Zi-hiccə ayının 30-cu günü

Ciyəryeyən Hindin ölümü


Hicri təqvimi ilə 13-cü il, zih-hiccə ayının 30-cu günü Əbu Süfyanın arvadı, Müaviyənin anası, cəhənnəmə vasil oldu.
Müaviyənin atasını dörd nəfərə aid edirlər: Müsafir ibn Əbi Ömər, Əmarə ibn Vəlid ibn Müğeyrə, Abbas və Səbbah. Məlun Səbbah, Ömər ibn Vəlidin xanəndəsi və xoş görünüşlü bir gənc idi. O, Əbu Süfyanın fəhləsi idi. Hindin ona xüsusi ülfəti var idi. Ona görə də “ənsab” alimləri, Səbbahı, Ütbə ibn Əfi Süfyanın da atası sayırlar. (Tətümmətül-müntəha: s. 60-61)
Nind, Müaviyəyə hamilə qalanda onu evdə doğmağa meyli yox idi. Ona görə də Əcyad dağının kənarına gedib uşağı orada doğdu. Buna əsasən Hisan deyir:  “O övlad ki, Məkkə çölünün kənarında beşiksiz yerə düşdü, kimdəndir?!”
Ciyəryeyən Hind, Qüreyş kafirlərləri ilə Peyğəmbərlə (s) döyüşmək üçün Ühüdə tərəf hərəkət edəndə nəzərdə tutmuşdu ki, həzrətin anası cənab Aminə binti Vəhəbin məzarını açsın və onu təhqir etsin. Lakin qüreyş kafirləri ona mane olub dedilər: “Bu iş adət olar və bizim ölənlərimizlə də belə edərlər.” Hind dedi: “Gərək, Məhəmmədi, ya Əlini ya da Həmzəni öldürəm.” Həzrət Həmzənin (ə) şəhadətə çatmasının müqəddiməsi, məhz ondan başladı. Vəhşi, Hindin göstərişi ilə həzrət Həmzənin (ə) mübarək sinəsini kəsib ciyərini çıxartdı. Hind, it kimi onu dişinə aldı. Amma o həzrətin ciyəri, Allahın istəyi ilə gümüş rəngli daşa çevrildi və onun çirkin dişi ona batmadı və onu yerə atdı. O gündən bəri, onu ləqəbi “Akilətül-əkbad” (ciyəryeyən) oldu. Sonra özü, xəncərlə həzrət Həmzənin (ə) qulağını, burnun və s. kəsib boynundan asdı. Bu cinayətlə Peyğəmbərin (s) mübarək ürəyini incitdi. Bu müsibətə görə o həzrət, Əmirəlmöminin (ə), Fatimeyi-Zəhra (ə.s), Həmzənin bacısı Süfyə və başqaları şiddətlə ağladılar.