Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Rəbiüs-sani Rəbiüs-sani ayının 8-ci günü

Rəbiüs-sani ayının 8-ci günü

İmam Həsən Əskərinin viladəti
Hicri təqvimi ilə 232 c- il, rəbiüs-sani ayının səkkizici günü, cümə, vilayətin on birinci parlaq ulduzu həzrət İmam Həsən Əskəri (ə) Mədinədə dünyaya göz açdı və aləmi camalının nuru ilə nurlandırıdı. Onun uca atası İmam Hadi (ə), əziz anası “Hüdəysə” və ya “Süsən” adlı təqvalı bir qadın idi. O dəyərli qadın yaxşı əməlli və islami baxışa sahib idi. Onun fəzilətini göstərmək üçün bu kifayət edir ki, İmam Həsən Əskərinin (ə) vəfatından sonra bir zaman bölümündə böhranlı bir vəziyyətdə şiələr ona söykəndi. (Ənvarün-nur: s. 151) O həzrətin şərif adı Həsən Künyəsi Əbu Məhəmməddir. Ləqəbləri:
Əl-Zəki, Əl-Samit, Əl-Rəfiq, Ən-Nəqi, Əl-Əskəri.
Şiələrin on birini İmamı abbas xəlifəsinin göstərişi ilə Samirada – əskərlərin və ordunun məskunlaşıb yaşadığı “Əskər” məhəlləsində yaşayırdı ki, bütünlüklə onun gəlib-dedənləri nəzarət altında olsun.  Bu minvalla o həzrət “Əskəri” ləqəbi ilə şöhrət qazandı. ( İləlüş-şərae: c.1, s. 230)
İslamın əziz Peyğəmbəri (s) “Əbi” hədisində İmam Həsən Əskərinin (s) fəziləti haqqında belə buyurub: “ Allah onu öz şəhərlərində Öz nuru və bütün yerinin üzərində Öz Xəlifəsi qərar verdi. Onu ümmətinin izzəti sərçeşməsi və şiələrinin hidayətçisi, Allah dərgahında şəfaətçi, müxaliflərin üçün əzab mənbəyi, dostları üçün höccət, onun imamlağına etiqad bəsləyən üçün höccət qərar verdi. (E`lamül-vəri: s. 380)
İmam Həsən Əskəri (ə) atasından sonra – 22 yaşında ikən imamlığı öhdəsinə aldı. İmam Hadi (ə), özündən sonra onun imamlığını bildirdiyi üçün  onun şəhadətindən sonra təqribən bütün şiələr o həzrətin imamlığını qəbul etdilər.
İmam Həsən Əskəri (ə), uca atası kimi dövrünün ən abid şəxsi idi. Hamıdan öncə Allaha ibadət edərdi. Məhəmməd Şakiri deyir: İmam səcdəyə gedər, mən isə yatardım və oyananda səcdədə görərdim. O həzrəti nə vaxt həbs etsəydilər, onun ibadəti həbsxana nəzarətçilərini öz təsiri altına salardı. O həzrətin ibadət və rəftarı onların xəcalət çəkməsinə səbəb olardı. (Dəlailül-İmamə, s. 227)
Tarixyazarlar o həzrəti elm və bilikdə zamanın ən biliklisi kimi tanıtdırıblar. Onun təkcə din əhkamına deyil, bütün elmlərdə  əsrinin yeganəsi olduğunda həmfikirdirlər.
Xristian həkimi Bəxişu`, öz şagirdi “Bətəriq”ə İmam Əskəri (ə) haqqında belə deyir: “ Bil ki, o, zəmanəmizin yer üzündə yaşayan ən bilikli şəxsidir.” (Əl-Xəraic vəl-cəraeh: c. 1, s. 432 – Biharülənvar: c. 50, s. 261)
(Vəqayeül-əyyam: s. 241)
Bunu da nəzərə almaq lazımdır ki, bəzi tarixyazarlar İmam Həsən Əskərinin (ə) təvəllüdünün rəbiüs-sani ayının 4-cü gününə digər bir qismi də 10-cu gününə təsadüf etdiyini də yazmışlar. (Vəqayeül-əyyam: s. 241).

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə