Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Zi-hiccə Zi-hiccə ayının 18-ci günü

Zi-hiccə ayının 18-ci günü

1. Qədir-xum bayramı
2. Osman inb Əffan
3. Camaatın həzrət Əli (ə) ilə beyəti
1. Qədir-xum bayramı
Hicri təqvmi ilə 10-c il, zi-hiccə ayının 18-ci günü, Həccətül-vidadan qayıdarkən qədir-xum hadisəsi həyata keçdi. Yüz iriymi min nəfərdən ibarət hacıların karvanın “Qədir-xum” məntəqəsində duruduğu üç gün ərzində Peyğəmbər (s), özünün ən uca xütbəsində Əli ibn Əbi Talibi (ə) və ondan sonra gələcək on bir imamın adlarını sayıb onların qiyamətədək imam olacaqlarını sayıb, orada olan cəmiyyətdən beyət aldı.
Ali-Məhəmmədin (s) böyük bayarmı
Qədir-xum bayramı, Ali-Məhəmmədin (s) bayramı hesab olunur. Ona görə ki, o bayram çox əhəmiyyətli və böyük bir hadisədir. Məhz o zaman ilahi bir əmrlə, birbaşa həzrət Əli ibn Əbu Talibin vəsayəti (vəciliyi) ümumi şəkildə elan olnudu. (Tovzihil-məqasid, s. 37- Misbahi- Kəf`əmi, c. 2,  s. 601- Mənaqibi Ali- Əbi Talib (ə): c. 3, s. 37- Misbahül-mütəhəccid,s. 754-  Biharül-ənvar: c.35,  s. 150)   O gün, mübarək səmavi bir bayramdır. O gün Allah-taala,
həzrət İbrahimi (ə) oddan xilas etdi,
həzrət Adəmin tövbəsini qəbul etdi,
həzrət Musanı sehrbazlara qalib etdi,
həzrət Musa, Şəm`unül-Səfanı öz canişini təyin etdi, (Məsarüş-şiə: s. 22 – Feyzül-üllam: s.125)
Həzrət Süleyman (ə), Asəf ibn Bərxiyanı öz canşini təyin edib öz rəiyyətini buna şahit tutdu.(Məsarüş-şiə: s. 22 – Feyzül-üllam: s.125)
Peyğəmbərin (s) əshab arasnda qardaşlıq əhdinin bağladığı gündü. (Misbahül-Kəf`əmi: c. s. 125 – Təqvimül-mühsinəyn: s. 14 – Təqvimül-əimmə (ə): s. 14.)
O gün, peyğəmbərlər öz canişinlərini təyin edirdilər və Əmirəlmöminin ziyarəti o gün varid olub. (Müraciət edin: Məfatihül-cinan: Zi-hiccə ayının əməlləri)
Qədir-xum hadisəsi belə baş verdi:
Şənbə günü, zi-hiccə ayını sonuna dörd və ya beş gün qalmış Peyğəmbər (s) qüsul edib müsəlanlardan 120 min nəfərlə Mədinədən xaric oldular. (Kafi: c. 4, s. 248 - Təbəqati ibn Səd : s. 235 - İrdaşül-sari: c. 6, s. 429)
Həzrət Siddiqeyi-Tahirə (ə.s) Əmirəlmöminin (ə) anası Ümmü-Hani, Fatimə binti Həmzə, Ümmü Sələmə - Peyğəmbərin (s) digər arvadları - o cümlədən Aişə və Həfsə o səfərdə iştirak edirdilər. (Mənaqibi-Ali-Əbi Talib (ə) : c. 3 s. 25- Təbəqat ibn Səd: c. 3 s. 235 – İrşadül-sari: c. 6, s. 429)
Əmirəlmöminin (ə) bir qrup şəxslə Yəməndən Məkkəyə varid oldu.
Qədir mərasimi üçün ihahi əmr
Həcc mərasimdən qayıdan hacılar, zi-hiccənin 18- gününün əvvəllərində Qədir-xum məntəqəsinə çatdılar. Cəbrail nazil oldu, “Maidə sursənin 67-ci ayəsini  gətirdi. O ayə, mövlalar-mövlası Əmirəlmömininin (ə) vilayətinin təbliğinə və onun münafiqlərin şərrindən amanda qalacağına aiddir:
“Ey Peyğəmbər! Allah tərəfindən (Əli (ə) haqqında)  sənə nazil olanı camaat üçün təbliğ et. Əgər bunu etməsən, risaləti (peyğəmbərliyi) yerinə yetirməmisən və Allah səni camaatın şərrindən qoruyacaq. Allah kafirləri hidayət etməz.”
Peyğəmbər (s) minbrədə
Zöhr zamanı Peyğəmbər (s) camaat namazından sonra, Səlman, Əbuzər, Miqdad və Əmmar tərəfindən iki yaşlı ağac arasında düzəldilmiş minbərə qalxdı, Əmirəlmöminini (ə) minbərdə özündən bir pillə aşağıda qərar verdi. Halbuki münafiqərdən bir qrupu minbərin qarşısında idi. O, özünün gövər saçan sözlərini bəyan edib tohid, Həqq-Taalanın kamal sifətləri və Allah dininin bir qisim halal-haram hökmlərini, ərəblərin keçimişi, onların əqidələri özünün çəkdiyi zəhmətləri bəyan etdikdən sonra buyurdu: “Quran və Əhli-beyt (ə) bir-birindən ayrı deyil və ayrılmazlar, qiyamət günü hövz kövsərini yanında gəlib mənə çatacaqlar.”
Sonra Əmirəlmöminin (ə) fəzilət və mənaqiblərindən bir qismini o həzrətin imamət, vilaəti və neçə dəfə həzrət Mehdiyədək (əc) övladları haqqında olan məlumatları təkid etdi. Nazil olmuş ayəni bəyan edib buyurdu:
“Ey camaat! Allahın mənə nazil etdyini yerinə yetirməkdə səhlənkarlıq etmədim və mən bu ayənin nazil olma səbəbini bəyan edirəm. Cəbrail yenə nazil olub Allah tərəfindən mənə əmr etdi ki, bu məkanda hər qəbilədən olan ağ-qaraya elan edim ki, Əli bin Əbi Talib (ə) vəsi, canişin və məndən sonra imamdır.  O, Allah və Rəsulundan sonra sizin vəlinin və sahibiniz sizin özünüzdən də daha öncə sizin üzərinizdə haqqı var. Bu barədə Allah-taala mənə ayə nazil edib:.. (Maidə surəsi, 55-ci ayə)
Sonra buyurdu: “Mən Cəbraildən istədik ki, Allahdan mənim bu əmri təbliğ etməkdə üzrülü ulduğu istəsin. Çünki möminlərin azlığı və islama istehza edənləri çoxluğundan xəbərim var. O zaman buyurdu: “ Odur ki, Haqqa hidayət edir və onu yerinə yetirən, ona fəzilət verən. Allah ona fəzilət verib, onu qəbul edin ki, onu Allah (canişinliyə) təyin edib. Ey camaat! O, Allah tərəfindən sizin imamınızdır. Onun vilayətini inkar edən bağışlanmayacaq, tövbəsi qəbul olunmayacaq.”
Əli ibn Əbi Talibin (ə) tanıdılması
Bu zaman Peyğəmbər (s) buyurdu: “ Mən sizə sizin özünüdən haqlı deyiləm?” Hamı dedi: “ Bəli” Buyurdu: “ Bu Əli, qardaşım və mənim vəsimdir. Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır və o Əli ibn Əbi Talibdir.” Ey Allah, hər  onunla dosltuq edən hər kəs dost bil, ona düşmən olana düşmən ol.” Digər sözlər də Allah fərmanını təkid etmək və camaatın iqrar etməsi üçün bəyan etdi. Sonra buyurdu: “ Qədirin xəbərini burada hazır olanlar, burada olmayanlara, atalar övladlarına qiyamətədək çatdırsınlar.”
Göstəriş verdi ki, Əmirəlmömimin (ə) üçün ayrıca çadır vursunlar. Sonra həzrət buyurdu:  “Hamı gedib o həzrətə salam deyib desinlər; Əs-salamu ələykə, ya Əmirəlmöminin (ə).”  Ömər gəlib salam verib dedi: Bəx bəx, ey Əli ibn Əbi Talib, bütün mömin və möminələrin mövlası oldun.”  Əbu Bəkr də bu təbrikdə Ömərlə şərik oldu. (Feyzül-üllam: s. 123) Beyət üç gün çəkdi. Bu müddət ərzində “zöhr” və “əsr” namazlarını birlikdə qılırdılar. Namazdan sonra beyət, qürubadək davam etdi, “məğrib” və “iyşa” namazlarını da birlikdə qıldılar. Qadınların beyət etməsin üçün su qabı gətirib pərdə arxasında qoydular.  Qabın bir yarısı pərədənin bir tərəfində, digər yarısı digər tərəfdə yerləşmişdi. Əmirəlmöminin (ə) qabın bir tərəfində əlini suya salmışdı.  Qabın digər tərəfində qadınlar əlini suya salıb “Əs-salamu ələyk, ya Əmirəlmöminin” deyərək həzrəti təbrik edirdilər. Həzrət Siddiqeyi-Tahirənin (ə.s) də orada iştirak etməsi mərasimi zinətləndirmişdi. (Əvalim: c. 3/15,  s. 309 – Biharül-ənvar: c. 21, s. 38)
Qədirdə vilayətin elan olunmasından sonra Cəbrail nazil oldu və bu ayənin gətirdi: “ Bu gün, sizin dininizi kamil, nemətimi sizin üçün tamamladım və islam dininin, sizin dininiz olması üçün razı oldum.” (“Maidə” surəsi, 3-cü ayə)
2. Osman ibn Əffanın qətli
Hicri təqvimi ilə bu gün, Osman ibn Əffanın evi müsəlmanlar tərəfindən mühasirəyə alındıqdan sonra 80-81  yaşında ikən misirli bir kişi tərəfindən qəltə yetirildi.  (Tarixi-xüləfa: s. 162  - Məsarüş-şiə: s.21)
Onu öldürdükdən sonra evindən çölə çıxarıb Mədinənin zibbiklilərindən birinə atdılar.
Mühacir və ənsarın qorxusundan heç kim onu dəfn etmirdi.  Nəhayət üç gündən sonra hiylə vasitəsilə Mədinədə yəhudilərin “Hoş Kukəb” adlı məqbərəsinə apardılar. Müaviyə, xəlifəlik dövründə o qəbristanlıqla Bəqi arasında olan evləri yıxdı və onu müsəlmanların qəbristanlığına birləşdirdi. (Məsarüş-şiə: s. 21-22 – Feyzül-ülam: s. 125)
Osman, Ömər ibn Xəttabdan sonra onun yerinə oturdu. Ömər, həyatda olduğu dövrdə dəfələrlə demişdi ki, məndən sonra xəlifə, Osmandır. (Tarixi-Dəməşq: c. 39, s. 188)
Üzdə isə məsələni şuraya tapşırsa da onu elə bir şəkildə öncədən proqnozlaşdırdı ki, nəticə etibarilə Osman xəlifə olsun.
Osmanın bidətləri
Osman, özünün hökumətdə olduğu dövrdə aşağıda sayılan böyük mənfi işləri gördü:

1. Daş, kərpic, səruc, qiymətli və xoşiyli hind ağaclarından istifadə etməklə gözəl və geniş mənzillər tikdi. Çoxlu yer və çeşmələrə sahib çıxdı və öz evində çoxlu mal topladı. O, öləndə onun xəzinəsində yüz əlli min dinar və bir milyon dirhəm olduğu məlum oldu. Hüneyn ətrafında dəyəri yüz min dinar olan yerlədən başqa, ondan çolxu inək, qoyun və dəvə də qalmışdı. (Mürucüz-zəhəb: c. 2, s. 341)
2. Əbdürrəhman ibn Ovf  və Zübeyr ibn Əvam kimi şəxslərə o qədər mal, torpaq və bağ onlar da daş, kərpic və təbaşirədn suvaq edərək evlər tikdilər. Təkcə Zübeyrdən, öləndən sonra 50 min dinar, min qulam və min at qalmışdı. (Mürucüz-zəhəb: c. 2, s. 341).
3. Abdullah ibn Öməri üç müsəlmanı öldürdüyü üçün cəzalandırıb qisas almadı. Ömər ibn Xəttabın dəfnindən sonra Ömərin oğlu, Əbulölöyə əli çatmadığı üçün onun kiçiç qızını qapının önündə öldürdü. Müsəlman Hormoz Əcəmini və Səd bin Vəqqasın qulamı Cəfinəni də öldürdü. Ömərin ölümündən bir neçə gün öncə o iki nəfəri Firuzla danışan halda görmüşdü.
Səd ibn Vəqqas,  Abdullah ibn Öməri yere yıxıb qılıncını aldı və qulamlarına göstəriş verdi ki, şura bitincə onu həbs etsinlər. Osman xəlifə olanda Əli ibn Əbi Talib (ə) başqaları dedilər: Ondan qisas al!  Osman isə onu azad etdi və dedi: “Dünən atası öldürüldü, bu gün oğlunu öldürüm? Mən, müsəlmanların xəlifəsi olaraq, Abdullahı bağışladım.” (Əl-Qədir, c. 9, s. 260 – Danestənihaye-tarix: c. 3,s. 223)
4. Allahın düşməni olan Mərvanın atası, Həkəm ibn Əbil-Ası ehtiamla Mədinəyə gətirdi. O, Osmanın əmisi və  Peyğəmbər (s) və Əhli-beytlə (ə) düşmənliyi məşhur idi. Həkəm ibn Xatir, Peyğəmbərə (s) etdiyi hörmətsizliklərə görə o həzrət tərəfindən Taifə sürgün olunmuşdu. Peyğəmbərin (s) şəhadətindən sonra Əbu Bəkr və Ömər, Osmanın Həkəmi geri qaytarmaq  üçün ediyi vasitəsiçili qəbul etmədilər. Hökümət onun əlinə düşəndə Əmisi Həkəm və Mərvanı Mədinənin ətrafına gətirməklə Peyğəmbərin (s) əmrinə qarşı çıxdığını açıq şəkildə nümayiş etdirdi.
Çox keçmədi Həkəmin yerinə, Əbazəri zülm və işkəncəyə məruz qoyaraq sürgün etdi. Digər tərəfdən də müsəlmanların əmlakından yüz min dirhəm Həkəmə verdi.  Bundan başqa müsəlmanların hamısının haqları olduğu “ifriqiyyə”nin yüz min dirhəm miqdarında xümsünü Fədəklə bərabər Mərvana verdi. Təkidlə Mərvanı özü üçün vəzirliyə və katibliyə seçdi. Halbuki Peyğəmbər (s) dəfələrlə Mərvanı lənətləyib. (Şəfaüs-südur:  c. 1, s. 321)
5. Peyğəmbərin (s) onun haqqında “od əhlidir” buyurduğu Vəlid ibn Əqəbəni Kufəyə vali (başçı) təyin etdi. Vəlid, fasiq və şərabiçən idi. Gecədən sübhdək kəniz və müğənni qadınlarla şərab içirdi. O halda məscidə gedib sübh namazını dörd rəkət qılıb dedi: “İstəyirsinsə, daha çox qılım!”  O, səcdə halında deyirdi: “Uşrub və usquni!” (Mürucüz-zəhəb: c. 2, s. 343-344)
Nəql olunub ki, çoxsaylı Kufə, Misir və Bəsrə əhalisi etiraz etmək üçün Osmanın yanına gəldilər. O, təhlükəli vəziyyət yarandığını gördükdə Əmirəlmöminini (ə) vasitə qərar verərək vəd verdi ki, onların istəyini yerinə yetirsin! Onun veridyi vədə görə hakimləri dəyişib gözəl üslub və ədaləti bərpa etsin. Etirazçılar öz şəhərlərinə qayıdan da, Osman tərəfindən göndərilmiş digər yolla gedən elçini gördülər. Onu tutudular və gördülər ki, onda Osman tərəfindən Misirin vaslininə yazılmış bir namə var. Namədə yazılmışdı:  “Bunlar sənin hüzuruna çatanda birini öldür, digərinin əlini kəs...”  Onlar qayıtdılar. Mədinəyə qayıdarək yol boyu digər çolxu şəxslər də onlara qoşuldu. Onun evini 50 günədək müsahsirədə  saxladılar. Osman, mühasirədə olan günlərdə Əmirəlmöminindən (ə) su istədi. Həzrət onun üçün üç ədəd soyuq su məşqi apardı.  Bəni-haşimin mane olmaq olmasına baxmayaraq nəhayət etirazçılar onun evinə töküldü və misirli bir kişi onu öldürdü.  Bir rəvayətə əsasən o hadisədə İmam Həsən (ə) yüngül xəsarət aldı, Qənbər isə başından yaralandı. (Mürucuz-zəhəb: c. 2, s. 353)
Camaatın Həzrət Əli (ə) ilə beyət etməsi
Hicri təqvimi ilə 34-cü il, Osman ibn Əffan qətlə yetirildikdən sonra camaat Həzrət Əmiəlmömininin (ə) xəlifə olmasını istədilər. Hamı, səslələrini ucaldıb o həzrətin tərəfdarı olduğunu bildirdilər. Nəhayət bütün müsəlmanlar məsciddə həzrət Əli (ə) ilə beyət etdilər. (Məsarüş-şiə: s. 21 – Müstədrəküs-səfinətil-bihar: c. 5, s. 212)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə