Ey yarü yavəri Müstəfa Əli,
Salam olsun sənə, Mürtəza Əli!
Səndə tamamlanıb hər bir şücaət,
İsminlə kamil olubdu risalət,
Səninlə başlayır eşqi-vilayət,
Məzhəri-Həq, munisi-Zəhra Əli!
Salam olsun sənə, Mürtəza Əli!
Kimsə Heydəri-Kərrarə bənzəməz,
Heç bir qılınc zülfüqarə bənzəməz,
Müsəlmanlar! O, əğyarə bənzəməz,
Eşqinlə hər yerdə var səfa,Əli!
İsmin ibadətdir, vəchin dəvadır,
Oğlun Həsən hər bir dərdə şəfadır,
Hüseynin də şəhidi-Kərbəladır,
Ebülfəzlin edibdi qovğa, Əli!
Qədir-xum bayramı oldu dübarə,
Dua eylə həqirü biqərarə,
Yetir sən bir nəzər Vasifü zarə,
Qoyma qalsın müdam binəva, Əli!