Rəbiüs-sani ayının 1-ci günü

Təvvabinin Kufədə əməvilərə qarşı qiyamı
Ürəkyaxan aşura hadisəsindən sonra Kufəlilərdən ibarət böyük bir qrup İmam Hüseynin (ə) şəhadətinin necəliyindən kədərlənib  həzrətə kömək etmədikləri üçün çox peşmanlıq hiss edirdilər. Onlar hicri təqvimi ilə 65-ci ilin rəbiüs-sani ayının əvvəlində Süleyman ibn Sərd Xəzai-nin başçılığı ilə (Əli ibn Əbu Talibin şiələridən biri və bütün mühariblərdə o həzrətin (mülazim) köməkçisi) İmam Hüseynin (ə) qanınının qisasını almaq üçün qiyam etdi. Onlar Kufədən xaric olduqdan sonra İmam Hüseynin (ə) məzarı üstə, Kəbə və Həcərül-əsvədin ətrafında toplandları kimi izdahmlı şəkildə toplandılar.  Vida zamanı hər kəs bir şeir oxuyub nalə edir, bu minvalla onlar imam Hüseynin intiqamını almaq və Şam ordusu ilə vuruşmaq üçün özlərini hazırlayırdırldar. Xəlifənin aparatı onların qiyamından xəbərdar oldu. Übeydüllahın odusunu gücləndirmək üçün Kufəyə çox sayda qoşun gödnərdi.  İbn  Ziyadın qoşunu Bağdadın şimalında yerləşən “Eynül-vird” adlı məntəqə onların qoşunu ilə döyüşə başladı. Təvvabn qoşunu öncə qələbələr əldə edirdi. Lakin çoxlu qoşunun göndərəliməsi və Şam orusunun çoxalması səbəbi ilə və döyüşlərin çoxluğu Təvvabibi məğlub olmağa yaxınlaşdırdı.  Onların komnadiri Süleyman ibn Sərd şəhid olduqdan sonra  onların ordusu dağıldı. Onlardan təkcə yaralı və yorğun 27 nəfər sağ qala bildilər. Qalanı hamılıqla şəhadətə çatdı. (Biharül-ənvar, c. 45, səh. 358).