Bz09272020

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Zi-hiccə Zi-hiccə ayının 11-ci günü

Zi-hiccə ayının 11-ci günü

Peyğəmbərin (s) sirrinin Aişə və Həfsə vasitəsi ilə açılması
Hicri təqvimi ilə 9-cu il, zi-hiccə ayının 11-ci günü, əziz Peyğəmbər (s) “həccətül-vida”da Həfsəyə bir sirri buyurub xatırlatdı: “Əgər bu sirri bir kəsə desən, Allahın, məlaikənin və bütün camaatın lənətinə gələsən!” Həfsə, birbaşa o sirri, Aişəyə danışdı. Aişə də onu Əbu Bəkrə danışdı. Əbu Bəkr də Ömərə bu barədə xəbər verdi. Cəbrail Əmin Allah Peyğəmbərinə (s) sirrinin açılması haqqına xəbəri çatdırdı. Peyğəmbər (s) Həfsəyə təlaq verdi. Sorna bəzi şəxslərin israrı (sözü) ilə geriyə qaytardı. (Vəqayeüş-şühur: s. 299- Təfsiri Təbəri: c. 5, s. 172)
Aişə və Həfsənin şiddətli məzəmmətini göstərən “Təhrim” surəsinin ilk ayələri nazil oldu. “Əgər ikiniz də (bu hərəkətinizə görə) Allaha tövbə etsəniz (sizing üçün xeyirli olar). Çünki qəlbləriniz haqqdan azdı. Əgər onun əleyhinə bir-birinizə əlbir olsanız, (bilin ki, sizə qələbə çalmaqda) onun Mövlası (dostu, qoruyuçusu) Allah, yardım göstərənləri isə Cəbrail, əməlisaleh möminlər və bundan sonra da (bütün) mələklərdir. (Yaxud onun dostu və yardımçıları Allah, Cəbrail, əməlisaleh möminlər və sonra da mələklər onun yardımçısıdır). Əgər o sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr -müsəlman, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan qeyri-bakirə və bakirə qadınlar versin!
(“Təhrim” surəsi, ayə: 3-4)
“Təhrim” surəsində deyilən iki qadını kim olduğu barədə Ömər ibn Xəttabdan soruşanda dedi:
“Aişə və Həfsə!”. (Səhihi-Buxari: c.6, s. 195-Biharül-ənvar: c. 22, s. 232)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə