Çr.ax04162024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Rəbiül-əvvəl Rəbiül-əvvəl ayının 22-ci günü

Rəbiül-əvvəl ayının 22-ci günü

Bəni-Nəzir hadisəsi Ühüd döyüşündə islam ordusunun Qüreyş müşriklərinə məğlubiyyəti Peyğəmbər (s) və müsəlmanların əleyhinə sui- istifadə etmək üçün Mədinədə məskunlaşmış yəhudilər üçün fürsət yarandı. Onlar xüsusi hiylələrlə islam Peyğəmbərini (s) “bəni-nəzir” qalasına tərəf çəkib ona xəsarət yetirmək istədilər. Ona görə də müsəlmanlar bu fintəni aradan qaldırmaq üçün onun qalalarını mühasirə etdilər.  Bu mühasirə on beş gün davam etdi. Nəhayət onların hamısı təslim olmağa vadar oldular. Onlar Peyğəmbərlə (s) belə razılaşdıla ki,  vətəndən çıxıb getsinlər və evlərini müsəlmanların ixtiyarında qoysunlar. Yəhudilər güman edirdilər ki, müsəlmanların  “Ühüd” müharibəsindəki məğlubiyyəti və adlı-sanlı müsəlman kişilərinin iki faciədə - “rəci” və “be`ri-məunə”- də şəhid olmaları nəticəsində islam zəifliyə doğru gedir. Ona görə də belə hiylə üçün cürətlənmişdilər. Lakin islam hökumətinin qətiyyəti onlara möhkəm zərbə vurub göstərdi ki, Allah, öz dininin ən yaxşı qoruyanıdır. (Müntəhayül-əmal, 1-ci bab, 6-cı fəsl, c. 97)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə