Məhərrəm ayının 20 -ci günü
- Ətraflı
- Baxış sayı: 47046
Həzrət Zəhranın (s.ə) toy günü
Məşhur nəzərə əsasən hicri təqvimi ilə 2-ci il, məhərrəm ayının 21-ci gecəsinə keçən gecə cənnət qadınların zinəti həzrət Fatimə (ə.s) və həzrət Əlinin (ə) toy mərasimi quruldu.
İmam Sadiqə (ə) istinad edilən bir rəvayətə əsasən: “ Əgər Allat-taala Əlini (ə) Zəhra üçün yaratmasaydı bütün yer üzündə - Adəmdən tutumuş gələcək insanlardək, həzrət Zəhra (ə.s) üçün həyat yoldaşı və onun tayı olmazdı. (Üsul-Kafi: c. 1,s. 461)
Bu toy haqqıda belə nəql olunub ki, bu gecə Peyğəmbəri- Əkrəm (s) bir parça istədi və özünün “gecələr” adlanan qatırın;n üstünə atdı və həzrət Fatiməyə (ə.s) buyurdu: “ Ona suvar ol!” Fatimə (ə.s) suvar oldu.
Peyğəmbərin (s) böyük səhabəsi olan Salman Farsi dəvənin cilovunu tutdu və Allahın Rəsulu (s) onun arxasınca hərəkət etdi.Yol boyunca Cəbrail və Mikail yetmiş min məlakə ilə həzrət Zəhranı (ə.s) müşahidə edir və təkbir (Allahu əkbər) deyirdilər. Allahın Rəsulu (s) təkbir deyirdi. Beləliklə toylarda “təkbir” demək sünnət oldu. Peyğəmbər (s) onları zifaf evinə ötürdü, o evdə o iki böyük şəxsiyyət üçün dua edib evdən çıxdı. (Əmali, Şeyx Tusi: s. 464 – Biharül-ənvar, c. 43, s. 104)
sibtayn.com/az