Cm.ax04182024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Peyğəmbər övladı kimdir?

Harun Peyğəmbərlə (səlləllahu əleyhi və alih) olan qohumluq əlaqəsinə açıq-aşkar arxalanıb yeri gəldikcə ondan istifadə edirdi. Bəni-Abbas sülaləsi Peyğəmbərlə (səlləllahu əleyhi və alih) olan qohumluqlarından təbliğ cəhətində istifadə edib özlərini xəlifəlik məqamının varisi hesab edirdilər  O bir gün Mədinə şəhərinə gəlib Peyğəmbər (səlləllahu əleyhi və alih) məzarının ziyarətinə gedir. Orada Qüreyş və digər qəbilələrdən çoxlu sayda adam toplaşmışdı. Harun Peyğəmbərin (səlləllahu əleyhi və alih) hərəminə çatdıqda, üzünü o Həzrətin müqəddəs məzarına tutub dedi: “Salam olsun sənə, ey Allahın Peyğəmbəri! Salam olsun sənə, ey əmi oğlu!” O, camaatın arasında Peyğəmbərlə (səlləllahu əleyhi və alih) əmioğlu olduğunu camaata eşitdirib bilərəkdən bununla fəxr edir və istəyirdi ki qoy camaat xəlifənin Peyğəmbərlə (səlləllahu əleyhi və alih) əmioğlu olduğunu bilsin. Bu zaman camaatın arasında olan İmam Kazim (əleyhissəlam) Harunun bu fikrini başa düşüb Peyğəmbərin (səlləllahu əleyhi və alih) qəbrinə yaxınlaşaraq uca səslə buyurur: “Salam olsun sənə, ey Allahın Peyğəmbəri! Salam olsun sənə, ey ata!” Harun bu sözdən bərk qəzəbləndi. Belə ki rəngi dəyişib ixtiyarsız olaraq dedi: “Doğrudan da bu bir şərəfdir.”O təkcə Peyğəmbərlə (səlləllahu əleyhi və alih) olan qohumluq əlaqəsini camaata çatdırmaqla kifayətlənmir üstəlik İmamların Peyğəmbər (səlləllahu əleyhi və alih) övladı olmalarını da, bir vasitə ilə inkar etmək istəyirdi. O bir gün İmam Kazim əleyhissəlama dedi: “Siz Əlinin övladları olduğunuz bir halda, nəyə görə Peyğəmbər (səlləllahu əleyhi və alih) övladı olduğunuzu iddia edirsiniz? Çünki hər bir şəxs ana babasına deyil ata babasına nisbət verilir.” İmam Kazim (əleyhissəlam) onun cavabında aşağıdakı ayəni qiraət etdi: “Biz İshaqı və Yəqubu ona əta etdik. Onların hər birini hidayətə peyğəmbərliyə çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu Süleymanı Əyyubu Yusifi Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri yaxşılıq edənləri belə mükafatlandırırıq. Zəkəriyyanı Yəhyanı İsanı İlyası da hidayətə çatdırdıq. Onların hamısı əməlisalehlərdən idi.” 37İmam Kazim (əleyhissəlam) sonra əlavə edib buyurdu: “Bu ayədə İsa (əleyhissəlam) keçmiş böyük peyğəmbərlərin övladlarından hesab olunub halbuki, onun atası olmamış və yalnız anası Məryəmin vasitəsilə peyğəmbərlərə qohumluq əlaqəsi çatır. Deməli bu ayəyə əsasən, qız tərəfdən olan uşaqlar da övlad sayılır. Biz də anamız Fatimə vasitəsilə Peyğəmbərin (səlləllahu əleyhi və alih) övladları hesab olunuruq.Harunun belə məntiqi bir sübutun qarşısında sükut etməkdən başqa çarəsi qalmadı.
İmam Kazim əleyhissəlamın Harunla buna bənzər başqa bir ətraflı mübahisəsində Harun o Həzrətə deyir ki nəyə görə sizi Əli əleyhissəlamın övladları yox Peyğəmbərin (səlləllahu əleyhi və alih) övladları adlandırırlar? İmam Kazim (əleyhissəlam) onun
cavabında buyurur: “Əgər Peyğəmbər (səlləllahu əleyhi və alih) dirilib sənin qızınla evlənmək istəsə qızını ona verərsənmi?” Harun dedi: “Nə təkcə qızımı verərəm hələ üstəlik bu qohumluğu bütün ərəb və qeyri-ərəb arasında özümə böyük bir fəxr bilərəm.”
(Əs-Səvaiqül-mühriqə, səh.204.
Əl-İrşad, səh.298.
“Ənam” surəsi, ayə 84-85.
Nurul-əbsar, səh.149.)
İmam Kazim (əleyhissəlam): - “Ancaq bu məsələ mənə aid edilə bilməz. Nə Peyğəmbər mənim qızımı istəməz nə də mən qızımı ona vermərəm.
”Harun:- “Nəyə görə?”
İmam Kazim (əleyhissəlam): “Çünki mən özüm onun nəslindənəm və bu evlənmə haramdır. Ancaq sən onun nəslindən deyilsən.”
Harun: “Afərin tamamilə doğrudur!”

Bu saray kimindir?

Bir gün İmam Kazim (əleyhissəlam) Harunun Bağdaddakı böyük və təm-təraqlı saraylarından birinə daxil olur. Öz qüdrət və hökumətinə uymuş Harun sarayını göstərərək təkəbbürlə soruşdu: “Bu saray kimindir?” Harunun bu cür deməkdən məqsədi qüdrət və imkanatını İmama göstərmək idi. İmam Kazim (əleyhissəlam) Harunun bər-bəzəkli sarayına heç bir əhəmiyyət vermədən son dərəcə cəsarətlə buyurdu: “Bu ev fasiqlərin evidir. Hansı ki Allah-taala onların haqqında buyurur: “Yer üzündə haqsız yerə layiq olmadıqları halda təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam mane olacağam. Onlar nə möcüzə görsələr ona inanmazlar. Onlar haqq yolu görsələr onu qəbul etməz azğınlıq yolunu görsələr onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır.” Harun bu cavabdan bərk narahat olub öz qəzəbini güclə boğub qızarmış halda soruşdu: “Onda bu ev kimindir?” İmam Kazim (əleyhissəlam) buyurdu: “(Əgər həqiqəti bilmək istəyirsənsə) bu ev bizim şiələrimizindir ancaq başqaları zorla onu qəsb edib sahibi olmuşlar.”
Harun: “Əgər bu ev şiələrindirsə bəs, onda nə üçün evin (əsl) sahibi onu tələb etmir?”
İmam Kazim (əleyhissəlam):“ Bu ev əsl sahibindən abadlıq dövründə alınmışdır indi onun sahibi nə vaxt onu abad etmək iqtidarında olsa onu yenidən geri alacaq.”
Harun – neçəüzlü insan
Hər bir insanın əxlaqi dəyərlər və düşüncə tərzi cəhətindən özünəməxsus mövqeyi vardır. Onun əxlaqi xüsusiyyətlər və rəftarı özünəməxsus siması kimi müəyyən bir şəxsin rəftarından xəbər verir. Ancaq bir sıra insanlar vardır ki tərbiyə çatışmazlığı və ya başqa səbəblər üzündən ruhi ziddiyyətə malik olub öz şəxsiyyət və təfəkküründə bəzi uyuğunsuzluqlar yaradır. Bu cür şəxslər şəxsiyyət baxımından heç də təkşəxsiyyətli adamlar deyillər əksinə onlar iki şəxsiyyətli ikiüzlü və hətta bir neçə şəxsiyyətli bir neçə üzlü adamlardır. Elə buna görə də, bəzi hallarda onlar insanı təəccübləndirən ziddiyyətli hərəkətlər edirlər.Belə bir ziddiyyəti ilk baxışdan qəbul etmək bir az çətindir ancaq bəşərin xüsusiyyətlərinə nəzər saldıqda, məlum olur ki nəinki bu iş mümkündür hətta bir çoxları bu cür xüsusiyyətlərə malikdirlər. Müasir dövrümüzdə psixoloqların kitablarında oxuyuruq: “...İnsan çox asanlıqla yalançı qeyri-sabit və odlu həvəslərinin hissiyatının qurbanı ola bilər. Yəni çox mehriban olduğu halda məhəbbətsiz düzgün və sadiq olduğu halda yalançı riyakar olmadığı bir halda riyakar olub özünü belə, aldada bilər.
(Biharül-ənvar, c.48. səh.127.
“Əraf” surəsi, ayə 146.
Biharül-ənvar, c.48, səh.138.)
Bunlar bir-birinə zidd olan elə xüsusiyyətlərdir ki nə təkcə bunların hamısı insanda ola bilər hətta bunlar insan ruhunun “agah” və “xəbərsiz” hisslərinin xüsusiyyətlərindəndir.”Bu cür şəxslər yalançı və bir-birinə zidd olan xüsusiyyətlərə malik olduqlarından rəftarları bir-birilə ziddir; eyş-işrət pərəstişkarı olduqları halda, bir də görürsən ki zahid və sufilik həyatı sürməyə başlayır təfəkkürünün yarısı din təlim-tərbiyəsi altında olduğu bir halda, təfəkkürün digər bir hissəsi maddi və ləzzət aləmində cövlan vurur. Məscidə yolları düşdükdə abidlər sırasında durur şərab məclisinə gəldikdə isə boğazlarını yaşlayırlar. Bir tərəfdə zülm və haqsızlığın həddini aşır başqa bir tərəfdə isə rəhmlə dolu göz yaşı axıdırlar.
Tarixdə bu cür neçəüzlü (simasız) insanlardan nümunə çoxdur. Onlardan biri də Harun ər-Rəşiddir.
Sarayda doğulub boya-başa çatan Harun uşaqlıq çağlarından eyş-işrət keflə ünsiyyətdə olmuş təbii ki bunun da nəticəsində onda eyş-işrətə meyli daha çox olmuşdur. Digər tərəfdən də, İslam ölkəsinin mühiti və eləcə də, onun tutduğu mövqeyi onun müsəlman olub İslam qayda-qanunlarına əməl etməsini tələb edirdi. Buna görə də, onun həyatı yaxşılıq və pisliklə gözəllik və çirkinliklə qarışıq bir məcmuə təşkil edirdi. Onun bir sıra təəccüblü bir-birinə zidd olan və çox az adamlarda tapılan xüsusiyyətləri var idi. Zülm və ədalət mərhəmət və qəddarlıq iman və küfr barışma və əzazillik kimi sifətlər onda üzvi surətdə birləşmişdilər.O bir tərəfdən zülmdən heç bir qorxusu olmadan istifadə edərək pak və günahsız insanları xüsusilə, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) cəsur övladlarının qanını axıdır digər tərəfdən isə alimlərin nəsihətlərini dinlədikdə Qiyamətin fikrinə düşərək möhkəmcə ağlayırdı. O həm namaz qılır həm də şərab içərək eyş-işrətlə məşğul olurdu. Alimlərin nəsihətlərini dinlədikdə hamıdan abid və zahid kimi nəzərə çarpırdı. Xilafət kürsüsünə oturub ölkənin idarəsi ilə məşğul olduqda isə Neron və Çingizdən heç də geri qalmırdı. Tarixçilər yazırlar: “Bir gün Harun öz dövrünün təqvalı və pak şəxslərindən olan Füzeyl ibn Əyazın görüşünə gedir. Füzeyl öz ağır sözləri ilə onu çirkin işlərinə görə danlayıb zalımların intizarında olan Allah əzabı ilə qorxutdu. Harun bu nəsihətləri dinlədikdə, o qədər ağladı ki huşunu itirdi. Özünə gəldikdən sonra yenidən Füzeylə dedi ki ona nəsihət versin. Füzeyl neçə dəfə nəsihətlərini tərkrarlayır hər dəfə də Harun huşunu itirirdi. Sonra Harun bu işinə görə Füzeylə min dinar verib dedi ki lazım olan yerlərə xərcləsin. Harun bu hərəkəti ilə öz ikiüzlülüyünü açıq-aşkar nümayiş etdirirdi. Çünki onun fikrincə Allahın qorxusundan ağlayaraq bihuş olduqdan sonra yenə istədiyin işi çəkinmədən görə bilərsən.Harunun iki min azyaşlı kənizi var idi ki bunların da üç yüzü yalnız çalıb-oxumaq rəqs etməyə məxsus idilər. Rəvayət edirlər ki bir dəfə o əyləncə məclisinə gəldikdə əmr edir ki məclisdəkilərin başına üç milyon dirhəm pul səpsinlər. Başqa bir əyləncə məclisinə gəldikdə özü ilə oraya gətirdiyi xanəndəni Misirə hakim təyin edir.
Harun bir dəfə bir kənizi yüz min dinara başqa bir kənizi otuz altı min dinara almış lakin ikincini yalnız bir gecə saxladıqdan sonra sarayda olanlardan birinə bağışlamışdı. Onun o kənizi həmin şəxsə nə üçün bağışladığını isə Allah bilir.45 Şübhəsiz ki Harun boş yerə xərclədiyi bu pulların hamısını müsəlmanların beytül-malından götürürdü. Çünki onun babası Mənsurun hakimiyyətə gələrkən necə deyərlər heç bir qəpiyi belə olmamışdır. Deməli boş yerə xərclənən bu pulların hamısı məzlum
(Simaların digər tərəfi, səh.31.
İslam mədəniyyətinin tarixi (Corci Zeydan), c.5, səh.162.
İslam mədəniyyətinin tarixi (Corci Zeydan), c.5, səh.173.)
İslam mədəniyyətinin tarixi (Corci Zeydan), c.5, səh.163.insanların ac kəndlilərin əllərinin qabarının və alınlarının tərinin nəticəsi idi.46 Ancaq Harunun ümumi beytül-mala qarşı etdiyi bu qədər xəyanətlərə baxmayaraq o yalandan göz yaşı tökür özünü pak insanlar kimi təqvalı göstərirdi.

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə