Bz09272020

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Zi-hiccə Zi-hiccə ayının 24-cü günü

Zi-hiccə ayının 24-cü günü

1. Mübahilə günü
2. Əmirəlmöminin (ə) rüku halına üzüyünü bağışlaması
3. Əhli-beytin (ə) şənində “İnsan” surəsi və “həl-əta” ayəsinin nazil olması
4. Vasiq Billah Abbasinin ölümü
1. Mübahilə günü
Hicri təqvimi ilə 10-cu il, zi-hiccə ayının 24-cü günü Əhli-beyt (ə) və Nəcran xristianları arasında baş verən mübahilə gününə təsadüf edir. Digər tərəfdən də  Əhli-beytin (ə) şəni haqqında “təthir” ayəsinin nazil olması da, bu günə təsadüf edir. (Məsarüş-şiə: s. 23 – Əl-ədədül-qəviyyə: s. 307 – Biharül-ənvar: c.  97, s. 168- 308)
O ayə nazil olanda Peyğəmbər (s), Əli (ə), Fatimə (ə.s), Həsən (ə) və Hüseyni (ə) çağırıb buyurdu: “Ey Allah, bunlar mənim əhlimdir (əhli-beytimdir).”  (Tarixül-xüləfa: s. 19)
Peyğəmbərin (s) Nəcran xristianlarına naməsi
Hicri təqvimi ilə 10-cu il, Peyğəmbər (s) xristianlara namə göndərdi bu məzmun da ki, tək Allaha ibadət etsinlər və müsəlman olsunlar, ya da öz məzhəblərində qalıb müsəlmanalara cizyə versinlər. Əks təqdirdə müharibəyə hazır olsunlar. Bəni-nəcran, özlərinin böyük kilsələrində toplanıb məsləhətləşdilər. Belə qərara gəldilər ki, xristianların böyük şəxsiyyətlərindən yeddi nəfəri bu məsələni təhqiq etmək üçün Mədinəyə göndrəsinlər. Onlar Mədinəyə gəlib Peyğəmbərin (s) hüzurur ilə şərəfləndirlər. O həzrət nə qədər dəlil və fakt gətirdisə, onlar qəbul etmədilər və iş mübahiləyə çəkdi. Cəbrail nazil olub bu ayəni gətirdi:
Sənə göndərilən elmdən (məlumatdan) sonra səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!” (Ali-İmran: 61)
Ona görə də mübahilə etmək qərara alındı. Nəcranın böyükləri və ricalı, Mədinədən çölə çıxıb bir-birləri ilə məsləhətləşdilər. Onların alimlərindən bəziləri dedilər: “Əgər sabah, Məhəmməd müabahilə üçün səhabə və çoxlu kəslərlə gəlsə, bilin ki, bu, padşahların üsuludu və özünüzdə qorxuya yol verməyin. Əgər Əhli-beytindən xüsusi şəxsləri özü ilə gətirsə, bu,  peyğəmbərlərin işidir.”
Mübahilə mərasimi
Ertəsi gün, günəş yuxarı qalxdıqda  Peyğəmbər (s) Əli ibn Əbi Talibin əlini tutub otaqdan çölə çıxdı. İmam Həsən və  İmam Hüseyni (ə) önə saldı. Fatimeyi-Zəhra (ə.s) da arxadan gəlib öncədən təyin ölunmuş iki ağac arasına çatdılar.  Öncə həzrətin göstərişi ilə o iki ağacın altını süpürdülər və qara əbanı çətir kimi ağacın üstünə saldılar. Mədinə müsəlmanları və bəni-nəcran da öz övladları ilə birlikdə oraya gəldilər. Peyğəmbər (s), nəcran qəbiləsinin yanına bir nəfəri göndərib hazır olduqlarını bildirdi.
Osqof, bir-neçə şəxlə gəlib dedi: “Kimlərlə mübahilə edirsiniz (mübahilə üçün kimi tərəfdar gətirmisiniz)? Peyğəmbər (s) buyurdu: “Yer üzündə olanların ən yaxşısı, dünya aləmindən Allahın yanında ən yaxşı olanla. Çünki Allah tərəfindən mənə əmr olunub ki, onları özümlə gətirim. Beləliklə həzrət, “Ali-əbaya” (ə) işarə etdi. Onların gözü Peyğəmbər və Ali-əbaya (ə) düşündə elə bir həddə dəhşətə gəldilər ki, üzlərinin rəngi saraldı. İslama meylli olan Əbu Haris, fürsəti dərəyrli sayıb önə addım atdı və onların əllərini tutub geri çəkdi, nəsihət verib bu mübahilənin nəticəsindən onlara məlumat verib dedi:“Onun və əhli-beytinin sifətlərini kitablarda oxumuşunuz. Bu Məhəmməd, o peyğəmbərdir!  Qara buludları, günəşin dəyişməsini, ağacın əyilmiş budaqlarını, quşların səsini, ətrafı tutmuş qara tüstünü, dağlarda məlum olan zəlzələləri görmürmüsünüz ? And olsun Allaha! Əgər bir söz desələr, bizdən bir əlamət qalmayacaq.”
Nəcranlıların mübahilədən çəkinməsi
Əbu Haris gəlib müsəlman oldu və ərz etdi: “Nəcran camaatı peşman oldu.” Həzrət buyurdu: “İslam gətirsinlər.” Dedi: “Qəbul etmirlər.” Döyüşə hazırlaşsınlar. Dedi: “Bu işə qüdrətləri çatmır. Amma cizyəni qəbul etməyə hazırdılar.”
Peyğəmbər (s) Əmirəlmöminə (ə) buyurdu: “ Zimmənin şəraitini və miqdarını onlara de.”  Ondan sonra Əmirəlmöminin (ə) onları Allah Peyğəmbərinin (s) yanına gətirdi və o həzrət buyurdu: “Əgər mənimlə və bu əhli-beytimlə mübahilə etsəydiniz, meymun və donuza çevrlicəydiniz, bu vadi sizin üçün oda çevriləcəkdi və bir il keçməyəcəkdi ki, bütün xristianlar yox olacaqdı.” (Təfsiri-burhan: c. 1, s. 287-288  - Qəlaidün-nühur: c. Zi-hiccə, s. 427)
2.  Əmirəlmöminin (ə) rüku halına üzüyünü bağışlaması
Bu gün, Əmirəlmöminin  (ə) Peyğəmbər (s) məscidində rüku halında üzüyünü bir dilənçiyə bağışladı və bu mübarək ayə nazil oldu:
“Sizin başçınız və işlərinizin ixtiyar sahibi təkcə Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər.” (Qəlaidül-nühur: c. Zi-hiccə, s. 426)
Həzrət buyurdu: “Bu mübarək ayə nazil olanda Peyğəmbərin (s) səhabələrindən bir qrupu Mədinə məscidində toplandı. Bəzi şəxslər digərlərinə dedilər: “ By ayə haqqında nə deyirlər?”  Digərləri dedi: “Əgər bu ayəni inkar etsək, onda digər ayələri də inkar etməliyik.  Bu ayəyə iman gətirsək bizim üçün zillət gələcəyini qəbul etməliyik. Çünki Əli ibn Əbu Talib (ə) bizə müsəllət olacaq.”  Münafiqlərdən bir qrupu dedi: “Biz bilirik Məhəmməd dediklərində sadiqdir və onu zahirdə sevirik. Amma Əli haqqında dediklərinə itaət etməyəcəyik.” Bu zaman ayə nazil oldu: “Allahın nemətini (vilayəti) tanıyır, sonra inkar edirlər...” (Nəhl surəsi: ayə: 83) Əli ibn Əbi Talibin (ə) vilayətin tanıdıqları halda onu inkar edirlər. Onların çoxu ona küfr edir.  (Təfsiri-Bürhan, c. 1, s. 479)
3. Əhli-beytin (ə) şənində “İnsan” surəsi və “həl-əta” ayəsinin nazil olması
Bu gün, Əmirəlmöminin (ə), həzrət Fatimə (ə.s),  İmam Həsən (ə) və İmam Hüseyn (ə) şəni haqqında “İnsan” surəsi və “həl əta” ayəsi nazil olub. (Zadül-məad: s. 301)
Bu hadisə, onların üç gün oruc tutub iftarlarını miskin, yetimə və əsirə verdikləri üçün baş verib və onlar üçün cənnətdən yemək nazil olub. Digər bir rəvayətə əsasən mübarək surə, zi-hiccə ayının 25-ci günü nazil olub.
İmam Sadiq (ə) buyurub: “ Cənnət yeməyinin nazil olduğu və o böyüklərin ondan yedikləri kasa, bizdədir, həzrət Sahibül-əmr (əc) onu üzə çıxaracaq ondan cənnət yeməyi meyl edəcək.” (Zadül-məad: s. 301)
4. Vasiq Billah Abbasinin ölümü
Hicri təqvimi ilə 232-ci il, zi-hiccə ayının 25-ci günü abbasilərin 9-cu xəlifəsi Vasiq Billah öldü. (Vəqayeül-əyyam: s. 138)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə