytin (ə) varlıq həqiqətindən danışarkən rəvayətlər onu “Şəcərətun təyyibə” (pak-pakizə şəcərə) adlandırır. İmam Sadiq (ə) Qurani-kərimin “İbrahim” surəsində zikr olunmuş “Şəcərətun təyyibə” ifadəsi ilə bağlı soruşularkən Əmr ibn Hurəysə deyir: “Alahın rəsulu onun kökü, Əmirəl-möminin (ə) onun gövdəsi, peyğəmbər və Əli nəslindən olan imamlar onun budaqlarıdır. İmamların elmi onun meyvəsi, mömin şiələr onun yarpaqlarıdır.” Sonra imam əlavə etdi: “ And olsun Allaha, mömin dünyaya gələndə bu ağacda yarpaq cücərər, mömin dünyadan gedəndə bu ağacdan yarpaq düşər.”

Yazının tərtibində tərcümə olunumuş kitabların elektron versiyasından istifadə olunub.



ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə