Zi-hiccə ayının 27-ci günü

1. Mərvan Himarın ölümü və bəni-üməyyə hökumətinin süqutu
2. Cənab Əli ibn Cəfərin (ə) vəfatı
1. Mərvan Himarın ölümü və bəni-üməyyə hökumətinin süqutu
Hicri təqvimi ilə 133-cü il, zi-hiccə ayının 27-ci günü bəni-üməyyə hökümətinin sonuncu xəlifəsi “Mərvan Himar”  kimi tanınmış Mərvan ibn Həkəm qətlə yetirildi və beləliklə də bəni-üməyyənin min aylıq höküməti süquta uğradı.
Səffahı hökümət başına gətirmək üçün bəni-abbasın etdiyi qiyamından sonra, Abdullah ibn Əli, öz əmisini Mərvanla döyüşmək üçün göndərdi. Mərvan, Misirin məntəqlərindən biri olan Busirə qaçdı. Yol boyunca hər kəs bəni-üməyyədən bir kəsi görsəydi, öldürüdü. Ordon çayının yanında çox sayda camaatı öldürdülər və onların üzərində süfrə salıb yemək yedilər.
Mərvanın şərini kəsmək üçün göndərilən bir qrup, Mərvanı Bursirədə bir kilsədə başını və dilini kəsdilər. Onun dilini bir pişik yedi. Maraqlısı odur ki, ondan ondan bir gün öncə Mərvan, bir qulun dilini kəsmişdi və o pişik kəsilmiş dili yemişdi.
Sonra Mərvanın arvad-uşağını əsir edib Səffahın yanına göndərdilər. (Qəlaidün-nühur: c. Zi-hiccə, s. 413)
2. Cənab Əli ibn Cəfərin (ə) vəfatı
Hicri təqvimi ilə210-cu il, Əli ibn Cəfər (ə) vəfat etdi. (Sübulür-rəşad ila əshabil-İmamil-Cəvad (ə): s. 175)
O, böyük ağa, şədidül-vər`, fəzilətli, alim və böyük hədis rəvilərindən biri hesab olunurdu. O, İmam Sadiq (ə), İmam Kazım (ə) və İmam Rzanı görmüşdü. Cənab Əli ibn Cəfər (ə) digər qardaşlarından kiçik idi.  Uca atası vəfat etdikdən sonra qardaşı Musa ibn Cəfərə (ə) diqqətlə yanaşır və ondan çoxlu hədis öyrənib rəvayət edirdi. “Məsaili - Əli ibn Cəfər” onun rəvayət etdiyi hədisləri daşıyan kitabdır. Buna əlavə olaraq “Məsailül-həlal vəl-həram vəl-mənasik” kitabı da, o böyük şəxsə aiddir. (Sübulür-rəşad ila əshabil-İmamil-Cəvad (ə): s. 175)
Əli ibn Cəfərin İmamət məqamına ehtiramı
Məhəmməd ibn Əmmar deyir: (Əl-Kafi, c. 1, s. 322 – Biharül-ənvar: c. 47, s. 266) “On il müddətində pak Mədinə şəhərində Əli ibn Cəfəri gördüm və (bu müddət ərzində) öz qardaşı həzrət Musa ibn Cəfərdən (ə) öyrəndiyi hədisləri eşidib yazırdım. Bir gün onun xiddmətində olduğun zaman həzrət İmam Cavad (ə) Peyğəmbər (s) məscidinə varid oldu. Əli ibn Cəfər o həzrəti gorən kimi yerindən qalxıb ayaqqabısız və ridasız  onun xidmətinə tələsdi və əlini öpüb ona təzim etdi.  O həzrət buyurdu: “ Əmi, əyləş, Allah sənə rəhmət etsin!” Əli ibn Cəfər (ə) ərz etdi. “Mənim ağam, (siz ayaq üstə) durduğunuz hadla necə oturum!?”   Həzrət ona icazə verdikdən sonra öz yerinə qayıdıb məclisdə əyləşdi. Əshab onu qınayıb dedilər ki, “sən onun atasının əmisisən”. Əli ibn Cəfər (ə) buyurdu: “Sakit olun!”  Əlini qaldıraraq üzünü tutub buyurdu: “Allah-taala məni bu üzlə (ağsaqqala) imamlığa layiq bilməyib. Lakin bu gəncə layəqət bağışlayıb imamətlə onu feyzyab edib. Mən Onun bəndəsi odluğum halda, onun fəzlini necə inkar edim, necə ona ehtiram etməyim?”