Şn04202024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Doğrudurmu ?!

Doğrudurmu ?!

Bu toplanmış sualları, əhli-sünnə mədrəsəsinin tələbələrindən biri, xüsusi söhbətlər əsnasında, bəzən dərs zamanı  öz ustadından soruşub. Onlradan bəziləri cavabsız qalıb.
Onun dostlardan biri, cavablandırılması üçün böyük din xadimlərinə təqdim olunsun deyə o sualları məhdud nüsxələr şəklində toplayıb.
Sual verən şəxs dəfələrlə deyirmiş: "Ümid edirəm ki, məni bu suallara görə ittiham etməsinlər və ya məni qeyri islami yönə istiqamətləndiyimi güman etməsinlər. Həmişə öz məzhəbimin tərəfdarıyam . Müəllimlərimdən gözlədiyim budur ki, məni dərk etsinlər və şübhələrimi aradan qaldırsınlar."
O sualları xülasəsisini sizə təqdirm edirik:

1. Deyirlər "Əbu Bəkr xəlifəliyə icma tərəfidən seçilib," bu düzdürmü?  İmam ibn Həzm deyir: " Həzrət Əli və onun tərəfdarlarından hər kimin çıxarıldığı icmaya Allah lənət edir". Elə isə,  o zaman həzrət Əli və onun  tərəfdarları onların (o icmanın) arasında olmayıb və belə bir icmaya Allah lənət etmirmi? Doğrudurmu?

2. Deyirlər ki, Əbu Bəkrin xəlifəliyi nə şura, nə də müsəlmanların icması olmayıb. Təkcə, bir nəfərin – Ömər ibn Xəttabın (r.ə) işarəsi və rəyi ilə olub?! Heç bir vaxt xəlifə olmayan – islam şəhərləindən birinin müsəlmanlardan biri sayılan bir şəxsə müsəlmanların tabe olması vacib və lazım idi? Ona tabe olmayan nə üçün qanı hədər, (məhdurul-dəm)- sayılmalıdır? Bu bir nəfər, qiyamətədək bütün bəşəriyyətin qəyyumdurmu? Doğrudurmu?

Bir halda ki bizim alimlərimizdən -  Əbu Əli, Qurtəbi,  Məhyəddin kimi şəxslərdən bir çoxu, bunu  rədd edir və onu lazımlı bilmirlər?! Doğrudurmu?

3. Deyirlər, bütün ənsar, mühacirlərdən bir böyük qismi Əbu Bəkrə beyət olunmasına müxalif idi? Doğrudurmu?

Allahın Rəsulu (s) rehlət edən zaman ənsar bizim müxaliflətdə idi. Hamılıqla Bəni-Saidənin Səqifəsidə toplanmışdı. Həzrət Əli və onun tərəfdarları da bizimlə müxalif idi. Belə olduğu təqdirdə  necə iddia edə bilərki ki, Əbu Bəkrin xəlifəliyi icma və müsəlmanların həmrəyliyi ilə olub? Doğrudurmu?

4. Bizim məzhəbdə etimad olunan bəzi rəhbər, fəqih və hədisçilərimiz, İmam Zuhri dediyinə əsasən haramzadə əv vələdi-zinadırlar?! Doğrudurmu?

Mən bu məsələni İmam ibn Həzmin "Əl-məhəlli" kitabında gördüm və fikrə daldım ki, biz haramzadəninmi tərəfdarı olmalıyıq?! Onlar, vələdi-zina haqqına söz açır və onun camaat namazında başçılıq etməsini icazəli sayırlar. İmam Zəhəri nəql edir: Hərəm ibn Hisam atasınını ölümdün dörd il sonra dünyaya gəlib.Doğrudurmu?

İmam Malik, atasının ölümündən üç il sonra dünyaya gəlib,

İmam Şafei, atasının ölümündən dörd il sonra dünyaya gəlib. Bunlar düzdürmü?
5. Deyirlər, İmam Əbu Hənifə -bizim böyük imammız - öncə xristian imiş sonralar islamı qəbul edib. Xətib Bağdadi nəql edir: "Əbu Hənifən və atası xristian dünyaya gəliblər."  Doğrudurmu?
 
6. Deyirlər ki, həzrət Əli (ə) və Peyğəmbərin (s) əmisi Əbbas ibn Əbdülmütəllib, Əbu Bəkr (r) və Ömər ibn Xəttabın (r) hökumətini yalan, xəyanət, sədaqətsiz və günahkar hesab edirdilər. Ömürlərinin sonunadək nəzərləri belə olub. (Müslümün  "Səhih" kitabında da onların xain olması haqqında hədis də yazılıb). Doğrudurmu?

7. Deyirlər ki, Peyğəmbər (s) əhli-beytinin Əbu Bəkr və həzrət Ömərin hökümətinə qarşı nəzərləri bilinməsin deyə, Buxari, onların "xain, yalançı, ilqarsındıran və günahkar" olmasını bildirən sözlərinə daşıyan hədisi, yazdığı ktiabın dörd yerində dəyişib və onların yerinə "kəza və kəza" sözlərini əlavə edib. Doğrudurmu?

8.  Deyirlər ki, Buxari, hədisləri bəzi səhabələrin xeyrinə dəyişməkdə xüsusi məharətə sahibdir. Bəzi səhabələrin əxlaqsızlığından söz açan hədisləri dərhal senzora edib.
Müslüm ibn Cündəb barəsində olan hədisdə, və qarğışını senzora edib. Müslüm,  öz kitabının "alqı-satqı" bölümündə, şərabın alqı-satqısını, Ömər ibn Xəttabın (r) narazılığını və açıq-açkar "Səmərə" adını yerinə "Filan" kəlməsini yazıb. Doğrudurmu?

9. Deyirlər ki, həzrət Ömər ibn Xəttab, özünün islam dininə qail olmasına şübhə edirmiş və özünün münafiq olduğuna etiqad bəsləyirmiş. İmam Zəhəbinin "Tarix" kitabında, Hüzeyifə ibn İmandan acizanə soruşur: "Mən, münafiqlərdənəmmi, yoxsa elə deyil?" Doğrudurmu?

10. Deyirlər ki, Əbu Hənifədən daha alçaq və pis körpə islamda dünyaya gəlməyib. O, iki dəfə kafir olub və ona tövbə etdiriblər. (Buxari, bu məsələni öz kitabında yazıb). Elə isə onun kimi birini, necə öz məzhəbimizin İmamı qəbul edirik. Doğrudurmu?
11. Deyirlər ki, İmam Buxari, Nasibidir və Peyğməbərin (s) Əhli-beytinin düşmənlərindəndir. Nasibilərdən və həzrət Əliyə nalayiq sözlər deyənlərdən; həzrət Əliyə gündə 70 dəfə lənət göndərən Həriz ibn Osman Homsadan, Həsəneynə nalayiq sözlər deyən Söləbidən hədis nəql edir. (Həsəneyn,) Peyğəmbərin əhli-beyt olduğu halda onlara öz şeirlərində istehza edirdi. İmam Buxari özünün "Səhih" kitabında, həzrət Əliyinin (r) qatilinə ( etibar edərək ondan) hədis nəql edir. Lakin biz əhli-sünnəyə görə çox  möhtərəm və məqam sahibi olan İmam Cəfər ibn Məhəmməddən (r) bir dənə olsun belə hədis nəql etmir. Doğrudurmu?
13. Deyirlər ki, Peyğəmbər (s) vəhy gələn zaman, vəhy təxirə düşsəydi, Peyğəmbər intihar etmək və özünü qüllənin zirvəsindən atmaq istəyirdi və özünün peyğəmbər oldğuna şübhə edir və güman edirdi ki, vəhy (ünvanını dəyişərək) Ömər ibn Xəttabın evinə nəql olub. (Bu barədə olan hədisləri İmam Buxari öz kitabında yazıb).Doğrudurmu?
14. Deyirlər ki, biz yuxarıda deyilən şübhələri azaltmaq üçün onları  onları şiələr aid edir (nəuzubillah) – (və onların adına belə söz çıxarıb) deyir ki: Cəbrail, vəhyi nazil edərkən səhvə yol verdi. Onu, Əliyə (r) nazil etmək yerinə səhvən Peyğəmbərə nazil etdi. Lakin bu məsələni, ilk dəfə həzrət Əlinin (r) və onun şiələrinin düşmən və müxaliflərindən olan Amir Şöbi nəql edib və ibn Əbd Rəbbeh də ondan nəql edib. Doğrudurmu?
15. Deyirlər ki, həzrət ikinci xəlifə, özünün xəlifəliyi dövründə təyəmmümün hökmünü bilmirdi. Ondan biri soruşanda - "su olmayan yerdə cənabətin hökmü nədir?" – cavabında deyərmiş: "su tapınca namazı tərk et." İki ay belə su tapmasaydı həzrət xəlifə namaz qılmazdı. (İbn Nəsai). Doğrudurmu?
16. Deyirlər ki, biz əhli-sünnə Əbu Bəkri Peyğəmbərdən üstün bilirik.  Bir qadın Peyğəmbərin yanına gəlib dedi ki, yuxuda gördüm ki, evimizdə olan bir ağac sındı.Peyğəmbər buyurdu ki, ərin öləcək. O, narahat olub Peyğəmbərin hüzurundan çıxıb getdi. Yolda, Əbu Bəkrlə rastlaşdı və yununu ona danışdı. Əbu Bəkr dedi: Ərin səfərdən gələcək. Elə də oldu. O qadın gileylənmək üçün Peyğəmbərin yanına gəlib etiraz etdi. Birdən Cəbrail nazil olub dedi ki, Allah Əbu Bəkr Siddiqin dilinə yalan söz gəlsməsindən xəcalət çəkir və onun şəxsiyyəti heç vəchlə kiçilməməlidir. (Ona görə onun dediyini yerinə yetirib). Doğrudurmu?
17. Deyirlər ki, Peyğəmbərin Əbu Bəkri Siddiq və Öməri Faruğ adlandırması haqqında Peyğəmbərdən (s) bir səhih hədis yoxdur. Olan hədislər isə həzrət Əli haqqındadır. Doğrudurmu?
18. Deyirlər ki, Əbu Hüreyrə oğru olub. Beytül-maldan çoxlu mal oğrulayıb. Ömər ibn Xəttab ona deyib ki, "Ey Allahın və Onun kitabının düşməni! Allahın malını oğurladın!"  Doğrudurmu?
19. Deyirlər ki, Ömər ibn Xəttabın , həzrət Əlinin qızı Ümm Gülsümlə evlənməsi yalan və əfsanədir.
Birincisi; Bizim "Sihahi-sittə"-də (yeddi Səhih kitablarımızın heç birində müfəssəl) bu barədə söz açılmayıb Doğrudurmu?
İkincisi; Bəzi islam təhqiqatçıları dediyinə əsasən həzrət Əlinin (ə) Ümm Gülsüm adında qızı olmayıb.
Üçüncüsü; Bənzər adlar səhv salınıb. Əbu Bəkrin Ümm Gülsüm adlı qızı olub və Ömər ona elçi olub. Öncə razılaşsalar da, sonradan Aişənin narazılığı ilə nigah baş tutmayıb. Doğrudurmu?
Dördücnüsü; Ömər, Ümm Gülsüm adında bir qadınla evlənib. O, Übeydullah ibn Ömər anası Cərulun qızı Ümm Gülsümdür.
Beşincisi; Tarixi həqiqətlər bu hadisənin yalan olmasını isbatlayır. Deyirlər ki, Ömərin (r) ölümündən sonra Məhəmməd ibn Cəfər onunla evlənib. Bir halda ki: (O zaman,) Tarixdə bu iki qardaşın "Təstər" döyüşündə şəhadətə çatdığı yazılıb.
Altıncısı; İddia edirlər ki, bu iki qardaşdan sonra onların üçüncü qardaşı – Übeydullah ibn Cəfər - onunla evlənib. O isə əslində həzrət Zeynəblə evlənmişdi- o odluğu halda – iki qızı birlikdəmi almışdı? Doğrudurmu?
20. Deyirlər ki, İmam Buxari buyurub: Əgər, iki yeni doğulmuş körpə bir inək və keçinin südündən qidalansalar, süd bacı-qardaşı olacaqlar və beləliklə də bir-birlərinə haram olacaqlar və evlənə bilməzlər. Çünki bir  yerdən süd yeyiblər. Əgər belə olsa çox sayda insanlar bir-birilə bacı-qardaş olurlar. Doğrudurmu?
21. Uşaqların -  peyğəmbərin adlarından biri olan "Məhəmməd " adı ilə adlandırılması qadağan və haramdırmı? Elə isə nə üçün Ömər Kufəyə yazdığı bir məktubda peyğəmbərin adı ilə kimsənin adlanmasını qadağan edib? Mədinədə də göstəriş vermişdi ki, hər kəsin adı Məhəmməddirsə gərək onu dəyişsin.
Bəni-Üməyyənin Əli adlı şəxsləri öldürməsi, Məhəmməd adını qadağan etməsi bir-birini tamamlayan-  bir şüardan gələn mesaj və addımlar deyilmi? Bir müştərək hədəfə xidmət etmirmi? Doğrudurmu?
22. Həzrət Əlinin (r) fəzilətlərini demək yasaqmı idi? Onu söymək, nalayiq sözlər demək azad və hökümət də buna  şövqmü edirdi? Nə üçün və hansı hədəflə? Həqiqətən də Əlinin adını və fəzilətlərini demək edam kimi ağır cəza ilə nəticələnirdi?
Səhabələrdən Əbdüllah ibn Şəddad deyir: Arzu edirəm ki, mənə icazə versinlər bir sübh günortayadək Əlinin fəzilətləridən danışım və sonra məni edam etsinlər.
(İmam Zəhəbi, bunu nəql edib). Doğrudurmu?
23. Deyirlər ki, Bəni-Üməyyə höküməti "Əli" adı ilə müxalif idi. Hər kəs öz uşağına o adla adlandırsaydı onu öldürürdülər. Belə ki, Rəbbah kimi şəxsiyyət öz uşağının adını qorxudan "Ulu" adı ilə dəyişdi. El isə nə üçün biz qana həris zalım höküməti müdafiə edirik?
24. Deyirlər Əbu Hüreyrə beş min hədisi rəvayət edib. Təkcə İmam Buxari ondan dörd yüz hədis nəql edib. Həzrət Əli bu şəxsi təsdiq etmirdi. Əbu Hənifə deyir: "Əbu Hüreyrə istisna olmaqla bütün səhabə adildir."
Həzrət Əli onu belə inkar edərmiş: " Peyğəmbər nə zaman sənin dostun olub?"
25. Peyğəmbərə (s) vəhy nazil olanda şeytan ona təsir edir – ona bəzi məsələri təlqin edirdi. Peyğəmbər (s) də güman edirdi ki, onlar vəhydir.  Lakin Allah onları üzə çıxarıb batil edirdi.Doğrudurmu?
Buxari, "Həcc" surəsinin təfsirində ibn Abbasdan nəql edir; (ona əsasən) ayənin təfsirində yazılır:
a.    Şeytan məcbur etdi ki, Peyğəmbər bir məsələni qeyri-ixtiyari desin!!
b.    Mürgüləyərkən və ya yuxuya gedərkən peyğəmbərin dilinə ixtiyarsız nəsə sözlər gəlirdi. Doğrudurmu?
26. Deyirlər ki, Müaviyənin fəzilətlərini bildirən hədislərin heç biri səhih deyil. Bu həqiqəti biz əhli-sünnənin böyükləri də təsdiq edir. (Məsələn: İbn Teymiyyə, Eyni, İbn Hicr və Firuzabadı " Səfərüs-səadə" kitabında və sair...) Doğrudurmu?
27. Biz  hansı dəlilə əsasən xalçanın (fərşin) üstünə səcdə eidirik? Bir halda ki, Peyğəmbər (s) və səhabə yerin, (xomrənin) daş parçasının qumun və toprağın üzərinə səcdə edirdilər?
28. İmam Buxari, "Qədir" hədisini gizlədib- (əsaslandığı tarixi sənədin səhih və təvatör hədis olduğu baxımından) onu öz  kitabında yazmayıb. O isə, ona bəslədiyini kin və düşmənliyə görə olub.
Bir halda ki, bizim alimlərimiz onun səhih olmasına etiraf edib. (İbn Həcər, Termizi, Nəsai, Əhməd ibn Hənbəl və s.) Doğrudurmu?
29. Deyirlər ki, Ömər ibn Xəttab ədəbsiz şəxs olub. Peyğəmbər (s) və onun qızını (s.ə) çağırarkən ədəbsiz sözlərdən istifadə edərdi. Ona görə də biz əhli-sünnə böyükləri onun bu hərəkətindən narahat olub onu " Ənuk" yəni  axmaq adlandırırdılar.  Bunu İmam Zəhəbi, İmam Əbdür-Rəzzaqdan nəql edib. Zeyd ibn Mübarək deyir: Əbdür-rəzzaqın yanında idim. Malik ibn Ovs –dan bir hədis oxundu: - Ömər, Əbbas və Əliyə xitab edib dedi: Ey Əbbas sən gəlmisən ki, qardaşın oğlunun mirasini aparasan. Əli isə öz arvadının mirasını aparmağa gəlib.
Əbdür-rəzzaq deyir:  Baxın, bu axmaq – yəni, həzrət Ömər- necə də ədəbsiz danışır. Rəsullah  səlləllahu ələyhi və alih demir. Doğrudurmu?
30.  Deyirlər Müaviyə islam dinində dünyadan getməyib. Biz əhli-sünnənin,  Həmmani kimi böyük hədisçiləri onu  qeyri-müsəlman  sayıb. Əbdür-Rəzzaq və Hakim Nişavuri isə, onu "bərk qəzəbə gəlmiş" qələmə veriblər.Bunlar doğrudurmu?

http://www.sibtayn.com/az
 
Oxucuların nəzərinə çatırırırıq  ki, yazının farsca olan mətnində 100 sayda sual var. Biz, yalnız onların arasından daha sadə gözə çarpan 30 sualı tərcümə etmişik. Hər bir sual kitab və faklara əsaslanır. Maraqlanmaq istəyənlər saytmızın ünvanına müraciət edə bilərlər.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə