Rəbiüs-sani ayının 25-ci günü

Müaviyə ibn Yəzidin xəlifəlikdən xaric olması
Yəzid ibn Müaviyə hicri təqvimi ilə 64-cü ildə cəhənnəmə vasil olduqdan sonra  övladı Müaviyə onun yerinə oturdu. O, 40 gün keçdikdən sonra minbərə qalxıb xütbə oxudu. Atasının pis  və zalım bir adam kimi xatırladıb ona lənət etdi. Onun rəftar və yolundan uzaq oduğunu bildirdi. Bərk ağlayıb xəlifəlikdən çəkildi. Onun mibnərinin aşağı tərəfində oturan Mərvan ibn Həkəm qalxıb dedi: “Xəlifə olmaq istəmirsənsə xəlifəliyin işini şuraya tapşır. Necə ki, Ömər ibn Xəttab belə etdi.” O, dedi: “ Mən xəlifəliyin şirinliyini dadmamışam. Onun günahını necə boynnuma alım?! Müaviyə minbərdən ağağı düşdü, evin getdi. Həmişə  ağlayıb ah-zar edirdi. Nəhayət 25 və ya  bir nəzərə görə 40 gündən sonra öldü.
Diqqət olunası məsələ odur ki, bəzi şəxslər nəql edir ki, onu zəhərlədirlər və bu səbəbdən öldü. Vəlid ibn Utbə  ibn Əbi Süfyan xəlifəlik tamahında idi. Müaviyə ibn Yəzidin cənazəsi üstə gəlib ona namaz qılıb bədənini Dəməşqdə basdırdı. Beləliklə də səltənət Əbu Süfyan sülaləsindən Mərvan sülaləsinə keçdi.
(Təttimmətül-müntəha,s. 95).