Çr.ax04162024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Zi-hiccə Zi- hiccə ayının 1- ci günü

Zi- hiccə ayının 1- ci günü

1.Həzrət Əli (ə) və həzrət Zəhranın  (ə.s) nigahı
2.Həzrət Əlinin (ə) “Bəraət” surəsinin təbliği üçün göndərilməsi
1. Həzrət Əli (ə) və həzrət Zəhranın  (ə.s) nigahı
Allahın Rəsulu (s) hicri təqvimi ilə ikinci il, zi-hiccə ayının altıncı günü həzrət Əlini (ə) qadınlar aləminin rəhbəri həzrət Siddiqeyi-Tahirə (ə.s) ilə evləndirdi.
İmam Sadiq (ə) buyurub: “Əgər Allah-taala Əmirləmöminini xəlq etməsəydi yer üzündə ona layiq tay (həyat yoldaşı) tapılmazdı.” (Əmali, Şeyx Tusi :  c.1, s. 42  - Bəşarətül-Müstəfa:  s. 267 –Vəqayeül-əyyam: s. 118)
Elçilik
Həzrət Zəhranın doqquz yaşı başa çatanda Mədinə ətrafında yaşanlarlar, qəbilə və tayfa başçıları, zənginlər o həzrətin elçiliyinə gəldi. Münafiqlərdən də bir qrupu mütləq həyasızcasına  o xanımın elçiliyənə gəlmək cürətini özlərində tapdılar.
Rəsuli-əkrəm (s) onlardan bəzilərinin elçiliyinə görə narahat oldu . Münafiqlərdən bəziləri etiraz etdi. Həzrət buyurdu:  “Mən sizi rədd etmədim. Allah sizi rədd etdi. Fatimənin (ə.s) işi Allah tərəfindən müəyyən olunur. O qafillər ondan xəbərsiz idilər ki, o çox dəyərli gövhəri Allah Öz izzəti və nəzəri sayəsində hifz edib,onu dünya övladarından, sultan və rəiyyətdən, yoxsul və zənginlərdən ayırıb, Peyğəmbərin (s) Vəsisi (ə) üçün saxlayıb.
İmam Hüseyn (ə) buyurub:  “ Bir gün Allahın Rəsulu (s) Ümmi Sələmənin evində idi. Bir xas heybətli mələk nazil oldu. Bir-birinə bənzməyən lüqətlə (dillərlə) Allaha təqdis və təsbih etməklə məşuğuldu. O, ərz etdi: “Mən Sərsailəm. Allah məni sənin yanına  göndərdi ki, sizə deyəm ki, nuru nurla evləndir.” Həzrət buyurdu: “Kimi kiminlə?” dedi: “ Fatiməni Əli ibn Əbi Taliblə.” Ona görə də Peyğəmbər (s) Fatiməni (ə.s) Cəbrail və Sərsailin hüzurunda  Fatimənin (ə.s)  əqdini, Əli (ə) ilə bağladı. O zaman Peyğəmbər (s) Sərsailin çiyinləri arasında bir yazını gördü ki, yazılıb: “La ilahə illəllah, Muhəmmədən rəsulullah, Əli ibn Əbi Talib muqimul-huccə” Buyurdu: “ Ey Sərsail! Bu cümlə sənin çiynində nə vaxtdan yazılıb?”  Dedi: “ Allah-taala dünyanı yaratmazdan on iki min il öncə!” (Əmali, Şeyx Tusi:  c. 1, s. 29 – Kəşfül-ğəmmə: c. 1. s. 472)

Toy mərasimi
Həzrət Fatiməni (ə.s) toy gecəsi Əlinin (ə.s) evinə aparırdlar. Peyğəmbər (s) onun önündə, Cəbrail sağında, Mikail solunda və yetmiş min mələk onun arxasınca gedir, o halda Allaha təsbih və təqdis deyir. Bu, fəcrədək davam etdi. (İqbalül-əmal: s. 548 – Tarixi-Bağdad: c.5 s. 7) (Fəcr- sübha azanından öncə üfüq tərəfdə görünən ilk ağartıya deyilir)
Həzrət Zəhranın (ə.s) toy və mənzil əşlaları
Həzrət Zəhranın (ə.s) mənzili əşyaları belə təşil olmuşdu; Peyğəmbər (s) Əmirəlmömininə (ə) buyurdu: “ Öz zirehini sat.”  O həzrət, zirehini satdı onun pulunu Peyğəmbərin (s) xidmətinə gətirdi. O həzrət, pulun bir miqdarını (toy üçün) yemək hazırlaması üçün Ümmü Sələməyə verdi. Başqa bir rəvayətə görə yemək ləvazimatının yarısın Peyğəmbər (s) digər yarısını isə Əmirəlmöminin (ə) hazırladı.
Həzrət Zəhranın (ə.s) cehizi
Peyğəmbər (s) zirehin pulundan bir qədərini Əmmara verdi ki, bazardan ev əşyalarını alsın. Bir ədəd köynək, bir ədəd yaylıq, bir ədəd qara qətifə xeybəri, yaxud qara əba, bir ədəd nazik pambıq pərdə, həcər qəryəsi toxunuşlu bir ədəd həsir, əl dəyirmanı, bir ədəd mis teşt, su məşki  (məkş- dəridən düzəldilmiş su qabı), səfalin kasası və qoyun dərisi. (Beytül-əhzan: s. 57)
Əmirəlmöminin (ə) buyurub: “ O gecə, Peyğəmbərin qızı mənim evimə gələn zaman,  yatağımız, qoyun dərisindən başqa bir şey deyildi.” (Sünənül-Mustəfa: c. 2. s. 538)
Başqa bir hədisdə buyurub: “ Mən, Fatimə ilə elə bir halda evəndik ki, qoyun dərisndən başqa bir şey yoxumuz idi. Gecə onun üstündə yatır, gündüz dəvələrimizin oot-ələfini onun üstünə sərirdik və evdə xidmətçımız yox idi.” (Səfvətül-səfvə: c. 2. s. 538)
Digər bir rəvayətdə buyurub: “ Peyğəmbər (s) bizim evimizə gəldi. Bir halda üstümüzə bir qətifə atmşıdıq. Onu uzununa üstümüzə salsaydıq, ətrafımız açıq qalır, eninə salsaydıq baş-ayağımız örtülməzdi.” (Zəxairül-uqba: s. 49)
Əhli-sünnədən bəziləri rəvayət ediblər ki, Fatimə (ə.s) Əlinin evinə gedəndə yerə salımış rig, safilin kuzəsi, yastıq və su qabından başqa bir şey tapmadı. (Fatimətül-Zəhra (ə.s), bəhcətül-qəlbil-Mustəfa (s): s. 674)
Başqa bir rəvayətə görə, mənzildə təsərrüfat əşyaları bunlar idi: iki ədəd kiçik kuzə, taxtadan düzəldilmiş süd qabı,  yağ və ya un tökmək üçün yaşıl rəngli bir sübuyi, dörd yastıq və ya mütəkka yaxud da quru otlarla doldurulmuş dəri (söyənmək üçün) dəri arxalıq. (Əmali, Şeyx Tusi, s. 45. – Biharül-ənvar: c. 43 s. 94)
2. Mənsur Dəvanəqinin ölümü
Hicri təqvimi ilə 158-ci il, zi-hiccə ayının 6-gı günü Mənsur Dəvanəqi həlak oldu və Hucunda dəfn edildi. Onunla, bəni-üməyyə sülaləsindən olan Hişam ibn Əbdülməlik arasında çox bənzərlik var idi. Qan tökən, paxıl,  rəhmsiz, ədalətsiz şəxs idi. Əbu Talib sülaləsinə (ə) bütün zülmləri rəva görürdü. Böyük şəxslərdən çoxlarını zalımcasına şəhadətə çatdırırdı. İmamətin 6-cı parlaq ulduzu İmam Sadiqi (ə) şəhadətə çatdırması, onun ən böyük cinayətidir. (Tətümmətül-müntəha: s. 203- Vəqayeül-əyyam: s. 118)
2.Hicri təqvimi ilə doqquzcu il, zi-hiccə ayının birində islamın əziz peyğəmbəri (s) Əmirəlmöminin (ə) həzrət Əlini (ə) “Bəraət” surəsini ayələrini kafirlərə qiraət etmək üçün göndərdi. (Tozihil-məqasid: s. 29 – Biharül-ənvar: c. 97, s. 384)
O hadisə belə baş verdi: Hicri təqvimi ilə doqquzuncu il, Allahın Rəsulu (s) ölk öncə Əbu Bəkri Məkkəyə göndərdi ki, “Bəraət” surəsinin ilk ayələrini kafirlər üçün qiraət etsin. Əbu Bəkr Mədinəyə tərəf hərəkət etdikdən sonra Cəbrail nazil olub buyurdu: “Ey Allahın Rəsulu (s), bu işi yerinə yetirmək, sizin yaxud sizndən olan bir kişinin əli ilə həyata keçməlidir. Başqa bir rəvayətə görə: “gərək Əli (ə) sənin tərəfindən təbliğ etsin.” O üzdən Peyğəmbər (s) özü kimi saydığı (öz məqamı ilə bir gördüyü) həzrət Əlini (ə) çağırıb ona buyurdu: “ Tələs, “Bəraət surəsinin ayələrini Əbu Bəkrdən al və Həcc mərasimində camaat üçün qiraət et!”
Peyğəmbər (s) Qəzba adlı dəvəni Əmirəlmömininə (ə) verdi. O, Cabir ibn Abdullahla hərəkət edib ikinci gün Əbu Bəkrə çatdı. “Bəraət” surələrinin ayələrini ondan alıb geri qayıtması yaxud yoluna davab etməsi ixtiyarını onun özünə tapşırdı. Əbu Bəkr Mədinəyə qayıdıb Peyğəmbərə (s) məni bir işə layiq bilmişdin ki, başqaları ona müştaq idilər. Amma bir az getdikdən sonra məni əzl (məzul) etdin?”  Həzrət  buyurdu: “ Səni mən əzl etdmədim, Allah əzl etdi!”
Əmirəlmöminin (ə) “təşriq” günlərinin üç günündə  Minada - həzrət Əlinin (ə) düşmən və kinlərini ürəkdə gəzdirən kafir və müşriklərin toplandığı yerdə hər sübh və axşam Peyğəmbərin (s) buyurduqları ilə birlikdə camaat üçün qiraət edib Mədinəyə qayıtdı. Əli (ə) Məkkəyə getdiyi zamandan bəri onun ayrılığından Peyğəmbərin (s) kədərlənməsi onun mübarək üzündə zahir olmuşdu. Səhabə öz-özlərindən deyirdi: Bəlkə o həzrətin ölüm xəbəri asimandan (ona) çatıb yaxud bizdən  (ürəyi sıxılıb) darıxır. Əbazərin Peyğəmbər (s) yanında məqamı, hörməti var idi. Onu o həzrətin hüzuruna göndərdilər.  O, həzrətin əshabın sözünü həzrətə ərz etdi. O həzrət buyurdu: “ Mənim qəm-qüssəm Əlidən ayrıldığım üçündür.”
Əmirəlmöminin (ə) qayıtması
Əbuzər həzrət Əlinin (ə) vəziyyətindən məlumat əldə etmək üçün Mədinədən o həzrəti qarşılamaq üçün hərəkət etdi. Yol əsansında Əmirəlmömininə (ə) çatdı. O həzrəti gördkdə ərz etdi : Atam-anam sənə qurban olsun, yavaş-yavaş təşrif gətir ki, qoy öndə gedib sizin gəlişinizin xəbərini Peyğəmbərə (s) çatdırım.”
Əbazər sürətlə özünü  Peyğəmbərə (s) çatdırdı və Əlinin (ə) gəlməsi xəbərini ona verdi. Həzrət (s) səhabə ilə Əlini (ə) qarşılamağa çıxdı. O cənaba çatanda minkdən düşdü o həzrəti qucağına aldı və özününü mübarək üzünü  Əlinin (ə) çiyninə qoydu.  Görüşdükləri üçün sevincdən hər ikisi ağaladı. Sonra Peyğəmbər (s) Əliyə buyurdu: “Atam-anam qurabının olsun! Məkkədə nə etdin?” Əmirəlmöminin (ə) də orada olanları xəbər verdi.
(Feyzül-üllam: s. 107)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə