Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Həmd və Səna Tövhid və münacat

Tövhid və münacat

Allahın birliyi haqqında və Ona xahiş

 

Ey bütün varlığı yaradan,
Zəif torpağı qütrətli edən!
Kainat Sənin bayrağın altında oturmuşdur,
Bizim varlığımız Səndən, Səninsə varlığın öz zatındandır.
Sənin varlığının nə surəti var, nə peyvəndi,
Sən heç kimə bənzəmirsən və kimsə sənə bənzəyə bilməz.
Dəyişmək bilməyən yalnız Sənsən,
Ölməz və ölə bilməz yalnız Sənsən.
Biz hamımız faniyik, həmişə baqi Sənsən,
Müqəddəs və uca məmləkət (yalnız) Sənindir.
Səndən başqa fələyə əyri dövranı kim verə bilərdi?
Cismin qazanına can duzunu kim tökə bilərdi?
Sənin qədim (əbədiliyin) əbləq (dünyanın) üstünə qışqıranda
Səndən başqa kim cür'ət edib (deyə bilər) “həqq mənəm”
Sən səbr verməsəydin,
Eşqin taqəti Sənin adının cazibəsilə gedərdi.
Sənin kəramətin dünyaya yola düşəndən sonra
Yerin (kürreyi-ərzin) arxası ağır yüklə yükləndi.
Sənin kəramətinin belindən doğulmasaydı,
Yerin (kürreyi-ərzin) göbəyi bətndən düşərdi.
Pərəstiş ayini yalnız Səninlə nizam tapır,
Səndən başqasına pərəstiş haramdır.
Hər kim Sənin haqqında danışmırsa, sussa yaxşıdır,
Hər kim Səni yad etmək üçün deyilsə, unudulsa yaxşıdır.
Gecənin saqisi sənin camının dilənçisidir,
Səhər quşları sənin adını (tərənnüm etməyə) acizdirlər.
Pərdəni (öz üzündən) at, (öz) birliyində zahir ol,
Əgər o pərdə mənəmsə, onu qatla (və yox et)
Fələyin acizliyini fələyə göstər,
Cahanın düyününü cahandan aç!
Zəmanənin bu ayəsini poz!
Bütün göy cisimlərinin surətini sil.
Dilin hərflərini (sözlərini ) qələmə qaytar,
Yerin (ərzin) borcunu yoxluğa ver.
Zelmətə (pərəstiş edənlərin) yurdunu işıqdan məhrum et.
Cövhərpərəstləri nümayişdən qov.
Altı cəhətin kürsüsünü sındır,
Doqquz qat (göylərin) minbərlərini bir-birinə qat.
Ayın (dəyirmi) camını bu möhrənin (dəyirmi yerin) torpağına vur,
Zühəlin daşını Zöhrənin qədəhinə vur.
Gecələri işıqlandıran (səma) boyunbağısının mirvarilərini dağıt,
Gecə və gündüzün quşunun qanadlarını sındır,
Yerin (başından) bu bir qucaq (qalaq) torpağı dara,
Qoy yerin bir kərpicinin də qəlibi olmasın.
Gecənin tozunu çərxin alnından sil,
Cəbhəni sal (yerə), qoy əxbiyə də olmasın.
Zəmanənin yeni yolu nə qədər davam edəcək?
O köhnə yolun pərdəsini gətir.
Bir tədbir qıl çərxin boynunu,
Hərəkət və sükunətdən kənara çıxar, kənara!
Qəddar odun estenə su tök,
Küləyi torpaqdan aşağı yerləşdir.
Münəccimlərin (fələkşünasların) dəftərlərini yandır,
Günəşə pərəstiş edənlərin gözlərini kor et.
Təzə ayın (hilalın) halqasındakı bu bürcü heç et,
Bir ovuc xəyal üstündən pərdəni aç-
Ki, Sənin tanrılığını etiraf etsinlər
Və öz yoxluqluqlarına şahidlik etsinlər.
Bizlərdən Sən kimə əzab etsən,
Bizlərdən heç kəsin Sənə şikayə etməyə üzü olmaz.
Sən kimin qanını töksən, o, qanbahaya laiq deyil,
Sən kimi dara assan, o, əvəz edilməyə layiq deyil.
Ağlın işığını cana vermisən,
Ürəyin xörəyini dadmağı dilə tapşırmısan.
Gecənin mənzilini uzadan Sənsən,
Batmış günü qaytaran Sənsən.
Hərəkətdəki çərx sabitlik qütbünü səndə tapdı,
Varlıq bağı dirilik suyunu səndə tapdı.
Nəsrin gülünü qəmzəsi səba yelindən deyil,
Sənin torpağının təsirindən tutiyaya çevrilir.
Qönçə hazır durub ki, “bizlər hamı Sənin bəndələrinik”
Güllər hamısı (deyirlər): “bizim bədən və canımız sağlığı Səndən alır”
Bu qul-Nizami ki, Sənin təkliyini tərənnüm edir,
Hər iki dünyada Sənin səri-küyinin torpağıdır.
Onun könül (evini) Sən zəka ilə (mə'rifətlə) abadlaşdır,
Onun boynunu qəm tələsindən azad et.

Nizami Gəncəvi. "Sirlər Xəzinəsi" kitabının "Münacat" bölümünün nəsr şəkildə tərfcüməsi

Nəzərinizs  

0 #1 cox gözəlAsəf 2012-04-03 17:06
cox gözəl sözlərdir

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə