Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Harunun həqiqi siması

Müasir Misir yazıçısı Əhməd Əmin Harunun (və onun dövründə yaşamış camaatın) eşy-işrətə baş qoşmasını iki səbəblə (biri onun dövründə ümumi rifahın genişlənməsi digəri isə onun dediyinə görə əvvəlcədən eyş-işrətə meylli olmuş iranlıların Harunun sarayında nüfuz tapması ilə) əlaqələndirdikdən sonra yazır: “Üçüncü səbəb Harunun öz tərbiyəsi ilə əlaqədardır. Mənim fikrimcə o sərthissiyyatlı bir cavan olmuş lakin yüz faiz öz hissiyyat və istəklərinə uymamışdır.
Eyni zamanda o möhkəmiradəli bir şəxs idi. O fitrət və tərbiyə baxımından nizami bir ruhiyyəyə malik olan bir şəxs olmuş dəfələrlə Şərq və Qərb tərəfə ordu çəkmişdi. Ancaq onun sərtxasiyyətli möhkəmiradəli coşub-daşan cavanlıq fikirləri onu müxtəlif simalara salmışdı. Moizə eşidərkən həddən artıq təsirlənir ucadan ağlamağa başlayır musiqi eşitdikdə isə elə hala düşürdü ki heç bir şeyi tanımır və ona məhəl qoymurdu. Onun təşkil etdiyi əyləncə məclisində İbrahim Museli oxuyur Bərsəvma saz çalıb Zəlzəl dəf vurarkən Harun elə coşurdu ki son dərəcə cəsarətlə deyirdi:“Ey Adəm! Əgər bu gün sənin balalarından kimlərin mənim məclisimdə iştirak etdiyini görsəydin çox sevinərdin.”
Yavaş-yavaş dini hissiyyat Harunda inkişaf edir ancaq bunun müqabilində kef-damağ əyləncələri də artmağa başlayır. Bunun nəticəsində də, o həm namaz qılır həm də musiqiyə qulaq asaraq əylənirdi. Onun sərt hissiyyatı müxtəlif cəhətlərə yönəlir yönəldiyi sahədə də ifrat dərəcəsinə çatırdı. Bərməki sülaləsi onun razılığını cəlb etdiyi zaman onlardan razı qalır onlara fövqəladə mehribançılıq göstərir və onları ən yaxın adamları sırasına daxil edirdi. Ancaq elə ki onun qəzəbinə düçar olurdular və həsəd aparanlar onun hissiyyatını Bərməki nəslinin əleyhinə təhrik edirdilər onları məhv edib aradan götürür.
Harun İbrahim Muselinin səsindən (musiqisindən) çox ləzzət aldığı üçün onu alim və qazılar kimi sarayın yaxın adamlarının yerində qərar verir ancaq bir dəfə də olsun, özünə sual vermirdi ki müsəlmanların beytül-malını hansı əsasla bu cür şəxslərin cibinə tökür?
Əl-Əğani kitabının müəllifi bu barədə gözəl bir cümlə işlətmiş həmin cümlədə Harunun qeyri-adi və bir-birinə zidd olan xüsusiyyətlərini çox gözəl şəkildə bəyan etmişdir. Müəllif yazır:“Harun moizə dinlədikdə hamıdan çox ağlayır qəzəbləndikdə isə ən zalım şəxsə çevrilirdi.” Buna görə də, onun dindar bir şəxs olub çoxlu namaz qılmasına qəzəbləndikdə isə heç bir əsası olmadan günahsız insanların qanını axıtmasına sonrası gün isə kef məclisinə gedərək özündən getməsinə heç də təəccüblənməməliyik. Bunlar hamısı asanlıqla bir adamda tapılası sifətlərdir.
Dediklərimizdən Harunun əsl və həqiqi siması məlum olur. Ancaq təəssüflər olsun ki bəzi tarixçilər Harunun rəftar hərəkət və ruhiyyəsini idarəçilik sistemini qeyd edərkən həqiqəti gizlədir bilər-bilməz həqiqətin yalnız yarısını açıqlayır yarısını isə olduğu haldan başqa cür qələmə verirlər. Halbuki, təhqiqi və bitərəf araşdırma zamanı şəxsin bütün xüsusiyyətləri olduğu kimi qələmə alınmalıdır.

İslamda vaizlərin rolu, səh.39.
Əhməd Əmin bu hissəni Əl-Əğani kitabından (c.5. səh.241) sitat gətirmişdir.
Zühəl-İslam, c.1, səh.112-113.

Harunun hiylələri və onun özünü dindar kimi göstərməsi

Bir neçə səhifə bundan qabaq qeyd etdik ki Əməvi və Abbasi xəlifələri İslam hökumətini öz yolundan çıxarmaqda və Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsi ilə mübarizədə bir-biri ilə həmfikir olsalar da, onları bir-birindən fərqləndirən bir cəhət də var idi. O da bundan ibarət idi ki Əməvi xəlifələri (Müaviyə və digər bir-iki xəlifə istisna olmaqla) dini alimlərlə bir o qədər də, əlaqə saxlamır onların işinə qarışmırdılar. Onlar ancaq ölkədaxili qiyamları yatırtmaq xarici qələbələr əldə etmək ölkənin maliyyə işlərini tənzimləmək və bu kimi siyasi işlərə nəzarət edir İslam alimlərini (adətən) başlı-başına buraxırdılar. Buna görə də, onların hökumətinin dini cəhəti olmamışdır. Ancaq elə ki Əməvi sülaləsi öz yerini Abbasi sülaləsi ilə əvəz etdi məsələ tamamilə dəyişdi. Hökumət özünə dini cəhət kəsb edir məzhəbi amillərdən hökumətin xeyrinə istifadə etmək siyasəti və özünü dindar kimi göstərmək dini alimlərlə əlaqə saxlamaq xüsusən, ilkin Abbasi xəlifələrinin dövründə adət halına çevrilir. Bunun səbəbi o idi ki Abbasi xəlifələri siyasi rəhbər olmaqla yanaşı camaatın hörmətini qazanmaq üçün həm də özlərini din adamı kimi tanıtdırmaq istəyirdilər.
Abbasi xəlifələrinin özlərini dindar kimi göstərib camaatın gözündə dini nüfuz tapmaq məqsədlərinə dair bir çox nümunələr vardır ki bunlar da onların bu sahədə göstərdikləri səylərin göstəricisidir. Corci Zeydan yazır: “Abbasi xəlifələri Misrin Fatimi xəlifələri İspaniyanın Əməvi xəlifələri dini cəhəti saxladıqlarına görə bir çox çətinlikləri həll edə bilmişlər. Məhz bu səbəbə görə Osmanlı imperiyası kimi qeyri-ərəb hökumətlər şəri cəhət daşıdıqları üçün digər hökumətlərdən çox yaşamışlar...”
Bunlar avam camaatın qəlbində yer tapmaqdan ötrü həmişə öz məqamlarını yüksəldərək özlərini Allahın ən yaxın bəndələri hakimiyyətlərini də Allah tərəfindən seçilmiş hökumət kimi qələmə verirdilər. Corci Zeydan xəlifələrin avam camaat arasındakı yalan təbliğatının nüfuzunu və camaatın bu təbliğata olan inam səviyyəsini qeyd etdikdən sonra əlavə edib yazır: “...İş o yerə çatmışdı ki camaat deyirdi: Abbasilərin hakimiyyəti İsa Peyğəmbər göydən enənə qədər davam edəcək. Abbasi hökuməti süqut edərsə günəş batar yağış yağmaz bitkilər quruyar. (Corci Zeydanın bu cümlədə işlətdiyi camaat sözündən məqsədi sünnilərdir. Çünki şiələrin əqidəsinə görə həm ilk üç xəlifə həm Əməvilər həm də Abbasilər xəlifəlik məqamını qəsb etmiş və buna görə də şiələr onları qəbul etmirlər.(Corci Zeydanın “İslam mədəniyyətinin tarixi” əsərinin mütərcimi Əli Cəvahirkəlamdan.))
Abbasi xəlifələri də bu nankorluğu özlərinə bəyənmişdilər. Hətta böyükdüşüncəli və hakimiyyəti dövründə İslam mədəniyyəti inkişaf etmiş Harunun da bu cür yaltaqlıqlardan xoşu gəlirdi... Əgər İslamın ucalıb inkişaf etdiyi bir dövrdə xəlifə yaltaqlığı bu qədər sevirsə şübhəsiz ki fəsad və pozğunluq dövründə mövhumat və xurafat həqiqətin yerini alacaq yaltaqlar səhnəyə çıxdıqda xəlifə və hakimlər boş sözü əməldən çox sevəcəklər. Məhz bu səbəbə görədir ki yaltaqlar öz şəxsiyyətlərini satanlar Abbasi xəlifəsi Mütəvəkkili “Allahın kölgəsi” adlandıraraq deyirdilər: “Bu rəhmət kölgəsi camaatı istidən qorumaq üçün asimanda sərilmiş bir kölgədir.” Digər bir yaltaq şair İbn Hani Fatimi xəlifəsi Əl-Muizzi aşağıdakı şəkildə tərifləyir: “Qəzavü-qədərin təyin etdiyi deyil sənin istədiyin həyata keçir. Elə isə əmr ver və rəhbərlik et! Sən həqiqətən yeganə yenilməzsən!50 (İstər Allahın əmri olsun istərsə də xəlifənin.)”Abbasi xəlifələri arasında Harun qədər bu məsələyə diqqət yetirən və bu cür yaltaqlıqlardan istifadə edən olmamışdır. O çalışırdı ki bütün hərəkət və işlərinə dini ad versin. Harun bütün cinayət və əyyaşlıqlarının üstünü din adı ilə örtür hərəni bir bəhanə ilə şəriət çərçivəsinə daxil edirdi. Deyirlər ki Harun xəlifə olduğu müddətdə bir dəfə Məkkəyə gedir. Həcc mərasimi zamanı öz xüsusi məsihi həkimi Cəbrail ibn Bəxtişu üçün həddən artıq çox dua edir. Bəni-Haşimdən olanlar bundan çox narahat olurlar. Harun onların “bu şəxs müsəlman deyil zimmidir onun üçün dua etmək düzgün deyil” iradlarına belə cavab verdi: “Düzdür ancaq mənim sağlamlığım onun əlində müsəlmanların da məsləhəti mənim sağlamlığımdadır. Deməli müsəlmanların xeyir və məsləhəti onun ömrünün uzun olmasındadır elə isə onun üçün dua etməyin eybi yoxdur.” Harunun bu məntiqi qeyri-adi bir məntiq idi. Onun məntiqinə əsasən, İslam cəmiyyətinin bütün məsləhətləri onda cəmlənmiş və hər şey onun canının qurbanı olmalı idi. Çünki onun gətirdiyi sübuta əsasən, o təkcə xəlifə deyil eyni zamanda cəmiyyətdə onun olması vacibi bir məsələ idi. Ola bilsin belə təsəvvür oluna ki Harun kimi bir şəxsin bütün hərəkət və işlərini düzgünlüyə çıxarmaq din məntiqi ilə çətin bir işdir. Ancaq o öz dövrünün alçaq və dünyapərəst qazı və fəqihlərini satın almaqla öz işlərinə bəhanə gətirmək üçün meydanı tamamilə açıq qoymuşdu.

Hökm çıxaran şura

Harunun hiylələrindən və özünü dindar kimi göstərməsinə aid açıq-aşkar nümunələrdən biri Yəhya ibn Abdullahın şəhadət məsələsidir. Yəhya ibn Abdullah İmam Həsən əleyhissəlamın nəvəsi Bəni-Haşim tayfasının sayılıb-seçilən şəxslərindən və İmam Sadiq əleyhissəlamın səhabələri içində çox diqqət yetirdiyi şəxslərdən biri olmuşdur. Fəxx şəhidi Hüseyn, Abbasi hökumətinə qarşı qiyam qaldırdığı zaman Yəhya onun ordusunda olmuş və ordunun əsas sərkərdələrindən biri sayılmışdır. Hüseyn şəhid olub ordusu məğlubiyyətə uğradıqdan sonra o bir dəstə ilə birlikdə Deyləm şəhərinə gedərək orada fəaliyyət göstərmişdir. Oranın əhalisi onun ətrafına yığışaraq gözə çarpan miqdarda bir ordu yaranmışdı.
Harun Fəzl ibn Yəhya Bərməkini bir ordu ilə Deyləmə göndərir. O Deyləmə çatdıqdan sonra Harunun göstərişinə əsasən, Yəhya ilə məktublaşıb ona şirin vədlər verərək ona amanda olmaq təklifi verir. Harun və Fəzlin hiylələri nəticəsində öz ordusunun pərakəndə olduğunu görən Yəhya amanda qalmaq təklifini qəbul etmək məcburiyyətində qalır. Harun bir neçə adlı-sanlı şəxsləri şahid tutub öz dəstxətti ilə ona bir amannamə yazdıqdan sonra Yəhya Bağdada gəlir. Harun əvvəl onunla mehribancasına rəftar edib onun ixtiyarında çoxlu mal-dövlət qoyur. Ancaq gizlicə onun ölüm planını hazırlayıb onu bu işdə müttəhəm edir ki gizlicə camaatı öz başına toplayıb xəlifənin əleyhinə qiyam qaldırmaq fikrindəsən. Lakin Harun ona daşdankeçən bir amannamə göndərdiyi üçün onu öldürmək bir o qədər də asan deyildi. Buna görə də, bu qərara gəlir ki amannaməni qüvvədən salmaq üçün fəqihlərdən (müctehidlərdən) öz məqsədini həyata keçirməyə şəri icazə alsın. Bu məqsədlə amannamənin düzgün olub-olmaması barədə nəzər söyləsinlər deyə, Məhəmməd ibn Həsən Şeybani Həsən ibn Ziyad Lulum və Əbülbüxtəridən ibarət qazı və fəqihlər şurası təşkil verilməsini əmr etdi. Şura hazır olduqda hamıdan qabaq nisbətən azad alim olan və özünü müəllimi Əbu Yusif kimi Haruna satmış olmayan Məhəmməd ibn Həsən Şeybani amannaməni oxuyub dedi: “Amannamə tamamilə düzgün və səlahiyyətlidir onu heç cür pozmaq olmaz.”

(İslamda vaizlərin rolu, səh.55.
Məqatilüt-talibin, səh.308.
Mizanül-etidal fi nəqdir-rical, c.3, səh.278.
Zühəl-İslam, c.2, səh.203.)

Əbülbüxtəri amannaməni alıb ona göz gəzdirərək dedi: “Bu amannamə batil və səlahiyyətsizdir. Yəhya xəlifənin əleyhinə qiyam qaldıraraq bir dəstə insanın qanını axıtmışdır onu öldürün günahı mənim boynuma.” Harun bu fətvadan son dərəcə sevinib dedi: “Əgər amannamə batil və səlahiyyətsizdirsə onda özün onu cır tulla.” Əbülbüxtəri amannaməyə tüpürüb onu cırdı. Harun bir milyon altı yüz min dirhəm ona ənam verib özünü də qazı vəzifəsinə təyin etdi. Məhəmməd ibn Həsəni isə belə bir fətva (amannamənin səlahiyyətli olmadığını söyləməsinə görə) verdiyinə görə neçə il fətva verməkdən məhrum etdi. Axırda bu şuranın rəyinə əsasən, Yəhyanı qətlə yetirdi.

Məsləhətə görə verilmiş fətva

Qeyd etdik ki öz şəxsiyyətini satmış qazılardan biri də qazı Əbu Yusif idi. Harun onu baş qazı vəzifəsinə təyin etmişdi. O hər bir vaxt Haruna lazım olurdusa öz istinad və qəribə yozma qüvvəsi ilə Harunun qeyri-şəri işlərinin üstünü örtərək, bəzi bəhanələrlə onları dini ölçülərlə uyğunlaşdırırdı. İndi nümunə üçün aşağıdakı iki məsələyə nəzər salaq.
1. Harun xəlifə olduğu ilk vaxtlarda atasının (Məhdinin) kənizlərindən birinə vurulur. Harun öz eşqini açıb ona elan etdikdə kəniz deyir: “Bu fikri başından at çünki atan mənimlə bir yastığa baş qoymuşdur (və mən sənin atanın arvadı sayılıram.)” Harun ona bərk vurulduğundan ondan əl çəkə bilmirdi. Əbu Yusifi çağırtdırıb məsələni ona danışaraq ondan bir çıxış yolu istədi. Əbu Yusif soyuqqanlılıqla dedi: “Bir kənizin etdiyi hər hansı bir iddia məgər qəbul olunmalıdır? Ona qulaq asma çünki o düzdanışan kəniz deyil.” (Halbuki, İslam qayda-qanunlarına əsasən, bu cür yerdə qadının öz etirafı əsas götürülərək qəbul olunur.
Vicdanı aldatmaq
2. Bir gün Harun xüsusi aşpazına əmr edir ki onun üçün cavan bir dəvənin ətindən yemək hazırlasın. Yemək yeyilib qurtardıqdan sonra Cəfər Bərməki dedi: “Xəlifənin bu yeməyinin hər bir tikəsi dörd yüz min dirhəmə başa gəlib.” Harun bu məsələdən təəccübləndikdə Bərməki başa salır ki bir müddət bundan qabaq xəlifə belə bir yeməyin hazırlanmasını istəmiş lakin həmin vaxt bu yemək hazırlanmamışdır. O gündən bəri hər gün xəlifənin aşpazxanası üçün cavan bir dəvə kəsilir. Onların hamısının bir yerdə qiyməti dörd yüz min dirhəmə gəlib çatır.”
Müsəlmanların beytül-malını saysız-hesabsız əyyaşlıq və kef məclislərinə sərf edən zəhmətkeş və məzlum müsəlmanların malını israf etmək ora-bura xərcləməkdən çəkinməyən Harun bu dəfə vicdanlı ürəyiyanan bir şəxsə çevrilir. O, bu sözü eşitdikdə narahat olub əmr verir ki bu işin əvəzini çıxmaq üçün neçə milyon dirhəmi kasıblar arasında sədəqə adı ilə paylasınlar. Əlbəttə, bu pullar heç də onun şəxsi vəsaitindən deyil müsəlmanların ümumi beytül-malından olub hamı arasında ədalətlə bölüşdürülməli idi. Özü də sədəqə xəlifənin bəxşişi və bu kimi şeylər onun bölüşdürülməsi üçün əsas ola bilməzdi.Nə isə bu xəbər Əbu Yusifin qulağına çatır. Onun sarayında olmasının fəlsəfəsi özünü belə yerdə büruzə verən Əbu Yusif xəlifənin bu işinə bəhanə gətirmək üçün gözəl bir plan hazırlayıb bu məqsədlə xəlifənin yanına gələrək narahatlığının səbəbini soruşur. Harun onu məsələdən xəbərdar edir. Əbu Yusif üzünü Cəfər Bərməkiyə tutub soruşur:
“Kəsilən bu dəvələrin əti xarab olurdu yoxsa camaat onu istifadə edirdi?”
Həyatül-imam Musa ibn Cəfər, c.2, səh.100. Bu haqda “Əl-bəramikə fi xilalil-xilafə” kitabına müraciə edin.
Zühəl-İslam, c.1, səh.204.
Həyatül-imam Musa ibn Cəfər, c.2, səh.100.
Tarixül-xüləfa, səh.291.
(Sanki Əbu Yusifin fikrini duymuş) Cəfər cavab verdi ki camaat onu istifadə edirdi. Əbu Yusif sevinərək qışqırdı: “Xəlifə muştuluq böyük savab əldə etmisən. Çünki bu müddət ərzində kəsilmiş bütün ətləri müsəlmanlar istifadə etmiş və Allah-taala bu cür böyük bir sədəqəni yerinə yetirməyə xəlifə üçün şərait yaratmışdır.
Beləliklə xəlifə üçün kəsilən dəvələrin əti xarab olmamış və Bağdad itlərinin qabağına atılmayaraq bir neçə ac adama verilirsə bu Əbu Yusifin məntiqində sədəqə hesab olunur Harunun gördüyü işlər də israf müsəlmanların malını boş yerə xərcləmək və beytül-malı ona-buna verib dağıtmaq deyil sədəqə və yaxşı iş kimi qələmə verilirdi.
Qeyd etdiyimiz bu həqiqətləri nəzərə aldıqda İmam Museyi-Kazim əleyhissəlamın işinin nə qədər ağır olduğunu asanlıqla anlaya bilərik. Çünki o Həzrət əsl simasını riyakarlıq zahirpərəstlik və hiylələr arasında gizlədərək özünü ədalətli və mömin xəlifə adlandıran Harun kimi hiyləgər bir xəlifə ilə üz-üzə idi. İmam Kazim (əleyhissəlam) Harunun hiylə riyakarlıq və zahirpərəstlik pərdələrini yırtıb onun əsl simasını camaata göstərmək üçün fasiləsiz və ardıcıl təbliğ etmək məcburiyyətində idi. Əgər İmam Kazim əleyhissəlamın seçilmiş şəxsiyyəti və inkaredilməz əzəməti olmasaydı doğrudan da, belə mübarizədən qalib kimi çıxmaq şübhəli olardı.

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə