Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Kazım (ə) Məqalələr İmam Kazim əleyhissəlamın dövründə xilafətin gördüyü çirkin işlər

İmam Kazim əleyhissəlamın dövründə xilafətin gördüyü çirkin işlər

Çirkin nəticələri İslam məmləkətinin hər yerinə ziyan vurmuş Mənsurun xəlifəlik dövrü, onun ölümü ilə başa çatır və camaat iyirmi iki il əzab-əziyyətə qatlaşdıqdan sonra rahat nəfəs almağa başlayır.

(Üsuli-kafi, c. 1, səh. 310-311; Biharül-ənvar, c. 47, səh. 3; E`lamül-vəra, səh. 299.
İrşad, səh. 304-306; Biharül-ənvar, c. 47, səh. 253. c. 48, səh. 16-17.
Əl-ənvarül-bəhiyyə, səh.170.
Müxtəsəri-tarixil-ərəb, səh.209.)
Kazim ərəb dilində “qəzəbini boğan” deməkdir.
Əs-səvaiqül-mühriqə, səh.203.
Mənsur öldükdən sonra onun Məhdi adı ilə tanınmış oğlu Məhəmməd hakimiyyət başına gəlir. Məhdi ilk xəlifəlik çağlarında camaatın gur alqışları ilə üzləşdi. Çünki o hakmiyyətə gəldiyi ilk vaxtda “Yaşıl bağ”da camaat qarşısında ümumi əfv etmə (amnistiya) qərarı çıxarıb bütün siyasi məhbusları (istər Bəni-Haşimdən olsun istərsə də qeyri Bəni-Haşimdən) azad edərək camaatın əzab-əziyyətinə və qırğınına son qoydu. Həmçinin, atası Mənsurun camaatdan müsadirə etdiyi daşınan və daşınmaz əmlakı öz sahiblərinə qaytardı və beytül-maldan olan gəlirin əksəriyyətini camaat arasında bölüşdürdü.
Görkəmli tarixçi Məsudinin yazdığına əsasən, Mənsurun camaatdan zorla topladığı əmlakın dəyəri altı yüz milyon dirhəm və on dörd milyon dinar idi. Bu məbləğ Mənsurun xəlifə olduğu müddətdə yığdığı torpaq vergisi və kəndlilərdən aldığı vergidən əlavə idi. Yığılan bu əmlak Mənsurun əmrinə əsasən, “məzlumların beytül-malı” adı ilə xüsusi yerdə saxlanıldığından və hər əmlakın üstündə onun sahibinin adı yazıldığından Məhdi onların hamısını ayırıb öz sahiblərinə ya da onların varislərinə qaytardı.Məhdinin belə bir addım atmasından məqsəd bəlkə də, bu olmuşdur ki hakimiyyət başına gələrkən Ələvilərin (Əli əleyhissəlamın nəslindən olanların) təcavüzkar hakimlərə qarşı etdikləri etirazların qarşısını alıb nisbi sakitlik yaratsın. Bir sözlə, bu azadlıq əmniyyət və iqtisadi rifah cəmiyyətdəki müxtəlif dəstələrin razılığına səbəb olaraq ictimai və iqtisadi həyatda yeni bir mərhələ açır. Təbii ki əgər bu iş beləcə davam etsəydi bir çox parlaq nəticələr verərdi ancaq təəssüflər olsun ki çox çəkmədi ki, proqram dəyişdi və yeni xəlifə özünün həqiqi simasını göstərdi. Beləliklə də, ötən xəlifələrin İslama zidd olan hərəkətləri yenidən icra olunmağa başladı.
Fəsad və əyyaşlıq mərkəzi
Məhdi xəlifə olduğu ilk vaxtlarda daşürəkli və düşüncəsiz Mənsurun saraya cəlb etdiyi sarayda əsasən, eyş-işrət işlərinə baxan pozğun ünsürlərin saraya girməsinə yol vermir və eyş-işrətə yaxın düşmürdü. Ancaq bir il keçdikdən sonra tutduğu mövqeyi dəyişib eyş-işrət məclisləri təşkil edərək pozğun ünsürlərə xüsusi qayğı göstərməyə başlayır. Xeyirxah ağıllı və xoş niyyətli olan adamlar Məhdiyə bu işin pis və acınacaqlı sonuclarla nəticələnəcəyini desələr də, bu onda heç bir təsir bağışlamır. Məhdi onların cavabında deyir: “İnsanın o vaxtı xoşdur ki kef-damağla keçsin nədim adamlarsız həyat mənə şirin gəlmir.”
O bu işə o qədər ifratla yanaşırdı ki hətta öz ağıllı və fəzilətli vəziri Yəqub ibn Davudun nəsihətlərinə belə qulaq asmırdı. Dövlət işlərində Yəqubun sözlərindən bir addım da kənara çıxmayıb onun dediklərini yüz faiz dəqiqliklə yerinə yetirən Məhdi eyş-işrətdən söz düşdükdə, Yəqubun məntiqi və qərəzsiz deyilən sözlərinə qulaq asmırdı.
Xilafət sarayının və eləcə də, xəlifənin pozğunçuluq eyş-işrətlə gün keçirməsindən ciddi narahat olan Yəqub Məhdinin ətrafındakılarının İslam hökuməti sarayında və xəlifənin hüzurunda kef məclisləri təşkil etmələrini müşahidə etdikdə deyirdi: “Bu işlərdən ötrü məni vəzir təyin edib buraya qoymusan? Gündə beş dəfə cami məscidində (mərkəz məscidində) camaat namazı qıldıqdan sonra şərab süfrəsinin başında oturmağın düzgündürmü?” Müsəlmanların beytül-malı hesabına kef məclisləri keçirməyə adət etmiş pozğun nədim adamlar Yəqubun bu sözlərinə istehza edib Məhdini badə qaldırmağa cəlb edərək bəzi vaxtlar şerlə deyirdilər ki Yəqubun sözlərini qulaq ardına vur və gözəl şərabla kefini kökəlt.
(Tarixi-Yəqubi, c.3, səh.132.
Müxtəsərü-tarixil-ərəb, səh.213.
Tarixül xüləfa, səh.277.
Əl-Kamilu fit-tarix, c.6, səh.73.)
Məhdinin belə mövqe tutması İslam cəmiyyətində pozğunluq və əxlaqsızlığın artmasına səbəb olur Bəşşar kimi şairlərin kef haqqında dedikləri ədəb pərdəsini qırmış şer və qəzəlləri ağızdan-ağıza gəzir və iffət paklıq xırmanına od vurub yandırırdı. Bunun nəticəsində də hər tərəfdən qeyrətli insanların etiraz sədaları ucalmağa başlayırdı.
Başı öz kefinə qarışan xəlifə camaatın vəziyyətindən tamam xəbərsiz oldu. Bunun nəticəsində də, fəsad rüşvətxorluq baş alıb getdi vergi müffəttişləri camaatı həddən artıq sıxışdırmağa başladılar. Xəlifənin özü də, camaatı sıxışdırmağa başlayaraq ilk dəfə olaraq Bağdad bazarlarına vergi qoyur. Əkinçilərin vəziyyəti olduqca ağırlaşır və çətinlik hamını hiddətə gətirir.Həzrət Əli əleyhissəlamın nəslindən olanlara qarşı həddən artıq təzyiqlər
Məhdinin rəftarı atası Mənsurdan müxtəlif cəhətlərə görə fərqlənirdi. Ancaq onların hər ikisinin müştərək bir cəhəti var idi ki o da hər ikisinin Ələvilərə (Əli əleyhissəlamın nəslindən olanlara) qarşı həddən artıq təzyiq göstərməsi idi. Məhdi də Mənsur kimi Bəni-Haşimə qarşı olunan təzyiqlərdə əlindən gələni əsirgəmir hətta bəzi vaxtlar onları Mənsurdan da çox təzyiqlərə məruz qoyurdu. Əli əleyhissəlamın övladlarını hər an öz hökuməti üçün təhlükə hesab edən Məhdi onların başçılığı ilə olan hər hansı bir etirazın qarşısını almağa çılışırdı. O şiəçiliyə yönəlmə və Ələvi rəhbərləri ilə həmkarlıq etməyə qarşı ciddi mübarizə aparırdı. Tarixçilər yazırlar: “Qasim ibn Məcaşi Təmimi ölərkən bir vəsiyyətnamə yazıb xəlifəyə izmalatdırmaq üçün Məhdinin yanına göndərir. Məhdi vəsiyyətnaməni oxumağa başlayır. Elə ki Qasimin Allahın təkliyinə və İslam Peyğəmbərinin Peyğəmbərliyinə etirafından sonra Əli əleyhissəlamı İmam və Peyğəmbərin (səlləllahu əleyhi və alih) canişini kimi tanıması cümləsinə çatır vəsiyyətnaməni yerə tullayıb onu axıra qədər oxumur...
Hadi Abbasi
Hicrətin yüz altımış doqquzuncu ili İslam tarixi üçün böhranlı qaranlıq qeyri-sabit və qəmli bir il olmuşdur. Çünki həmin il Məhdi Abbasinin ölümündən sonra onun kefcil xam və məğrur oğlu Hadi Abbasi hakimiyyətə gəlir. Onun hakimiyyət dövrü İslam cəmiyyəti üçün baha başa gələn acı hadisələr dövrü olmuşdur.
Hadinin atasının yerinə keçməsi heç də təzə məsələ deyildi. Çünki hələ uzun müddət ondan əvvəl İslam hökuməti zalım xəlifələr tərəfindən irsi rejimi (mütləq monarxiya) şəklinə düşərək Əməvi və Abbasi xəlifələri arasında fırlanmış camaatın acı və məcburi sükutunu ardınca daşıyan hakimiyyətin bu yolla dəyişilməsi adi bir hala çevrilmişdi. Təkcə təzə olan bir məsələ müsəlmanların taleyinin Hadi kimi xam səlahiyyətsiz və kefli bir gənc adama tapşırılması idi. O hakimiyyət başına gələrkən hələ iyirmi beş yaşı tamam olmamış20 çox məsuliyyətli xəlifəlik və İslam məmləkətinin idarəçilik məqamını ələ keçirməyə qətiyyən səlahiyyəti yox idi. O şərabxor dardüşüncəli laqeyd bir gənc olduğuna görə hakimiyyətə gəldikdən sonra da, qabaqkı işlərini tərk etmədi. O hətta xəlifəliyin zahiri qayda-qanunlarına da əməl etmirdi.21 Üstəlik daşürəkli tərbiyəsiz əzazil və nadürüst adam idi.
Hadi Abbasilər sarayının pozğun mühitində tərbiyə almış və belə bir özünüsevər zalım və mənəm-mənəm deyən rejimin “südünü əmmiş”di. Belə tərbiyə nəticəsində əgər xəlifəlik məqamı ona çatmasaydı o da fikri-zikri ancaq kef ardınca olan mənəm-mənəm deyən lakin kütbeyin gənclərin sırasında olardı.
Eyş-işrət məclisləri
Hadi atasının hakimiyyəti dövründə qardaşı Harunla birgə bəzi xanəndələri müsəlmanların beytül-malı hesabına təşkil etdiyi eyş-işrət məclislərinə çağırtdıraraq şərab içmək və kef çəkib əylənməklə məşğul olurdular. O bu işdə o qədər ifrata varmışdı ki bəzi vaxtlar atası Məhdi buna dözə bilməyib Hadinin xoşladığı xanəndələri danlayırdı.23 Hətta bir dəfə o dövrün məşhur xanəndəsi İbrahim Muselini Hadinin məclisində iştirak etməkdən çəkindirmiş Hadi israr etdikdə, İbrahimi tutub həbs etdirmişdi.24 Atasının hakimiyyəti dövründə bəzi vaxtlar pis hərəkətlərinə görə atasının müxalifətçiliyi ilə üzləşən Hadi hakimiyyətə gəldikdən sonra açıq-aşkar əyyaşlıq edir və müsəlmanların ümumi beytül-malını gecələr eyş-işrət məclislərinə sərf etməyə başlayır. Tarixçilərin dediyinə görə, Hadi, İbrahim Muselini saraya dəvət edərək saatlarla“Bəqərə” surəsi, ayə 219.
Ola bilsin Məhdinin bu cür deməkdən məqsədi bu olub kik Bəni–Haşimlə Bəni–Abbas arasındakı qohumluq nəticəsində imam Kazim əleyhissəlamın bu elmi onun üçün də fəxrdir.
Əl-Furuu min əl-kafi, c.6, səh.406. Sünnilər şiələri rafizi adlandırdığı üçün Məhdi də Əli ibn Yəqtinə belə deyir.
(Mürucuz-zəhəb, c.3, səh.324.
Yenə orada, səh.325.
Tarixül-xüləfa, səh.279.
Əl-Kamilu fit-tarix, c.6, səh.102.
Əl-Əğani, c.5, səh.160.)
onun mahnılarına qulaq asardı. Hadi, İbrahimi çox istədiyindən ona həddən artıq pul mal-dövlət vermişdi. Hətta bir dəfə İbrahim xəlifədən yüz əlli min dinar pul almışdı. İbrahimin oğlu deyirdi: “Əgər Hadi bundan çox yaşasaydı biz evimizin divarlarını da qızıl-gümüşdən düzəltdirərdik.”25 Bir gün İbrahim Museli Hadi üçün bir neçə mahnı oxuyub onu bərk həyəcanlandırdı. Hadi onu alqışlayıb mahnını bir neçə dəfə təkrar etməsini istədi. Məclis qurtardıqdan sonra Hadi xidmətçilərdən birinə dedi ki İbrahimi beytül-malın xəzinəsinə aparsın o (müsəlmanların ümumi malından) nə qədər istəsə götürsün əgər bütün beytül-malı götürmək istəsə də, onu azad buraxsın.
İbrahim deyir ki mən beytül-malın xəzinəsinə girib yalnız əlli min dinar pul götürdüm.26
Hadinin bu cür hərəkətlərindən məlum idi ki o ağır məsuliyyəti olan İslam cəmiyyətini idarə etməyin öhdəsindən gəlməyəcək. Məhz buna görə də, onun hakimiyyəti dövründə əvvəl-əvvəl bir az sakit olan və bütün vilayətləri mərkəzi hökumətə tabe olan İslam məmləkəti, Hadinin alçaq və şəriətdən kənar hərəkətləri nəticəsində əxlaqsızlıq və pozğunluqlara məruz qaldığı üçün nəhayət, hər tərəfdən ümumi etiraz sədaları ucalmağa başlayır. Düzdür bu etirazlara bir çox amillər səbəb olmuşdu lakin camaatın etirazına səbəb olan ən əsas amil Hadinin Bəni-Haşim və Əli əleyhissəlamın övladlarına qarşı ciddi təzyiqi idi. O elə hakimiyyətə gəldiyi ilk çağlardan Bəni-Haşimdən olanları ciddi təzyiqlərə məruz qoyub atası Məhdinin dövründən onlar üçün beytül-maldan ayrılmış hüququ kəsdi. Həmçinin, onları təqib edərək onlarda bərk qorxu yaratmış və əmr vermişdi ki onları harada tutsalar, Bağdada göndərsinlər.

Harun ər-Rəşidin dövrü

Əsrlərlə İslam adı altında müsəlmanlara hakim kəsilmiş Əməvi və Abbasi xəlifələri öz hakimiyyət dayaqlarını möhkəmlətmək və camaat arasında nüfuzlarını artırmaq üçün qəlblərə mənəvi nüfuz tapıb camaatın yanında etimadlarını doğrultmaq fikrində idilər ki, bəlkə bu yolla müsəlmanlar onların hakimiyyətini sidq ürəkdən qəbul edib onlara itaət etməyi özlərinə şəri bir vəzifə bilsinlər. Əqidə, zor gücü ilə yaradılası yaxud da aradan aparılası bir şey olmadığından, onlar mənəvi nüfuz tapmaq üçün aldadıcı yollardan istifadə etmək məcburiyyətində qalmışdılar.Bu sahədə zahiri nöqteyi-nəzərdən Abbasilərin bəxtləri gətirmiş və əllərində bir bəhanələri var idi ki bu da onları Əməvilərdən tamamilə fərqləndirirdi. O da onların İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) ilə olan qohumluq əlaqələri idi. İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) əmisinin (Abbas ibn Əbdülmüttəlibin) nəslindən olan Bəni-Abbas sülaləsi Peyğəmbərlə (səlləllahu əleyhi və alih) olan qohumluqlarından təbliğ cəhətində istifadə edib özlərini xəlifəlik məqamının varisi hesab edirdilər. Buna baxmayaraq, onların bu qədər apardığı təbliğat şiə məzhəbinin pak İmamları qarşısında çox təsirsiz idi. Çünki əvvəla, xəlifəlik məsələsində varis olmaq məsələsi nəzərə alınmır və ən əsas şey rəhbər və xəlifənin öz səlahiyyəti paklığı və əzəmətidir. İkincisi, lap xəlifəlik mövzusunda varis olmaq nəzərə alınsa da, yenə Əli əleyhissəlamın övladları hamıdan üstündürlər. Çünki onlar Peyğəmbərə (səlləllahu əleyhi və alih) daha yaxın olublar. Həm şəxsi ləyaqətləri olan həm də Peyğəmbərə (səlləllahu əleyhi və alih) daha yaxın olan şiənin məsum İmamları həmişə camaatın nəzərində olmuş camaat daima onlara hörmət etmişdir. Əməvi və Abbasi xəlifələrinin mənəvi nüfuz tapmaları üçün apardıqları səylərə baxmayaraq, tarix göstərmişdir ki ümumi məhəbbətin ölçüsü həmişə İmamların tərəfində olmuşdur.Qəlblərə hakim olmaq
Bu məsələ Abbasi xəlifələri arasında hamıdan çox Harun ər-Rəşidin dövründə özünü göstərmişdir. Hökumət dairəsinin bu qədər genişliyi və həmçinin, imkanlarının çox

(Biharül-ənvar, c.48. səh.169.
Biharül-ənvar, c.48. səh.151.)

olmasına baxmayaraq, qəlblərin hələ də, İmam Museyi-Kazim əleyhissəlamla olmasını bilən Harun bu məsələdən çox narahat olur və o Həzrətin mənəvi nüfuzunun azalması üçün gizli hiylələrini işə salırdı. “Camaat öz xüms-zəkatını gizli şəkildə Musa ibn Cəfər əleyhissəlama verir və bu hərəkət ilə həqiqətdə onun xəlifə olduğunu rəsmiyyətlə tanımış Abbasi hökumətini isə qeyri-qanuni hökumət bilir” - xəbərinin hər gün Haruna çatdırılması onun üçün dözülməz idi. Elə buna görə də, Harun bir dəfə İmam Kazim əleyhissəlamı Kəbənin kənarında gördükdə, ona deyir: “Camaatın gizlicə beyət edib rəhbər bildikləri şəxs sənsən?” İmam Kazim (əleyhissəlam) buyurdu: “Mən camaatın qəlb və ruhuna hakiməm sən isə onların quru bədənlərinə hakimsən.

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə