Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Rəbiül-əvvəl Rəbiül-əvvəl ayının 14-cü günü

Rəbiül-əvvəl ayının 14-cü günü

1.Yezid ibn Müaviyənin həlakı
2. Abbası xəlifəsi Musanın ölümü

Hicri təqvimi ilə 64-cü il, Yezid ibn Müaviyə 39 yaşında ikən cəhənnəm vasil oldu. Onun anası Bəcdəl Kəlbinin qızı Məysun, onun atasının qulamı ilə yaxınlıq etdi və ondan məl`un Yezidə hamilə qaldı. Məsumların (ə) buyurduğu kimi İmam Hüseynin (ə) qatili zinazadə oldu.  Ümumi olaraq demək olar: İmam Hüseynin (ə) qatilini adına deyilən ad,Şümr, Ömər ibn Sə`d, İbn Ziyad, Yezid və s. lənətliklərə aid olur. (Elamül-vəri, c. 1, s. 154 –Biharül-ənvar, c. 44, s. 309)
-O alçaqlığı yazmaq qələmə gəlməz
Yezid, ömür boyu törətdiyi zülm və əxlaqsızlıq o qədər çoxdur ki, qələm onu yazmaq istəsə bacarmaz. Əhli-sünnət alimlərindən ibn Covzi yazır: “ Mədinə əhalisindən bir qrup şəxs Şama getdilər. Onlar qayıdan zaman Yezidi əməlləri görə çox qınayıb acı sözlər danışırdılar. Onlar deyirdi:  “ Biz elə bir kəsin yanından gəlirik ki, dini yox idi. Şərab içir, saz çalır və itlə oynayırdı.” (Tətimmətül-müntəha, s. 76) Abdullah ibn Hənzələ Yezid haqqında belə yazır: “ Yezid elə bir kişi idi ki, öz kişiləri, qızları, bacıları ilə evlənirdi, şərab içir və namazı tərk etmişdi.  (Tarixül-xüləfa, s. 209).
- Üç il rüsvayçı xəliflik
Yezid ibn Müaviyə, xəlifəliyinin ilk ilində - yəni hicri təqvimi ilə 61-ci ildə ürəkyaxan Kərbəla hadisəsinin yaranmasına səbəb oldu.  İmam Hüseynin (ə) və onun yetmiş iki nəfər vəfalı səhabələrinin şəhid olması, o həzrətin qadın və qızlarının əsirliyə düşməsi Kərbəla hadisəsinin nəticəsi idi. Onun xəlifəliyinin 2-ci ilində Mədinədə “Hərrə” vaqiyəsi vaş verdi. O hadisədə Mədinə əhalisi qətliyam oldu və onların canı, malı və namusu üç gün Yezid ordusunun təcavüzünə uğradı. Bir mədainli rəvayət edib ki, o vaqiədən sonra on minlərlə ərsiz qadından zina nəticəsində övlad dünyaya gəldi. (Təzkirətül-xəvas: s. 260) Onun  xəlifəliyinin 3-cü ilində Şam ordusu Məkkə şəhərini mühasirəyə alıb Allah evlərini dağıtmağa və yandırmağa başladılar.
Yezidin ölümü haqqında bir neçə nəzər var: Bəzi şəxlər deyib ki, o, qəfil bir bəlanın nəticəsindən öldü. Lakin Şeyx Səduq (r) kimi bəziləri deyir ki, Yezid gecə, sərxoş halda yatdı və səhəri gün onu ölmüş, bədəni dəyişmiş və sanki bədəninə qır sürtülmüş halda tapdılar.  Onun nəhs bədənini Dəməşqin “Əl-Səğir babında” dəfn etdilər. (Feyzül-ullam: s. 216)
2. Abbasi xəlifəsi Musanın ölümü
Hicri təqvimi ilə 170-ci il, rəbiül-əvvəl ayının 14-cü günü Mehdi Abbasinin oğlu Musa Əl-Hadi 25 yaşında cəhənnəmə vasil oldu. O, daşürəkli, zorakılıq, qəddarlıq və bədxahlıqda məşhur idi. Onun xəlifəlik dövrü 1 il, 3 ay çəkdi. (Tətimmətül-müntəha, s. 276).
Seyid ibn Tavus rəvayət edir ki, Musa Əl-Hadi, “Sahibi-fəx” adı ilə tanınan Hüseyn ibn Əli (ə) ibn Həsəni Müsənnanı – İmam Həsənin (ə) övladını səhabələri ilə birlikdə şəhid etdi. Hüseynin və onun yaxınlarının başını onun yanında gətirdilər. O, başı görəndə bir şeir dedi. Sonra əsirləri bir-birini arxasınca gətirirdilər. O, onlara danlaq vurduqdan sonra əmr etdi ki, onların başını vursunlar. Xülasə, bir gün ərzində həzrət Əlinin (ə) övladlarından çox sayda şəxsi qətlə yetirdilər.
(Məhəccüd-də`əvat, s. 226)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə