Cm.ax04182024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Rəbiül-əvvəl Rəbiül-əvvəl ayının 17-ci günü

Rəbiül-əvvəl ayının 17-ci günü

1. Peyğəmbərlərin sonuncusu həzrət Məhəmməd (s) ibn Abdullahın xoşbətx təvəllüdü günü
2. Şiə məzhəbinin başçısı imam Cəfəri Sadiqin (ə) xoşbəxt təvəllüdü günü
1. Peyğəmbərlərin sonuncusu həzrət Məhəmməd (s) ibn Abdullahın xoşbətx təvəllüdü günü
Amul-fil ili, rəbiül-əvvəl ayının  17-ci günü, cümə peyğəmbərliyin parlaq günəşi Məkkənin üfüqündən doğdu və onun parlaqlığı kainata bir başqa şəkildə cilvələndirdi.
Bəli! Peyğəmbərlərin sonuncusu gəldi ki, bəşəriyyəti nadanlıq və küfr əsarətindən xilas etsin, onları nur və və səadət sərçeşməsinə tərəf hidayət etsin. Minlərlə peyğəmbərlərin ən ağır işkəncələrə qatlaşıb daşıdıqları peyğəmbərliyi kamal nöqtəsinə və zirvəyə çatdırsın.
O həzrətin əziz adı, Məhəmməd künyəsi Əbülqasimdir.  Əziz atasını adı həzrət Abdullah,  uca anasının adı isə həzrət Aminə binti Vəhəbdir . (Kəşfül-ğəmmə, c.1, s. 14)
Təvəllüddən öncə baş verən hadisələr
O pak nümunənin təvəllüdü gecəsi dünyada təəccüblü hadislər baş verdi. Burada onlardan bir neçəsi ilə kifayətlənirik:
1. Min illər boyu sönməyən “fars” yanar ocağı (ibadətgah) o gecə söndü.
2. Pərəstiş olunan “Savə” gölü, birdəfəlik quruyub duzluq sahəyə çevrildi.
3. Allahın Evdinə olan bütün bütlər yerə töküldü və asimandan belə bir nida eşidildi:
“Haqq gəldi, batil yox oldu. Həqiqətən də batil məhvə olmağa məhkumdur” ( “İsra” surəsi, 84-cü ayə)
4. İran padşahlarının (mədainin) böyük eyvanı titrəməyə başladı və onun dörd sütunu  çökdü.
5. Səmavə çayının suyu (Kufə və Şam arasında yeriləşir) çoxaldı və axmağa başladdı. (Əl-əmali, Şeyx Səduq, s. 444 –Bihrül-ənvar: c. 15, s. 257)
İmam Sadiq (ə) buyurub: “ İblis (şeytanların atası) göyün yeddinci qatında gəl-get edirdi; İsa (ə) dünyaya gəldəndə üç asimana pərvaz etməkdən məhrum olundu.  Lakin islamın əziz Peyğəməri (s) dünyaya gələndə bütün yeddi göy təbəqəsində pərvaz etmək ona qadağan olundu. Göyə qalxan şeytanlar səmada şəhab daşları ilə qovulurdular. (Biharül-ənvar, c. 15, s. 257)
Peyğəmbərin (s) möcüzələri
Səmavi Qurani-məcid kitabı Peyğəmbərin (s) ölməz möcüzələrindən hesab olunur.  Lakin ondan başqa  o həzrətdən çoxlu möcüzələr müşahidə olunurdu ki, burada onlardan bəzilərinə işarə edirik:
1. Heyvanlarla danışmaq
2. Ölülərin dirilməsi, korların görməsi və xəstələrin şəfa tapması üçün etdiyi duaların qəbul olunması
3. Peyğəmbərin (s) bütün dilləri bilməsi və onun bütün dillərdə danışması
4. O həzrətin əlində kiçik daşlar təsbih deyirdi və elə bir şəkildə ki, camaat da onu eşidirdi.
5. Peyğəmbərin (s) günəş altında gölgəsi yox idi.
6. O həzrətin mübarək əli hansı yeməyə toxunsaydı o, bərəkətli olardı və çox sayda adamı doydurardı.
7. Allahın Rəsulu (s) ağzının suyunu bir quyuya atsaydı o  quyu bərəkətlənib su ilə dolardı.
8. Allahın Rəsulu (s) yumşaq torpaqda yeriyərkən ayağının izi qalmazdı, lakin möhkəm daş üzərində yeriyərkən ayağının izi qalardı. (Həqqül-yəqin, s. 36)
2. Şiə məzhəbinin başçısı imam Cəfəri Sadiqin (ə) xoşbəxt təvəllüdü günü
Hicri təqvimi ilə 83-cü il, rəbiül-əvvəl ayının 17-ci günü bazar ertəsi, İmam Cəfər Sadiq (ə) Mədinədə dünyaya göz açdı və varlıq aləminə camalnın nuru ilə səfa və təravət bağışladı. Onun uca atası İmam Məhəmməd Baqir (ə) və əziz anası Ümmi Füruvə - pərhizkar,  imanlı və yaxşı əməl sahibi olan qadınlardan idi. O İmamın mübarək adı, Cəfər,  şərəfli künyəsi Əbu Əbdullah idi. Ləqəbləri; Sabir, Fazil, Tahir, və Sadiq.
O həzrətin görünüşü haqqında belə nəql olunub ki, ortaboylu, açıq üzlü (nurlu),  bədənin rəngi ağ, burnu uzunsov, saçları qara və qıvrımsaç, yanağına qara xal var idi. (Müntəhayül-ə`mal, s. 8-ci bab, 1-ci fəsl, s. 824)
Şiə bilik ocağının təsis edilməsi
Həqiqətləri açmaq üçün yaranan münasib vəziyyət, həzrət Sadiq (ə)-dən başqa məsum İmamların heç bir üçün irəli gəlməmişdi. O həzrət, geniş şəkildə mədəni inqilab, şiəni saf mədəniyyətini yaymaq o həzrət nəsib oldu. Belə bir şərait isə İmamlardan heç birinə nəsib olmamışdı ...


ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə